zəifqələvi mühit və 18-380S temperatura hesab edilir. Turş
mühitli yemlərdə, 5-10% xörək duzu olan mühitlərdə, nitritlər,
yağ turşuları və antibiotiklər olan şəraitdə amil çoxalır.
Botulinus toksini ən güclü zəhərdir. Törədicinin A tipinin
bulyon kulturasının fıltratının 1/10000000 ml dozası hind donu
zunu öldürür, 1 qram toksin 60 mlrd, ağ siçanı öldürmək qabi
liyyətinə malikdir ki, bu qədər ağ siçanların canlı kütləsi 1200
min tondur. Bir unisiya (28,3 qram toksin) 24 min qaramalı
öldürür. 3500 siçanlar üçün letal doza insan üçün ölüm dozası
hesab edilir.
D avam lılığı.
Cl.botulinum yüksək temperatura təsirinə ol
duqca davamlıdır. 100°S temperatura amili yalnız 5 saatdan son
ra, 105"S 2 saatdan sonra, 120°S isə 10 dəqiqədən sonra öldürür.
Mədə şirəsi və həzm traktı enzimləri toksinə təsir göstərmir.
Qamma və ultrabənövşəyi şüaların birlikdə təsiri yaxşı zərərsiz-
ləşdirici təsirə malikdir.
Botulinus toksini maye mühitlərdə qaynamaya 15-20 dəqiqə
davam gətirir. M üxtəlif bərk kütləri ərzaq məhsullarında botuli
nus toksikini parçalamaq üçün azı 2 saat qaynadılmalıdır.
E p izootoloji m əlum atlar.
Xəstəliyin törədicisi təbiətdə ge
niş yayılmışdır. Bunu əksər xarici mühit obyektlərində müşahi
də etmək olar. Spontan xəstəliyi əksər növ kənd təsərrüfatı hey
vanları və quşlar keçirir. Quşlardan toyuqlar, ördəklər, qazlar,
hind quşları, qağayılar, göyərçinlər və başqaları daha çox həs
saslıq göstərir.
Quşlarda botulizmi xəstəliyin törədicisinin C bəzən isə A və
В tipləri törədir. Cl.botulinum təbiətdə geniş şəkildə yayılmaq
la onu torpaqda, m üxtəlif bitkilərdə, tərəvəzdə, meyvədə, hey
van və quş peyinində, çürüyən cəsədlərdə, milçək sürfələrində,
müxtəlif dəniz və şirin su hövzələrindəki balıqların və digər hid-
robiontların bağırsaq möhtəviyyatı və toxumalarında, quşlarda,
heyvanlarda aşkar etmək mümkündür.
Müəyyən temperatura, nəmlik, mühitin pH-ı və anaerobioz
şəraitdə saxlanan yemlərdə botulizmin törədicisi çoxlır və tok-
312
sin hasil edir. Quşlar belə yemlərlə yemləndirildikdə yoluxur və
xəstəlik baş verir. Kütləvi zəhərlənmələr ilin isti fəsillərində
daha çox qeyd edilir. Onu da qeyd etmək lazımdır ki, yemlərdə
botulinus toksini yalnız müəyyən sahələrdə olur və belə yemlər
xarici görkəminə görə digər yemlərdən fərqlənmir.
Məlum olmuşdur ki, quşların botulinus toksini ilə zəhərlən
məsi bütün həzm orqanları boyunca baş verir. Bundan əlavə
amilin travma sahəsində çoxalması və toksin yaratması aşkar
edilmişdir. Həşəraiların bütün inkişaf mərhələlərində özlərində
toksin və amilin vegetativ və spor formalarını saxlayır. Həm də
diri və ölmüş həşəratlarda toksinin aktivliyi tədricən zəifləyir
və müəyyən şəraitdə ölmüş həşəratlarda toksinin əm ələ gəlmə
si də qeyd olunur.
Quşlarda xəstəlik intoksikasiya halında bəzən isə toksikoin-
feksiya kimi özünü göstərir.
P atogenez.
Yemlə orqanizmə daxil olmuş toksin nazik bağır
saq şöbəsinin divarindan qana sorulur və qısa müddət ərzində
orqanların əksəriyyətində qeyd olunur. 1 saat keçmiş toksinin
konsentrasiyası bu orqanlarda azalır, ancaq böyrəklərdə və əzə
lələrdə isə çoxalır. Botulinus toksininin reseptorları güclü şəkil
də qıcıqlandırıması ilə əlaqədar olaraq baş beyində funksiya poz
ğunluqları baş verir, sinir hüceyrələri həddən artıq qıcıqlandığı
üçün fəaliyyətdən düşür və məhv olur.
Uzunsov beyində müxtəlif mərkəzlərin zədələnməsi nəticə
sində əzələlərin, udlağın, dilin və alt çənənin iflici baş verir.
Toksin periferik sinir sisteminə təsir edir, asetilxolinin ayrılma
sını ləngidir, nəticədə sinir-əzələ əlaqələri pozulur. Bu isə öz
növbəsində gövdə əzələlərinin, tonusunun aşağı düşməsinə, hə
rəkətin pozulmasına, tənəffüs və ürək əzələlərinin iflicinə, as-
fiksiyaya və ölümün baş verməsinə səbəb olur.
G edişi v ə kliniki əla m ətləri.
Xəstəliyin inkubasiya dövrü
bir neçə saatdan bir neçə günə qədərdir. Xəstə quş ölgündür, çə
tinliklə hərəkət edir və hərəkət müvazinəti pozulur, daha çox
oturur, qanadları sallanır, iştah itir, ağızda seliyin toplanması,
313
gözün yarıörtülü olması nəzərə çarpır.
Boyunda S-vari əyilmə və başın çiyinə doğru qatlanması, di
lin yarı açılmış dimdikdən xaricə çıxması, həzm orqanlarının
funksiya pozğunluqları, temperaturun normada və normadan
aşağı olması müşahidə edilir. Xəstəliyin sonunda quş qarın və ya
yanı üstə olmaqla ayaq və qanad əzələlərinin iflici nəticəsində
hərəkət müafizənitinin pozulması, ördək və qazlarda suyun üzə
rində olmasına baxmayaraq üzmə hərəkəti edə bilmir, başını su
dan yuxarı tutur və su içə bilmir. Qıcıqlara həssaslıq itmir, göz
bəbəyi genişlənmiş halda nəzərə çarpır. Qaz və ördəklərdə ölüm
qəflətən suyun üzərində, digər quş növlərində koma nəticəsində
baş verir. Toyuqlarda və qırqovullarda tük və lələklərin follikul-
larda zəif təsbiti nəticəsində onların tökülməsi qeyd olunur.
P atoloji-anatom ik d əyişilik lər.
Kəskin intoksikasiyalar za
manı patoloji-anatomik dəyişiliklər xarakterik olmur. Xəstəlik
2-3 gün davam edirsə cəsədlər yarıldıqda bağırsaqların selikli
qişasının kataral iltihabı, vəzili mədənin hemorroji iltihabı və
şişməsi, qırtlaq və traxeyanın başlanğıcında yemlə qarışıq selik
li kütlə görünür. Qaraciyərin, dalağın və böyrəklərin doluqanlı
olması qeyd olunur. Baş beyində şişkinlik və üzərində çoxlu
miqdarda qan sızmalar nəzərə çarpır.
Diaqnoz.
Xəstəliyə diaqnoz qoymaq üçün kompleks diaqnos
tika üsulundan istifadə edilir. Laboratoriya müayinələrinin nəti
cəsi əas sayılır.
Baytarlıq laboratoriyasına şübhəli yem və ölmüş quş cəsəd
ləri göndərilir. Bakterioloji müayinə aparmaq üçün qaraciyər
dən, dalaqdan, çinədan və bağırsaq möhtəviyyatından suspen-
ziya hazırlanır, tənzifdən süzüldükdən sonra Kitt-Tarossi və ya
Liber beyin qida mühitinə əkilir. Hər bir nümunə iki qabda əki
lir. Biri əkildikdən sonra 80°S temperaturda 20 dəqiqə ərzində
isidilir, digəri isə olduğu kimi saxlanır. Sonra hər iki nümunə
termostatda 37°S temperaturda yetişdirilir. Eyni zamanda ümumi
qayda üzrə mikroskopiya edilir.
Bioloji sınaq qoymaq üçün ağ siçan və ya hind donuzlarını
314
isidilməmiş suspenziya ilə dərialtı və ya qarın boşluğuna 0,5-1
ml dozada yoluxdurulma aparılır. Laboratoriya təcrübə heyvan
larının ölməsi patoloji materialda toksinin olmasını göstərir.
Toksinin tipini təyin etmək üçün homoloji antitoksik serumlarla
neytrallaşma reaksiyası qoyulur.
T əfriq i diaqnoz.
Xəstəliyi nyukasl xəstəliyi və Marek xəs
təliyindən təfriq etmək lazımdır.
Nyukasl xəstəliyi toyuqlar dəstəsinə mənsub olan quşlar ara
sında müşahidə edilməklə həzm və tənəffüs orqanlarının funk
siya pozğunluqları və mərkəzi sinir sisteminin zədələnmələri
ilə səciyyələnir. Bakterioloji müayinənin nəticəsi mənfidir,
çünki xəstəliyi paramiksoviridə ailəsinə mənsub olan viruslar
törədir.
Marek xəstəliyi zamanı parenximatoz orqanlarda neoplastik
törəm ələr və periferik sinir sisteminin zədələnm ələrinə məxsus
olan əlam ətlər qeyd olunur. Bakterioloji müayinənin nəticəçsi
mənfidir, çünki xəstəliyi herpesviruslar ailəsinə mənsub olan vi
ruslar törədir.
M ü a licə.
Səmərəli müalicə vasitəsi yoxdur. Həzm traktını
toksiki məhsullardan azad etmək üçün quşlara yemlə birlikdə iş
ləmə vasitələri vermək lazımdır. Xəstəliyin ilk dövrlərində bo-
tulinus əleyhinə «C» tip serumunun yaxşı nəticə verməsi göstə
rir. Xəstə quşlar soyuq və qaranlıq binalarda saxlanmalıdır.
İm m unitet.
Xəstəliyi keçirmiş heyvan və quşlarda antitok
sik immunitet yaranır. Quşların botulizminə qarşı səmərəli vak-
sin hazırlanmamışdır. Antitoksik serum 6-7 gün ərzində profi
laktiki təsirə malikdir.
P rofilaktika və m übarizə təd b irləri.
Yemlərin işlənib ha
zırlanması və saxlanması zamanı onların tərkibinə torpağın, xır
da hqyvan cəsədlərinin, xüsusilə gəmirici və həşəratların
düşməsinə qarşı diqqət yetirilməlidir. Nəmli, kifli və xarab ol
muş yemlər quşlara verilməməlidir. Heyvan mənşəli məhsullar
yalnız 2 saat müddətində bişirildikdən sonra istifadə edilməlidir.
Quşların yoluxmaması üçün onların gəzinti yerləri müntəzəm
315
Dostları ilə paylaş: |