36
İ l h a m Ə l i y e v: Bəli, bu, əvvəldən belə nəzərdə tutul-
muşdu. Amma bundan başqa, biz əlavə vəsaitin ayrılması üçün
də müvafiq göstərişlər vermişik.
C a v i d Q u r b a n o v: Bu yolun tikintisinə Azərbaycan
hökuməti 50 milyon manat vəsait qoymuşdur. Qalan vəsaiti isə
Avropa İnkişaf və Yenidənqurma Bankı kredit vermişdir.
Z i y a M ə m m ə d o v: Cənab Prezident, həqiqətən də
Sizin şəxsi təşəbbüsünüz, dəstəyiniz və tapşırıqlarınız olma-
saydı, bu yollar belə sürətlə inşa edilə bilməzdi. Çünki bey-
nəlxalq kredit təşkilatları ilə danışıqlar gec baş tutur, müəyyən
prosedur qaydaları gec həyata keçirilir. Bir layihəni işləyib başa
çatdırmaq üçün iki il vaxt gedir.
İ l h a m Ə l i y e v: Həm danışıqlar, həm də daxili prose-
durlar orada çox mürəkkəbdir. Ona görə, əlbəttə, həm
beynəlxalq maliyyə qurumlarının imkanlarından, həm də öz
imkanlarımızdan, artan maliyyə resurslarımızdan istifadə
edəcəyik.
* * *
Sonra prezident İlham Əliyev rəmzi açılışı bildirən qırmızı
lenti kəsdi.
Dövlətimizin başçısına xatirə hədiyyələri təqdim olundu.
Prezident İlham Əliyev avtomobilin sükanı arxasına əylə-
şərək hərəkətin təhlükəsizliyinə, nəqliyyatın normal hərəkətinə
hərtərəfli imkan yaradan, tarixi İpək Yolunun bir hissəsi olan
yeni yolun keyfiyyətini yoxladı.
Dövlətimizin başçısı inşaatçıları təbrik etdi, görülən işləri
yüksək qiymətləndirərək dedi ki, Azərbaycanın bütün yolları
belə olmalıdır. Bundan sonra daha da böyük işlər görüləcəkdir.
Ölkəmizin bütün yolları belə gözəl, rahat olmalıdır. Bu isə son
illər ərzində tikilən yollardan ən yüksək keyfiyyətlisidir.
37
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ
İLHAM ƏLİYEVİN
ƏLİ BAYRAMLI ŞƏHƏRİNƏ SƏFƏRİ
Əli Bayramlı
24 dekabr 2007-ci il
Azərbaycan prezidenti İlham Əliyev dekabrın 24-də Əli
Bayramlı şəhərində olmuşdur.
Dövlətimizin başçısı əvvəlcə Əli Bayramlı Müalicə-Diaq-
nostika Mərkəzinin təntənəli açılış mərasimində iştirak etmişdir.
Mərkəzin qarşısına toplaşan minlərlə sakin prezident İlham
Əliyevi, xanımı Mehriban Əliyevanı və qızı Leyla Əliyevanı
böyük hörmət və ehtiramla, gül-çiçəklə qarşıladılar.
Prezident İlham Əliyev mərkəzin rəmzi açılışını bildirən
lenti kəsdi.
Səhiyyə naziri Oqtay Şirəliyev və Dövlət Neft Şirkətinin
prezidenti Rövnəq Abdullayev məlumat verdilər ki, təməli 2006-cı
ilin martında prezident İlham Əliyevin iştirakı ilə qoyulmuş
üçmərtəbəli mərkəzdə Yaponiya, Almaniya, Türkiyə və Rusiya
istehsalı olan ən müasir avadanlıq quraşdırılmışdır.
ARDNŞ-in vəsaiti hesabına təxminən il yarıma tikilən mərkəzin
stasionar şöbəsi 20, reanimasiya şöbəsi isə 6 çarpayılıqdır.
Yeni müalicə ocağında poliklinika, qəbul və şüa diaqnostikası,
rentgen, cərrahiyyə, anesteziologiya və reanimasiya şöbələri, dia-
liz, intensiv terapiya bölmələri, eləcə də əməliyyat və sterilizasiya
bloku yerləşir.
Prezident İlham Əliyev ayrı-ayrı mərtəbələrdə yerləşən şö-
bələrlə tanış oldu, eləcə də həkim, kompyuter tomoqrafiyası,
əməliyyat otaqlarına baxdı, tibbi avadanlığın iş prinsipləri ilə
maraqlandı. Bildirildi ki, burada ən müasir avadanlıq vasitəsilə
38
müxtəlif xəstəliklərin müalicəsi və müayinəsi üçün hər bir şərait
yaradılmışdır. Mərkəzdə 250 nəfər işçi çalışır.
Sonra mərkəzin açılışına həsr edilmiş mərasim oldu.
Azərbaycan prezidenti İlham Əliyev mərasimdə nitq söylədi.
Azərbaycan prezidenti İlham Əliyevin nitqi
Əziz dostlar!
Əziz bacılar və qardaşlar!
Mən sizin hamınızı ürəkdən salamlayıram və bu gün bu
gözəl Müalicə-Diaqnostika Mərkəzinin açılışı münasibətilə
təbrik edirəm.
Təxminən il yarım bundan əvvəl biz bu gözəl binanın təməl
daşını birlikdə qoyduq və bu gün onun açılışında iştirak edirik.
Çox şadam ki, qısa müddət ərzində Əli Bayramlıda çox gözəl
və müasir tibb ocağı yaradılmışdır. Mən indi mərkəzlə tanış
oldum və gördüm ki, burada ən yüksək səviyyəli avadanlıq
quraşdırılıb, bu bina çox yüksək keyfiyyətlə tikilibdir. Yüksək
səviyyəli tibbi xidmət almaq üçün burada hər bir şərait var. Bu
onu göstərir ki, bizim sosial siyasətimiz öz bəhrəsini
verməkdədir. Bütün bölgələrdə belə gözəl diaqnostika və
müalicə mərkəzləri tikilir ki, bizim insanlarımız ən yüksək
səviyyəli tibbi xidmət ala bilsinlər. Bu bina həm memarlıq
baxımından çox gözəldir, həm də daxili, dizaynı da çox
müasirdir. Ən mühümü isə ondan ibarətdir ki, burada ən müasir
avadanlıq quraşdırılıbdır. Dünyada hansı ən gözəl avadanlıq
varsa, onlar burada quraşdırılıbdır. Bu bizim siyasətimizdir. Biz
istəyirik ki, Azərbaycanda bütün infrastruktur, tətbiq olunan, gəti-
rilən və insanlara xidmət edən bütün avadanlıq ən yüksək
keyfiyyətə malik olsun.
İndi Azərbaycanın müxtəlif yerlərində 10-dan çox belə gözəl
binalar, xəstəxanalar tikilir. Dövlət Neft Şirkətinin xətti ilə
tikilən birinci xəstəxana Lənkəranda istifadəyə verilmişdir.
Sonra Naxçıvanda, bu gün isə Əli Bayramlıda. Birinci
mərhələdə ən azı, 10 şəhər və rayonda buna oxşar gözəl tibb