lada baxılır. Bu zaman rəngsiz törədici misellərinin arakəsməli
hifləri nəzərə çarpır.
T əfriq i diaqnoz:
aspergiliozu quşların vərəindən, pulloruz-
dan və infeksion bronxitdən təfriq etmək lazımdır. V ərəm ədə
ən çox qaraciyər, sonra dalaq və bağırsaqlar zədələnir. Tuperku-
linizasiyanın nəticəsi əsasdır. Bakterioloji müayinədə isə vərəm
çöpləri aşkar edilir. Pullorozda cücələrdə ağ rəngdə ishal, yaş
lılarda isə yumurta follikullarının zədələnmələri qeyd edilir. Yaş
lı gizli bakteriyadaşiyan quşları aşkar etmək üçün qan-damla
AR-dan istifadə edilir. Bakterioloji müayinə zamanı S.pullorum-
qallinarum aşkar edilir. İnfeksion bronxit kontagiozluğu ilə sə
ciyyələnir.
M ü alicə.
Spesifik müalicə vasaitləri yoxdr. Nistatin toyuqla
ra 15-20 mq, cücələrə 2-5 mq dozada inyeksiya edilir. Hind qu
şu və qazlarada doza 2 dəfə artırılır. Hər gün quşlara 1:2000-
l:3000-də mis-sulfat məhlulu peroral yolla daxilə verilir. Kali
um-yod hər baş quşa 0,15-0,2 qram istifadə edilir.
Müalicə məqsədilə antibiotiklərdən istifadə əks göstərişidir,
çıınki hətta terapevtik dozada xəstəliyin ağırlaşmasında səbəb olur.
Profilaktika v ə m ü b arizə təd birləri.
Xəstəliyin profilakti
kası üçün quşlara yaxşı sanitar-gigyeniki şərait yaratmaq və or
qanizmin rezistentliyini yüksəltmək lazımdır. Yem payına A-vi-
taminin əlavə edilməsi quşların qeyd olunan xəstəliyə qarşı
ümumi müqavimət qüvvəsini artırır.
Həmin vitaminin cücələrə 2 günlükdən 35 günlüyə qədər
300 b.v. avital preparatının isə su ilə 4000 b.v. verilməsi onların
bir çox xəstəlikərə və xüsusilə də aspergilyoza qarşı müqavimə
tini artırır. Konsentrat yemlərin taxıl məhsullarının keyfiyyətinə
diqqət yetirilməli, şübhəli hallarda termiki təsirə uğradılmalıdır.
Aspergilyoz zamanı yod preparatlarının aerozol halında təd-
biqi yaxşı nəticə verir.
Təsərrüfatlarda xəstəlik baş verdikdə kliniki xəstə və zəif
344
quşlar sanitar kəsimə verilir. Əgər xəstəliyin baş verməsində kif
li yem və döşənək səbəb hesab edilirsə bunlardan istifadəyə ica
zə verilmir.
Cari dezinfeksiya üçün 5%-li formalin və 3%-li natrium qə
ləvisi məhlullarından istifadə edilir.
Favus
Favus (favus, parşa) ən çox quşların nisbətən az kənd təsər
rüfatı heyvanlarının göbələk etiologiyalı infeksion xəstəliyi olub
dəri törəmələrinin və bazən də parenximatoz orqanları zədələn
mələri ilə səciyyələnir.
T arixi m əlum at:
xəstəliyin törədicisi 1839-cu ildə Şoenlay-
ni tərəfindən qeyd edilmişdir. Fransa tədqiqatçısı Saburo ilk də
fə dermatomikozlarm törədicilərin təsnifatını vermişdir.
Rusiyada xəstəliyin öyrənilməsində P.İ.Matvievski, P.N.Koş-
kin, N.A.Spesivseva və başqalarının böyük xidmətləri olmuşdur.
X ə stəliy in törədicisi.
Favusu təkamül etməmiş Acharion
cinsinə mənsub olan göbələklər törədir. Quşlarda xəstəliyi
A.qallinae, gəmiricilərdə və bəzi kənd təsərrüfatı heyvanlarında
A.quinskeanum və insanlarda isə A.schonluni törədir. Bunlar
dermotomisetlərə aid olmaqla əsasən dəri və dəri törəmələrinin
zədələnmələrini törədir. Favus, həmçinin quşların parenximatoz
orqanlarının iltihabın səbəb olur. Bu göbələklər təbiətdə geniş
şəkildə yayılmışdır.
Patoloji materialdan hazırlanmış yaxmalarda favusun törə
dicisi oval və ya çoxbucaqlı sporlar halında zəncir və yügümlar
halında nəzərə çarpır.
Bundan əlavə ikiqat qişaya malik və düzbucaqlı hüceyrələr
dən ibarət olan müxtəlif qalınlıqda misellər halında görünür. Zə
dələnmiş tükdə göbələyin elementləri onun uzunu boyunca yer
ləşir, və burada həmişə göbələyin ikiqat qişaya malik olan spor-
345
lari ilə bərabər qaz qabarcıqları və yağ damlaları nəzərə çarpır.
Bu xüsusiyyət onu trixofıtiyanın və mikrosporozun törədicisin
dən fərqləndirir.
Favusun törədicisi Saburo qida mühitində, Suslo aqarda 28-
30°S temperaturada boy verir.
D avam lılığı.
Xəstəliyin törədicisi xarici mühit amillərinin
təsirinə davamlıdır. Zədələnmiş tüklərdə bunlar 6-10 il, peyin
də 3-8 ay, torpaqda 140 gün sağ qalır. Ultrabənövşəyi şüaların
təsirindən tez inaktivləşir. Kimyəvi dezinfeksiya vasitələrindən
3%-li karbol turşusu, 2%-li natrium qələvisi, 2%-li formaldehid,
2%-li salisil turşusu məhlulları amili 1-2 saata məhv edir.
E p izootoloji m əlum atlar.
Xəstəliyə əksər növ quşlar həs
sasdır. Cavanlar yaşlılara nisbətən daha çox xəstəliyə tutulur.
Favus əsasən sporodiya və kiçik epizootiyalar halında nəzərə
çarpır. Epizootiyalar əsasən gəmirici heyvanlarda müşahidə edi
lir. Xəstəlikdə stasionarlıq qeyd olunur ki, buda amilin uzun
müddət xarici mühit obyektlərində yaşama qabiliyyəti ilə izah
olunur.
İnfeksiya törədicisinin mənbəyi xəstə quşlardır. Quşların yo
luxması əsasən kontakt yolla baş verir. İnfeksiya törədicisinin
yayılmasında quşlara xidmət əşyalar və yoluxmuş yem böyük rol
oynayır. Həşəratlar və gəmiricilər xəstəlik törədicisinin yayıl
masında müəyyən əhəmiyyətə malikdir. Digər dermatomikoz-
larda olduğu kimi xəstəliyin baş verməsində və yayılmasında quş
ların zoogigiyeniki tələbata uyğun olmayan şəraitdə saxlanması
və keyfiyyətsiz yemlərlə yemləndirilməsi əsas hesab edilir.
P atogenez.
Dəri üzərinə düşmüş xəstəliyin törədicisi burada
çoxalır, tük və lələk ətrafında iltihab törədir, göbələyin misellə-
ri belə şəraitdə yıqum törədir, nəticədə qidalanma pozulur, to
xuma atrofıyalaşır. Törədicinin dəri üzərində çoxalması nəticə
sində burada degenerativ dəyişdiklər törədir, tük və lələklərin
qidalanması pozulduğuna görə onlar tökülür. Prosesin generali
346
zasiyası zamanı xəstəliyin törədicisi qana keçərək parenximatoz
orqanlara toplanır və burada düyün və yaralar törədir.
G ed işi v ə kliniki əla m ətləri.
İnkubasiya dövrü bir neçə
gündən 3-4 aya qədər davam edir ki, buda xəstəlik törədcisinin
virulentliyi və quş orqanizminin rezistentlik dərəcəsindən asılı
dır. Ev və vəhşi quşlarda tüksüz nahiyyələrdə yuvarlıq formada
ağ lələklər əm ələ gəlir və bunlarda öz növbəsində sonradan
düyünlərə çevrilir. Belə düyünlərin üzərində eksudatın ayrılma
sı və bunun quruyaraq qartmanlar (skutula) əm ələ gəlməsi
müşahidə edilir. Qartmanlar bozumtul-ağ və ya bozumtul-sarı
rəngdə olur. Ayrı-ayrı ləkə və qartmaqlar sonra bir-birilə birlə
şir və dəridən çətin ayrılan boz rəngdə sıx kütləli çöküntü şək
lini alır. Belə çöküntülər ən çox dimdik ətrafında, pipik və saq
qalda müşahidə edilir. Belə zədələnmə forması skutulyar forma
adlanır. Prosesin generalizasiya zamanı boyun və gövdənin tük
və lələk follikulları da iltihablaşır. Lələk və tük ətrafında dəri
üzərində qartmaqlar meydana çıxır və tük və lələklərin qidalan
ması pozulur, onlar tökülür. Lələklər özlərinin əsaslarından de-
formasiyalaşır, bozumtul-ağ rəngdə örtüyü olur ki, buda xəstə
lik törədicisinin miselləri və sporlarından ibarətdir. Lələk və
tüklər tökülmüş, dəri sahəsi qartmaqla örtülmüş halda nəzərə
çarpır. Belə quşlar siçan iyisinə malik olur.
Xəstəliyin ağır gedişində ağız boşluğunun, bumn-udlağın,
yuxarı tənəffüs yollarının, çinədanın və bağırsaqların selikli qi
şasının zədələnmələrinə məxsus olan kliniki əlam ətlər meyda
na çıxır. Quşların iştahı itir, güclü ishal başlayı. İshal uzun
müddətli olduğuna görə onlarda arıqlıq və ölüm baş verir. Favu
sun belə forması visseral forma adlanır.
P atoloji-an atom ik d əyişilik lər.
Quş cəsədləri arıq olmaqla
kəskin siçan iyinə malikdir. Dəri üzərində m üxtəlif böyüklükdə
qartmaq və tüksüz sahələr görünür. Pipik ağ rəngdə olur. Çinə
danın, bağırsaqların və yuxarı tənəffüs yollarının selikli qişasın
347
da yaralar və düyünlər aşkar edilir. Traxeyanın və yem borusu
nun yuxarı hissəsinin selikli qişasında epitelinin nekrozu və şor-
vari kütlədən ibarət olan çöküntü nəzərə çarpır.
D iaqnoz.
Xəstəliyə diaqnoz qoymaq üçün kliniki əlam ətlər
və patoloji-anatomik dəyişdiklər nəzərə alınır və mikoloji
müayinə aparılır.
Mikoloji
m üayinədə
zədələnmiş
dəri
sahəsindən
götürülmüş nümunə xırda-xırda doğranır, əşya şüşəsi üzərinə
qoyulur və bunun üzərinə bir neçə damla 20-25%-li natrium və
ya kalium qələvisi məhlulu əlavə edilir, isidilir, sonra ötürücü
şüşə örtüb mikroskop altında mikroskopiya edilir.
Xəstəlik törədicisinin təmiz kulturasım almaq üçün patoloji
materialdan Saburo aqarına əkilir. Çirklənmiş material əvvəlcə
dən 2%-li antiformində işlənir, sonra isə ya su ilə yaxud mütləq
spirtlə yuyulur.
Favusun törədicisi üçün elektiv qida mühiti amin turşuları
əlavə edilmiş trixofıton aqar hesab edilir. Nümunələr bu mühiti
nə əkildikdən sonra 22-28°S temperaturda yetişdirilir.
T əfriqi diaqnoz.
Xəstəliyi trixofıtiya və mikrosporozdan təf-
riq etmək lazımdır.
Trixofıtiya zamanı patoloji materialdan götürülmüş nümunə
lərin mikroskopiyası zamanı tükün daxilində və üzərində cərgə
ilə düzülmüş nisbətən iri sporlar görünür.
Mikrosporosda preparatların mikroskopiyası zamanı tüklərin
üzərində və daxilində qarmaqarışıq düzülmüş kiçik sporlar
müşahidə edilir. Favusun törədicisindən fərqli olaraq lyumini-
sent mikroskopiya zamanı yaşıl rəngdə şüalanma nəzərə çarpır.
M üalicə.
Spesifik müalicə vasitəsi yoxdur. Xəstəliyə qarşı yer
li və ümumi təsirli müxtəlif müalicə vasitələrindən istifadə edilir.
Yerli təsirli dəman maddələrini işlətməzdən əvvəl qartmaq-
lar yumşaldıcı vasitələrin təsirindən sonra qoparılmalı və zədə
sahəsi yod-qliserin qarışığı, 3%-li karbol turşusu məhlulu, yodo-
348
form, fukozan, birxlorlu yod, «yam» mazı və s. ilə işlənməlidir.
Ümumi təsirli müalicə vasitələrindən vitaminlər, qrizolful-
vin antibiotiki istifadə edilir. Qrizofulvin yemlə daxilə hər kq
canlı kütləyə 20 mq hesabı ilə 1-2 həftə tətbiq edilir.
İntensiv yoluxdurmalar zamanı infeksiya törədicisinin yayıl-
maması və davamlı infeksiya ocağının yaranmaması məqsədilə
quşları öldürüb yandırmaq daha əhəmiyyətlidir.
İm m u n itet.
İmmunitet yaranmır və ona görə də spesifik
müalicə vasitələri yoxdur.
P rofilak tik v ə m übarizə təd b irləri.
Quşçuluq təsərrüfatla
rında baytarlıq-sanitariya tədbirlərini müntəzəm şəkildə aparıl
malı, quşlar normal yemləmə və saxlama şəraitində olmalıdır.
Dövri olaraq dezinfeksiya və deratizasiya aparılmalıdır.
Təsərrüfatda favus baş verdikdə qeyri-sağlam hesab edilərək
məhtutlaşmalar qoyulur. Quşlar müayinədən keçirilir. Əgər xəs
tə quşlar çoxdursa və bunlarda xəstəlik ağır gedişlidirsə, xüsu
silə visseral forma qeyd olunursa infeksiya törədicisinin mən
bəyini ləğv etmək və bununlada xəstəlik törədicisinin geniş əra
zidə yayılmasının qarşısını almaq məqsədilə quşlar öldürülür və
yandırılır.
Xəstəlik az miqdarda quşlarda qeyd olunarsa və onlarda yüngül
gedişlidirsə ümumi və yerli təsirli vasitələrlə müalicə aparılır.
Dezinfeksiya məqsədilə formalinin qələvidə və kükürd tur
şusunda qarışığında istifadə edilir. Bu məqsədlə 1%-li natrium
qələvəsi, 5%-li formaldehid və 10%-li kükürd-karbol turşusu
qarışığı bir-birinə qarışdırılır və dezinfeksiya aparılır. Daha yax
şı dezinfeksiya vasitəsi formalin-neft qarışığı hesab edilir. Bu
nun üçün 10 hissə formalin 10 hissə neft, 5 hissə kreolin və 75
hissə su götürülür, qarışdırılır və bununla dezinfeksiya aparılır.
349
M Ü N D Ə R İ C A T
Ön söz....................................................................................................3
İnfeksiya və infeksion xəstəliklər.........................................................5
Virusların patogen təsirinin xüsusiyyətləri....................................... 11
Patogen mikroorqanizmlərin quş orqanizmində yayılması
yollan və infeksiyanın növləri...........................................................13
İnfeksiyanın baş verməsi və inkişafında makroorqanizmin
və xarici mühit amillərinin rolu .......................................................... 15
İnfeksiyanın formaları, infeksion xəstəliklərin baş verməsi və
dinamikası............................................................................................ 18
İmmunitet.............................................................................................20
Virus əleyhinə immunitetin xüsusiyyətləri............................... 31
İmmunitetin növləri............................................................................ 33
Antigenler və onların immunogenliyi............................................... 36
A ntitellər.............................................................................................37
Epizotik proses haqqında anlayış...................................................... 38
Quşların infeksion xəstəliklərinin təkamülü.....................................45
İnfeksion xəstəliklərin profilaktikası................................................ 48
İnfeksion xəstəliklərin ümumi profilaktikası....................................50
Spesifik profilaktika............................................................................ 56
Quşların infeksion xəstəlikləinin diaqnostika üsulları..................... 60
Quşların infeksion xəstəliklərinin nomenklaturası
və təsnifatı...........................................................................................85
İnfeksion xəstəliklər zamanı quşların müalicəsi...............................90
Dezinfeksiya....................................................................................... 98
Dezinfeksiya işlərinin mexanikləşdirilməsi.................................... 113
Dezinseksiya......................................................................................115
Deratizasiya........................................................................................117
İstehsalın intensiv texnologiyası şəraitində quşçuluqda ümumi
və spesifik profilaktiki tədbirlər sistemi
Ümumi profilaktiki tədbirlər............................................................121
Quşçuluqda istifadə edilən su və
yemin sanitar vəziyyətinə nəzarət.................................................. 124
Quş binalarında mikroiqlimin tənzimi............................................. 125
Xüsusi profilaktika tədbirlər............................................................127
Vaksinasının keyfiyyətinə təsir göstərən amillər...........................132
350
Vaksinasiya ilə əlaqəli olan faktorlar...........................................137
Laboratoriya müayinələri və onlardan istifadə edilməsi.............. 139
Nyukasl xəstəliyi......................................................................... 144
Qrip..............................................................................................154
İnfeksion bronxit..........................................................................162
İnfeksion larinqotraxeit............... 2...............................................170
İnfeksion bursal xəstəliyi............................................................ 179
Çiçək............................................................................................191
Leykoz........................................................................................ 200
Marek xəstəliyi........................................................................... 206
İnfeksion ensefalomielit............................................................... 214
İnfeksion rinit...............................................................................219
Ördəklərin viruslu hepatiti........Ж............................................... 225
Ördəklərin infeksion sinusiti..... ..................................................231
Hind quşlarının rinotraxeyiti ....J.................................................235
Vərəm..........................................................
238
Leptospiroz.................................................................................. 247
Pulloroz........................................................................................ 251
Pasterellyoz......................
. . M
..................................................... 260
Listerioz...........................
270
Nekro bakterioz................... L.................................................... 276
Kolibakterioz........................
282
Salmonellyoz............................................................................... 289
Streptokokkoz...................,,......................................................... 296
Stafılokokkoz.....................
302
Tulyaremiya..................... ji......................................................... 307
Botulizm....................................................................................... 311
Omitoz......................................................................................... 316
Respirator mikoplazmoz...............................................................322
Koliqranulomatoz........................................................................ 329
Kandidamikoz.............................................................................. 333
Aspergillyoz................................................................................. 339
Favus............................................................................................ 345
351
Epizootologiya
v ə quşların infeksion x əstəlik ləri
(Azərbaycan dilində)
Bakı-2003
Çapa imzalanmışdır 22.09.03.
Kağız formatı 60x90 '/ı*. Çap vərəqi 22,0
Sayı 2000 nüsxə. Qiyməti müqavilə ilə.
“Qismət”
mətbəəsində
ofset üsulu ilə çap edilmişdir
H . Z ə r d a b i p r . 7
Dostları ilə paylaş: |