İNKİŞaf – MƏQSƏDİMİZDİr on beşİNCİ Kİtab



Yüklə 2,85 Mb.
Pdf görüntüsü
səhifə27/106
tarix12.10.2018
ölçüsü2,85 Mb.
#73742
1   ...   23   24   25   26   27   28   29   30   ...   106

 
 
100 
 
 
ÜMUMDÜNYA GÖMRÜK TƏŞKİLATI AVROPA 
REGİONU GÖMRÜK XİDMƏTİ RƏHBƏRLƏRİ 
BEYNƏLXALQ KONFRANSININ İŞTİRAKÇILARI  
İLƏ GÖRÜŞ 
 
Prezident sarayı 
 
2 fevral 2006-cı il 
 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fev-
ralın  2-də  Prezident  sarayında  Ümumdünya  Gömrük  Təşkilatı 
Avropa regionu gömrük xidməti rəhbərlərinin Bakıda keçirilən 
beynəlxalq konfransının iştirakçılarını qəbul etmişdir. 
Prezident  İlham  Əliyev  Avropa  regionu  gömrük  xidməti 
rəhbərlərinin  konfransının  Bakıda  keçirilməsini  əlamətdar 
hadisə  kimi  səciyyələndirdi,  bunu  Azərbaycanın  beynəlxalq 
aləmdə  qazandığı  nüfuzla  və  ölkəmizin  gömrük  orqanlarının 
kifayət qədər təcrübə toplaması ilə əlaqələndirdi. 
Prezident İlham Əliyev qonaqlara Azərbaycanın sosial-iqtisadi 
inkişaf  dinamikası  barədə  məlumat  verərək  dedi  ki,  təkcə  ötən  il 
ümumi  daxili  məhsulun  həcmi  26  faizdən  çox,  sənaye  məhsulu 
istehsalı  isə  33  faizdən  çox  artmışdır.  Bazar  iqtisadiyyatının 
qanunlarına  uyğun  olaraq,  sahibkarlığın  inkişafına  dövlət 
qayğısının  səmərəli  nəticələrindən  söhbət  açan  Azərbaycan 
prezidenti ötən il ümumi daxili məhsulda özəl bölmənin payının 75 
faiz  olduğunu  bildirdi.  Bu  iqtisadi  nailiyyətlərin  2006-cı  ildə  də 
davam  etdiriləcəyini  vurğulayan  prezident  İlham  Əliyev  dedi  ki, 
iqtisadiyyatın belə sürətli inkişafı gömrük orqanlarının işinin daha 
da  gücləndirilməsini  həyati  zərurətə  çeviribdir.  Bu  mənada 
gömrük  orqanları  öz  işlərini  daha  yüksək  səviyyədə  qurmalıdır. 
Bundan  əlavə,  ölkəmiz  keçid  dövrünü  yaşayır  və  sosial 
problemlərin heç də hamısı öz həllini tapmayıbdır. Bu isə gömrük 
orqanlarının  öz  işinə  daha  məsuliyyətli  və  yaradıcılıqla  yanaş-


 
 
101 
masını tələb edir. Prezident İlham Əliyev ölkəmizdə uğurla həyata 
keçirilən neft və qaz layihələri reallaşdıqca, xüsusilə Bakı–Tbilisi–
Ceyhan  neft  və  Bakı–Tbilisi–Ərzurum  qaz  kəmərləri  istismara 
verildikdən sonra gömrük orqanlarının üzərinə düşən vəzifələrdən 
də danışdı. 
Prezident  İlham  Əliyev  Azərbaycanın  gömrük  orqanlarının 
tarixini də xatırladaraq bildirdi ki, müstəqillik əldə etdikdən sonra 
Azərbaycanda  gömrük  sistemi  öz  işinə  sıfırdan  başlayıbdır. 
Müstəqillik dövründə dövlət üçün yeni olan bu qurum qısa vaxtda 
kifayət  qədər  təcrübə  toplayıb  və  Ümumdünya  Gömrük  Təşkilatı 
ailəsində  özünəməxsus  yer  tutubdur.  Prezident  İlham  Əliyev  bu 
irəliləyişdə  Ümumdünya  Gömrük  Təşkilatının  müntəzəm  olaraq 
verdiyi məsləhət və tövsiyələrə, habelə gömrük orqanlarına xidmət 
edən  infrastrukturların  qurulmasına  göstərdiyi  yardımlara  görə 
Ümumdünya Gömrük Təşkilatına və onun Baş katibi Mişel Daneyə 
təşəkkürünü bildirdi. 
Prezident İlham Əliyev konfransın işinə uğurlar arzuladı. 
Ümumdünya  Gömrük Təşkilatının Baş katibi Mişel Dane vaxt 
tapıb  konfrans  iştirakçılarını  qəbul  etdiyinə  və  xoş  sözlərə  görə 
Azərbaycan  prezidentinə  minnətdarlıq  etdi.  40  ölkədən 
nümayəndənin, o cümlədən 25 ölkənin gömrük xidməti rəhbərinin 
iştirak  etdiyi  Bakı  konfransının  çox  böyük  əhəmiyyəti  olduğunu 
vurğulayan  cənab  Mişel  Dane  dedi  ki,  konfrans  iki  mövzu  ətra-
fında  davam  etdirilir.  Birincisi,  kommersiya  mübadilələrinin 
təhlükəsizlik  şəraitində  aparılması,  ikincisi  isə,  gömrük  orqan-
larının  mövcud  imkanlarını  genişləndirməklə  onların  əlaqələrini 
daha  da  fəallaşdırmaqdan  ibarətdir.  Avropa  Komissiyasının  və 
İnterpolun nümayəndələrinin konfransda iştirakı bu tədbirə verilən 
əhəmiyyətin daha bir nümunəsidir. 
Ümumdünya  Gömrük  Təşkilatının  Baş  katibi  Azərbaycanda 
gömrük  orqanlarının  yaranması  və  formalaşmasında  dünya 
şöhrətli  siyasi  xadim  Heydər  Əliyevin  əvəzsiz  xidmətlərini  xüsusi 
vurğuladı,  sonrakı  illərdə  Azərbaycanın  gömrük  orqanlarının 
işinin daha da təkmilləşməsinə prezident İlham Əliyevin göstərdiyi 
diqqət və qayğını yüksək dəyərləndirdi. Cənab Mişel Dane indiki 


 
 
102 
konfransın  Azərbaycanda  keçirilməsini  dəstəklədiyinə  və  tədbirin 
yüksək səviyyədə təşkilinə görə prezident İlham Əliyevə iştirakçılar 
adından  minnətdarlığını  çatdırdı,  Azərbaycan  prezidentinə  xatirə 
hədiyyəsi təqdim etdi. 
Macarıstanın  gömrük  xidmətinin  rəhbəri  Yanoş  Nac  Avropa 
ölkələrindən  olan  həmkarları  ilə  təcrübə  mübadiləsi  aparmaq, 
qabaqcıl təcrübəni öyrənmək baxımından Bakıda keçirilən tədbirin 
əhəmiyyətli  cəhətlərindən  danışdı.  Rusiya  Federal  Gömrük 
Xidmətinin  rəhbəri  Aleksandr  Jerixov  Azərbaycan  prezidentinə 
məlumat verdi ki, iki həftə əvvəl Sankt-Peterburqda MDB ölkələri 
gömrük  xidməti  rəhbərlərinin  görüşü  olmuşdur.  Həmin  görüşdə 
Ümumdünya  Gömrük  Təşkilatının  ötən  il  keçirilmiş  sessiyasında 
bazar  iqtisadiyyatı  şəraitində  gömrük  işinin  təhlükəsizliyi  və 
səmərəli təşkili ilə bağlı qəbul olunmuş qərar müzakirə edilmişdir. 
Bakı  konfransında  həmin  müzakirələr  ümumiləşdiriləcəkdir. 
Aleksandr  Jerixov  Azərbaycanla  Rusiya  arasında  əməkdaşlığın 
bütün  sahələrdə  genişləndiyini  xatırlatdı,  prezidentlər  İlham 
Əliyevin  və  Vladimir  Putinin  ölkələrimizin  əlaqələrinin 
möhkəmlənməsinə  verdiyi  töhfələrdən  danışdı.  Eyni  zamanda, 
gömrük  orqanlarının  bu  əlaqələrin  inkişafına  yardım  etməyə 
borclu olduğunu vurğuladı. 
Prezident  İlham  Əliyev  ölkəmizdə  gömrük  işinin  təkmilləş-
dirilməsində və Dövlət Gömrük Komitəsinin beynəlxalq əlaqələri-
nin  inkişaf  etdirilməsində  Ümumdünya  Gömrük  Təşkilatının 
rolunu nəzərə alaraq təşkilatın Baş katibi Mişel Danenin «Şöhrət» 
ordeni ilə təltif edilməsi barədə Sərəncam imzaladığını bildirdi və 
Azərbaycanın yüksək mükafatını ona təqdim etdi. 
Azərbaycan  Dövlət  Gömrük  Komitəsinin  sədri  Kəmaləddin 
Heydərov  prezident  İlham  Əliyevə  «Gömrükdə  beynəlxalq  əmək-
daşlığa görə» döş nişanını təqdim etdi. 
Prezident  İlham  Əliyev  görüş  iştirakçıları  ilə  xatirə  şəkli 
çəkdirdi. 
 
 
 


Yüklə 2,85 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə