İlham Mazanlı



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə140/154
tarix26.09.2017
ölçüsü3,34 Mb.
#2226
1   ...   136   137   138   139   140   141   142   143   ...   154

İlham A.Mazanlı_________________________________________________________ 

 

571 


 

və istixana qazlarının tələb edilən səviyyədə azaldılmasına 

başlamaq yönümündə bütün cəhdləri səfərbər etmək.  

o

 



Bütün növ meşələrin idarə olunması, nəzarəti və 

inkişafı üçün bütün cəhdlərimizi intensivləşdirmək  

o

 

Bioloci Müxtəliflik Konvensiyasının və Ciddi Qu-



raqlığa və ya Səhralaşmaya düçar olmuş Ölkələrdə, xüsusilə 

də Afrikada Səhralaşmaya Qarşı Mübarizə Konvensiyasının 

icra olunması üçün müvafiq təzyiq göstərmək.  

o

 



İnsanlara həm sulardan, həm də müvafiq ləvazimat-

lardan lazımi qədər istifadə imkanı verən, suların regional, 

milli və yerli səviyyələrdə idarə olunması strategiyaları 

vasitəsilə sulardan qeyri-davamlı istifadəni dayandırmaq.  

o

 

Təbii və insanların törətdiyi fəlakətlərin sayının və 



tə-sirinin azaldılması üçün əməkdaşlığı gücləndirmək.  

o

 



Müxtəlif nəsillərin informasiya mənbələrindən 

lazımi qədər istifadələrinə təminat yaratmaq  

 

V.  İnsan Hüquqları, Demokratiya və  Səmərəli 

İdarəetmə 

 

24.



 

Biz, demokratiyanı inkişaf etdirmək, qanunun 

aliliyini gücləndirmək, həmçinin, beynləxalq səviyyədə 

tanınmış insan hüquqlarına və fundamental azadlıqlara, o 

cümlədən inkişaf hüquqlarına hörmət etmək yolunda 

əlimizdən gələni əsirgəməyəcəyik.  

25.

 

Bu məqsədlə də biz aşağıdakıları qət edirik:  



 


KİV millətlərarası və dövlətlərarası münasibətlərin təkmilləşdirilməsi faktoru kimi 

 

572 


 

o

 



İnsan Hüquqları üzrə Ümumdünya Bəyannaməsinə 

tam hörmətlə yanaşmaq və ona sadiq qalmaq.  

o

 

Bütün üzv ölkələrdə hamının sivil, siyasi, iqtisadi



sosial və mədəni hüquqlarının tam müdafiəsi və gücləndiril-

məsi uğrunda mübarizə aparmaq.  

o

 

Demokratiyanın prrinsiplərini və təcrübələrini həya-



ta keçirmək üçün bütün üzv ölkələrimizin potensial 

imkanlarını artırmaq və insan hüquqlarına, o cümlədən 

azlıqların hüquqlarına hörməti gücləndirmək.  

o

 



Qadınlara qarşı zorakılıq hallarının bütün formala-

rına qarşı mübarizə aparmaq və Qadınlara qarşı 

ayrıseçkiliyin Bütün Formalarının Ləğvi üzrə Konvensiyanı 

həyata keçirmək.  

o

 

Miqrantların, miqrant işçilərin və onların ailələrinin 



hüquqlarına hörmət etmək onları qorumaq, bir çox cəmiy-

yətlərdə artmaqda olan irqçilik və ksenofobiya (xarici 

vətəndaşlara qarşı kinli münasibət) hərəkətlərinə son 

qoymaq və bütün cəmiyyətlərdə harmoniya və dözümlülüyü 

gücləndirmək məqsədilə müvafiq addımlar atmaq.  

o

 



 Mühüm rola malik olan mətbuatın azadlığını və icti-

maiyyətin informasiya mənbələrindən istifadə etmək hüquq-

larını təmin etmək.  

 

VI. Aztəminatlı Təbəqələrin Müdafiəsi 

 

26.


 

Biz, təbii fəlakətlərdən, soyqırımlardan, silahlı 

münaqişələrdən və başqa insani əməllərdən  əzab çəkən 

uşaqlara və sivil vətəndaşlara yardım etmək və onları 




İlham A.Mazanlı_________________________________________________________ 

 

573 


 

müdafiə etmək üçün bütün cəhdlərimizi sərf edəcəyik ki, 

həmin insanlar mümkün qədər tez bir müddət  ərzində 

normal həyat şəraiti əldə etmiş olsunlar.  

 

Bu məqsədlə də biz aşağıdakıları qət edirik:  



 

o

 



Beynəlxalq humanitar qanunlara müvafiq olaraq 

mürəkkəb fövqəladə 

vəziyyətlərdə 

vətəndaşların 

müdafiəsini gücləndirmək.  

o

 



Qaçqınları özündə  məskunlaşdıran ölkələrdə prob-

lemlərin bölüşdürülməsi və bu ölkələrin aldığı yardımın 

əlaqlələndirilməsi sahəsində beynəlxalq  əməkdaşlığı 

gücləndirmək, bütün qaçqın və didərginlərin sağ-salamat və 

könüllü olaraq öz yurd-yuvalarına qayıtmalarına və öz 

cəmiyyətlərində rahat şəkildə  məskunlaşmalarına yardım 

etmək.  

o

 



Uşaq Hüquqları üzrə Konvensiyanın və onun, 

uşaqların silahlı münaqişələrə  cəlb edilməsi, uşaqların 

satılması, uşaq pozğunluğu və  uşaq pornoqrafiyası kimi 

məsələlərə aid şərti protokolunun təsdiqinə və icrasına təkan 

vermək.  

 

VII. Afrikanın Xüsusi Ehtiyaclarının Ödənilməsi 

 

27.


 

Biz Afrikada demokratiyanın möhkəmlənməsini 

dəstəkləyəcək və uzun müddətli sülh, yoxsulluğun aradan 

qaldırılması və davamlı inkişaf uğrunda mübarizədə onlara 

yardım edəcək və bununla Afrikanın dünya iqtisadiyyatının 

cərəyanına qoşulmasına çalışacağıq.  




KİV millətlərarası və dövlətlərarası münasibətlərin təkmilləşdirilməsi faktoru kimi 

 

574 


 

28.


 

Beləliklə də biz aşağıdakıları qət edirik:  

 

o

 



Afrikanın demokratik cəhətdən geridə qalmış bölgə-

lərinin siyasi və institusional strukturlarına tam dəstək 

vermək Münaqişələrin aradan qaldırılması və siyasi sabitliyi 

gücləndirmək, resursların bu kontinentdə sülhü bərqərar 

etmə  əməliyyatlarına sərf olunmasına çalışmaq üçün 

regional və sub-regional mexanizmlərin yaradılmasına və 

saxlanmasına çalışmaq  

o

 



Afrikada yoxsulluğun aradan qaldırılması  və da-

vamlı inkişaf sahəsində mövcud problemləri həll etmək 

üçün xüsusi tədbirlər görmək, o cümlədən borcları  ləğv 

etmək, bazarlardan istifadə imkanlarını artırmaq, Rəsmi 

İnkişaf üzrə Yardımı gücləndirmək, Birbaşa Xarici 

İnvestisiyanı və texnologiya imkanlarını artırmaq.  

o

 

HİV/AIDS epidemiyası  və digər yoluxucu xəs-



təliklərin yayılmasının qarşısını almaq üçün özünə potensial 

imkanlar yaratmaqda Afrikaya yardım etmək  



 

VIII. Birləşmiş Millətlərin Gücləndirilməsi 

 

29.



 

Biz Birləşmiş Millətləri, öz qarşısında duran 

bütün prio-ritetləri yerinə yetirmək üçün daha səmərəli bir 

alətə çevirmək yolunda əlimizdən gələni  əsirgəməyəcəyik; 

həmin prioritetlər aşağıdakılardan ibarətdir: dünyanın bütün 

insanelarının inkişafı  və yoxsulluğun aradan qaldırılması 

uğrunda mübarizə; cahillik və  xəstəliklərə,  ədalətsizliyə, 



Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   136   137   138   139   140   141   142   143   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə