İNKİŞaf – MƏQSƏDİMİZDİR İYİRMİ SƏKKİZİNCİ Kİtab



Yüklə 2,77 Mb.
Pdf görüntüsü
səhifə28/121
tarix23.01.2018
ölçüsü2,77 Mb.
#22241
1   ...   24   25   26   27   28   29   30   31   ...   121

 92 

ləndirilməsində  əhəmiyyətli  rolu  olacaq  müasir  tibbi  ava-

danlıqla  təchiz  edilmiş  təcili  tibbi  yardım  avtomobilləri  və 

onların  texniki  xüsusiyyətləri,  etibarlı  rabitə-dispetçer  sistemi 

və dərman vasitələri ilə tanış oldu. 

Məlumat  verildi  ki,  əvvəllər  bunların  heç  biri  yox  idi. 

Hazırda isə Bakı şəhəri üzrə ilkin tibbi yardım zamanı istifadə 

olunan  müasir  tipli  cihazlar  və  aparatlarla  təminat  yüksək 

səviyyədədir.  Səyyar  şəraitdə  istənilən  xəstəyə  beynəlxalq 

standartlara  uyğun  ilkin  yardım  göstərmək  mümkündür.  O 

cümlədən,  yeni  doğulan  uşaqlar  üçün  lazım  olan  funksiyaya 

nəzarət  etmək  olur.  Xüsusi  maşında  rentgen  aparatı  var  və 

cərrahiyyə  əməliyyatı  da  aparılır.  Tibb  işçiləri  xüsusi  məşqlər 

keçmiş,  geyim  dəstləri  ilə  təmin  olunmuşlar.  Ümumiyyətlə,  bu 

avtomobillər  inkişaf  etmiş  Avropa  ölkələrində  istifadə  olunan 

maşınlardan da yaxşı təchiz edilmişdir. 

Prezident İlham Əliyev rəqəmsal «Tetra» və CPRS rabitə və 

motolokasiya  sistemi  quraşdırılmış  avtomobillərə  də  baxdı. 

Bildirildi ki, bu, dünyada ən qabaqcıl texnoloji səyyar dispetçer 

kommunikasiya  sistemidir  ki,  təcili  yardım  briqadasının  sabit 

müstəqil  kanalla  maneəsiz  çoxtərəfli  əlaqə  qurmasına  imkan 

yaradır. Hazırda bu sistemlə respublikamızın müxtəlif əraziləri 

–  Abşeron  yarımadası,  Bakı–Tbilisi–Ceyhan  neft    kəməri 

boyunca  yerləşən  rayonlar,  qismən  də  ölkəmizin  şimal  bölgəsi 

ilə əlaqə qurulur. 

Təcili  və  Təxirəsalınmaz  Tibbi  Yardım  Stansiyasının  dis-

petçer mərkəzi ilə maraqlanan dövlətimizin başçısına məlumat 

verildi  ki,  mərkəz  vasitəsilə  xəstənin  evi,  xəstəxana,  mobil 

telefonla  xətdə  olan  digər  tibbi  yardım  briqadaları  ilə  əlaqə 

yaradılır.  Keçmiş  Semaşko  adına  xəstəxananın  ərazisində  yeni 

dispetçer  mərkəzinin  tikintisi  başa  çatmaqdadır.  Xüsusi  zalda 

quraşdırılan  monitorlar  vasitəsilə  təcili  yardım  maşınlarının 

hərəkəti tənzimlənəcək, yəni xəstəyə kömək üçün hansı maşının 

tez çatmasını müəyyənləşdirmək mümkün olacaqdır. 

Prezidentə nazirliyin Təcili və Təxirəsalınmaz Tibbi Yardım 

Stansiyasının  regional  məntəqələrinin  dislokasiyası  barədə  də 


 

93 


məlumat  verildi.  Bildirildi  ki,  11  ayda  750  yol-nəqliyyat 

hadisəsinin  baş  verdiyi  ərazidə  yüzlərlə  insanın  həyatını  xilas 

etmək  mümkün  olmuşdur.  Demək  olar  ki,  bütün  regionlarda  – 

Siyəzən  üzrə  (Xudat,  Quba,  Qusar,  Dəvəçi,  Xızı,  Xaçmaz), 

Şamaxı  üzrə  (Ağsu,  İsmayıllı,  Qəbələ),  Kürdəmir  üzrə  (Göyçay, 

Ucar, Zərdab), Əli Bayramlı üzrə (Hacıqabul, Sabirabad, Saatlı), 

Salyan  üzrə  (Biləsuvar,  Neftçala,  Cəlilabad),  Masallı  üzrə 

(Yardımlı,  Lerik,  Lənkəran,  Astara),  İmişli  üzrə  (Beyləqan, 

Ağcabədi, Füzuli), Yevlax üzrə (Ağdam, Bərdə, Tərtər, Mingəçevir, 

Ağdaş),  Şəki  üzrə  (Balakən,  Zaqatala,  Qax,  Oğuz),  Gəncə  üzrə 

(Xanlar,  Goranboy,  Naftalan,  Daşkəsən,  Samux),  Şəmkir  üzrə 

(Gədəbəy),  Qazax  üzrə  (Tovuz,  Ağstafa)  məntəqələr  vardır. 

Respublika  üzrə  təcili  yardım  çağırışlarının  sayı  2007-ci  ildə  1 

milyon 169 min olmuş, bunun da 378 mini Bakı şəhərinin payına 

düşmüşdür. 2006-cı ildə bu göstərici respublika üzrə 1 milyon 65 

min, o cümlədən paytaxt üzrə 330 min idi. Təcili və təxirəsalınmaz 

tibbi  yardım  briqadaları  tələb  olunan  87  adda  dərman  pre-

paratları  və  sarğı  materialları,  oksigen  qurğuları,  venadaxili 

vurulan  məhlullar  və  transfuziya  sistemləri  ilə  tam  təmin 

edilmişlər. 

Ümumdünya Səhiyyə Təşkilatı ilə birgə beynəlxalq dispetçer 

təcrübəsi  lövhəsi  də  hazırlanmışdır.  Burada  dispetçerə  verilən 

suallar,  təcili  yardım  maşınının  göndərilməsi  və  s.  barədə 

təlimatlar asılmışdır. 

Prezident  İlham  Əliyev  əvvəllər  təcili  yardım  maşınlarının 

nasaz  vəziyyətdə,  avadanlıq  və  dərman  preparatları  ilə 

təchizatının aşağı səviyyədə olduğunu diqqətə çatdırdı, artıq bu 

problemin aradan qaldırıldığını bildirdi. 

Dövlətimizin  başçısı  profilaktik  rentgen-flüoqrafik  müa-

yinələr  aparmaq  üçün  nəzərdə  tutulan  və  mobil  diaqnostika 

kompleksi  yerləşən,  habelə  rayonlara  göndəriləcək  yeni  avto-

mobillərə  baxdı.  Bildirildi  ki,  hər  cür  şəraiti  olan  avtomobil-

lərdən 3 ədədi Şəmkir, Kürdəmir və Yevlax rayonlarına verilə-

cəkdir.  Keçən  il  dövlət  başçısının  göstərişi  əsasında  3  ədəd 

mobil  diaqnostika  kompleksinə  malik  avtomobil  də  alınmışdır. 


 94 

Bunların  daxilində  rentgen,  laboratoriya,  ultrasonoqrafiya  və 

ginekologiya  cihazları  vardır.  Bakı  şəhəri  üzrə  təcili  tibbi 

yardım  maşını  çağırmaq  üçün  103,  regionlar  üzrə  isə  113 

nömrəsinə zəng etmək lazımdır. 

Prezident  İlham  Əliyev  vurğuladı  ki,  bundan  sonra  Bakıda 

köhnə  maşınları  görməyəcəyik.  Rusiya  istehsalı  olan  maşınlar 

hələlik  rayonlara  göndəriləcəkdir.  Onlar  da  yaxşıdır,  amma, 

əlbəttə,  yeni  alınanlarla  müqayisə  oluna  bilməz.  Bu,  dünya 

səviyyəsindədir.  Azərbaycanda  hər  şey  dünya  səviyyəsində 

olmalıdır.  Xüsusilə  insanların  sağlamlığı  ilə  bağlı  olan  məsə-

lələr. Ona görə biz bu tədbirləri görürük. 

 

 



 

 

 

 

 


Yüklə 2,77 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə