İNKİŞaf – MƏQSƏDİMİZDİR İYİRMİ SƏKKİZİNCİ Kİtab



Yüklə 2,77 Mb.
Pdf görüntüsü
səhifə8/121
tarix23.01.2018
ölçüsü2,77 Mb.
#22241
1   ...   4   5   6   7   8   9   10   11   ...   121

 

27 


Prezident  İlham  Əliyev  Xəzərin  sahilinin  bu  hissəsində 

görüləcək  digər  işlərdən  də  danışdı,  ziyarətgahda  davam  etdi-

rilən yenidənqurma tədbirləri barədə tapşırıqlarını verdi, bura-

dan  paytaxtın  mənzərəsini  seyr  etdi.  Dövlətimizin  başçısı  bu-

rada xatirə şəkli çəkdirdi. 

Sonra  prezident  İlham  Əliyev  həzrəti  Hökümənin  məzarını 

ziyarət  etdi.  Şeyxülislam  Allahşükür  Paşazadə  həzrəti  Hökü-

mənin və imamın burada dəfn edilmiş 3 nəvəsinin ruhuna dua 

oxudu. 

Prezident İlham Əliyev ziyarətgahda nəzir verdi. 

Dövlətimizin  başçısına  məsciddə  yüksək  zövqlə  aparılan 

tərtibat  işləri  barədə  geniş  məlumat  verildi.  Bildirildi  ki,  məs-

cidin  mərkəzi  salonu,  foyenin  tavanı,  divarlar  incə  naxışlarla 

bəzədiləcəkdir. Məscidin günbəzində Qurani-Kərimdən surə ya-

zılacaqdır.  Ümumiyyətlə,  məscidin  müxtəlif  guşələrində  Qura-

nın müxtəlif surələri əksini tapacaqdır. 

Dindarlar bildirdilər ki, demokratik prinsiplərin, dini etiqad 

və vicdan azadlığının bərqərar olduğu Azərbaycanda bütün dini 

ocaqlarda  bu  cür  yüksək  səviyyədə  yenidənqurma  işlərinin 

aparılması böyük razılıq doğurur. Azərbaycan prezidentinin bu 

işlərə bilavasitə nəzarət etməsi isə xüsusi rəğbət doğurur. 

Prezident  İlham  Əliyev  dini  ocaqlarda  ən  müasir  standart-

lara cavab verən əsaslı təmir və yenidənqurma işlərinin bundan 

sonra  da  davam  etdiriləcəyini  vurğuladı,  Bibiheybət  ziya-

rətgahında görülən işlərdən razılığını bildirdi, müqəddəs Qur-

ban bayramı münasibətilə ən xoş arzularını çatdırdı. 

 


 28 

 

 



 

TƏZƏPİR MƏSCİDİNDƏ APARILAN 

YENİDƏNQURMA İŞLƏRİ İLƏ  

TANIŞLIQ 

 

Bakı  



 

20 dekabr 2007-ci il 

 

Dekabrın  20-də  Azərbaycan  prezidenti  İlham  Əliyev 



Təzəpir  məscidində  aparılan  yenidənqurma  işləri  ilə  tanış 

olmuşdur. 

Paytaxtımızın  memarlıq  simasında  özünəməxsus  yeri  olan 

Təzəpir  məscidində  prezident  İlham  Əliyevin  tapşırığı  ilə  apa-

rılan əsaslı təmir və yenidənqurma işlərinin yarıdan çoxu görül-

müşdür.  Məscidin  yanında  yeni  kompleks  də  tikilir.  Kompleksə 

Qafqaz  Müsəlmanları  İdarəsinin  və  İslam  Universitetinin  in-

zibati  binaları,  xaricdən  gələn  ziyarətçilər  üçün  qonaq  evi, 

geniş  konfrans  salonu  daxildir.  Burada  qurbangah,  yardımçı 

otaqlar da tikilmişdir. 

Prezident  İlham  Əliyevin  tapşırıq  və  tövsiyələrinə  uyğun 

olaraq, kompleksin tikintisində milli memarlıq üslubuna xüsusi 

diqqət  yetirilir.  Kompleksin  elektrik,  istilik  və  su  təchizatı 

sisteminin quraşdırılması da son mərhələyə daxil olur. 

Məscidin özündə isə daxili tərtibat işlərinə başlanmışdır. Bu 

incə və böyük ustalıq tələb edən işə tanınmış rəssam-bərpaçılar 

cəlb  olunmuşdur.  İnteryerdə  istifadə  olunan  rənglər,  xüsusilə 

qızılı rəng xaricdən gətirilmişdir. Təzəpir məscidinin bərpası və 

genişləndirilməsi dövlətimizin başçısının tariximizin keçmişinə, 

mənəvi və dini dəyərlərimizə göstərdiyi diqqət və qayğının daha 

bir əyani nümunəsidir. 

Qafqaz  Müsəlmanları  İdarəsinin  sədri  şeyxülislam  Allah-

şükür  Paşazadə  prezident  İlham  Əliyevə  məlumat  verdi  ki, 


 

29 


məscid  yenidən  qurularkən  onun  memarlıq  üslubu  qorunub 

saxlanılmışdır. 

Bildirildi ki, ümumi sahəsi 7600 kvadratmetr olan kompleksin 

6  min  kvadratmetrində  yenidənqurma  işləri  aparılır.  Məscidin 

fasadı xüsusi özəlliyi ilə seçilən naxışlarla bəzədilmişdir. Oyma 

naxışlar  girişdə  daha  çoxdur.  Burada  memarlıq  elementləri 

üstünlük təşkil edir. 

Daha sonra məscidin interyeri ilə tanış olan prezident İlham 

Əliyevə  burada  görülən  işlər  barədə  də  məlumat  verildi. 

Günbəzdəki  naxışlar  diqqəti  daha  çox  cəlb  etdi.  Quran  ayə-

lərinin  yazılmasında  müxtəlif  rəng  çalarlarından  istifadə  edil-

mişdir. Dövlətimizin başçısı şəbəkədən hazırlanmış pəncərələrə 

də xüsusi diqqət yetirdi. 

Prezident İlham Əliyev kompleksə daxil olan binaları gəzdi. 

Dövlətimizin  başçısına  məlumat  verildi  ki,  inzibati  binalarda 

işçilərin fəaliyyəti üçün bütün şərait yaradılacaqdır. 

Daha  sonra  prezident  İlham  Əliyev  kompleksə  daxil  olan 

binanın üst qatından ərazini seyr etdi. Məlumat verildi ki, məs-

cidin  günbəzinə  qızıl  təbəqə  çəkilmişdir.  Ümumiyyətlə  isə 

məsciddə 320 kvadratmetr sahə qızıl təbəqə ilə işlənmişdir. 

Dövlətimizin  başçısı  konfrans,  ehsan  salonları  ilə  də  tanış 

oldu,  məscidin  ətrafında  abadlıq  işlərinin  aparılması  ilə  bağlı 

tapşırıqlarını verdi. 

Bildirildi ki, dini ayinlər zamanı insanların təhlükəsizliyinin 

təmin olunması məqsədi ilə yenidənqurma işləri başa çatdıqdan 

sonra  Tolstoy  küçəsinin  məscidin  yanından  keçən  hissəsi 

avtomobillərin hərəkəti üçün bağlanacaqdır. 

Prezident  İlham  Əliyev  burada  işlərin  gedişindən  razılığını 

bildirdi və keyfiyyət məsələlərinə bundan sonra da xüsusi diqqət 

yetirməyi tövsiyə etdi. 


Yüklə 2,77 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə