Kompüter sisteminin ICMP-daranması kompüter sisteminin qovşaqlarına ayrılmış IP-ünvanlara ICMP-sorğularının göndərilməsindən və bu sorğulara cavabların analizindən ibarətdir. Çox vaxt ICMP-darama ‘Echo Request’ tipli sorğuların köməyi ilə həyata keçirilir. Bir sorğu göndərildikdə zondlama haqqında, (diapazondan) bir neçə IP-ünvanın ardıcıl və ya eynizamanlı zondlanması həyata keçirildikdə darama haqqında danışırlar.
Hücum obyektinin ICMP-daranması hər şeydən əvvəl onun qovşaqlarını identifikasiya etməyə (hücum obyektinə ayrılmış IP- ünvanlardan hansına hücum obyekti qovşaqlarının uyğun olduğunu aydınlaşdırmağa) imkan verir. Göndərilmiş sorğuya ICMP protokolu ilə nəzərdə tutulmuş cavabın alınması qovşağın mövcudluğunu göstərir (‘Echo Request’ tipli sorğulara IP-şəbəkənin qovşaqları ‘Echo Reply’ tipli ICMP-məlumatlarla cavab verməlidirlər).
Şəbəkəni (kompüter sisteminin qovşaqlarını) ICMP- daraqlamanın baza aləti ping utilitidir (‘Echo Request’ tipli sorğuları tətbiq edir).
Böyük şəbəkələrin daranması üçün ping utilitinin tətbiqi onunla çətinləşir ki, bu utilit bir dəfə işə salındıqda yalnız bir IP-ünvanı emal edir. Böyük sayda şəbəkə ünvanlarının daranmasını komanda ssenarilərinin (skriptlərin) və ya çoxsaylı xüsusi utilitlərin (fping, nmap, Pinger və başqaları) köməyi ilə avtomatlaşdırmaq olar.
Dostları ilə paylaş: |