KİV millətlərarası və dövlətlərarası münasibətlərin təkmilləşdirilməsi faktoru kimi
586
* təbii sərvətlərdən tam səmərəli istifadə edilməsi, davamlı iqtisadi
inkişaf, ətraf mühitin qorunması, tədris, elmi və texnoloji potensialın
artırılması yolu ilə Azərbaycan xalqının gələcək inkişafının, əhalinin
layiqli həyat səviyyəsinin və fiziki sağlamlığının təmin edilməsi;
* dünya azərbaycanlılarının bölüşdüyü dəyərlərə əsaslanan milli
özünəməxsusluğun və həmrəyliyin möhkəmləndirilməsi;
* Azərbaycan xalqının mədəni-tarixi irsinin və mənəvi dəyərlərinin
qorunması, eləcə də ümumbəşəri dəyərlərlə zənginləşdirilməsi, dilinin,
özünüdərk, vətənpərvərlik və milli iftixar hissinin, intellektual
potensialının inkişaf etdirilməsi.
3. Azərbaycan Respublikasının milli təhlükəsizliyinə təhdidlər
Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin edilməsində
əsas vəzifələrdən biri onun milli təhlükəsizliyinə təhdidlərin aradan
qaldırılması və ya nəzarətdə saxlanılmasıdır.
Azərbaycan Respublikasının milli təhlükəsizliyinə
təhdidlər
aşağıdakılardır:
3.1. Azərbaycan Respublikasının müstəqilliyi, suverenliyi, ərazi
bütövlüyü və konstitusiya quruluşu əleyhinə qəsdlər
Beynəlxalq hüquqa uyğun olaraq hər bir dövlətin onun müstəqilliyi,
suverenliyi, ərazi bütövlüyü və konstitusiya quruluşu əleyhinə yönəlmiş
açıq və gizli fəaliyyətdən özünü qorumaq hüququ vardır. Azərbaycan
Respublikasının suverenliyi və ərazi bütövlüyünə qarşı Ermənistanın
təcavüzkar siyasəti bu cür fəaliyyətin bariz nümunəsidir.
Ölkənin sürətlə inkişaf edən iqtisadiyyatında aparılan islahatlara və
əldə edilən mühüm nailiyyətlərə baxmayaraq, Ermənistanın Azərbaycan
Respublikasına qarşı təcavüzü ciddi siyasi və sosial çətinliklər yaradır.
Bu problem Azərbaycan Respublikasının milli maraqlarına qarşı ən
ciddi təhdiddir və regiondan kənara da öz təsirini göstərməkdədir.
İlham A.Mazanlı_________________________________________________________
587
Münaqişənin tənzimlənməsinin nəticələrindən asılı olmayaraq,
monoetnik dövlətçilik, etnik təmizləmə və ərazi ekspansionizminin
Ermənistanın dövlət siyasətinin tərkib hissəsi kimi qalmasının iki ölkə
arasında münasibətlərə gələcəkdə də mənfi təsir göstərəcəyi
qaçılmazdır.Bundan əlavə, bir sıra ekstremist ünsürlərin Azərbaycan
Respublikasında etnik və dini zəmində əlavə çətinliklər yaratmaq
cəhdləri də diqqət yetirilməli amillərdəndir.
3.2. Qanunun aliliyinə nail olunması, ictimai asayişin qorunması və
insan hüquq və əsas azadlıqlarının müdafiəsi sahəsində dövlət
funksiyalarını yerinə yetirməyə qarşı fəaliyyət
1990-cı illərin əvvəllərində bu problemin bir sıra aspektləri ilə üzləşmiş
Azərbaycan Respublikasının demokratik dövlət quruluşu əleyhinə
çalışan müəyyən daxili və xarici qüvvələrin dövlət funksiyalarının
yerinə yetirilməsinə qarşı cəhdləri milli təhlükəsizliyə təhdid törədən
mümkün fəaliyyətlər sırasındadır.
3.3. Separatçılıq, etnik, siyasi və dini ekstremizm Separatçılıq, etnik,
siyasi və dini ekstremizm özünün istənilən formasında dövlətin və
cəmiyyətin fundamental əsaslarını sarsıtmaqla, ölkənin milli
təhlükəsizliyinə ciddi təhlükə mənbəyi ola bilər.
3.4. Terrorçuluq və kütləvi qırğın silahlarının yayılması
Əsas terrorçu qrupların yerləşdiyi və kütləvi qırğın silahlarının
yayılması problemlərinin olduğu bölgələrə yaxınlıq ölkə üçün potensial
təhdid yaradır. Kütləvi qırğın silahları və ya onların istehsalat
texnologiyalarının terrorçuluq məqsədi ilə əldə olunması ehtimalı bu
təhdidləri daha da kəskinləşdirə bilər.
3.5. Regional münaqişələr və transmilli mütəşəkkil cinayətkarlıq
Azərbaycan Respublikası ərazisinn bir hissəsinin Ermənistan tərəfindən
işğalının davam etməsi və qonşu dövlətlərdə həll edilməmiş
münaqişələr nəticəsində əmələ gəlmiş "nəzarətsiz" ərazilərin
KİV millətlərarası və dövlətlərarası münasibətlərin təkmilləşdirilməsi faktoru kimi
588
mövcudluğu transmilli mütəşəkkil cinayətkarlığı və digər qeyri-qanuni
fəaliyyətləri ölkənin və bütövlükdə regionun təhlükəsizliyinə əsas
təhdidlərdən birinə çevirmişdir.Region ölkələrində münaqişələrin
alovlanması Azərbaycan Respublikasının milli təhlükəsizliyi üçün
təhdid yaradır. Regiondakı münaqişələr Azərbaycan Respublikasının
xarici iqtisadi münasibətlərinə ciddi ziyan vura, ölkəyə kütləvi qaçqın
axını ilə nəticələnə və qeyri-qanuni silah alveri, insan alveri, narkotik
vasitələrin qanunsuz dövriyyəsi və digər qeyri-qanuni fəaliyyətlər daxil
olmaqla, transmilli cinayətkarlığı artıra bilər.
3.6. Azərbaycan Respublikasının enerji infrastrukturuna qarşı fəaliyyət
Enerji ehtiyatlarının işlənməsindən və tranzitindən əldə olunmuş gəlirlər
Azərbaycan Respublikası iqtisadiyyatının əsasını təşkil edir. Bunu
nəzərə alaraq, siyasi vasitələrə və ya infrastruktura fiziki zərər vurmaq
yolu ilə sənayenin bu sahəsinin sıradan çıxarılmasına cəhdlər mümkün
təhdidlər sırasındadır.
3.7. Xarici siyasi, hərbi və ya iqtisadi asılılıq
Azərbaycan Respublikası beynəlxalq aləmdə gedən inteqrasiya və
əməkdaşlıq prosesləri çərçivəsində digər dövlətlərlə qarşılıqlı faydalı
münasibətlərin qurulmasında maraqlıdır. Bununla belə, Azərbaycan
Respublikasının beynəlxalq münasibətlərdə xarici siyasi, hərbi və ya
iqtisadi asılılığa düşməsi onun milli maraqlarının təmin olunmasına
təhdid yarada bilən amillərdəndir.
3.8. İqtisadi qeyri-sabitlik
Müstəqilliyin ilk illərində hərbi təcavüzə məruz qalma, bazar
iqtisadiyyatına keçid və beynəlxalq iqtisadi sistemə inteqrasiya ilə bağlı
çətinliklər nəticəsində Azərbaycan Respublikası ötən əsrin 90-cı
illərinin birinci yarısında ciddi iqtisadi böhran keçirmişdir. Buna
baxmayaraq, Azərbaycan Respublikası bazar iqtisadiyyatına keçməkdə
israrlı olmuş, qapılarını xarici sərmayələrə açmış və xüsusilə energetika
sektorunda böyük uğurlar əldə etmişdir. Bununla belə, sürətlə artan neft
və qaz gəlirlərindən həddən artıq asılılıq makroiqtisadi tarazlığı poza və
Dostları ilə paylaş: |