48
Sadəcə burda yazmağa lüzum görmürəm. Deyirdi ki, Dilarə mənim
ən yaxşı rollarımdan biridir.
Mən Barat xanım haqqında kitab yazarkən, araşdırma nəticə-
sində “Şərqin səhəri” tamaşası haqqında rəylər əlimə keçdi. İki
rəydə Barat xanımın ifa etdiyi Dilarə obrazına mənfi qiymət veril-
mişdir. Şübhəsiz ki, bu rəylər kiminsə diqtəsi ilə yazılmışdır. Mən
o, rəyləri Barat xanıma oxudum. O da mənə təkid elədi ki, həmin
rəyləri kitaba daxil edim. Mən də daxil etdim. Barat xanım rəhmətə
gedəndən sonra həmin iki rəyi kitabdan çıxartdım. Düz ya səhv
etmişəm deyə bilmərəm...
C. Cəfərov (1951) yazır ki; “Artistka Barat milyoner qızı Di-
larə rolunda, burjua aləminin mənəvi eybəcərliyini və pozğun-
luğunu yaxşı göstərir. O, şöhrətpərəst, boş və xudbin bir qızdır.
Sadə, səmimi və dərin sevgi duyğusu ona yabançıdır. Onun Bəh-
ruzla (artist Ə. Sultanov) olan münasibəti boş bir əyləncə, şıltaqlıq
və oyundur. Atası ilə bərabər xaricə qaçdıqları səhnədə Dilarə
özünü tamamilə ifşa edir”.
B. Şəkinskaya Azərbaycan və Qərbi Avropa dramaturqlarının
əsərlərində baş rolları ifa etməklə yanaşı rus dramaturgiyasında da
mükəmməl obrazlar yaradıb. Bu baxımdan aktrisa A. Fadeyevin
romanı əsasında hazırlanmış “Gənc qvardiya” əsərindəki Lyubov
Şevtsova son dərəcə maraqlıdır. İlk dəfə 1948-ci ildə aprel ayının
4-də göstərilən bu tamaşada gənclik və qəhrəmanlıqdan bəhs olu-
nurdu.
B. Şəkinskaya “Azərbaycan gəncləri” qəzetində (09.04.1948)
“Lyubov Şevtsova mənim ifamda” adlı məqaləsində yazır ki;
““Gənc qvardiya” pyesində Lyubov Şevtsova rolunu ifa etmək şə-
rəfi mənə qismət olmuşdur. Lyubov Şevtsova gənc qvardiya təşkila-
tının yaradıcılarından biridir. O, ən qorxulu anlarda belə cəsarətlə
hərəkət edir. Almanların arxasında gizli işləmək üçün müvəffəqiy-
yətli üsullar tapır.
Mən bu surət üzərində böyük bir ilham və maraqla çalışmışam
və çox sevdiyim bu rolu xüsusi bir tərzdə yaratmağa səy etmişəm.
49
Lyubov Şevtsova rolunu müvəffəqiyyətlə yaratmaq çətin bir işdir.
Bu işdə mənə gənc qvardiyaçıların əziz xatirəsi ilham vermişdir.
Mən bu surətdə gənclərin mərd simasını yaratmağa səy
etmişəm”.
Onu qeyd edim ki, Mehdi Məmmədovun quruluşunda tamaşa-
ya qoyulan “Gənc qvardiya” əsəri on səkkiz günün içində hazır-
lanıb, tamaşaçılara təhvil verilmişdir. Bu tamaşa haqqında C. Cəfə-
rov yazır ki; “Gənc qvardiyaçıları oynayan oktyorların hamısı cavan
deyildi. Amma rejissor Mehdi Məmmədov deyir ki, bu aktyorların
ifasında yaş öz əhəmiyyətini itirir. Xüsusən Barat-Lyubov Şevtsova
rolunda”.
N. Babayev yazır ki; “Lyuba Şevtsova rolunu ... Barat Şə-
kinskaya ifa edir. O, vətəni sonsuz məhəbbətlə sevən, şən Lyubanın
mürəkkəb surətini doğurdan da böyük məharətlə yaradır”.
C. Məmmədov “Azərbaycan gəncləri” qəzetində (09.04.1948)
yazır ki; “ Lyubov Şevtsova rolunu ifa edən Barat Şəkinskaya daha
çox diqqətə layiqdir”.
Akademik M. Arif “Kommunist” qəzetində (12.05.1948) ya-
zır ki, “Aktrisa Barat Şəkinskaya Lyubov Şevtsova rolunda özünü
nə qədər azad aparır. O, sanki bütün, varlığı ilə bu, hər şeyə qarışan,
hər yerdə öz vətəndaşlıq borcunu ödəməyə çalışan, öz vətən-
pərvərlik məqsədi uğrunda hər cür təhlükəyə gedən cəsur mətin və
fədakar qızın ruhuna girmişdir. Ağır işgəncələrdən sonra ölümcül
hala gələn Lyuba yenə də öz qürurunu sındırmır”.
Görkəmli aktrisa B. Şəkinskaya Lyubov Şevtsovanın sadəliyi,
mehribanlığı ilə tamaşaçıda ifa etdiyi obraza qarçı böyük rəğbət
qazandırmışdır. O, əldə etdiyi nailiyyətlərə arxayınlaşmadı, öz bən-
zərsiz ifası ilə tamaşaçıların qəlbini daim riqqətə gətirdi.
B. Şəkinskaya 1949-1952-ci illərdə V. Şekspirin “Otello”
faciəsində Dezdemana (tərcümə C. Cabbarlı, rej. A. İsgəndərov,
06.05.1949); Lope de Veqanın “Rəqs müəllimi” əsrində Florela
(tərcümə R. Rza, rej. M. Məmmədov, 31.07.1949); S. Vurğunun
“Xanlar” mənzum dramında Mehriban (rej. A. İsgəndərov,
21.12.1949); C. Məcnunbəyovun “Böyük məhəbbət” pyesində Tər-
50
lan (rej. Ə. Ələkbərov, 12.05.1950); V. Lavrenyovun “Amerikanın
səsi” əsərində Mariell (tərcümə Ə. Məmmədxanlı, rej. Ə. Ələkbə-
rov, 14.12.1950); C. Cabbarlının “Od gəlini” faciəsində Solmaz
(rej. Ə. Şərifov, 20.03.1951); M. H. Təhmasıbın “Çiçəklənən
arzular” pyesində Həqiqət (rej. M. Məmmədov, 13.06. 1951); H.
Muxtarovun “Ailə namusu” əsərində Yazgül (tərcümə M. İbrahi-
mov, rej. T. Kazımov, 30.10.1951); S. Vurğunun “Vaqif” mənzum
dramında Gülnar (rej. A. İsgəndərov, bərpa., 1951); K. Haldoninin
“Mehmanxana sahibəsi” komediyasında Mirandolina (tərcümə S.
Rəhman, rej. M. Məmmədov, 11.09.1952); S. Vurğunun “Fərhad və
Şirin” mənzum dramında Şirin (rej. A. İsgəndərov, 07.10.1952); C.
Cabbarlının “Solğun çiçəklər” əsərində Sara (rej. Ə. Ələkbərov,
bərpa).
Barat Şəkinskayanın mahir
sənətkar kimi yetişməyində, sənəti-
nin bütün incəliklərinə yiyələnmə-
sində, misilsiz aktrisa kimi püxtə-
ləşməsində Şekspir dramaturgiyası
mühüm rol oynamışdır. Şekspirin
“Romeo və Cülyetta” faciəsində
Cülyetta, “Kral Lir” faciəsində Kor-
deliya, “On ikinci gecə” komediya-
sında Viola rollarını ifa edən bu gör-
kəmli sənətkar “Otello” faciəsində
Dezdemonanı ifa etdi. Böyük sənət-
karlıqla yaratdığı Dezdemona obrazı
ilə tamaşaçıların rəğbətini qazandı.
B. Şəkinskaya xatirələrində
(“Azərbaycan jurnalı” №5, 1974)
yazır ki; “Adil İsgəndərov, Ələsgər,
Əfqanlı və mən demək olar ki, öz
axtarışlarımızda eyni nəticəyə gəl-
dik. Pyesin yeni, müasir səslənməsinə birlikdə xidmət etdik. Ələs-
gər həm də gözəl səsi, daxili ehtirası, boy-buxunu, gözəl görünüşü
B.Şəkinskaya – Dezdemona
rolunda
Dostları ilə paylaş: |