İlham Mazanlı



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə147/154
tarix26.09.2017
ölçüsü3,34 Mb.
#2226
1   ...   143   144   145   146   147   148   149   150   ...   154

İlham A.Mazanlı_________________________________________________________ 

 

595 


 

Azərbaycan Respublikasının beynəlxalq təşkilatların işində  fəal iştirak 

etməsi onun təhlükəsizliyi və xarici siyasəti üçün mühüm əhəmiyyət 

kəsb edir. Miqyas və nüfuzundan asılı olmayaraq, universal və regional 

beynəlxalq təşkilatlar dünyada yaranan yeni təhdidlərlə mübarizədə 

getdikcə daha çox rol oynayırlar. Belə ki, beynəlxalq təşkilatlar 

təhdidlərin aradan qaldırılmasına və ya onların qarşısının alınmasına 

yardım etməklə yanaşı, Azərbaycan Respublikasının milli maraqlarının 

qlobal siyasətdə müdafiəsinə imkanlar yaradırlar. Eyni zamanda, 

beynəlxalq təşkilatlar Azərbaycan Respublikasının üzləşdiyi 

təhlükəsizlik problemlərinə  tərəfdaş dövlətlərin diqqətini cəlb etmək 

üçün  əlverişli forum rolunu oynayırlar. Bu baxımdan, universal və 

regional beynəlxalq təşkilatların mövcudluğu, inkişafı  və müasir 

dünyada baş verən dəyişikliklərə uyğunlaşması Azərbaycan 

Respublikası üçün əhəmiyyətlidir.Azərbaycan Respublikası 1992-ci 

ildən üzvü olduğu BMT-nin beynəlxalq sülhün və  təhlükəsizliyin 

bərqərar olmasında, davamlı inkişafın və demokratikləşmənin qorunub 

saxlanmasında əvəzsiz rol oynadığını qəbul edir. 

Azərbaycan Respublikasının BMT-yə göstərdiyi maraq Ermənistan-

Azərbaycan münaqişəsinin həlli ilə  məhdudlaşmır. Azərbaycan 

Respublikası BMT dəyərlərini bölüşərək insan hüquqları, iqtisadi və 

sosial sahələrdə həyata keçirilən müxtəlif proqramlar çərçivəsində BMT 

ilə  əməkdaşlığı genişləndirir. Azərbaycan Respublikası beynəlxalq 

ictimaiyyətin BMT və digər qurumlar çərçivəsində terrorçuluğa qarşı 

mübarizəsinə töhfə verməkdədir. 

Azərbaycan Respublikası XXI əsrin problem və  təhdidlərinə  səmərəli 

cavab vermək üçün BMT-nin iş qabiliyyətinin artırılması məqsədi ilə, o 

cümlədən beynəlxalq hüquq sisteminin möhkəmləndirilməsi və  qəbul 

edilmiş  qərarların icrasının təmini istiqamətində bu təşkilat daxilində 

islahatların aparılmasını dəstəkləyir. 

Azərbaycan Respublikasının 1992-ci ildən üzvü olduğu ATƏT Avropa 

qitəsinin bütün dövlətlərini əhatə edən və onlar arasında münasibətlərin 

və ümumi təhlükəsizliyin norma və prinsiplərini təsbit edən yeganə 



KİV millətlərarası və dövlətlərarası münasibətlərin təkmilləşdirilməsi faktoru kimi 

 

596 


 

regional təşkilatdır. ATƏT-in Helsinki Yekun Aktı  və digər sənədləri 

regionda sülhün və təhlükəsizliyin təmin edilməsi üçün prinsipial siyasi 

əsasdır. 

Ermənistan-Azərbaycan münaqişəsinin həll edilməsində oynadığı rol 

baxımından ATƏT-lə  əməkdaşlıq Azərbaycan Respublikasının xarici 

siyasətində xüsusi yer tutur. Bununla yanaşı, Azərbaycan Respublikası 

digər sahələrdə də ATƏT-lə əməkdaşlıq edir. 

Azərbaycan Respublikası ATƏT-in yeni siyasi mühitdə oynadığı 

mühüm rolu nəzərə alaraq, təşkilatın səmərəliliyinin, xüsusən də onun 

prinsiplərinə riayət edilməsi istiqamətində bütün təşkilat üzvlərinin 

xoşməramlı niyyəti və  fəal iştirakı  şəraitində müvafiq islahatların 

aparılması yolu ilə onun rolunun artırılmasında maraqlıdır. 

Azərbaycan Respublikasının Avropa Şurası ilə  əməkdaşlığı Avropa 

xalqları ailəsinə inteqrasiyanı  və Avropa standart və  dəyərlərindən 

bəhrələnməni özündə ehtiva edir. Azərbaycan Respublikası 2001-ci 

ildən üzvü olduğu Avropa Şurası ilə  əməkdaşlıq çərçivəsində öz milli 

qanunvericiliyinin Avropa standartlarına uyğunlaşdırılması 

istiqamətində  tədbirlər görür. Ölkəmiz təşkilatın fundamental 

sənədlərindən olan "İnsan hüquq və  əsas azadlıqlarının müdafiəsi 

haqqında" Avropa Konvensiyasını  və onun müvafiq protokollarını 

2001-ci il yanvarın 25-də imzalamış, 2001-ci il dekabrın 25-də isə 

ratifikasiya etmişdir. 

İslam dünyasının tərkib hissəsi olan Azərbaycan Respublikası  İslam 

Konfransı Təşkilatı (İKT) çərçivəsində fəaliyyətinə xüsusi diqqət yetirir. 

1991-ci ildə  İKT-yə üzv olduqdan sonra Azərbaycan Respublikası bu 

təşkilat çərçivəsində  fəal iştirakçıya çevrilmişdir.  İKT Ermənistanı 

təcavüzkar qismində tanıyan və pisləyən ilk beynəlxalq təşkilatdır. İKT-

nin ölkəmiz üçün həyati əhəmiyyət kəsb edən bu məsələyə dair aydın və 

ədalətli mövqeyi Azərbaycan Respublikasının həmin təşkilatla 

münasibətlərinin yüksələn xətt üzrə inkişafına  əlverişli zəmin 

yaratmışdır. Sivilizasiyalararası körpü rolunu oynayan Azərbaycan 




İlham A.Mazanlı_________________________________________________________ 

 

597 


 

Respublikası Qərb və Şərq mədəniyyətlərindən bəhrələnməklə dövlətlər 

və xalqlar arasında dialoqa töhfə verməyə davam edəcəkdir. 

Azərbaycan Respublikası Müstəqil Dövlətlər Birliyi (MDB) 

çərçivəsində  əməkdaşlıq münasibətlərinin saxlanılmasında, MDB 

ölkələri ilə ikitərəfli  əsaslarda iqtisadi, siyasi, hüquqi və humanitar 

sahələrdə münasibətlərin inkişaf etdirilməsində maraqlıdır. 

Azərbaycan, Gürcüstan, Moldova və Ukraynanın üzv olduğu 

"Demokratiya və  İqtisadi  İnkişaf Naminə - GUAM" 1997-ci ildə 

yaradılmış, 2006-cı ildə isə beynəlxalq regional təşkilata çevrilmişdir. 

GUAM demokratiya, inkişaf və  təhlükəsizlik sahələrində ümumi 

maraqlar  əsasında tərəfdaş dövlətləri birləşdirir. Azərbaycan 

Respublikası GUAM-ın üzvü olan dövlətlər üçün əhəmiyyət kəsb edən 

məsələlərdə,  əsasən,  ərazilərində mövcud münaqişələrin həll edilməsi 

və  təcavüzkar separatizmlə mübarizə istiqamətində onların səylərinin 

birləşdirilməsi və vahid mövqedən çıxış edilməsinə xüsusi önəm verir. 

GUAM üzvlərinin yerləşdiyi coğrafi məkan onların müasir geosiyasi və 

geoiqtisadi mövqeyi, xüsusilə, enerji məsələləri və  nəqliyyat dəhlizləri 

baxımından Avrasiya regionunda mühüm əhəmiyyət kəsb edir. GUAM-

ın demokratiya və iqtisadi inkişaf konsepsiyasının həyata keçirilməsi 

üzv ölkələrin inkişafına və beynəlxalq məkandakı roluna müsbət təsir 

göstərəcəkdir. 

Azərbaycan Respublikasının xarici siyasətinin prioritetlərindən biri də 

Qara dəniz  İqtisadi  Əməkdaşlıq Təşkilatı (QİƏT) ilə  əməkdaşlığıdır. 

1992-ci ildə Qara dəniz  İqtisadi  Əməkdaşlığı formatı kimi yaranan və 

1998-ci ildə beynəlxalq regional təşkilata çevrilən QİƏT Qara dəniz, 

Xəzər dənizi və Aralıq dənizini  əhatə edən regional və subregional 

səviyyədə inteqrasiya proseslərinə  və iqtisadi əməkdaşlığa yardım 

məqsədi daşıyır. 

4.1.5. Regional əməkdaşlıq və ikitərəfli münasibətlər 

Çoxşaxəli tarazlaşdırılmış xarici siyasət həyata keçirən Azərbaycan 

Respublikası bütün dövlətlərlə suverenliyə və ərazi bütövlüyünə hörmət, 

sərhədlərin toxunulmazlığı  və daxili işlərə qarışmama kimi beynəlxalq 



Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   143   144   145   146   147   148   149   150   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə