İlham Mazanlı



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə153/154
tarix26.09.2017
ölçüsü3,34 Mb.
#2226
1   ...   146   147   148   149   150   151   152   153   154

İlham A.Mazanlı_________________________________________________________ 

 

613 


 

* nəqliyyat infrastrukturlarının təhlükəsizliyinə kənardan təhdid yarada 

biləcək amillərin aşkarlanması və qarşısının alınması; 

* nəqliyyat vasitələri və infrastrukturlarında, o cümlədən boru 

kəmərlərində terror aktlarının törədilməsində istifadə oluna biləcək 

vasitələrin dövriyyəsinin qadağan olunması  və ya bu dövriyyəyə ciddi 

nəzarətin həyata keçirilməsi; 

* nəqliyyat obyektlərinin tikintisi və istismarı zamanı sosial və ekoloji 

mühitə ziyan vurulmasının qarşısının alınması. 

Sözügedən vəzifələr Azərbaycan Respublikasının Silahlı Qüvvələri və 

digər təhlükəsizlik strukturlarının, habelə aidiyyəti dövlət qurumlarının 

fəaliyyətində öz əksini tapmalı  və onların həyata keçirilməsi üçün 

adekvat imkanlar yaradılmalıdır. 

4.3.10. Fövqəladə idarəetmə,  ətraf mühitin və  əhalinin sağlamlığının 

mühafizəsi 

Ətraf mühitlə bağlı olan təbii fəlakətlər və insanların fəaliyyəti nəticə-

sində baş verən texnogen qəzalar  əhalinin sağlamlığına, rifahına və 

əmlakına ziyan yetirməklə daxili təhlükəsizliyə zərər vura bilər. Bu mə-

nada, onlar ümumi təhlükəsizlik kontekstində nəzərdən keçirilməlidir. 

Azərbaycan Respublikasında fövqəladə halların xəbərdar edilməsi və 

nəticələrinin aradan qaldırılması üzrə  tədbirlərin hazırlanması  və 

əlaqələndirilməsinə  məsul olan ayrıca qurum - Fövqəladə Hallar 

Nazirliyi yaradılmışdır. 

Azərbaycan Respublikası böhranların idarə olunması  və fövqəladə 

halların qarşısının alınması üzrə  tədbirlər planlarının hazırlanması ilə 

bağlı təcrübə qazanılması və informasiya mübadiləsi sahəsində bir sıra 

dövlətlərlə ikitərəfli  əməkdaşlıq edir. Bu sahədə çoxtərəfli  əməkdaşlıq 

isə NATO mexanizmləri vasitəsilə geniş inkişaf etdirilir və Azərbaycan 

Respublikası həmin imkandan fəal istifadəni davam etdirəcəkdir. 

Azərbaycan Respublikası ekoloji problemlərə ciddi yanaşır və ona görə 

də bu sahədə yaranan və  zərər vura bilən təhlükələrdən, risklərdən və 

təhdidlərdən xəbərdardır. Təbii və texnogen fəlakətlərə  və böhran 




KİV millətlərarası və dövlətlərarası münasibətlərin təkmilləşdirilməsi faktoru kimi 

 

614 


 

vəziyyətlərinə hazır olmaq və onların qarşısını almaq dövlət üçün əsas 

məsələlərdəndir. 

Azərbaycan Respublikası ölkə  əhalisinə,  ərazisinə  və iqtisadiyyatına 

radioaktiv, bakterioloji və kimyəvi vasitələrlə göstərilən zərərli təsirin 

qarşısının alınmasına yönəlmiş tədbirləri fəal surətdə həyata keçirir. 

Strateji  əhəmiyyətli dövlət obyektlərinin, o cümlədən neft və qaz 

hasilatı  və emalı müəssisələrinin, terminalların, magistral boru 

kəmərlərinin, içməli su mənbələrinin, elektrik stansiyalarının, 

hidrotexniki qurğuların təbii fəlakətlərdən, texnogen qəzalardan və 

terror təhlükəsindən müdafiəsi dövlət üçün əsas vəzifələrdən biridir. 

Coğrafi və geoloji şəraitin müxtəlifliyi nəzərə alınmaqla, ölkə ərazisinin 

təbii fövqəladə hallardan mühafizəsi ilə bağlı dağıntılara gətirib çıxara 

bilən amillərin, o cümlədən zəlzələlər, sellər, subasmalar, sürüşmələr və 

palçıq vulkanlarının törədə biləcəyi fəsadlar və onların nəticələrinin 

aradan qaldırılması yolları daim diqqət mərkəzindədir. 

Bir neçə iqlim qurşağı ilə  əhatə olunan Azərbaycan Respublikası 

ərazisindəki zəngin bitki və heyvanat aləminin qorunub-saxlanması 

zəruri şərtdir. 

Ətraf mühitin çirklənməsinə  səbəb olan mənbələrin ləğv olunmasına, 

Xəzər dənizinin ekoloji problemlərinin aradan qaldırılmasına, onun 

biomüxtəlifliyinin qorunması  və  bərpa olunmasına və bununla bağlı 

digər məsələlərə xüsusi diqqət yetirilir. 

Ərzaq təhlükəsizliyinin təmin olunması üzrə bitki mühafizəsi 

vasitələrindən (pestisidlərdən və bioloji preparatlardan) istifadəyə 

nəzarət, karantin obyekti mənbələrinin vaxtında aşkar edilərək ləğv 

olunması vacib məsələlərdən biridir. 

Əhalinin sağlamlığının qorunması üçün dərmanların keyfiyyətinə 

nəzarət mexanizmlərinin və saxta dərmanlara qarşı mübarizənin 

gücləndirilməsi zəruridir. 

4.3.11. İnformasiya təhlükəsizliyi siyasəti 

Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi siyasəti dövlət, 

ictimai və  fərdi informasiya ehtiyatlarının qorunmasına, habelə 



İlham A.Mazanlı_________________________________________________________ 

 

615 


 

informasiya sahəsində milli maraqların müdafiəsinə yönəlmiş  tədbirlər 

kompleksinin həyata keçirilməsindən ibarətdir. 

Azərbaycan Respublikasının informasiya sahəsində milli təhlükə-

sizliyinin təmin olunması üçün ölkədə informasiyanın, həmçinin dövlət 

informasiya ehtiyatlarının müdafiəsi sahəsində milli sistem və 

informasiya infrastrukturu inkişaf etdirilir və möhkəmləndirilir. Dövlət 

orqanları  və  vəzifəli  şəxslər tərəfindən qərarların qəbul edilməsinin 

informasiya təminatının həyata keçirilməsi məqsədi ilə obyektiv və 

mühüm məlumatlar toplanılır. 

Kəşfiyyat və  əks-kəşfiyyat qabiliyyətinin uzlaşdırılması  və  səmərəli-

liyinin artırılması, habelə  məxfi informasiyanın mühafizə olunmasının 

koordinasiyası milli təhlükəsizlik sektorunun bu sahəsində  əsas 

məsələlərdəndir. Azərbaycan Respublikası öz milli kəşfiyyat və  əks-

kəşfiyyat qabiliyyətini artıracaq və dövlət sirrinə aid edilmiş 

məlumatların mühafizəsi ilə bağlı  fəaliyyətin təkmilləşdirilməsini 

davam etdirəcəkdir. 

İnformasiya təhlükəsizliyini tənzimləmək məqsədi ilə dövlət sirri təşkil 

edən məlumatların mühafizəsinin hüquqi mexanizmləri təkmilləşdirilir 

və informasiya azadlığı təmin olunur. Hüquqi və inzibati mexanizmlər 

vətəndaşların hüquqlarını və dövlət strukturlarının fəaliyyəti üzərində 

demokratik nəzarəti təmin edəcəkdir. 

 

 

Yekun müddəalar 

 

Azərbaycan Respublikasının strateji coğrafi mövqeyi onun Avratlantik 

məkandakı siyasi və iqtisadi proseslərdə olduqca mühüm rol oynamasını 

təmin etmişdir. Bu, regiondakı enerji və  nəqliyyat layihələrinin həyata 

keçirilməsində özünü büruzə verməkdədir. 

Azərbaycan Respublikasının təhlükəsizlik mühiti eyni zamanda, hərbi 

münaqişələr, beynəlxalq terrorçuluq, transmilli mütəşəkkil 

cinayətkarlıq, qeyri-qanuni miqrasiya, insan alveri və narkotik 




Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   146   147   148   149   150   151   152   153   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə