İmran axundov



Yüklə 2,76 Mb.
Pdf görüntüsü
səhifə17/27
tarix21.07.2018
ölçüsü2,76 Mb.
#57463
1   ...   13   14   15   16   17   18   19   20   ...   27

 
58 
baxırdı. Axırı ki, başımı “tapıb” suyu mənə içirdi. Səhnə alqışlarla 
qarşılandı”. 
B. Şəkinskayanın yaratdığı Mirandolina şıltaq idi, tamaşaçıya 
elə gəlirdi ki, o, qayğılardan azaddır. 
C.  Cəfərov  “Rejissor  sənəti” 
(1969)  kitabında  qeyd  edir  ki; 
“Baratın  yaratdığı  bütün  qadın 
surətlərində  bir  əsas  xətt  keçir. 
Qadın  taleyi,  öz  xoşbəxtliyini 
axtaran, bu xoşbəxtlik uğrunda, öz 
taleyi  uğrunda  mübarizə  xətti.  Və 
bu  mübarizədə  onun  qəhrəmanları 
üz-üzə durur. Yəqin  elə  buna görə 
də Baratın oynadığı komik rollarda 
belə bir qadın kədəri dramatik nota 
keçir və bu da aktrisanın  yaratdığı 
surətin həyatiliyini sübut edir... 
Məsələ  Baratın  yaratdığı  çə-
tin,  rəngarəng  obrazda  deyil,  onun 
özünün  şəxsiyyətinin  bu  rola  ya-
xınlığıdır.  Bu  sözləri  böyük  sənət-
kar  Babanova  haqqında  da  demək 
olar.  Onları  yaxınlaşdıran,  doğma-
laşdıran bir sənətkarlıq var. 
Barat  bu  rolun  içində  başqalaşa  bilir.  Mehdi  bu  oxşayışı 
onunla Mirzağa Əliyev arasında görür. 
Barat  uşaqları,  yaşlıları,  qızları,  oğlanları  oynayır,  eyni  za-
manda  bu  surətləri  psixoloji  rənglərlə,  boyalarla,  hərəkət  və  mimi-
kayla oynayır. Təkcə “Mehmanxana sahibəsi”nə baxsan bu çizgilə-
rin hamısına rast gəlirsən”. 
B.  Şəkinskaya  səhnədə  canlandırdığı  müxtəlif  xarakterli  ob-
razların hər biri bitkin sənət nümunələridir. 
Bu  baxımdan  B.  Şəkinskayanın  S.  Vurğunun  “Fərhad  və 
Şirin” əsərindəki Şirin obrazı son dərəcə maraqlıdır. 
B.Şəkinskaya – Mirandolina 
rolunda 


 
59 
Böyük  Bətən  müharibəsinin  qızğın  bir  dövründə  xalq  şari 
Səməd Vurğun üçüncü mənzum dramı olan “Fərhad və Şirin” pyesini 
teatra təqdim etdi. Tamaşanın quruluşçu rejissoru Adil İsgəndərovun 
rol bölgüsündə Fərhadı-Ələsgər Ələkbərov və Rza Əfqanlıya, Şirini-
Mərziyə  Davudova  və  Fatma  Qədriyə,  Xosrovu-Əjdər  Sultanov  və 
Ağasadıq Gəraybəyliyə, Azər babanı-Əli Qurbanova tapşırmışdır. 
1941-ci  il noyabr ayının  6-da 
“Fərhad və Şirin” tamaşası ilk dəfə 
nümayiş  olundu  və  tamaşaçılar 
tərəfindən rəğbətlə qarşılandı. 
 On  bir  il  keçəndən  sonra 
1952-ci  il  oktyabr  ayının  7-də  B. 
Şəkinskaya  səhnədə  öz  Şirinini 
yaratdı, özü də hazırlıqsız. 
Aktrisa  özü  qeyd  edir  ki; 
“Moskvadan  Azərbaycan  teatrına 
gəlmiş  rejissor  Tarxanov  S.  Vurğu-
nun  “Fərhad  və  Şirin”  tamaşasına 
baxaraq  demişdir  ki,  hər  iki  Şirin-
Fatma Qədri də, Mərziyə Davudova 
da bu rola yaşlarına görə uyğun gəl-
mirlər. 
-Bizdə gənc Şirin də var-deyə 
rejissor  Adil  İsgəndərov  onu  inan-
dırdı. 
Heç ağlıma da gətirməzdi ki, 
bu  mürəkkəb  obrazı  üç  günün  içində  yaratmağa  müvəffəq  ola-
cağam.  İş  elə  gətirdi  ki,  o,  mənim  yaradıcılıq  taleyimdə  ən  uğurlu 
obrazlarımdan biri oldu...”
 
 
B.  Şəkinskaya  xatirələrində  yazır  ki;  “Bu  rol  mənə  sonradan 
verilmiş və Xosrovla olan şəkilləri Gəraybəyli ilə məşq eləmişdim. 
Xosrovun  əsas  məqsədi  nəyin  bahasına  olursa-olsun  Azərbaycanı 
İrana qatmaqdı. İlk görüşdə onun sevgisinə, şəxsən mən inanmırdın. 
Gəraybəyli, bu səhnədə (Şirinlə ilk görüş səhnəsi) öz qələbəsindən 
   B.Şəkinskaya – Şirin rolunda 


 
60 
zövq  alır,  təmtəraqla  səhnəyə  gəlirdi.  Ona  qarşı  çox  soyuq  olmağı 
qət  etdim!  Hətta  əsərin  səkkizinci  şəklində  Fitnə  ilə  söhbətdə  həm 
Xosrovu, həm Fərhadı sevməyim haqqındakı: 
Fitnə-Bəlkə ikisini birdən sevəsən? 
Şirin-Onları üz-üzə qoymuşdur zaman
Kimin sinəsində böyüksə urək; 
Onun məhəbbəti qalib gələcək!.. 
-sözlərini pozdum. Əlbəttə, bu sözləri pozmaqla haqlı olduğu-
ma həm Səməd Vurğunu, həm də Adil İsgəndərovu inandırmışdım. 
 
 
 
 
Lakin bir neçə tamaşadan sonra Xosrovu Əjdər Sultanov oy-
nayanda başa düşdüm ki,  Səməd Vurğun o sözləri  niyə  yazıbmış?! 
Və bir qədər incidim ki, mənə Əjdərlə məşq verməmiş niyə səhnəyə 
baraxdılar. Əjdər səhnəyə çıxanda ilk baxışda ikimizdə sehirləndik. 
Onun gözlərində yalnız məhəbbət, həsrət gördüm. Baxışları qəlbimə 
sancıldı. Ürəyim çox sürətlə döyünməyə başladı. Nə edəcəyimi, nə 
deyəcəyimi  unutdum.  İçimdə  hüzünlü  bir  fəryad  qopdu.  Bir  az 
“Fərhad və Şirin” tamaşasından səhnə. 
Fərhad  – SSRİ xalq artisti Ə.Ələkbərov, 
Şirin – B.Şəkinskaya  


 
61 
qabaq  onun  arvadı  Məryəmlə  söhbətim  olmasaydı,  mən  necə  xoş-
bəxt  ola  bilərdim.  Çünki  o  mənim  ilk  eşqim  idi.  Əfsus...  Bax,  be-
ləcə, o rolu Gəraybəyli ilə başqa, Əjdərlə isə tamam başqa təfsirdə 
aparırdım”. 
Azərbaycan  səhnəsində  müxtəlif  səpgili,  yüksək  səviyyəli 
obrazlar yaradan Barat Şəkinskaya Şirinə öz baxışı ilə yanaşmışdır. 
Aktrisa Şirinin sevgisini, əzabını dərk edərək yaradırdı. 
Tamaşaçı  Şirin-Şəkinskaya  ilə  tamaşanın  birinci  şəklində 
rastlaşırdı və bu böyük amallı Azərbaycan qızını oxlu, kamanlı gö-
rürdü. Aktrisa səhnəyə gəlişində tamaşaçılara Fərhadı sevdiyini bil-
dirirdi. Şirin-Şəkinskaya sevginin böyük nemət olduğunu duymaqla 
yanaşı, vətənini də hər şeydən üstün tutan ismətli bir qız idi. 
Barat  xanımın  lirik  planda  yaratdığı  Şirin  təkcə  pak  qəlbli 
deyildir,  eyni  zamanda  dərrakəli  və  qətiyyətli  idi.  Bütün  bunları 
aktrisa bütün sənətkarlıqla tamaşaçılara çatdırırdı. 
Fərhadı  böyük  məhəbbətlə  sevən  Şirin-Şəkinskaya  Xosrovun 
sarayında  yalqız  oturduqda  belə  öz  doğma  vətənini  kədərlə 
xatırlayırdı: 
Eldən uzaq düşdüm, vətəndən iraq
Bir daş qəfəsdəyəm, ürəyim dustaq... 
Bu  sözlər  aktrisanın  ifasında  elə  daxili  ehtirasla  deyilirdi  ki, 
tamaşaçılar  Şirinin  dərdinə  şərik  olmaya  bilmirdilər.  Xosrovun 
arvadı  Məryəmlə  dialoqdan  sonra  Şirin-Şəkinskaya  Xosrovun 
yalançı məhəbbətinə nifrət edərək: 
Ah, nələr var imiş dünyada, nələr, 
İçimdə kimsəsiz bir quzu mələr... 
Söylə, bir, hardasan, hardasan, Fərhad? 
-sözlərini  həyacanla  deyib,  taqətsiz  halda  görünürdü.  Sonra 
Xosrov  səhnəyə  daxil  olurdu.  Şirin-Şəkinskayanın  Xosrovla  apar-
dığı  dialoqlarda  tamaşaçlar  bir  daha  onun  mətinliyini  duyurdu. 
Şirin-Barat  xanım  Azərbaycanın  İrana  qarışa  biləcəyini  və  bu  işin 
böyük səhv olduğunu Xosrova açıq-aşkar deyirdi: 
Nə deyim... bu sizcə belədir, bəlkə. 
Lakin düşünün ki, böyük bir ölkə 


Yüklə 2,76 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə