İlham Mazanlı



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə133/154
tarix26.09.2017
ölçüsü3,34 Mb.
#2226
1   ...   129   130   131   132   133   134   135   136   ...   154

KİV millətlərarası və dövlətlərarası münasibətlərin təkmilləşdirilməsi faktoru kimi 

 

540 


 

nazirlərinin Londonda görüşü keçirilir. İki 

ölkənin prezidentlərinin fevralda Parisdə 

görüşü barədə razılıq əldə edilir.  

10-11 fevral 

Parisin  yaxınlığındakı Rambuye məntqə-

sndə    Azərbaycan və Ermənistan 

prezidentlərinin görüşü keçirilir. Görüş 

nəticəsiz başa çatır. 

4 iyun 


Azərbaycan və Ermənistan prezidentlərinin 

Buxarestdə “Qara dəniz- dialoq və 

tərəfdaşlıq uğrunda” forumu çərçivəsində 

bağlı qapı arxasında görüşləri keçirilir. 



 

Qeyd:

 

2007-ci ildən bu günə qədər Ermnistan-Azərbaycan

Dağlıq Qarabağ münaqişəsi müxtəlif səviyyələrdə və 

formatda müzakirə edilməsinə baxmayaraq, 

Ermənistanın qeyri-konstruktiv mövqeyinə görə, 

problemin həlli istiqamətində  hələlik elə bir ciddi 

nəticə əldə edilməmişdir.   

 

 

 

 

 

 

 

 

 



İlham A.Mazanlı_________________________________________________________ 

 

541 


 

IV

 

ƏLAVƏ 

 

1.

 

İdel-Ural Respublikası haqqında qisa 

 

A R A Y I Ş 

 

Ural-Voljski ştatı (tatarca İdel-Ural Ştatı) – tatar və 



başqırd xalqlarnın öz milli dövlətlərini yaratmaq 

istiqamətində baş tutmayan layihələrdən biridir. Layihənin 

reallaşdırılması üçün göstərilən cəhdlər nəticəsində bu 

respublika Kazan şəhərinin tatarlar yaşayan hissəsində cəmi 

28 gün (1-28 mart 1918-ci il) mövcud   olmuşdur. 

Həmçinin, Daxili Rusiya və Sibir Türk-Tatar Mədəni-Milli  

Muxtariyyətinin, Ural-Voljski Ştatının, Tatar-Başqırd Sovet 

Sosialist Respublikasının  yaradılması layihələri də 

olmuşdur. Fevral çevrilişi tatar xalqının da siyasi fəallığını 

artırmışdı. Tatar dövlətçiliyinin inkişaf yolları geniş 

müzakirə olunurdu. İlkin dövrlərdə tatar xalqının həm ərazi, 

həm də mədəni-milli muxtariyyət formaları təklif olunurdu. 

I Ümumrusiya müsəlmanları qurultayı (may 1917, 

Moskva ş.) ərazi muxtariyyəti və federativ quruluş haqqında 

qərar qəbul edir. Millət Məclisi (20 noyabr (2 dekabr) 1917-

11(24) yanvar 1918, Ufa)   Daxili Rusiya və Sibir Türk-

Tatar Mədəni-Milli  Muxtariyyətinin Əlaqələndirmə Orqanı 

haqqında qərar qəbul edir. Bu Əlaqələndirmə orqanı I 

Ümumrusiya müsəlmanları qurultayı ilə I Ümumrusiya 

Müsəlman Hərbi qurultayı  və Ümumrusiya Müsəlman 




KİV millətlərarası və dövlətlərarası münasibətlərin təkmilləşdirilməsi faktoru kimi 

 

542 


 

Ruhanilərinin birgə iclasında (22 iyul (4 avqust) 1917-ci 

ildə Kazanda seçilmişdi. 

II Ümumrusiya Müsəlman Hərbi qurultayı [(Kazan), 

8(21) yanvar – 18 fevral (3 mart)1918-ci il] RSFSR Ştatının 

tərkibində  İdel-Ural  Ştatının yaradılması (bura bütün Ufa 

quberniyası, Kazan quberniyasının bir hissəsi, Simbirsk, 

Samara, Orenburq, Perm, Vyatsk quberniyaları dxil idi) və 

üç nazirliyin (dini, maarif və maliyyə), həmçinin iki 

komitənin (hərbi və xarici işlər) tərkibində onun 

qanunvericilik orqanı olan “Milli idarə”nin və icra 

orqanlarının formalaşması haqqında  Qətnamə qəbul edir. 

Qurultayda Müəssislər Məclisinə  və  Şuraya 

münasibətə görə parçalanma baş verir. Sol fraksiya 

qurultayı 

tərk edir. Lakin, seçilmiş orqanların 

(kollegiyaların) işi başladıqdan sonra, 16 (29) yanvar 1918-

ci ildə Kazanda Kollegiyanın elə birinci iclasında sədr 

Q.Şərəf sol fraksiyanın təklifini (Qurultayın dəstəkləmədiyi) 

təsdiq etməyi təklif edir. Əsasnamənin bu variantı böyük səs 

çoxluğu ilə qəbul olununduqdan sonra Kollegiyanın üzvləri 

Q.Qubaydullin və N.Xalfin etiraz əlaməti olaraq 

kollegiyanın tərkibindən çıxırlar. 

Həmçinin, layihələr müzakirə edilərkən başqırd 

xalqının tatarların (“tatar xalqının”) tərkibinə daxil edilməsi 

ətrafında da qızğın polemika gedir.  Müəssislər Məclisi 

bolşeviklər tərəfindən 1918-ci il  yanvarın 5 (18)-də  

dağıdıldıqdan sonra vəziyyət daha da gərginləşir. İdel-Ural 

Ştatının öz müstəqilliyini elan edəcəyi 1918-ci il  fevralın 



İlham A.Mazanlı_________________________________________________________ 

 

543 


 

15 (1mart) gününü əngəlləmək üçün Kazan Fəhlə, Əsgər və 

Kəndli Deputatları  Şurası fevraın 15-də (1 mart)  şəhərdə 

hərbi vəziyyət tətbiq edir  və II Ümumrusiya Müsəlman 

Hərbi qurultayının və Hərbi Şuranın rəhbərliyini həbs edir.  

Hadisələrin sonrakı xronikası isə aşağıdakı kimidir: 

 

-

 



15 (28) fevral – həbs olunanlar axşamayaxın 

azad edilirlər. 

-

 

II Ümumrusiya Müsəlman Hərbi qurultayı öz 



iclaslarını Kazan şəhərinin tatar hissəsinə keçirir 

-

 



15 fevral (1 mart) - Bulaki çayının o biri 

sahilində Sovet Rusiyası  tərkibində  respublika - 

İdel-Ural Muxtar Ştatı (sovet tarixşünaslığında 

ən alçaldıcı bir adla – “Zabulaçni Respublikası” )  

elan edilir. 

-

 



15 fevral (1 mart) Qurultayın qərarları ilə 

Sovnarkom yaradılır və inqilabi qərargah 

tərəfindən silahlı drujinalar  formalaşdırılır.  

-

 



Sovnarkom  “İdel-Ural olkəse” qəzeti vasitəsi ilə 

Sovetləri tanıdığını,  İdel-Ural 

Ştatını 

dəstəkləyən bütün təşkilatlarla  əməkdaşlıq 

etməyə hazır  olduğunu bəyan edir.    

-

 



15 fevral (28 mart) 1918 - “Zabulaçni 

Respublikası” bolşeviklər tərəfindən məhv edilir. 

Əməliyyatlarda Kazan qırmızıqvardiyaçıları, 

Hərbi dənizçi dəstələri (Kazana M.Vahidovun 




Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   129   130   131   132   133   134   135   136   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə