İlham Mazanlı



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə146/154
tarix26.09.2017
ölçüsü3,34 Mb.
#2226
1   ...   142   143   144   145   146   147   148   149   ...   154

KİV millətlərarası və dövlətlərarası münasibətlərin təkmilləşdirilməsi faktoru kimi 

 

592 


 

tarixi və  mədəni irsin məhv edilməsi, azərbaycanlıların yaşayış 

məntəqələrinin simasının dəyişdirilməsi kimi faktların araşdırılması  və 

buna müvafiq qiymət verilməsi üçün Azərbaycan Respublikası mövcud 

siyasi və hüquqi vasitələrdən istifadə edərək bundan sonra da lazımi 

tədbirlər görəcəkdir.  İşğal olunmuş  ərazilərdə qeyri-qanuni 

məskunlaşdırma və  təbii sərvətlərin istismarı  və  ənimsənilməsi bu 

baxımdan xüsusi diqqət mərkəzində saxlanılacaqdır. 

Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı dövlət orqanlarının və 

vətəndaş  cəmiyyətinin beynəlxalq səviyyədə  və ölkə daxilində 

fəaliyyətlərinin və səylərinin uzlaşdırılması, Azərbaycan Respublikasına 

qarşı təcavüz və ərazisinin bir hissəsinin işğalı zamanı azərbaycanlılara 

qarşı törədilmiş soyqırımı, insanlıq əleyhinə və müharibə cinayətlərinin 

təqibi, "erməni problemi"nin hərtərəfli, dərindən tədqiqi, həqiqətlərin 

üzə  çıxarılması  və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması, 

münaqişəyə beynəlxalq səviyyədə hüquqi qiymət verilməsinin təmini 

məqsədilə kompleks işlərin görülməsi və sair istiqamətlərdə ardıcıl 

tədbirlər həyata keçirilməlidir. 

4.1.2. Avropa və Avratlantik strukturlara inteqrasiya 

Azərbaycan Respublikası Avropa və Avratlantik siyasi, təhlükəsizlik, 

iqtisadi və digər strukturlara inteqrasiya strateji məqsədini güdür. 

Azərbaycan Respublikası Avratlantik strukturla ilə  tərəfdaşlığı 

bütövlükdə Avratlantik məkanda ümumi təhlükəsizliyə, iqtisadi inkişafa 

və demokratiyaya dəstək verəcək vasitə kimi görür. 

Azərbaycan Respublikası Avropa və Avratlantik məkanda qeyri-

sabitliyin, münaqişələrin və  təhdidlərin aradan qaldırılmasında NATO 

ilə birgə işləyir və təhlükəsizliyin bölünməzliyi prinsipinə zidd coğrafi 

və siyasi ayrı-seçkilik olmadan Avropa və yerləşdiyi regionda vahid 

təhlükəsizlik sisteminin qurulması yükünü bölüşmək əzmindədir. 

Azərbaycan Respublikası Avratlantik Tərəfdaşlıq Şurası və NATO-nun 

"Sülh naminə  tərəfdaşlıq" Proqramı  çərçivəsində NATO ilə mümkün 

olan tərəfdaşlıq vasitələrindən tam gücü ilə istifadə edir. 




İlham A.Mazanlı_________________________________________________________ 

 

593 


 

Bu baxımdan Fərdi Tərəfdaşlıq üzrə  Əməliyyat Planı NATO ilə 

əməkdaşlığın yaxın və orta perspektivdə daha da gücləndirilməsi 

yolunda mühüm bir vasitədir. Fərdi Tərəfdaşlıq üzrə  Əməliyyat 

Planından Azərbaycan Respublikasının təhlükəsizlik sektorunun 

islahatlar yolu ilə NATO standartlarına yaxınlaşdırılması  və siyasi 

dialoqun inkişaf etdirilməsi üçün bir mexanizm kimi bundan sonra da 

istifadə olunacaqdır. Avropa məkanına daha sıx inteqrasiyanın zəruriliyi 

mövqeyindən çıxış edən Azərbaycan Respublikası Avropa İttifaqı ilə 

çoxşaxəli qarşılıqlı  əlaqələr yaratmışdır. Azərbaycan Respublikasının 

Avropa  İttifaqı ilə münasibətləri "MDB Ölkələrinə Texniki Dəstək" 

(TACİS), "Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi" (TRACECA) və 

digər proqramlar çərçivəsində inkişaf etdirilir. Azərbaycan Respublikası 

ilə Avropa İttifaqı arasında 1999-cu ildən qüvvəyə minmiş Tərəfdaşlıq 

və  Əməkdaşlıq Sazişi siyasi dialoq, demokratiyanın inkişafına kömək, 

eləcə də iqtisadi əməkdaşlıq və sərmayə qoyuluşu üçün əlverişli çərçivə 

yaradır. 

Azərbaycan Respublikasının 2004-cü ildə Avropa İttifaqının "Yeni 

Qonşuluq Siyasəti"nə daxil edilməsi və bu siyasət çərçivəsində 2006-cı 

ildə qəbul edilmiş Azərbaycan-Avropa İttifaqı Fəaliyyət Planının həyata 

keçirilməsi siyasi dialoq və siyasi, iqtisadi və institusional islahatlar 

sahəsində  əməkdaşlığı daha da inkişaf etdirərək keyfiyyətcə yeni 

mərhələyə keçid üçün zəmin yaradır. 

Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında 2006-cı ildə 

imzalanmış "Enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında" Anlaşma 

Memorandumu Avropa İttifaqının üzvü olan ölkələrin enerji mənbələr 

və  nəqli yollarının çoxşaxəliliyinin təmin edilməsi, Azərbaycan 

Respublikasında enerji infrastrukturunun inkişafı və müasirləşdirilməsi, 

enerji resurslarından səmərəli istifadə olunması  və tükənməz enerji 

mənbələrindən yararlanmasına öz töhfəsini verəcəkdir. 

Azərbaycan Respublikasının Avropa İttifaqı ilə daha yaxından 

əməkdaşlıq etməsi Qafqazda sabitliyə töhfə verəcək və Avropa 

dəyərlərinin yayılmasına kömək edəcəkdir. 



KİV millətlərarası və dövlətlərarası münasibətlərin təkmilləşdirilməsi faktoru kimi 

 

594 


 

4.1.3. Beynəlxalq təhlükəsizliyə töhfə 

Azərbaycan Respublikası beynəlxalq sülhün və sabitliyin qorunub 

saxlanmasına yönəlmiş birgə tədbirlərdə iştirak etməklə, beynəlxalq və 

regional təhlükəsizliyə töhfə vermək üçün davamlı  səylər göstərir. 

2001-ci il 11 sentyabr hücumlarından sonra terrorçuluqla mübarizə 

beynəlxalq gündəliyin  ən vacib məsələlərindən birinə çevrilmişdir. 

Beynəlxalq ictimaiyyətin terrorçuluğa qarşı mübarizəsini tam 

dəstəkləyən Azərbaycan Respublikası istənilən pərdə altında həyata 

keçirilən terror fəaliyyəti  əleyhinə bir sıra mühüm addımlar atmışdır. 

Azərbaycan Respublikası beynəlxalq terrorçu təşkilatlara qarşı 

mübarizəni dəstəkləmək məqsədilə öz hava məkanını  və hava 

limanlarını açıq elan etmişdir. Azərbaycan Respublikası, həmçinin 

qlobal və regional səviyyədə terrorçuluğa qarşı mübarizə  məqsədi ilə 

qəbul edilmiş bütün konvensiyaların iştirakçısıdır. 

Azərbaycan Respublikası 

ən həssas bölgələrdə 

vəziyyətin 

sabitləşməsinə çalışır. Azərbaycan sülhməramlıları Serbiyanın Kosovo 

əyalətində  və  Əfqanıstanda NATO-nun başçılığı ilə  həyata keçirilən 

sülhməramlı  əməliyyatlarda,  İraqda beynəlxalq koalisiyanın tərkibində 

təhlükəsizliyin təmin olunmasında iştirak edirlər. 

Azərbaycan Respublikası silahlara nəzarət və onların yayılmaması 

sahəsində müvafiq beynəlxalq müqavilələrin iştirakçısı kimi, beynəlxalq 

təhlükəsizliyin təmin olunmasına yönəlmiş  səyləri tam dəstəkləyir. 

Beynəlxalq silahların yayılmaması rejiminin zəifləməsindən ciddi 

narahat olan Azərbaycan Respublikası adekvat nəzarətin tətbiqi üçün 

beynəlxalq ictimaiyyət və müvafiq təşkilatlarla  əməkdaşlığını davam 

etdirəcəkdir. Azərbaycan Respublikası onun Ermənistan tərəfindən işğal 

edilmiş 


ərazilərində silahlara nəzarət mexanizminin tətbiq 

olunmamasından narahatdır. Beynəlxalq nəzarətdən kənarda qalan bu 

ərazilərdə çoxlu silah və sursatın olması regional sülhə ciddi təhdidlər 

yaradır. 

4.1.4. Beynəlxalq təşkilatlarla əməkdaşlıq 



Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   142   143   144   145   146   147   148   149   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə