İNKİŞaf – MƏQSƏDİMİZDİR İYİRMİ SƏKKİZİNCİ Kİtab


AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ



Yüklə 2,77 Mb.
Pdf görüntüsü
səhifə10/121
tarix23.01.2018
ölçüsü2,77 Mb.
#22241
1   ...   6   7   8   9   10   11   12   13   ...   121

 

33 


 

 

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ 



İLHAM ƏLİYEV «İQLİM»  

ELM-İSTEHSALAT MÜƏSSİSƏSİNDƏ 

OLMUŞDUR 

 

21 dekabr 2007-ci il 

 

Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev  de-

kabrın  21-də  Bakıda  «İqlim»  elm-istehsalat  müəssisəsində  ol-

muşdur. 

Dövlətimizin  başçısı  əvvəlcə  ulu  öndərin  büstü  önünə  gül 

dəstəsi  qoydu,  Heydər  Əliyev  muzeyinə  baxdı.  Muzeydə  müs-

təqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin həyat 

və  fəaliyyətinin  ən  müxtəlif  dövrlərini  əks  etdirən  çoxsaylı 

fotoşəkillər  nümayiş  etdirilir.  Onların  arasında  ümummilli 

liderin  xüsusi  əhəmiyyət  verdiyi  ordu  quruculuğu  ilə  bağlı  fo-

tolar da diqqəti cəlb edir. 

Burada  prezident  İlham  Əliyevin  fəaliyyətini  əks  etdirən 

fotolar da toplanmışdır. 

Muzeylə  tanışlıqdan  sonra  dövlətimizin  başçısı  müəssisəni 

gəzdi.  Prezidentə  məlumat  verildi  ki,  müəssisə  ən yüksək stan-

dartlar  səviyyəsində  yenidən  qurulmuş,  bütün  istehsal  sahələri 

müasirləşdirilmişdir. 

Azərbaycan  prezidenti  müəssisənin  əvvəlki  və  indiki  vəziy-

yətini əks etdirən slaydlara baxdı, ayrı-ayrı istehsal sahələri ilə 

tanış oldu. 

 

 



 


 34 

 

 



 

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ 

İLHAM ƏLİYEV 

HACIQABUL–KÜRDƏMİR AVTOMOBİL 

YOLUNUN AÇILIŞINDA İŞTİRAK ETMİŞDİR 

 

24 dekabr 2007-ci il 

 

Dekabrın  24-də  Bakı–Ələt–Qazax  əsas  avtomobil  ma-



gistralı  üzərində  yerləşən  85  kilometrlik  Hacıqabul–Kürdəmir 

avtomobil  yolunun  75  kilometrlik  hissəsinin  təntənəli  açılışı 

olmuşdur. 

Azərbaycan  prezidenti  İlham  Əliyev  mərasimdə  iştirak 

etmişdir. 

Dövlətimizin başçısı İlham Əliyevi və xanımı Mehriban Əli-

yevanı  inşaatçılar  böyük  ehtiramla,  hərarətli  alqışlarla  qar-

şıladılar. 

Prezident  İlham  Əliyev  yolun  əsas  iqtisadi  göstəriciləri  ilə 

tanış oldu. 

Doğum  günü  münasibətilə  prezident  İlham  Əliyevi  təbrik 

edən Nəqliyyat naziri Ziya Məmmədov məlumat verdi ki, Bakı–

Ələt–Qazax  avtomobil  yolunun  mühüm  hissəsini  təşkil  edən 

Hacıqabul–Kürdəmir yolunun tikintisi dövlət büdcəsi vəsaiti və 

Avropa  Yenidənqurma  və  İnkişaf  Bankının  krediti  hesabına 

maliyyələşdirilmişdir.  Yolun  yenidən  qurulması  ilə  bağlı  elan 

olunmuş  müsabiqədə  İtaliyanın  «Todini  Konstrakşn»  şirkəti  və 

yerli  «Azərinşaatservis»  Məhdud  Məsuliyyətli  Cəmiyyət  qalib 

gəlmişdir.  2005-ci  ilin  mayın  16-da  isə  yolun  tikintisinə  başlan-

mışdır.  Böyük  İpək  Yolunun  bir  hissəsini  təşkil  edən  bu  yolun 

ümumi uzunluğu 85 kilometrdir. Layihəyə hazırda fəaliyyətdə olan 

yolun  75  kilometrlik  hissəsinin  yenidən  qurulması,  Kürdəmir 

rayonu  ərazisində  10  kilometrlik  yeni  yolun,  eləcə  də  Kürdəmir 

dairəvi  avtomobil  yolunun  tikintisi  daxildir.  Ümumi  dəyəri  97,16 


 

35 


milyon ABŞ dolları olan layihə çərçivəsində Padar çayı üzərində 

iki körpü, habelə 4 mal-qara keçidi tikilmiş, yerüstü suların axınını 

təmin  edəcək  165  ədəd  boru  çəkilmişdir.  Körpülərin  ümumi 

uzunluğu  72,25  metr,  eni  isə  33,40  metrdir.  İstifadəyə  verilmiş 

avtomobil  yolunun  birinci  dərəcəli  hissəsinin  uzunluğu  5,7  kilo-

metr, eni 27,5 metrdir. Yolun qalan, ikinci dərəcəli hissəsinin uzun-

luğu 78,2 kilometr, eni 15 metrdir. Yolun tikintisi zamanı 1,73 mil-

yon  kubmetr  torpaq  və  490  min  ton  asfalt  işləri  görülmüşdür. 

Tikinti işlərində 623 yerli, 16 xarici mütəxəssis çalışmışdır. 

Azərbaycan prezidenti yolun tikintisini və işin gedişatını əks 

etdirən fotoşəkillərlə tanış oldu. 

Bildirildi  ki,  istifadəyə  verilmiş  yol  Bakı–Ələt–Qazax–

Gürcüstan  dövlət  sərhədinədək  olan  503  kilometrlik  magistral 

avtomobil yolunun 14,9 faizini təşkil edir. Gürcüstan sərhədinə 

qədər  əsas  magistral  yolun  tam  tikintisi  üçün  artıq  maliyyə 

imkanları tapılmışdır və yol 2010-cu ildə istifadəyə veriləcəkdir. 

Ümumi  layihə  əsasında  hissə-hissə  Kürdəmir–Ucar,  Ucar–

Yevlax  və  Yevlax–Gəncə  avtomobil  yollarının  tikintisi  nəzərdə 

tutulmuşdur.  Bundan  başqa,  Kürdəmirdən  Yevlaxadək  əlavə  2 

zolaqlı yeni yol da çəkiləcəkdir. 

Azərbaycanda  yol  infrastrukturunun  yenidən  qurulması  Al-

maniya,  İtaliya,  Çexiya,  Türkiyə,  Koreya  və  digər  dövlətlərin 

aparıcı yol tikintisi şirkətlərinin diqqət mərkəzindədir və onlar 

Nəqliyyat  Nazirliyinin  təşkil  etdiyi  müsabiqələrdə  iştirak 

edirlər.  Bakıdan  Kürdəmirədək  yol  genişləndiriləcək  və  onun 

kənarlarında qalvanik təhlükəsizlik sədləri qoyulacaqdır. 

İ l h a m   Ə l i y e v: Təkcə bu yol tikilmir, Bakı–Rusiya, 

Bakı–İran sərhədlərinə qədər yollarda da tikinti başlanmışdır. 



Z i y a   M ə m m ə d o v: Bəli, bütün istiqamətlərdə – həm 

şimalda, həm də cənubda. Eyni zamanda, Şamaxı istiqamətində 

də  yenidənqurma  işləri  gedir.  Bütün  bu  layihələrin  həyata 

keçirilməsində 

xarici 

kreditlərlə 



bərabər, 

Azərbaycan 

hökumətinin də payı vardır. 



Yüklə 2,77 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə