İNKİŞaf – MƏQSƏDİMİZDİR İYİRMİ SƏKKİZİNCİ Kİtab



Yüklə 2,77 Mb.
Pdf görüntüsü
səhifə11/121
tarix23.01.2018
ölçüsü2,77 Mb.
#22241
1   ...   7   8   9   10   11   12   13   14   ...   121

 36 

İ l h a m   Ə l i y e v: Bəli, bu, əvvəldən belə nəzərdə tutul-

muşdu. Amma bundan başqa, biz əlavə vəsaitin ayrılması üçün 

də müvafiq göstərişlər vermişik. 

C a v i d   Q u r b a n o v: Bu yolun tikintisinə Azərbaycan 

hökuməti 50 milyon manat vəsait qoymuşdur. Qalan vəsaiti isə 

Avropa İnkişaf və Yenidənqurma Bankı kredit vermişdir. 

Z i y a   M ə m m ə d o v: Cənab Prezident, həqiqətən də 

Sizin  şəxsi  təşəbbüsünüz,  dəstəyiniz  və  tapşırıqlarınız  olma-

saydı,  bu  yollar  belə  sürətlə  inşa  edilə  bilməzdi.  Çünki  bey-

nəlxalq kredit təşkilatları ilə danışıqlar gec baş tutur, müəyyən 

prosedur qaydaları gec həyata keçirilir. Bir layihəni işləyib başa 

çatdırmaq üçün iki il vaxt gedir. 



İ l h a m   Ə l i y e v: Həm danışıqlar, həm də daxili prose-

durlar  orada  çox  mürəkkəbdir.  Ona  görə,  əlbəttə,  həm 

beynəlxalq  maliyyə  qurumlarının  imkanlarından,  həm  də  öz 

imkanlarımızdan,  artan  maliyyə  resurslarımızdan  istifadə 

edəcəyik. 

 

 



 

* * * 


 

Sonra  prezident  İlham  Əliyev  rəmzi  açılışı  bildirən  qırmızı 

lenti kəsdi. 

Dövlətimizin başçısına xatirə hədiyyələri təqdim olundu. 

Prezident  İlham  Əliyev  avtomobilin  sükanı  arxasına  əylə-

şərək  hərəkətin  təhlükəsizliyinə,  nəqliyyatın  normal  hərəkətinə 

hərtərəfli  imkan  yaradan,  tarixi  İpək  Yolunun  bir  hissəsi  olan 

yeni yolun keyfiyyətini yoxladı. 

Dövlətimizin  başçısı  inşaatçıları  təbrik  etdi,  görülən  işləri 

yüksək  qiymətləndirərək  dedi  ki,  Azərbaycanın  bütün  yolları 

belə olmalıdır. Bundan sonra daha da böyük işlər görüləcəkdir. 

Ölkəmizin bütün yolları belə gözəl, rahat olmalıdır. Bu isə son 

illər ərzində tikilən yollardan ən yüksək keyfiyyətlisidir. 


 

37 


 

 

 

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ 

İLHAM ƏLİYEVİN  

ƏLİ BAYRAMLI ŞƏHƏRİNƏ SƏFƏRİ  

 

Əli Bayramlı  



 

24 dekabr 2007-ci il 

 

Azərbaycan  prezidenti  İlham  Əliyev  dekabrın  24-də  Əli 



Bayramlı şəhərində olmuşdur. 

Dövlətimizin  başçısı  əvvəlcə  Əli  Bayramlı  Müalicə-Diaq-

nostika Mərkəzinin təntənəli açılış  mərasimində iştirak etmişdir. 

Mərkəzin qarşısına toplaşan minlərlə sakin prezident İlham 

Əliyevi,  xanımı  Mehriban  Əliyevanı  və  qızı  Leyla  Əliyevanı 

böyük hörmət və ehtiramla, gül-çiçəklə qarşıladılar. 

Prezident  İlham  Əliyev  mərkəzin  rəmzi  açılışını  bildirən 

lenti kəsdi. 

Səhiyyə  naziri  Oqtay  Şirəliyev  və  Dövlət  Neft  Şirkətinin 

prezidenti Rövnəq Abdullayev məlumat verdilər ki, təməli 2006-cı 

ilin  martında  prezident  İlham  Əliyevin  iştirakı  ilə  qoyulmuş 

üçmərtəbəli  mərkəzdə  Yaponiya,  Almaniya,  Türkiyə  və  Rusiya 

istehsalı olan ən müasir avadanlıq quraşdırılmışdır. 

ARDNŞ-in vəsaiti hesabına təxminən il yarıma tikilən mərkəzin 

stasionar şöbəsi 20, reanimasiya şöbəsi isə 6 çarpayılıqdır. 

Yeni müalicə ocağında poliklinika, qəbul və şüa diaqnostikası, 

rentgen, cərrahiyyə, anesteziologiya və reanimasiya şöbələri, dia-

liz, intensiv terapiya bölmələri, eləcə də əməliyyat və sterilizasiya 

bloku yerləşir. 

Prezident  İlham  Əliyev  ayrı-ayrı  mərtəbələrdə  yerləşən  şö-

bələrlə  tanış  oldu,  eləcə  də  həkim,  kompyuter  tomoqrafiyası, 

əməliyyat  otaqlarına  baxdı,  tibbi  avadanlığın  iş  prinsipləri  ilə 

maraqlandı. Bildirildi ki, burada ən müasir avadanlıq vasitəsilə 


 38 

müxtəlif xəstəliklərin müalicəsi və müayinəsi üçün hər bir şərait 

yaradılmışdır. Mərkəzdə 250 nəfər işçi çalışır. 

Sonra mərkəzin açılışına həsr edilmiş mərasim oldu. 

Azərbaycan prezidenti İlham Əliyev mərasimdə nitq söylədi. 

 

Azərbaycan prezidenti İlham Əliyevin nitqi  

 

Əziz dostlar! 

Əziz bacılar və qardaşlar! 

Mən  sizin  hamınızı  ürəkdən  salamlayıram  və  bu  gün  bu 

gözəl  Müalicə-Diaqnostika  Mərkəzinin  açılışı  münasibətilə 

təbrik edirəm.  

Təxminən il yarım bundan əvvəl biz bu gözəl binanın təməl 

daşını birlikdə qoyduq və bu gün onun açılışında iştirak edirik. 

Çox  şadam  ki,  qısa  müddət  ərzində  Əli  Bayramlıda  çox  gözəl 

və  müasir  tibb  ocağı  yaradılmışdır.  Mən  indi  mərkəzlə  tanış 

oldum  və  gördüm  ki,  burada  ən  yüksək  səviyyəli  avadanlıq 

quraşdırılıb,  bu  bina  çox  yüksək  keyfiyyətlə  tikilibdir.  Yüksək 

səviyyəli tibbi xidmət almaq üçün burada hər bir şərait var. Bu 

onu  göstərir  ki,  bizim  sosial  siyasətimiz  öz  bəhrəsini 

verməkdədir.  Bütün  bölgələrdə  belə  gözəl  diaqnostika  və 

müalicə  mərkəzləri  tikilir  ki,  bizim  insanlarımız  ən  yüksək 

səviyyəli  tibbi  xidmət  ala  bilsinlər.  Bu  bina  həm  memarlıq 

baxımından  çox  gözəldir,  həm  də  daxili,  dizaynı  da  çox 

müasirdir. Ən mühümü isə ondan ibarətdir ki, burada ən müasir 

avadanlıq  quraşdırılıbdır.  Dünyada  hansı  ən  gözəl  avadanlıq 

varsa, onlar burada quraşdırılıbdır. Bu bizim siyasətimizdir. Biz 

istəyirik ki, Azərbaycanda bütün infrastruktur, tətbiq olunan, gəti-

rilən  və  insanlara  xidmət  edən  bütün  avadanlıq  ən  yüksək 

keyfiyyətə malik olsun.  

İndi Azərbaycanın müxtəlif yerlərində 10-dan çox belə gözəl 

binalar,  xəstəxanalar  tikilir.  Dövlət  Neft  Şirkətinin  xətti  ilə 

tikilən  birinci  xəstəxana  Lənkəranda  istifadəyə  verilmişdir. 

Sonra  Naxçıvanda,  bu  gün  isə  Əli  Bayramlıda.  Birinci 

mərhələdə  ən  azı,  10  şəhər  və  rayonda  buna  oxşar  gözəl  tibb 



Yüklə 2,77 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə