İlham Mazanlı



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə148/154
tarix26.09.2017
ölçüsü3,34 Mb.
#2226
1   ...   144   145   146   147   148   149   150   151   ...   154

KİV millətlərarası və dövlətlərarası münasibətlərin təkmilləşdirilməsi faktoru kimi 

 

598 


 

hüququn hamılıqla qəbul edilmiş norma və prinsipləri  əsasında dost 

münasibətlərin qurulmasında maraqlıdır və buna nail olmaq üçün səy 

göstərir. Azərbaycan Respublikası dünyanın  əksər ölkələri ilə belə 

münasibətlər qurmuşdur və onları inkişaf etdirməkdədir. 

Azərbaycan Respublikası  əməkdaşlıq etdiyi dövlətlərlə regional və 

beynəlxalq problemləri həll etmək istiqamətində birgə fəaliyyət göstərir. 

Regional təhlükəsizlik, terrorçuluqla mübarizə, kütləvi qırğın 

silahlarının yayılmaması  və enerji təhlükəsizliyinin təmin olunması 

prioritet sahələr sırasındadır. 

Regionda sülh və sabitliyə nail olmaq üçün Azərbaycan Respublikası 

bir sıra addımların atılmasını vacib hesab edir. İlk növbədə, region 

kütləvi qırğın silahlarından azad məkan olmalıdır. Nüvə silahının 

yayılmaması sahəsində mövcud beynəlxalq hüquq normalarına uyğun 

regional münasibətlərin inkişafı  həm regional, həm də beynəlxalq 

səviyyədə sabitliyin bərqərar edilməsi və möhkəmlənməsi üçün zəruri 

şərtlərdəndir. Regionda xarici hərbi qüvvələrin olmaması regional 

təhlükəsizliyə töhfə verərdi. Regional təhlükəsizlik region ölkələrinin 

bir-birinin suverenliyini və  ərazi bütövlüyünü tanıması, militarist və 

təcavüzkar siyasətdən çəkinməsi vasitəsi ilə yaradılmalıdır. 

Azərbaycan Respublikası beynəlxalq hüququn hamılıqla qəbul edilmiş 

norma və prinsiplərinə, Azərbaycan Respublikasının tərəfdar çıxdığı 

beynəlxalq müqavilələrə və milli qanunvericiliyinə uyğun olaraq, eləcə 

də müvafiq xarici dövlətlərin qanunvericiliyi nəzərə alınmaqla, xaricdə 

yaşayan azərbaycanlıların hüquq və  əsas azadlıqlarının təmin 

edilməsinə  və onların milli özünəməxsusluğunun və  dəyərlərinin 

qorunub saxlanılmasına kömək göstərməkdə davam edəcəkdir. 

4.1.5.1. Region ölkələri ilə əməkdaşlıq 

Azərbaycan Respublikası qonşu ölkələrlə  hərtərəfli tərəfdaşlıq 

əlaqələrinin inkişaf etdirilməsinə böyük önəm verir. Bu ölkələrlə 

münasibətlərdə Azərbaycan Respublikası  əsas problemlərin qarşılıqlı 

şəkildə  və beynəlxalq hüquqa uyğun həllinin tərəfdarıdır. Azərbaycan 

Respublikası qonşu 



İlham A.Mazanlı_________________________________________________________ 

 

599 


 

ölkələrlə  sərhədlərin delimitasiyası  və demarkasiyası  məqsədi ilə 

aparılan danışıqların tezliklə başa çatdırılmasında maraqlıdır. 

Separatçılığın, etnik, siyasi və dini ekstremizmdən qaynaqlanan 

risklərin zərərsizləşdirilməsində digər dövlətlərlə, xüsusən, Azərbaycan 

Respublikası ilə qonşuluq təmaslarına malik ölkələrlə harmonik 

münasibətlərin qurulması mühüm əhəmiyyətə malikdir. 

Azərbaycan Respublikası regionda sülhün və sabitliyin bərqərar olması 

üçün regional əməkdaşlığı əvəzolunmaz amil kimi qiymətləndirir. Eyni 

zamanda, Ermənistanın təcavüzkar siyasəti Cənubi Qafqazda hərtərəfli 

regional  əməkdaşlıq yolunda əsas maneədir. Bu siyasətdən imtina 

etməyənədək Azərbaycan Respublikası Ermənistanla  əməkdaşlığı 

mümkün hesab etmir. Digər tərəfdən, Azərbaycan, Gürcüstan və 

Türkiyə arasında üçtərəfli strateji tərəfdaşlıq və genişlənən əməkdaşlıq 

regionda sabitlik amilinə çevrilmişdir. Bu əməkdaşlıq Qara dəniz və 

Xəzər dənizi regionlarının əhəmiyyətini artıran, Avropa və bütövlükdə, 

qlobal enerji təhlükəsizliyinə töhfə verən "Bakı-Supsa", Heydər Əliyev 

adına "Bakı-Tbilisi-Ceyhan" neft ixrac boru kəmərləri və  Cənubi 

Qafqaz qaz boru kəməri ("Bakı-Tbilisi-Ərzurum") kimi üç uğurlu enerji 

infrastrukturu layihəsi ilə Avropa üçün yeni həyati və təhlükəsiz enerji 

mənbəyinin  əsasını qoydu. Geostrateji cəhətdən önəmli olan "Bakı-

Tbilisi-Qars dəmir yolu bağlantısı" layihəsinin həyata keçirilməsi 

regional  əməkdaşlığın daha da sürətləndirilməsi və genişləndirilməsi 

istiqamətində mühüm bir addım olaraq, eyni zamanda, yeni qlobal 

imkanlar yaradır. 

Azərbaycan Respublikasının müstəqilliyini tanımış ilk dövlət olan və 

regionda sülh və sabitliyin bərqərar olunmasında müstəsna rol oynayan 

Türkiyə ilə bütün sahələrdə  hərtərəfli münasibətlər son dərəcədə 

mühümdür. Etnik, mədəniyyət və dil baxımından bir-biri ilə  sıx bağlı 

olan ölkələrimiz arasında qarşılıqlı münasibətlər strateji əməkdaşlıq 

səviyyəsində daha da genişlənməkdə və dərinləşməkdədir. Azərbaycan 

Respublikası  və Türkiyənin trans-regional iqtisadi layihələrin 

gerçəkləşməsinə töhfələri, eləcə də Türkiyənin Ermənistan-Azərbaycan 



KİV millətlərarası və dövlətlərarası münasibətlərin təkmilləşdirilməsi faktoru kimi 

 

600 


 

münaqişəsinin həllinə yönəldilmiş səyləri iki ölkənin mövqelərinin tam 

uyğunluğunu və onlar arasında  əməkdaşlığın keyfiyyət səviyyəsini 

nümayiş etdirir. 

Azərbaycan Respublikasının Gürcüstan ilə  əməkdaşlığının və 

tərəfdaşlığının hərtərəfli inkişafı ölkəmiz üçün mühüm əhəmiyyət kəsb 

edən məsələlərdən biridir. İki dövlətin ümumi maraqlarının 

mövcudluğu, regiondakı enerji infrastrukturu və nəqliyyat layihələrinin 

həyata keçirilməsi, eləcə  də qarşılıqlı maraq kəsb edən digər sahələr 

çərçivəsində Gürcüstan ilə  sıx  əməkdaşlıq edən Azərbaycan 

Respublikası ikitərəfli strateji tərəfdaşlıq münasibətlərini daha da 

inkişaf etdirməyə davam edəcəkdir. 

Azərbaycan, Gürcüstan, Moldova və Ukraynanın “emokratiya və 

İqtisadi  İnkişaf Naminə - GUAM" çərçivəsində mövcud tərəfdaşlığı 

regional əməkdaşlığın digər bir nümunəsidir. 

Ukrayna və Moldova ilə  tərəfdaşlıq yalnız GUAM çərçivəsində deyil, 

eyni zamanda, ikitərəfli  əsaslarda siyasi, iqtisadi, humanitar və digər 

sahələrdə inkişaf etdirilir. 

Azərbaycan ilə Rusiya arasında mövcud olan münasibətlər regionun 

sabitliyi və inkişafı üçün mühüm amildir. Azərbaycan Respublikası 

Rusiya Federasiyası ilə ikitərəfli  əsaslarda, eləcə  də Avropa regional 

təşkilatları, xüsusilə  də MDB çərçıvəsində çoxtərəfli  əsaslarda siyasi, 

iqtisadi, humanitar, təhlükəsizliyin təmin edilməsi, cinayətkarlığa qarşı 

mübarizə və digər shələrdə strateji tərəfdaşlıq və əməkdaşlıq edir. 

Azərbaycan Respublikası  Xəzəryanı ölkələrlə sülh və mehriban 

qonşuluq  şəraitində yaşamaq və müxtəlif regional layihələrdə birgə 

iştirakda maraqlıdır. Azərbaycan Respublikası  Xəzəryanı ölkələr olan 

Rusiya və Qazaxıstanla yaxın qonşuluq münasibətlərinə malikdir. Bu 

gün Azərbaycan neftinin Xəzər dənizindən Qara dəniz vasitəsilə Avropa 

bazarlarına daşınması marşrutlarından biri də Bakı-Novorossiysk boru 

kəməridir. Qazaxıstanla Azərbaycan Respublikası arasında isə 

Qazaxıstan neftinin Xəzər dənizi və Azərbaycan  ərazisindən "Bakı-

Tbilisi-Ceyhan" sistemi vasitəsilə beynəlxalq bazarlara nəql edilməsinə 



Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   144   145   146   147   148   149   150   151   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə