İlham Mazanlı



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə151/154
tarix26.09.2017
ölçüsü3,34 Mb.
#2226
1   ...   146   147   148   149   150   151   152   153   154

İlham A.Mazanlı_________________________________________________________ 

 

607 


 

təhsil səviyyəsinin dünya standartlarına uyğunlaşdırılması, yeni 

texnologiyalardan istifadə üçün inkişaf etmiş ölkələrlə  əməkdaşlıq 

əlaqələrini genişləndirir, beynəlxalq təcrübəni öyrənir və  tətbiq edir. 

Azərbaycan Respublikası elmi potensialın qorunması və inkişafına dair 

dövlət siyasətinin uzunmüddətli proqramlarını hazırlayıb həyata keçirir. 

4.3.4. İqtisadi və sosial inkişaf 

Ölkənin iqtisadi inkişafının davamlı olması hökumətin iqtisadi 

siyasətinin təməl prinsipidir. Bu həm iqtisadi, həm də sosial ölçülərin 

bərabər səviyyədə nəzərə alınmasını tələb edən kompleks bir məsələdir. 

Ona görə  də Azərbaycan Respublikası bu istiqamətlərin hər biri üzrə 

sinxron və əlaqələndirilmiş proqram həyata keçirmək niyyətindədir. 

Azərbaycan Respublikasında inflyasiya tempinin məqbul səviyyədə 

saxlanılması və valyuta bazarında sabit və proqnozlaşdırıla bilən vəziy-

yət təmin edilmiş, strateji valyuta ehtiyatları  əhəmiyyətli dərəcədə 

artmışdır. Dövlət idarəetmə sistemində struktur islahatları  həyata keçi-

rilmiş, müəssisələrin böyük qismi öz fəaliyyətlərini bazar iqtisadiyyatı-

nın tələblərinə uyğun olaraq səmərəli təşkil edə bilmişdir. 

Sürətlə artan neft və qaz gəlirlərindən həddən artıq asılılıq nəticəsində 

yarana biləcək iqtisadi qeyrisabitlik təhdidinin qarşısının alınması məq-

sədilə iqtisadi siyasət iqtisadi çoxşaxəliliyin təşviqinə yönəldilməlidir. 

Sahibkarlıq fəaliyyətində mühüm inkişaf müşahidə olunmuş, 

iqtisadiyyatın liberallaşmasının dərinləşdirilməsi istiqamətində nailiy-

yətlər  əldə edilmişdir. Artım tempi əhalinin rifah səviyyəsinin artması 

üçün görülən konkret tədbirlər, struktur-texnoloji müasirləşmənin 

həyata keçirilməsi və ölkənin rəqabət üstünlükləri sayəsində  təmin 

edilməlidir. Sosial-iqtisadi inkişafda yeni nailiyyətlərin  əldə edilməsi 

həm də islahatların aparılmasına, özəlləşdirmə zamanı şəffaflığın təmin 

edilməsinə, iqtisadiyyatın müasirləşməsinə, sosial dəyişikliklərin keçi-

rilməsinə kompleks yanaşmanın davam etdirilməsini tələb edir. 

Həyata keçirilən regional iqtisadi siyasətin  əsas məqsədi ölkəmizin 

bütün bölgələrinin mövcud potensialından səmərəli istifadə etməklə 

qeyri-neft sahələrinin inkişafına, istehsal müəssisələrinin fəaliyyətinin 



KİV millətlərarası və dövlətlərarası münasibətlərin təkmilləşdirilməsi faktoru kimi 

 

608 


 

daha da genişləndirilməsinə, ixracyönlü məhsul istehsalının stimul-

laşdırılmasına, yerli sahibkarlığın inkişafı yolu ilə  əhalinin həyat 

səviyyəsinin daha da yaxşılaşdırılmasına, məşğulluq səviyyəsinin, 

xüsusilə, gənclərin faydalı əməklə məşğulluğunun artırılmasına və ölkə 

iqtisadiyyatının dinamik inkişafının təmin edilməsinə nail olmaqdır. 

Azərbaycan Respublikasının uzunmüddətli dövrdə dayanıqlı  və tarazlı 

inkişafının təmin edilməsində  sərmayələrin cəlb edilməsi xüsusi rol 

oynayır. Sərmayələrin tələb olunan həcm və keyfiyyəti, ilk növbədə

özəl sərmayələrin dəstəyi nəticəsində  təmin edilə bilər. Ona görə  də 

əlverişli sərmayə mühitinin yaxşılaşdırılması qarşıda duran ən  əsas 

vəzifələrdəndir. Bunun üçün şəxsi mülkiyyətin qorunması və korporativ 

idarəetmənin təkmilləşdirilməsinə, mülkiyyət formasından asılı 

olmayaraq bütün sərmayədarlar üçün daha əlverişli rəqabət mühitinin 

yaradılmasına, sərmayə fəaliyyətinin normativ hüquqi bazasının daha da 

təkmilləşdirilməsinə, sərmayə axınının qeyri-neft sektorunun və 

regionların inkişafına yönəldilməsinin stimullaşdırılmasına diqqət 

yetiriləcəkdir. Eyni zamanda, Azərbaycan  şirkətlərinin xarici ölkələrdə 

fəaliyyəti və beynəlxalq layihələrdə iştirakı dəstəklənəcəkdir. 

Həmçinin "Şərq-Qərb" və  "Şimal-Cənub" nəqliyyat dəhlizində Azər-

baycan Respublikasının tranzit ölkə kimi potensialının gücləndirilmə-

sinə, müasir texnologiyaların ölkəmizə  gətirilməsinə  və informasiya-

telekommunikasiya sistemlərinin inkişafına xüsusi önəm veriləcəkdir. 

4.3.5. Daxili təhlükəsizliyin möhkəmləndirilməsi 

Daxili təhlükəsizliyin təmin olunması dövlətin  ən vacib vəzifələrindən 

biridir. Bu, həmçinin onun beynəlxalq risk və  təhdidlərə cavab vermə 

qabiliyyətini gücləndirir. Davamlı daxili təhlükəsizlik yalnız insan 

hüquq və  əsas azadlıqlarına hörmət, vətəndaş  cəmiyyətinin və sosial 

rifahın inkişafı vasitəsi ilə mümkündür. Azərbaycan Respublikasının 

müvafiq dövlət orqanları öz növbəsində ictimai asayişi qorumaq, cina-

yətkarlıq və korrupsiya ilə mübarizə aparmaqla, daxili təhlükəsizliyin 

təmin olunmasında məsuliyyət daşıyır. Bu sahədə hüquq mühafizə 




İlham A.Mazanlı_________________________________________________________ 

 

609 


 

orqanlarının fəaliyyətinin səmərəliliyinin artırılması məqsədi ilə qanun-

vericilik və institusional islahatlar aparılır, praktiki tədbirlər görülür. 

Milli təhlükəsizliyin  ən vacib elementlərindən biri kimi kəşfiyyat və 

əks-kəşfiyyat dövlətin və onun vətəndaşlarının təhlükəsizliyinin təmin 

olunması baxımından mühüm əhəmiyyət kəsb edir. 

4.3.6. Sərhəd təhlükəsizliyinin möhkəmləndirilməsi 

Azərbaycan Respublikasının həssas coğrafi vəziyyəti onu beynəlxalq 

terrorçuluq, qeyri-qanuni miqrasiya, transmilli mütəşəkkil cinayətkarlıq, 

insan alveri, narkotik vasitələrin qaçaqmalçılığı  və kütləvi qırğın 

silahlarının yayılması kimi bir sıra transsərhəd təhdidlər ilə üzləşdirir. 

Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində Azərbaycan Respubli-

kasının  İran  İslam Respublikası ilə 132 km və Ermənistanla 733 km. 

uzunluğunda olan beynəlxalq sərhədləri Ermənistan tərəfindən zəbt 

olunmuşdur. Bu sərhədlərin nəzarətdən kənarda qalması yuxarıda sada-

lanan cinayətkarlıq üçün münbit şərait yaradır. Transsərhəd təhdidlərin 

mövcudluğu ölkənin sərhəd təhlükəsizliyinə xüsusi diqqət yetirilməsini 

zəruri edir. Sərhəd təhlükəsizliyi siyasətinin effektiv həyata keçirilməsi 

üçün mərkəzi dövlət orqanı kimi Dövlət Sərhəd Xidməti yaradılmışdır. 

Ölkədə aparılan ümumi demokratik dövlət quruculuğu və xüsusən, 

təhlükəsizlik sektorunun islahatı prosesi çərçivəsində sərhəd təhlükəsiz-

liyinə konseptual olaraq yenidən baxılır və Dövlət Sərhəd Xidmətinin 

hərbi qurumdan hüquq-mühafizə orqanına keçidi məqsədi ilə  əsaslı 

struktur islahatları aparılır. NATO və digər xarici tərəfdaşlarla əməkdaş-

lıq şəraitində aparılan islahatlar nəticəsində effektiv sərhəd nəzarəti sis-

temi yaradılmaqla Silahlı Qüvvələrin və digər təhlükəsizlik strukturları-

nın sərhəd təhlükəsizliyi sahəsindəki mümkün dəstəkləyici rolu və 

fəaliyyətlərinin koordinasiyası mexanizmləri daha da təkmilləşdirilir. 

Sərhəd təhlükəsizliyi məsələsi neft və qaz yataqlarının, nəqliyyat 

dəhlizlərinin təhlükəsizliyinin təmin olunmasında getdikcə daha çox 

əhəmiyyət kəsb etməkdədir. Sərhəd təhlükəsizliyinin daha səmərəli 

təmin edilməsi üçün normativ hüquqi baza beynəlxalq standartlara 




Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   146   147   148   149   150   151   152   153   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə