KİV millətlərarası və dövlətlərarası münasibətlərin təkmilləşdirilməsi faktoru kimi
140
jurnalisti, nüfuzlu “Figaro” və “Ekspress” qəzetlərinin köşə
yazarı,
Azad
Fransa Təşkilatının Londonda nəşr olunan “La
France Libre” qəzetinin baş redaktoru kimi çalışmış R.
Raymon Klod Ferdinan Aronun
(1905-1983)
fikirləri
tədqiqatımız üçün daha böyük əhəmiyyət kəsb edir.
R.Arona görə (“Millətlər arasında sülh və hərb” əsəri, 1962-
ci il; “Mühribə haqqında düşüncələr: Klauzevits”, 1963-cü
il;), “...beynəlxalq münasibətlər siyasi vahidlər arasındakı
münasibətlərdir. O, sözügedən anlayışın Yunanıstan polisini
(antik dövrdə şəhər-dövlət (Qədim Yunanıstan, qədim
Roma), şəhərin özündən və ətraf ərazilərdən ibarət idi –
İ.M.), Roma və ya Misir imperiyalarını, həmçinin Avropa
monarxiyalarını, burjua respublikalarını və ya da xalq
demokratiyalarını özündə birləşdirdiyini, beynəlxalq
münasibətlərin məzmununun əsasən dövlətlər arasındakı
münasibətlərdən ibarət olduğunu göstərir və dövlətlərarası
sazişləri beynəlxalq münasibətlərin şəksiz nümunəsi
adlandırır.
75
R.Aron insan cəmiyyətinin gələcəyini diplomatik-
strateji mövqedən nəzərdən keçirir və
dövlətlərarası
münasibətlərin rəmzi personajların – diplomatın və əsgərin
spesifik davranışında öz əksini tapdığını göstərir. O yazır:
“İki və yalnız iki nəfər, sadəcə olaraq üzv qismində deyil,
mənsub olduqları cəmiyyətin təmsilçiləri qismində hərəkət
edirlər: səfir öz funksiyalarının icrası zamanı hansı siyasi
75
Агоn R. Paix et Guerre entre les nations. Paris, 1984, p. 17.
İlham A.Mazanlı_________________________________________________________
141
vahidin adından danışırsa, onu təmsil edir; əsgər döyüş
meydanında kimin tapşırığı ilə özü kimilərini öldürürsə,
həmin siyasi vahidi təmsil edir”
76
. Başqa sözlə desək,
beynəlxalq münasibətlər öz mahiyyəti etibarı ilə sülhə və
müharibəyə alternativdir və buna görə də hər ikisinin baş
verməsini mümkün hesab edir və hər iki halda əhəmiyyətli
dərəcədə riskin olduğunu təxmin edir.
R.Aron beynəlxalq münasibətlər haqqında fikirlərini
daha anlaqlı etmək üçün onları idmanla müqayisə edir. O
yazır ki, “futbolla müqayisədə xarici siyasət daha çox qeyri-
məyyəndir. Burada iştirak edən şəxslərin məqsədi qolun
vurulması qədər də asan deyildir. Diplomatiya oyununun
qaydaları da bütün xırdalıqlarına qədər müfəssəl yazılmır və
istənilən oyunçu özünə sərfəli bütün hallarda bu qaydaları
pozur. Hakim yoxdur, hətta iştirak edən şəxslərin hansısa
birliyi hakimliyə (BMT) iddialı olarsa, milli iştirakçı
şəxslər bu kollektiv arbitrin qərarlarına tabe olmurlar və
hakimin bitərəflik dərəcəsi müzakirələr aparmaq üçün
bəhanə rolunu oynayır. Əgər, millətlərin rəqabəti həqiqətən
də idmanın hansısa növünü xatırladırsa, bu növ əksər
hallarda qaydasız döyüş olur.”
77
R.Aronun qənaətinə görə, beynəlxalq münasibətlər
cəmiyyətin “vətəndaş cəmiyyətinə qədərki” və ya da “təbii”
vəziyyətidir (Hobbsun müəyyən etdiyi kimi: “hamıya qarşı
76
Агоn R. Paix et Guerre entre les nations. Paris, 1984, p. 17.
77
Агоn R. Paix et Guerre entre les nations. Paris, 1984, p. 22.
KİV millətlərarası və dövlətlərarası münasibətlərin təkmilləşdirilməsi faktoru kimi
142
hamının müharibəsi”. Beynəlxalq münasibətlər sferasında
“suverenliklərin plüralizmi” hökmranlıq edir və ona görə də
burada təhrikə və zorakılığa monopoliya yoxdur və
beynəlxalq münasibətlərin hər bir aktoru öz davranışlarında
başqa iştirakçıların
əksər hallarda qabaqcadan
gözlənilməyən davranışından çıxış etməlidir.
R.Aronun mövqeyini bölüşdürən bir çox
tədqiqatçılar vardır. Onlar qeyd edirlər ki, beynəlxalq
münasibətlər onun iştirakçıları arasında ümumi dəyərlərlə
bağlı konsensusun olmaması ilə səciyyələnir, halbuki bu
fikri hüquqi və ya əxlaqi normalarla təsbit edilmiş və hamı
tərəfindən qəbul olunmuş sosial qərarlarla, mərkəzi
hakimiyyətin olmaması, qeyri-mütəşəkkil proseslərin və
subyektiv amillərin böyük rolu və əhəmiyyətli dərəcədə
risk elementləri və qabaqcadan xəbər verilə bilinməyən
hallarla bağlı demək çətindir.
R.Aron beynəlxalq münasibətlərin əsas məzununu
dövlətlər arasında birgə fəaliyyətin təşkil etdiyini göstərir,
lakin onun bu fikri ilə razılaşmayanlar da vardır. Məsələn,
Amerika tədqiqatçısı J.Kaporazo belə hesab edir ki, hazırda
beynəlxalq münasibətlərdə əsas rol oynayan vahidlər
dövlətlər yox, siniflər, sosial-iqtisadi qruplar və siyasi
qüvvələrdir.
78
Beynəlxalq münasibətlərin tədqiqi sahəsində
biheviorizm məktəbinin (ingiliscə behavio – davranış, XX
78
Caporaso J. Dependence, Dependecy and Power in the Global
System: A Structural and Behavioral Analisis// International
Organization. 1979. Mi 10.
Dostları ilə paylaş: |