İlham Mazanlı



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə135/154
tarix26.09.2017
ölçüsü3,34 Mb.
#2226
1   ...   131   132   133   134   135   136   137   138   ...   154

İlham A.Mazanlı_________________________________________________________ 

 

551 


 

-  milli azlıq, azsaylı xalq və etnik qrupların mədəni, 

dil və dini özgünlüyünün qorunub saxlanması  və 

inkişaf etdirilməsi;  

-  milli ənənə  və adətlərə  əməl, dini mərasim və 

ayinlərin tam azad icra edilməsi, ibadət yerlərinin 

qorunub saxlanılması  və onlardan istifadə 

olunması;  

- milli sənətkarlığın, peşəkarlıq və özfəaliyyət 

yaradıcılığı  və xalq sənətlərinin sərbəst inkişaf 

etdirilməsi;  

-  bütün millətlərin tarix və  mədəniyyət abidələrinin 

qorunması;  

-   əhali üçün əhəmiyyəti olan yerlər, qoruqlar, parklar 

və digər təbiət obyektlərinin mühafizə olunub 

saxlanılması.  



3. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə

Azərbaycan Respublikası mədəniyyət, xalq təhsili, maliyyə, 

ədliyyə nazirliklərinə,  şəhər, rayon icra hakimiyyəti 

başçılarına: 

Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq 

bütün millətlərin öz mədəniyyət və dini müəssisələrini, 

cəmiyyətlərini təşkil etmək və  fəaliyyət göstərmək 

hüququnun təmini üçün şərait yaratmaq və müvafiq qanuni 

tədbirlər görmək tapşırılsın. 



KİV millətlərarası və dövlətlərarası münasibətlərin təkmilləşdirilməsi faktoru kimi 

 

552 


 

Belə müəssisələrə, cəmiyyət və birliklərə qanunvericilikdən 

irəli gələn dövlət yardımı göstərmək, o cümlədən bina, 

maddi ehtiyatlar və maliyyə vəsaiti ayırmaq məqsədəuyğun 

hesab edilsin. 

4. Azərbaycan Respublikasının 

Ədliyyə Nazirliyi 

Azərbaycan Respublikasında yaşayan milli azlıq, azsaylı 

xalq və etnik qrupların hüquqları haqqında qanun layihəsini 

1 ay müddətində hazırlayıb Azərbaycan Respublikasının 

Prezidentinə təqdim etsin. 



5. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Dövlət 

Sərhədini Mühafizə Komitəsi bütün millətlərin 

nümayəndələrinin digər dövlətlərin  ərazisində yaşayan 

soydaşları ilə  sərbəst  əlaqə saxlaması  məqsədi ilə 

Azərbaycan Respublikasının dövlət sərhədlərini 

sadələşdirilmiş qaydada keçmək hüquq haqqında qanun 

layihəsini bir ay müddətində hazırlayıb Azərbaycan 

Respublikası Prezidentinə təqdim etsinlər. 

Bu məqsədlə Azərbaycan Respublikasının Nazirlər 

Kabineti, Azərbaycan Respublikasının Xarici İşlər 

Nazirliyi, başqa  əlaqədar nazirliklər və idarələr müvafiq 

dövlətlərlə ikitərəfli və çoxtərəfli müqavilələr bağlanılması 

haqqında təkliflər versinlər.  



İlham A.Mazanlı_________________________________________________________ 

 

553 


 

6. Azərbaycan Respublikasının Xalq Təhsili Nazirliyi 

azsaylı xalqların sıx yaşadığı ərazidə orta məktəb proqramı 

üzrə, Bakı və Sumqayıt şəhərlərində isə fakultativ məşğələ-

lər keçirmək yolu ilə həmin xalqların dili və ədəbiyyatının 

öyrənilməsi üçün tədbirlər hazırlayıb həyata keçirsin. 

Azərbaycan Xarici Dillər Pedoqoji İnstitutunun Azərbaycan 

Dövlət Dillər İnstitutuna çevrilməsini nəzərə alaraq burada 

azsaylı xalqların filologiyası  şöbəsi və müvafiq kafedra 

açılsın.  

M.A.  Əliyev adına Azərbaycan Dövlət  İncəsənət 

Universitetinin Quba filialında, M.Ə. Sabir adına Pedaqoji 

Məktəbin Qusar filialında Dağıstan türkləri, yerli əhali və 

azsaylı xalqlar üçün kadrlar hazırlansın. 

Respublikanın dağlıq rayon sakinləri, azsaylı xalqların 

gəncləri və respublikadan kənarda yaşayan soydaşlarımız 

üçün ali və orta ixtisas məktəblərinə güzəştli qəbul haqqında 

müvafiq təkliflər hazırlanıb təqdim olunsun. 

7. Azərbaycan Respublikasının Elmlər Akademiyasında və 

M.Ə. Rəsulzadə adına Bakı Dövlət Universitetində 

Azərbaycanda (güney bölgəsi daxil olmaqla) yaşayan bütün 

xalqların qədim köklərini, tarixi inkişafını, dil və 

ədəbiyyatının tədqiqini təmin etmək və onu dünya tələbləri 

səviyyəsinə çatdırmaq məqsədi ilə semitologiya, antik 




KİV millətlərarası və dövlətlərarası münasibətlərin təkmilləşdirilməsi faktoru kimi 

 

554 


 

dillər, qafqazşünaslıq kafedraları və şöbələri açılsın, burada 

Şumer, Elam, Manna, Midiya, Albaniya, Hun, Xəzər və 

başqa qədim etnosların tarixi və  mədəni irsini araşdırmağa 

qadir olan mütəxəssislər hazırlansın. Bu məqsədlə xaricdən 

mütəxəssislər dəvət olunsun və xaricə, dünya əhəmiyyətli 

elm və tədris ocaqlarına tələbə, aspirant və elmi işçilər ezam 

edilsin, bütün xərclər dövlət büdcəsi hesabına ödənilsin. 



8. Azərbaycan Respublikasının xalq təhsili və  mədəniyyət 

nazirlikləri azsaylı xalqların sənətkarlığını, bədii peşəkarlıq 

və özfəaliyyət yaradıcılığını, qədim sənətlərini yaşatmağa, 

milli mədəniyyət mərkəzlərində kitabxanaların, bədii 

özfəaliyyət kollektivlərinin, xalq incəsənəti studiyalarının 

və emalatxanalarının yaradılmasına yardım göstərsinlər. 



9. Azərbaycan Respublikasının Dövlət Mətbuat Komitəsi 

azsaylı xalqların dillərində  tədris, sorğu-məlumat və  bədii 

ədəbiyyatın buraxılışına diqqət yetirsin. 

Ölkəmizdə milli münasibətlər üzrə respublika əhəmiyyətli 

dövri mətbuat orqanının olmamasını  nəzərə alaraq, bütün 

xalqların həyat və yaradıcılığını, əməyini, mənəvi dünyasını 

işıqlandırmaq, dil və  mədəniyyətlərinin yayılmasına dövlət 

yardımı göstərmək məqsədilə Azərbaycan Respublikası 

Prezidentinin millətlərarası münasibətlər üzrə müşavir 

xidmətinin nəzdində "Elin səsi" adlı iri ölçülü həftəlik 

respublika qəzeti buraxılsın. 



Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   131   132   133   134   135   136   137   138   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə