İlkin Əsgər azərbaycan dilində MƏhsuldarliq yaradan qeyri-məhsuldar şƏkilçILƏR (Monoqrafiya) Monoqrafiya Naxçıvan Dövlət Universitetinin Elmi şurasının 28 noyabr 2014-cü IL tarixli iclasının 03 № LI protokoluna əsasən çap olunur



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə29/43
tarix26.08.2018
ölçüsü1,13 Mb.
#64729
1   ...   25   26   27   28   29   30   31   32   ...   43

89
Azərbaycan dilində məhsuldarlıq yaradan qeyri-məhsuldar şəkilçilər
hanlarında bu tip sözlər sadə hesab olunur. Məsələn: lüğə-
vi, dünyəvi, kimyəvi və s.(bax: 48 və 53)
-zən. İsmə artırılıb peşə məzmunu yaradan qeyri-məh-
suldar  şəkilçilərdəndir.  Məsələn:  tarzən.  Mən  tarzən  olub 
çala bilsəydim; Arzumu, sözümü telə verərdim. (B.Vahabzadə)
-anə. Omonimlik xüsusiyyətinə malik qeyri-məhsuldar 
şəkilçi  olub,  əsasən,  şəxs  adı,  bəzən  də  oxşarlıq  bildirən 
sözlər düzəldir. Məsələn: Gülanə , şairanə, Dinanə
-bi. Dilimiz üçün xarakterik olmayan ön şəkilçilər qru-
puna  daxildir.  Azərbaycan  dilindəki  –sız,-siz,-suz,-süz 
şəkilçisi  ilə  sinonimlik  təşkil  edir.  İsimdən  sifət  düzəldir. 
Məsələn: biqeyrət, bielm, biqabiliyyət, bikef, bisavad, bi-
namus və s.
-na. Bu şəkilçi də ön şəkilçilərdən olub, həm Ərəb-fars, 
həm də milli mənşəli sözlərə artırılmaqla düzəltmə sifətlər 
əmələ gətirir. Məsələn: nadinc, nakişi, natəmiz, nadürüst, 
naməlum, narazı, nainsaf və s.
-la. Ərəb-fars mənşəli sözlərin əvvəlinə artırılaraq inkar 
məzmunlu sifətlər düzəldir: laməkan, laqeyd, laməzhəb və 
s. Özünü laqeyd aparan İmran da hərdənbir gözaltı qıza baxır, 
onun dəyişdiyini, daha da gözəlləşdiyini görürdü.(İ.Şıxlı).
-ba. Ərəb-fars mənşəli şəkilçi olub məhsuldar –lı,-li,-lu,-
lü şəkilçi ilə sinonimlik təşkil edir. Məsələn: basəfa, baməzə
-ər.  Müasir  dilimizdə  işləkliyini  itirməkdə  olan  qey-
ri-məhsuldar şəkilçilərdəndir. Məsələn: ləngər.
-yı. “Hava” sözünə qoşulub, “havayı” sözünü əmələ gə-
tirir. İsimdən sifət düzəldən qeyri-məhsuldar şəkilçidir.
-amiz. Bu şəkilçi dilimizə fars dilindən keçmişdir. Fars 
dilində  bu  söz-amiz  müstəqil  leksik  mənaya  malik  olub, 
“qarışıq”  mənasını  ifadə  edir.  Lakin  dilimizdə  müstəqil 


90
İlkin Əsgər
şəkildə işlənə bilmir, şəkilçi qismində iştirak edir. Əsasən, 
ərəb mənşəli sözlərə əlavə olunaraq, əlamət, keyfiyyət, xü-
susiyyət mənalarını ifadə edir. Qismən də olsa, –lı,-li,-lu,-lü şə-
kilçisinin malik olduğu semantikanı ifadə edə bilir. Məsələn: 
ibrətamiz, heyrətamiz, təhqiramiz, nəsihətamiz və s.
-ur. Şəkilçiyə dilimizdəki muzdur” sözündə rast gəlinir. 
Bu şəkilçi qoşulduğu sözdə şəxs, əşya, vəzifə, insan, vəzifə 
çaları yaradır və müasir Azərbaycan dilindəki dördvariant-
lı –çı şəkilçisi ilə qrammatik sinonimlik təşkil edir.
-iya.  İsimdən  isim  düzəldən  qeyri-məhsuldar  omonim 
şəkilçidir.Məsələn:  mumiya.  Bir  sınmışa  mumiya  dilərdim.
(M.Füzuli)
-gün.  Dilimizdə  fars  mənşəli  qeyri-məhsuldar  söz-şə-
kilçidir. Qoşulduğu sözdə əlamət, keyfiyyət çaları yaradır. 
Məsələn: gülgün, laləgün və s.
-gin. İsimdən sifət əmələ gətirən qeyri-məhsuldar Ərəb-
fars mənşəli şəkilçi olub, əlamət, keyfiyyət, zahiri görkəm 
bildirir. Məsələn: qəmgin. 
Feildən sifət düzəldən –gin şəkilçisi ilə omonimlik key-
fiyyətinə malikdir.
-ayə. İsimdən isim düzəldən qeyri-məhsuldar şəkilçidir.
Məsələn: kin-kinayə; Qızın gözlərində aşkar seçilən şıltaqlıq, 
dodaqlarındakı  kinayəli  təbəssüm  onun  nəyəsə  hazırlaşdığını 
göstərirdi.(İ.Şıxlı)
-xay. Dilimizdə “dəlixay” sözündə təsadüf olunur.
-nüma.  Bu  morfem  fars  mənşəli  olub,  dilimizdə  qey-
ri-məhsuldar  şəkilçi  kimi  çıxış  edir.  Mənbə  dildən  fərqli 
olaraq müasir Azərbaycan dilində müstəqil leksik mənaya 
malik deyil. –nüma farsca “bildirən”, “göstərən” mənaları-
nı ifadə edir. Şəkilçiyə dilimizdəki “bədənnüma” sözündə 


91
Azərbaycan dilində məhsuldarlıq yaradan qeyri-məhsuldar şəkilçilər
rast gəlinir. Məsələn: Bədənnüma güzgünün qabağına keçən-
də özünü tanımadı.(İ.Şıxlı)
-iam.  İsimdən  isim  düzəldən  Ərəb-fars  mənşəli  qey-
ri-məhsuldar şəkilçidir. Məsələn: qətliam.
-idat. Müasir dilimizdə varidat sözündə rast gəlinir. Bəzi 
ədəbiyyatlarda varidat sözü “varid” sözü ilə əlaqələndirilir. 
Bizə görə, varidat var” sözündən əmələ gəlmiş və bütün 
var-dövlətin, gələn gəlirin məcmusu mənasını ifadə edir.
-bənd.  Dilimizdə  söz-şəkilçi  funksiyasına  malik  qey-
ri-məhsuldar  fars  mənşəli  şəkilçidir.  Mənbə  dildən  fərqli 
olaraq müasir dilimizdə söz-şəkilçi kimi çıxış edir. Lüğətdə 
(bax: 46) fars dilində aşağıdakı 10 mənası verilmişdir:
1.  Bağ, ip;
2.  Suyun qarşısını kəsmək üçün divar, sədd;
3.  Paraqraf(sənəddə);
4.  Bir neçə misradan ibarət şeir bölgüsü;
5.  Bağlı, əlaqədar;
6.  Zəncir, qandal;
7.  Həbs;
8.  Aşiq, vurğun;
9.  Oynaq, buğum, düyüm;
10. Biclik, hiylə.
 Dilimizdə aynabənd, şüşəbənd, sinəbənd, sazbənd kimi 
sözlərdə  təsadüf  olunur.Müasir  dilimizdə  işlənməsi  fars 
mənşəli -saz söz-şəkilçisində olduğu kimidir.


Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə