İlham Mazanlı



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə144/154
tarix26.09.2017
ölçüsü3,34 Mb.
#2226
1   ...   140   141   142   143   144   145   146   147   ...   154

KİV millətlərarası və dövlətlərarası münasibətlərin təkmilləşdirilməsi faktoru kimi 

 

586 


 

* təbii sərvətlərdən tam səmərəli istifadə edilməsi, davamlı iqtisadi 

inkişaf,  ətraf mühitin qorunması, tədris, elmi və texnoloji potensialın 

artırılması yolu ilə Azərbaycan xalqının gələcək inkişafının,  əhalinin 

layiqli həyat səviyyəsinin və fiziki sağlamlığının təmin edilməsi; 

* dünya azərbaycanlılarının bölüşdüyü dəyərlərə  əsaslanan milli 

özünəməxsusluğun və həmrəyliyin möhkəmləndirilməsi; 

* Azərbaycan xalqının mədəni-tarixi irsinin və  mənəvi dəyərlərinin 

qorunması, eləcə  də ümumbəşəri dəyərlərlə  zənginləşdirilməsi, dilinin, 

özünüdərk, vətənpərvərlik və milli iftixar hissinin, intellektual 

potensialının inkişaf etdirilməsi. 

 

3. Azərbaycan Respublikasının milli təhlükəsizliyinə təhdidlər 

Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin edilməsində 

əsas vəzifələrdən biri onun milli təhlükəsizliyinə  təhdidlərin aradan 

qaldırılması və ya nəzarətdə saxlanılmasıdır. 

 

Azərbaycan Respublikasının milli təhlükəsizliyinə 



təhdidlər 

aşağıdakılardır: 

3.1. Azərbaycan Respublikasının müstəqilliyi, suverenliyi, ərazi 

bütövlüyü və konstitusiya quruluşu əleyhinə qəsdlər 

 

Beynəlxalq hüquqa uyğun olaraq hər bir dövlətin onun müstəqilliyi, 



suverenliyi, ərazi bütövlüyü və konstitusiya quruluşu əleyhinə yönəlmiş 

açıq və gizli fəaliyyətdən özünü qorumaq hüququ vardır. Azərbaycan 

Respublikasının suverenliyi və  ərazi bütövlüyünə qarşı Ermənistanın 

təcavüzkar siyasəti bu cür fəaliyyətin bariz nümunəsidir. 

 

Ölkənin sürətlə inkişaf edən iqtisadiyyatında aparılan islahatlara və 



əldə edilən mühüm nailiyyətlərə baxmayaraq, Ermənistanın Azərbaycan 

Respublikasına qarşı təcavüzü ciddi siyasi və sosial çətinliklər yaradır. 

Bu problem Azərbaycan Respublikasının milli maraqlarına qarşı  ən 

ciddi təhdiddir və regiondan kənara da öz təsirini göstərməkdədir. 




İlham A.Mazanlı_________________________________________________________ 

 

587 


 

 

Münaqişənin tənzimlənməsinin nəticələrindən asılı olmayaraq, 



monoetnik dövlətçilik, etnik təmizləmə  və  ərazi ekspansionizminin 

Ermənistanın dövlət siyasətinin tərkib hissəsi kimi qalmasının iki ölkə 

arasında münasibətlərə  gələcəkdə  də  mənfi təsir göstərəcəyi 

qaçılmazdır.Bundan  əlavə, bir sıra ekstremist ünsürlərin Azərbaycan 

Respublikasında etnik və dini zəmində  əlavə  çətinliklər yaratmaq 

cəhdləri də diqqət yetirilməli amillərdəndir. 

 

3.2. Qanunun aliliyinə nail olunması, ictimai asayişin qorunması  və 



insan hüquq və  əsas azadlıqlarının müdafiəsi sahəsində dövlət 

funksiyalarını yerinə yetirməyə qarşı fəaliyyət 

 

1990-cı illərin əvvəllərində bu problemin bir sıra aspektləri ilə üzləşmiş 



Azərbaycan Respublikasının demokratik dövlət quruluşu  əleyhinə 

çalışan müəyyən daxili və xarici qüvvələrin dövlət funksiyalarının 

yerinə yetirilməsinə qarşı  cəhdləri milli təhlükəsizliyə  təhdid törədən 

mümkün fəaliyyətlər sırasındadır. 

3.3. Separatçılıq, etnik, siyasi və dini ekstremizm Separatçılıq, etnik, 

siyasi və dini ekstremizm özünün istənilən formasında dövlətin və 

cəmiyyətin fundamental əsaslarını sarsıtmaqla, ölkənin milli 

təhlükəsizliyinə ciddi təhlükə mənbəyi ola bilər. 

3.4. Terrorçuluq və kütləvi qırğın silahlarının yayılması 

Əsas terrorçu qrupların yerləşdiyi və kütləvi qırğın silahlarının 

yayılması problemlərinin olduğu bölgələrə yaxınlıq ölkə üçün potensial 

təhdid yaradır. Kütləvi qırğın silahları  və ya onların istehsalat 

texnologiyalarının terrorçuluq məqsədi ilə  əldə olunması ehtimalı bu 

təhdidləri daha da kəskinləşdirə bilər. 

3.5. Regional münaqişələr və transmilli mütəşəkkil cinayətkarlıq  

Azərbaycan Respublikası ərazisinn bir hissəsinin Ermənistan tərəfindən 

işğalının davam etməsi və qonşu dövlətlərdə  həll edilməmiş 

münaqişələr nəticəsində  əmələ  gəlmiş "nəzarətsiz"  ərazilərin 




KİV millətlərarası və dövlətlərarası münasibətlərin təkmilləşdirilməsi faktoru kimi 

 

588 


 

mövcudluğu transmilli mütəşəkkil cinayətkarlığı  və digər qeyri-qanuni 

fəaliyyətləri ölkənin və bütövlükdə regionun təhlükəsizliyinə  əsas 

təhdidlərdən birinə çevirmişdir.Region ölkələrində münaqişələrin 

alovlanması Azərbaycan Respublikasının milli təhlükəsizliyi üçün 

təhdid yaradır. Regiondakı münaqişələr Azərbaycan Respublikasının 

xarici iqtisadi münasibətlərinə ciddi ziyan vura, ölkəyə kütləvi qaçqın 

axını ilə  nəticələnə  və qeyri-qanuni silah alveri, insan alveri, narkotik 

vasitələrin qanunsuz dövriyyəsi və digər qeyri-qanuni fəaliyyətlər daxil 

olmaqla, transmilli cinayətkarlığı artıra bilər. 

3.6. Azərbaycan Respublikasının enerji infrastrukturuna qarşı fəaliyyət 

Enerji ehtiyatlarının işlənməsindən və tranzitindən əldə olunmuş gəlirlər 

Azərbaycan Respublikası iqtisadiyyatının  əsasını  təşkil edir. Bunu 

nəzərə alaraq, siyasi vasitələrə və ya infrastruktura fiziki zərər vurmaq 

yolu ilə sənayenin bu sahəsinin sıradan çıxarılmasına cəhdlər mümkün 

təhdidlər sırasındadır. 

3.7. Xarici siyasi, hərbi və ya iqtisadi asılılıq 

Azərbaycan Respublikası beynəlxalq aləmdə gedən inteqrasiya və 

əməkdaşlıq prosesləri çərçivəsində digər dövlətlərlə qarşılıqlı faydalı 

münasibətlərin qurulmasında maraqlıdır. Bununla belə, Azərbaycan 

Respublikasının beynəlxalq münasibətlərdə xarici siyasi, hərbi və ya 

iqtisadi asılılığa düşməsi onun milli maraqlarının təmin olunmasına 

təhdid yarada bilən amillərdəndir. 

3.8. İqtisadi qeyri-sabitlik 

Müstəqilliyin ilk illərində  hərbi təcavüzə  məruz qalma, bazar 

iqtisadiyyatına keçid və beynəlxalq iqtisadi sistemə inteqrasiya ilə bağlı 

çətinliklər nəticəsində Azərbaycan Respublikası ötən  əsrin 90-cı 

illərinin birinci yarısında ciddi iqtisadi böhran keçirmişdir. Buna 

baxmayaraq, Azərbaycan Respublikası bazar iqtisadiyyatına keçməkdə 

israrlı olmuş, qapılarını xarici sərmayələrə açmış və xüsusilə energetika 

sektorunda böyük uğurlar əldə etmişdir. Bununla belə, sürətlə artan neft 

və qaz gəlirlərindən həddən artıq asılılıq makroiqtisadi tarazlığı poza və 




Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   140   141   142   143   144   145   146   147   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə