İlham Mazanlı



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə136/154
tarix26.09.2017
ölçüsü3,34 Mb.
#2226
1   ...   132   133   134   135   136   137   138   139   ...   154

İlham A.Mazanlı_________________________________________________________ 

 

555 


 

10. Dövlət Televiziya Verilişləri  Şirkəti Azərbaycanda 

yaşayan azsaylı xalqların və etnik qrupların  ədəbiyyatını, 

folklorunu,  əmək və  həyatını  işıqlandıran teleradioproq-

ramlar təşkil etsin, habelə  ləzgi, talış  və kürd dillərində 

"Respublika yenilikləri", yerli radioqovşağı ilə azsaylı xalq-

ların dillərində gündəlik verilişlər getməsini təmin etsin. 



11. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu 

Fərmanda göstərilən xalqların dil və  mədəniyyətinə dövlət 

yardımı tədbirlərinin maliyyələşdirilməsini təmin etsin.  

12. Bakı, Sumqayıt, Lənkəran, Qusar, Zaqatala, Qəbələ icra 

hakimiyyəti başçıları 1 ay müddətində slavyan, yəhudi, 

ləzgi, talış, avar, udin və başqa azsaylı xalqların və etnik 

qrupların milli mədəniyyət mərkəzlərini bina, yaxud 

xidməti iş otağı ilə təmin etsinlər. 

13.  Azərbaycan Respublikası Prezidenti Aparatında 

yaradılmış millətlərarası münasibətlər üzrə  Məsləhət 

Şurasına bütün millətlərin mənafeyini təmsil etməklə 

yanaşı, millətlərarası münasibətləri təkmilləşdirmək, habelə 

Prezident səlahiyyətinin həyata keçirilməsi bu Fərmandan 

doğan əməli məsələlərin həlli üçün müvafiq tövsiyyələr və 

tədbirlər hazırlanması tapşırılsın.  

14.  Azərbaycan Respublikasının Baş prokuroruna, Azər-

baycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyinə, 




KİV millətlərarası və dövlətlərarası münasibətlərin təkmilləşdirilməsi faktoru kimi 

 

556 


 

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə, 

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə tapşırılsın 

ki, milli əlamətə görə ayrı-seçkiliyə, milli müstəsnalığın, 

milli üstünlüyün bərqərar edilməsinə  və ya milli 

düşmənçiliyin qızışdırılmasına yönəldilən hər hansı bir 

hərəkətin qanunla müəyyən edilmiş qaydada qarşısı alınsın 

və günahkarlar qanuni məsuliyyətə cəlb olunsunlar. 

AR-in Prezidenti Əbülfəz Elçibəy, Bakı, 1992-ci il 

Fərmana edilmiş dəyişilik və əlavələrin 

 

S İ Y A H I S I 

 

18 iyul 2005-ci il tarixli 260 nömrəli Fərman 

(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 

2005-ci il, № 7, maddə 596) ilə 10-cu bənddə “Dövlət 

Televiziya və Radio Verilişləri Şirkəti” sözləri “Azərbaycan 

Televiziya və Radio Verilişləri” Qapalı 

Səhmdar 

Cəmiyyəti” sözləri ilə əvəz edilmişdir. 

 

Azərbaycan Respublikasının Qanunvericilik 

Toplusu, 2005-ci il, № 7, maddə 596.   

 

 

 

 



İlham A.Mazanlı_________________________________________________________ 

 

557 


 

VI  ƏLAVƏ 

 

BMT-nin Minillik Bəyannaməsi

  

 

ÖN SÖZ 



 

Birləşmiş Millətlərin Minillik Bəyannaməsi yeni əsr 

üçün tarixi sənəddir. 2000-ci il sentyabr ayının 6-dan 8-dək 

Nyu Yorkda keçirilən Minillik Sammitində  qəbul olunmuş 

bu sənəd dünya rəhbərlərinin ən böyük yığıncağında iştirak 

edən 147 Dövlət və Hökumət başçılarının, ümumilikdə isə 

191 millətin maraqlarını təmsil edir.  

Bu Bəyannamə uzun aylar boyu davam edən söhbət-

lərdən sonra, insanlarının səsinin eşidilməsinə imkan 

yaradan regional müzakirələr və Minillik Forumu nəzərə 

almaqla ərsəyə gətirilib. Mənim Minillik Hesabatımda təklif 

etdiyim bir çox tapşırıq və  vəzifələrin bu Bəyannaməyə 

daxil edilməsini görmək mənim üçün çox xoşdur.  

Sammitin keçirilməsini təklif etməkdə mənim istəyim 

Minilliyin simvolik qüvvəsini dünyanın hər yerində yaşayan 

insanların  əsl ehtiyaclarını ödəmək işinə yönəltməkdən 

ibarət olub. Dünya rəhbərlərinə qulaq asarkən və onların 

qəbul etdikləri Bəyannaməni oxuyarkən mən 

qarşılaşdığımız problemlər və bu problemlərin həlli yolunda 

təcili addımlar atılmasına çağırış barədə onların 




KİV millətlərarası və dövlətlərarası münasibətlərin təkmilləşdirilməsi faktoru kimi 

 

558 


 

fikirlərindəki nəzərə çarpacaq dərəcədə oxşarlıqdan çox 

təsirləndim.  

Rəhbərlər hədsiz yoxsulluq içərisində yaşayan insan 

təbəqəsinin sayının yarıyadək azaldılması, hamının təmiz su 

və ilkin təhsillə təmin edilməsi, HIV/AIDS-in yayılmasının 

qarşısının alınması  və digər inkişaf yönümlü nailiyyətlərin 

əldə olunması üçün xüsusi vəzifələr müəyyən ediblər. Onlar 

Birləşmiş Millətləri sülh əməliyyatlarını gücəndirilməyə 

çağırırlar ki, aztəminatlı insan təbəqələri ehtiyac duyduqları 

anlarda bizlərə arxalana bilsinlər. Onlar eyni zamanda bizi 

ədalətsizliyə  və qeyri-bərabərliyə, terrora və cinayətlərə 

qarşı mübarizə aparmağa və ümumi irsimizi, bəşəriyyəti 

gələcək nəsillərin xatirinə qorumağa çağırırlar.  

Bəyannamədə dünya rəhbərləri bu Təşkilatı yeni əsrə 

uyğunlaşdırmaq üçün aydın istiqamətlər göstəriblər. Onlar 

haqlı olaraq Birləşmiş Millətlərin səmərəliliyi ilə çox 

maraqlanırlar. Onlar işlərin icra olunduğunu və ən əsası isə 

bu işlərin nəticələrini görmək istəyirlər. Öz tərəfimdən onu 

deyə bilərəm ki, mən və  mənim bütün işçi heyətim bütün 

cəhdlərini bu tapşırıqların həll olunmasına həsr edəcəyik. 

Ancaq eyni zamanda onu da qeyd etmək lazımdır ki, elə 

həmin dünya rəhbərlərinin özləri Birləşmiş Millətləri təşkil 

edirlər. Qarşıya qoyduqları  məqsədlərin  əldə olunması 

onların qüvvəsindən asılıdır və buna görə də elə onlar özləri 

bu nailiyyətlər üçün cavabdehdirlər. Mən həmin rəhbərlərə, 

onların seçicilərinə, bütün dünya xalqlarına deyirəm: 



Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   132   133   134   135   136   137   138   139   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə