|
İlkin Əsgər azərbaycan dilində MƏhsuldarliq yaradan qeyri-məhsuldar şƏkilçILƏR (Monoqrafiya) Monoqrafiya Naxçıvan Dövlət Universitetinin Elmi şurasının 28 noyabr 2014-cü IL tarixli iclasının 03 № LI protokoluna əsasən çap olunurBu səhifədəki naviqasiya:
- İlkin Əsgər -an.
- “təam arzulamaq”
- “hök- mran”, “Kamran”
- -duz.
- : eybəcər, dərdəcər, südəcər
- : cavidannamə, andnamə, novruznamə
- Dəhnamə, Şikayətnamə Müasir Azərbaycan dilində -namə
- tələbnamə, nizamnamə və s. -baz.
- 1.-baz. Müəyyən bir işin həvəskarı, düşkünü; 2.-baz. Açıq; 3. –baz. Şahin, tərlan; 4.-baz.Yenə, təkrar, bir də,bir daha, yenə də;
- : kəndirbaz, hoqqabaz, sehirbaz, itbaz, quşbaz, oyunbaz, qumarbaz, yerlibaz, dostbaz, qohumbaz, işbaz, lağbaz və s. -at,-ət.
- “xəttat”
- -məzə.
- Sərnişin, kirayənişin, guşə- nişin
86
İlkin Əsgər
-an. Ərəb-fars mənşəli qeyri-məhsuldar söz- şəkilçidir.
Omonim kimi işlənir. Artırıldığı sözdə insan, şəxs, əşya ça-
ları yaradır. Msələn: sübhan, seyran, canan, dövran və s.
-arzı. Müasir dilimizdə dad sözünün sinonimi olan tam
sözünə qoşularaq tamarzı sözünü düzəldir. Söz əslində
fars mənşəli olub, “təam arzulamaq” deməkdir.
-ab. Müasir Azərbaycan dilində qeyri-məhsuldar şəkilçi-
dir. –ab fars mənşəli söz olub, azərbaycanca “su” deməkdir.
Məsələn, Sirab, Abşeron, selab kimi sözlərdə ab öz məzmu-
nuna uyğun işlənmişdir. Lakin çirkab sözündəki –ab artıq
öz məzmunundan uzaqlaşmış və şəkilçiləşmişdir.
-ran. Bu şəkilçi də fars mənşəlidir. Dilimizdəki “hök-
mran”, “Kamran” kimi sözləri düzəldib.(7.,21). Məsələn:
Müharibə dövründə kəndə hökmranlıq edən bu adam heç kəsi
tanımaq istəmir, nəyin hesabına olursa-olsun sədrliyi əlində sax-
lamağa çalışırdı.(İ.Şıxlı).
-duz. Dilimizdə söz-şəkilçi qrupuna aid edilən, mənbə
dildə müstəqil söz kimi işlənən –duz vasitəsilə palanduz,
çuvalduz kimi əşya məfhumlarını ifadə edən leksik vahid-
lər düzəldir.
-əcər. Müasir dilimizdə işləkliyini itirmiş qeyri- məh-
suldar şəkilçilərdən biridir. Söz sonuna artırılaraq əsasən,
əlamət bildirən sözlər düzəldir. Məsələn : eybəcər, dərdəcər,
südəcər və s.
-namə. Dilimizə fars dilindən keçmiş bu şəkilçi azərbay-
canca “yazı” , “məktub” mənalarını ifadə edir. Söz-şəkilçi
funksiyasına malikdir. Şəkilçiyə həm qədim, həm də orta
dövr ədəbiyyatına aid materiallarda rast gəlmək müm-
kündür. Məsələn : cavidannamə, andnamə, novruznamə,
İskəndərnamə, Bəxtiyarnamə və s. Tərkibində namə mor-
87
Azərbaycan dilində məhsuldarlıq yaradan qeyri-məhsuldar şəkilçilər
femi olan bütün leksik vahidlərin quruluş etibarilə hamısı
düzəltmə deyil. Çünki bəzi sözlərdə namə öz həqiqi məna-
sında işlənmişdir. Məsələn: Dəhnamə, Şikayətnamə
Müasir Azərbaycan dilində -namə şəkilçisi əsasən, bəzi
isimlərin sonuna qoşulmaqla əməli yazı növlərinə mənsub
terminoloji məfhumlar əmələ gətirir: vəkalətnamə, xahiş-
namə, xasiyyətnamə, etibarnamə, tələbnamə, nizamnamə və s.
- baz. Bu şəkilçi də fars mənşəli olub, mənbə dildə
müstəqil söz kimi çıxış edir. Lüğətdə (47.,32) fars dilində
işlənən omonim söz kimi aşağıdakı 6 mənası verilmişdir:
1.-baz. Müəyyən bir işin həvəskarı, düşkünü;
2.-baz. Açıq;
3. –baz. Şahin, tərlan;
4.-baz.Yenə, təkrar, bir də,bir daha, yenə də;
5.-baz. Dala, geriyə;
6.-baz.Oyun.
Müasir Azərbaycan dilində isə “oyun”, “məşğuliyyət”,
“bu və ya digər bir şeyin aludəçisi, həddindən artıq həvəskarı
olmaq” kimi başa düşülür. Əsasən, isimlərin sonuna artırı-
lıb, peşə, sənət bildirən atributiv səciyyəli sözlər və əlamət,
keyfiyyət, mənfilik anlayışını ifadə edən sifətlər düzəldir.
Məsələn : kəndirbaz, hoqqabaz, sehirbaz, itbaz, quşbaz,
oyunbaz, qumarbaz, yerlibaz, dostbaz, qohumbaz, işbaz,
lağbaz və s.
-at,-ət. Ərəb mənşəli şəkilçilər qrupuna aiddir. Əsasən,
Ərəb-fars mənşəli sözlərə artırılıb, əşya, alət, sosial, ictimai
məzmun daşıyan, ifadə edən sözlər düzəldir. Məsələn: təb-
liğat, təşviqat, tədqiqat, muğamat, xitabət, kitabət, məlu-
mat və s.
88
İlkin Əsgər
-at. Bu şəkilçi də Ərəb mənşəli olub, omonimlik xüsu-
siyyəti daşıyır. Ərəb mənşəli “xətt” sözünə qoşularaq əşya,
şəxs, ad, peşə bildirən “xəttat” sözünü əmələ gətirir.
- güzar. Dilimizdə söz-şəkilçi kimi işlənən qeyri-məhsuldar
şəkilçidir. Söz kökünə qoşulmaqla əşya, sənət, peşə, əlamət
bildirən söz düzəldir. Məsələn : işgüzar, kargüzar və s.
-vər. İsimdən sifət əmələ gətirən qeyri-məhsuldar şəkilçi-
dir. “Dənə” sözünə artırılıb “dənəvər” sifətini əmələ gətirir.
-məzə. Sifətdən sifət düəzəldən qeyri-məhsuldar söz-şə-
kilçidir. Bu məqamda məzə morfemi fars mənşəli olub,
mənbə dildə müstəqil söz kimi işlənir. Dilimizdə müstəqil
leksik semantik məna ifadə edə bilmədiyi üçün qeyri-məh-
suldar şəkilçi kimi çıxış edir. Qoşulduğu sözdə əlamət, key-
fiyyət, dad bildirir. Məsələn: turşməzə
-i,-vi. Yer, məkan, şəxs anlayışı bildirən sözlərə artırılıb,
ad, ləqəb, təxəllüs, yerlilik, mənsubiyyət məfhumu ifadə
edən isimlər-onamastik vahidlər düzəldir. Məsələn: Rumi,
Naxçıvani, Gəncəvi, Şirvani, Təbrizi, Qurbani, Sidqi, Bağ-
dadi, Lənkərani və s.
-nişin. Dilimizdə az işlənir. Sərnişin, kirayənişin, guşə-
nişin kimi sözlərdə təsadüf olunur.
-i,-vi. Sifət düzəldən və nisbətən məhsuldar omonim şə-
kilçidir. Ərəb-fars qrupuna aid sözlərə əlavə olunaraq bu
və ya digər sözün ümumi əlamət və keyfiyyətini ifadə edən
sözlər əmələ gətirir. Məsələn: elmi (məqalə ), inqilabi (ha-
disə ), daxili (gözəllik ), xarici ( işlər ), tibbi ( yoxlanış ),
ailəvi ( restoran ), dairəvi ( yol ), tarixi (məlumat ), mülki
(vətəndaş ), kütləvi ( qırğın ), nümunəvi ( tələbə ) və s.
-vi şəkilçisi bəzi sözlərin tərkibində daşlaşıb. Orta mək-
təb qrammatikasında və TQDK-nın keçirdiyi qəbul imta-
Dostları ilə paylaş: |
|
|