80
İlkin Əsgər
-bəsər. Bu şəkiçi də qeyri-məhsuldar şəkilçi olub, qo-
şulduğu sözdə əlamət, xüsusiyyət, əşya çaları yaradır. Şə-
kilçiyə dilimizdəki “gicbeyin” sözünün sinonimi olan “gic-
bəsər” sözündə rast gəlinir.
-mə. “Ərəb mənşəli bu şəkilçi ön şəkilçi olub, adlardan
ad düzəldən qeyri-məhsuldar şəkilçidir. Məsələn: mədaxil,
məxaric və s.” .(7..,23).
-ənin. Fars mənşəli olub, müasir Azərbaycan dilində
qeyri-məhsuldar şəkilçi qismində çıxış edir. Qoşulduğu
sözdə təxminən dilimizdə sifət düzəldən dördvariantlı –li
şəkilçisinin semantikasını yaradır. Fars mənşəli “naz” sö-
zündən “nazənin” sözünü əmələ gətirir.
-ə. Bu şəkilçi Ərəb-fars mənşəli şəkilçilər qrupuna aid
olub, omonimlik keyfiyyətinə malikdir. Müasir Azərbay-
can dilində ön şəkilçi kimi çıxış edir və əksilik, ziddiyyət
bildirir. Məsələn: lehinə-əlehinə
-kar. Mənbə dildə müstəqil söz kimi “iş” anlayışını bil-
dirir. Azərbaycan dilində isə müvafiq ad bildirən sözlərin
sonuna artırılaraq peşə, sənət, insan, şəxs, əlamət, keyfiy-
yət, xüsusiyyət bildirən yeni sözlər əmələ gətirir. Məsələn:
sənətkar, peşəkar, davakar, fitnəkar, təcavüzkar, xatakar,
tamahkar, tələbkar, təmizkar, ziyankar və s
-pərəst. Fars dilində müstəqil söz kimi işlənir. “Pərsti-
dən” məsdəri əsasında əmələ gəlmiş, “bərk sevmək” mənası-
nı verir. Daha çox şəxslə bağlı əlamət, keyfiyyət, xüsusiyyət
ifadə edən düzəltmə sifətlər əmələ gətirir. Məsələn: şöhrət-
pərəst, qonaqpərəst, xaçpərəst, xəyalpərəst, millətpərəst,
pulpərəst və s.
-dar,-ədar. Mənbə dildə “daştən” sözündən yaranmış
bu şəkilçi fars, ərəb və Azərbaycan sözlərinə qoşularaq
81
Azərbaycan dilində məhsuldarlıq yaradan qeyri-məhsuldar şəkilçilər
düzəltmə isim və sifətlər əmələ gətirir. Bəzi məqamlarda
milli mənşəli –çı,-çi,-çu,-çü şəkilçisinin ekvivalenti kimi
çıxış edir. Məsələn: dindar, əməkdar, vəfadar, xəbərdar, cin-
dar, xəzinədar və s. Daha çox peşə, sənət, ixtisas anlayışları
yaradır. Məsələn: Elə həmin axşam Kosaoğlu qonağı prokuror
Əsədovu yedirib içirəndən sonra hesabdarla anbardar Musa-
nı yanına çağırdı... Hesabdar qorxa-qorxa qapıya yaxınlaşdı.(İ.
Şıxlı) -ədar şəkilçisinə isə dilimizdə mülkədar sözündə rast
gəlirik.
-bər. Ərəb-fars mənşəli şəkilçi olub, adlara qoşulmaqla
ad düzəldir. Mənbə dildə müstəqil leksik mənaya malik
olsa da, dilimizdə qeyri-məhsuldar şəkilçi kimi çıxış edir.
Məsələn: səfərbər, dilbər və s.
-əng. Fars mənşəldir, məhdud sayda söz düzəldir. Dili-
mizdə turşəng, turpəng kimi sözlərdə rast gəlirik. Tədricən
işləkliyini itirməkdədir.
-gir. Bu şəkilçi də fars mənşəli qeyri-məhsuldar şəkil-
çilər qrupuna daxildir. Bəzi dilçilik ədəbiyyatlarında – gir
şəkilçisi müstəqil şəkilçi hesab olunmur.(bax:39)
Əsasən, Ərəb-fars mənşəli sözlərin sonuna artırılaraq
insan, şəxs, əşya,meyil, həvəs, əlamət, keyfiyyət məzmunu
bildirən isim və sifətlər düzəldir. Məsələn: fəndgir, pulgir,
dünyagir, kəfgir, cahangir və s. Cibgir özünsən.(İ.Şıxlı),O
tələsmədi, qazanların yanında hərləndi, pıqqıldayıb qaynayan
bəhməzə baxdı, kəfgirlə qarışdırdı.(İ.Şıxlı). Dilimizdə -gir şə-
kilçisinin –agir forması da işlənmişdir. M.İbrahimovun
“Gələcək gün” romanında “pulagir” şəkilində işlənmişdir:
Onunla söhbətindən pulagir olduğunu anlamışdı.
-vat. Dilimizə fars dilindən daxil olmuşdur. Xırdavat,
səbzəvat kimi sözlərin tərkibində işlənir. –vat şəkilçisi is-
82
İlkin Əsgər
tisna hallarda – lıq şəkilçisi ilə birgə işlənib sənət, peşə, şəxs
bildirir. Məsələn: taksivatlıq.
-xar. Şəkilçi kimi statik səciyyə daşıyır. Dilimizdəki
qəmxar sözü bu şəkilçi vasitəsilə yaranıb.
-ah. Mənbə dildən fərqli olaraq dilimizdə qeyri-məhsul-
dar şəkilçi olub, isimdən mücərrəd mənalı isim əmələ gəti-
rir. Məsələn: tamah.
-dan. Fars mənşəli –dan şəkilçisi ismin çıxışlıq hal və zərf
düzəldən –dan şəkilçisi ilə omonimlik keyfiyyətinə malik-
dir. Müasir Azərbaycan dilində əşya, qab-qacaq, alət məz-
munu ifadə edən yeni sözlər əmələ gətirir. Məsələn: gül-
dan, şamdan, nəməkdan, çaydan, qələmdan, qənddan və s.
Nisbətən məhsuldarlığı ilə seçilən şəkilçilərdən biridir.
- iyyə. Ərəb mənşəli şəkilçi olub, müasir dilimizdə şəxs,
əşya, ad, titul, fərziyyə, nəzəriyyə, təriqət, cərəyan, yer, mə-
kan məfhumlarını ifadə edən düzəltmə sözlər əmələ gəti-
rir. Məsələn: Ülviyyə, fərziyyə, Rəsmiyyə, Şəmsiyyə, Əh-
mədiyyə, Səfəviyyə, İskəndəriyyə və s.
-iyyat, -iyyət. Bu şəkilçi də nisbətən məhsuldarlığı ilə se-
çilən ərəb mənşəli şəkilçilər qrupuna aiddir. Dilimizdə elm,
təhsil, proses, hal, əhval, səmimiyyət, nəzəriyyə, istiqamət,
ictimai məzmun daşıyan düzəltmə sözlər yaradır. Məsələn.
ədəbiyyat, ülviyyət, rəsmiyyət, riyaziyyat, hakimiyyət,
qabiliyyət, qalibiyyət, məğlubiyyət, külliyat, mənəviyyat,
mədəniyyət, əbədiyyət, şəxsiyyət, fəaliyyət, aidiyyat, səmi-
miyyət, şirniyyat və s.
Nümunələrdən də göründüyü kimi, şəkilçi daha çox
Ərəb-fars mənşəli söz köklərinə artırılır.
-xor. Farsca yemək mənasını bildirən “xorden” sözündən
olub, mənsub olduğu dildə leksik vahid kimi işlənən bu şə-
Dostları ilə paylaş: |