İNKİŞaf – MƏQSƏDİMİZDİR İYİRMİ SƏKKİZİNCİ Kİtab



Yüklə 2,77 Mb.
Pdf görüntüsü
səhifə29/121
tarix23.01.2018
ölçüsü2,77 Mb.
#22241
1   ...   25   26   27   28   29   30   31   32   ...   121

 

95 


 

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV 

BAKIDA DÖVLƏT BAYRAĞI MEYDANININ 

TƏMƏLQOYMA MƏRASİMİNDƏ İŞTİRAK 

ETMİŞDİR 

 

30 dekabr 2007-ci il 

 

Bakıda  Bayıl  qəsəbəsində  –  Hərbi  Dəniz  Qüvvələrinin 

bazası  yaxınlığında  Dövlət  bayrağı  meydanının  təməli  qoyul-

muşdur. 

Azərbaycan  Respublikasının  Prezidenti,  Silahlı  Qüvvələrin 

Ali Baş Komandanı İlham Əliyev mərasimdə iştirak etmək üçün 

əraziyə  gəldi.  Burada  dövlətimizin  başçısının  şərəfinə  Fəxri 

qarovul dəstəsi düzülmüşdü. 

Müdafiə  naziri  general-polkovnik  Səfər  Əbiyev  Azərbaycan 

prezidenti  İlham  Əliyevə  raport  verdi:  «Cənab  Ali  Baş 

komandan, şəxsi heyət Dövlət bayrağı meydanının təməlqoyma 

mərasiminə hazırdır». 

Prezident  İlham  Əliyev  mərasimə  toplaşan  dövlət  və  hö-

kumət  nümayəndələri  ilə  görüşdü,  meydanın  layihəsi  ilə  tanış 

oldu,  meydanın  və  bayrağın  görünüşünü  əks  etdirən  foto-

şəkillərə  baxdı.  Burada  dövlətimizin  başçısı  tərəfindən  bu  il 

noyabrın  17-də  imzalanmış  «Azərbaycan  Respublikasının  pay-

taxtı  Bakı  şəhərində  Dövlət  bayrağı  meydanının  yaradılması 

haqqında» sərəncamın mətni də vurulmuşdu. 

Müdafiə  naziri  meydan  üçün  seçilmiş  yerin  Dövlət  bay-

rağının  paytaxtın  müxtəlif  nöqtələrindən  görünməsinə  imkan 

yaradacağını vurğuladı. 

Bildirildi  ki,  Amerika  Birləşmiş  Ştatlarının  «Trident  Sup-

port»  şirkəti  tərəfindən  hazırlanmış  layihənin  icrasını  Azər-

baycanın  «Azenko»  şirkəti  yerinə  yetirəcəkdir.  Bütün  işlər 

2008-ci il mayın 24-də başa çatdırılacaq, mayın 28-i – Respub-



 96 

lika  günündə  isə  rəsmi  açılış  mərasimi  keçiriləcəkdir.  20  min 

kvadratmetr  ərazisi  olacaq  meydanda  bütün  infrastruktur 

yaradılacaqdır. 

D  e  y  v  i  d      Ç  a  m  b  e  r  s  («Trident  Support»  şirkətinin 

təsisçisi  və  idarəedici  direktoru):  Cənab  Prezident,  dəstəyinizə 

görə minnətdaram. Bu cür milli layihədə iştirak etmək imkanını 

yaratdığınıza  görə  Sizə  təşəkkürümü  bildirirəm.  Şirkətimiz  bir 

sıra ölkələrdə nəhəng Dövlət bayrağı meydanları tikmişdir. Sizə 

deməliyəm  ki,  ölkənizdə  bu  təşəbbüsə  xüsusi  həvəslə  və  milli 

qürur  hissi  ilə  yanaşırlar.  Budəfəki  mərasim  digər  ölkələrdəki 

mərasimlərdən xeyli fərqlənir. 

Şirkətimiz  Fars  körfəzi  regionunda  üç  nəhəng  Dövlət 

bayrağı meydanı tikmişdir. Abu-Dabidə 123 metrlik, Əmmanda 

127  metrlik,  Akabada  isə  131  metrlik  bayraq  dayağı 

quraşdırmışıq.  Burada  isə  dayağın  hündürlüyü  150  metr 

olacaqdır  və  bu  bizim  üçün,  sözün  əsl  mənasında,  böyük  bir 

sınaqdır. Ölkəniz üçün bu işi görməkdən çox məmnunuq. 

İcazənizlə,  Dövlət  bayrağı  meydanının  texniki  parametrləri 

haqqında bir neçə kəlmə deyim. Dayağın bünövrəsinin diametri 

3,2  metr  olacaqdır. Müqayisə  üçün  bildirmək  istəyirəm  ki,  biz 

Akabada  diametri  yalnız  2,8  metr  olan  bünövrədən  istifadə 

etmişik.  Bünövrənin  üst  hissəsinin  diametri  1,09  metrdir. 

Dayağın  alt  hissəsindəki  qalınlıq  40  millimetrdir.  Onun  bir 

nümunəsini Sizə göstərirəm. 



İ l h a m   Ə l i y e v: Bu, aşağı hissədə belə olacaq? 

D e y v i d   Ç a m b e r s: Bəli, aşağı hissədə. Dayağın yu-

xarı  hissəsinə  qədər  biz  13  seksiyadan  istifadə  etmişik.  Yəni, 

hündürlüyə  qalxdıqca  enlik  azalır  və  beləliklə,  ən  zirvədə 

qalınlıq  10  millimetr  təşkil  edir.  Bu,  küləyin  təsirini  azaltmaq 

məqsədi  ilə  hesablanmışdır.  Qurğunun  ümumi  çəkisi  220 

tondur.  Dayaq  küləyin  sürəti  saatda  209  kilometr  olduqda  da 

davam gətirəcəkdir. 

İ l h a m   Ə l i y e v: Hava şəraitindən, küləkdən yəqin ki, xə-

bəriniz var. Xüsusən də bu ərazidə. Buradan 2 kilometr məsafədə, 

digər istiqamətdə külək yoxdur. Amma burada var. 



 

97 


D e y v i d   Ç a m b e r s: Bəli, məlumatım var. Mən bura-

da  çox  küləkli  hava  şəraitində  olmuşam.  Biz  bunu  nəzərə 

almışıq. Zirvədə küləyin maksimum sürəti saatda 200 kilometr 

olanda, 150 metrlik dayaq 4,2 metr əyiləcəkdir. 



İ l h a m   Ə l i y e v: Lakin bu görünməyəcəkdir. 

D e y v i d   Ç a m b e r s: Xeyr, görünməyəcəkdir. Normal 

havada  dayaq  üst  hissədə  təqribən  2-3  düym  əyilir.  Mən  bunu 

bilirəm,  çünki  həmin  hündürlükdə  olmuşam.  İşlərimizi  başa 

çatdırdıqdan  sonra  Sizinlə  məmnuniyyətlə  açılışda  iştirak 

edəcəyik. 

Bayrağın  özünə  gəldikdə,  bildiyiniz  kimi,  o  35x70  metrdir. 

Yəni onun sahəsi 2450 kvadratmetr təşkil edir. 

İ l h a m   Ə l i y e v: 2450 kvadratmert?! 

D  e  y  v  i  d      Ç  a  m  b  e  r  s:  Bəli,  çəkisi  isə  təqribən  350 

kiloqramdır. 



İ l h a m   Ə l i y e v: Bayrağın çəkisi 350 kiloqramdır?! 

D e y v i d   Ç a m b e r s: Bəli, təkcə bayraq 350 kiloqram-

dır.  Biz  onun  materialı  üçün  çox  davamlı  xüsusi  poliest 

materialından  istifadə  edirik.  O  yumşaqdır,  lakin  çox  da-

vamlıdır. 



İ l h a m   Ə l i y e v: Biz binalarda dalğalanan bayraqları 

tez-tez dəyişməli oluruq. Bu cür bayrağın orta istifadə müddəti 

nə qədərdir? 

D e y v i d   Ç a m b e r s: Üç və ya dörd həftə, təqribən bir 

ay. Bu, uzun müddətdir. 



İ l h a m   Ə l i y e v: Bir ay. 

D e y v i d   Ç a m b e r s: Bəli. Bəzi hallarda bayraqlar iki 

və  ya  üç  gün  istifadə  olunma  müddəti  ilə  hazırlanır.  Lakin 

böyük  bayraqlara  gəldikdə,  onlar  davamlı  olur.  Biz  uzun  illər 

ərzində  dayaqların  dizaynı  üzərində  işləmişik  və  bayrağın 

möhkəm olmasına tam əminik. 

İ l h a m   Ə l i y e v: Çox sağ olun. 

D e y v i d   Ç a m b e r s: Cənab Prezident, Siz sağ olun, 

buraya gəldiyinizə görə minnətdaram. 

 



Yüklə 2,77 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə