İNKİŞaf – MƏQSƏDİMİZDİr on beşİNCİ Kİtab



Yüklə 2,85 Mb.
Pdf görüntüsü
səhifə35/106
tarix12.10.2018
ölçüsü2,85 Mb.
#73742
1   ...   31   32   33   34   35   36   37   38   ...   106

 
 
135 
Bir sözlə, son iki il ərzində regional inkişaf proqramına ciddi 
dəyişikliklər  edilmişdir.  Eyni  zamanda,  Azərbaycanın  sənaye 
potensialının  sürətlə  inkişafı,  tikintinin  geniş  vüsət  alması, 
əlbəttə, enerjiyə tələbatımızı da artırıbdır. Bu məqsədlə 2006-cı 
ildə  Azərbaycanın  müxtəlif  bölgələrində  yeni  elektrik 
stansiyaları  tikiləcək.  Biz  bu  proqramı  qəbul  edəndə  bunlar 
nəzərdə tutulmamışdı. Yəni bir çox məsələ var ki, iki il bundan 
əvvəl onu nəzərdə tutmaq mümkün deyildi. Ancaq indi bunlar 
öz  əksini  tapır  və  həyata  keçirilir.  O  cümlədən,  bu  yaxınlarda 
şəhərətrafı  kənd  və  qəsəbələrin  inkişafına  dair  müşavirə 
keçirilmişdir və yaxın gələcəkdə müvafiq sərəncam və tədbirlər 
planı imzalanacaqdır. Çünki biz bu regional inkişaf proqramı ilə 
bütün  regionları  əhatə  etdik,  amma  Bakının  kəndləri  kənarda 
qaldı. Nəzərə almalıyıq ki, şəhərətrafı kənd və qəsəbələrdə 700 
min  əhali  yaşayır.  Bu  da  çox  ciddi,  çox  böyük  maliyyə 
resursları tələb edən proqramdır. Bu imkanlar da bizdə var. 
Azərbaycanda  aparılan  uğurlu  iqtisadi  siyasət,  bizim  neft 
strategiyamızın  müvəffəqiyyətlə  davam  etdirilməsi  və  maliyyə 
nizam-intizamının  möhkəmlənməsi,  şəffaflığın  təmin  olunması 
bizə  imkan  verir  ki,  maliyyə  resurslarımız  çox  sürətlə  artsın. 
Əgər biz büdcə gəlirlərini nəzərdən keçirsək, görərik ki, son iki 
il  ərzində  bizim  büdcəmiz  1  milyard  500  milyon  dollardan  4 
milyard dollara gəlib çatıbdır və bu da son hədd deyildir. Artıq 
mən  hökumət  qarşısında,  Maliyyə  Nazirliyi  qarşısında  vəzifə 
qoymuşam ki, gələn ilin büdcəsinin əsas parametrləri müəyyən 
edilsin.  Gələn  ilin  büdcəsi  də  kəskin  şəkildə  artmalıdır.  Buna 
imkan  var  və  bu  artım  ilk  növbədə,  qeyri-neft  sektorunun 
hesabına  olmalıdır.  Biz  Neft  Fondunda  yığılan  vəsaiti  çox 
qənaətlə  xərcləməliyik.  Bunu  xərcləmək  o  qədər  də  çətin 
deyildir.  Ancaq  biz  bunu  bir  əmanət  kimi  saxlamalıyıq.  Ən 
önəmli, ən vacib məsələlərə yönəltməliyik. 
İlk  növbədə,  digər  resurslardan  istifadə  etməliyik  və  qeyri-
neft  sektorunun  hesabına,  vergilərin  hesabına  büdcəmiz  kəskin 
şəkildə  artmalıdır  və  artacaqdır.  2008-ci  ilə  qədər  hər  il 
büdcəmiz  artmalıdır.  Bu  bizə  imkan  verəcək  ki,  bütün 


 
 
136 
infrastruktur  layihələrimizi  uğurla  həyata  keçirək,  ölkəmizi 
müasirləşdirək,  yeni,  güclü  iqtisadiyyat  yaradaq,  ölkəmizin 
sənaye  potensialını  gücləndirək.  İndi  biz  neft  amilindən  çox 
məharətlə  istifadə  etməliyik.  Azərbaycanın  uzunmüddətli 
sənaye  inkişafı  konsepsiyası  və  proqramı  hazırlanmalıdır  və 
güclü sənaye kompleksi yaradılmalıdır. Bu, keçmişdə bizdə var 
idi. Sovet İttifaqı zamanı bu var idi. Amma o müəssisələrin bir 
çoxu köhnəlib, müasir tələblərə cavab vermir və beləliklə, yeni, 
müasir sənaye potensialının inkişafı lazımdır. Biz bütün bunları 
edəcəyik.  Mən  buna  şübhə  etmirəm.  Bunu  etmək  üçün  bütün 
şərtlər  var.  İlk  növbədə,  dövlətin  düşünülmüş  iqtisadi  inkişaf 
konsepsiyası,  proqramı  var,  siyasi  iradə  var,  cəmiyyətdə  bu 
barədə fikir birliyi var. Azərbaycandakı ictimai-siyasi vəziyyət 
bütün  islahatları  –  həm  siyasi,  həm  də  iqtisadi  islahatları 
keçirmək üçün çox müsbətdir. 
Artıq  Azərbaycanda  güclü  sahibkarlar  sinfi  yaranıbdır  və 
bilirsiniz ki, sahibkarlığın inkişafı bizim siyasətimizin ən vacib 
istiqamətlərindən  biridir.  Son  iki  il  ərzində  Azərbaycanda 
sahibkarlıqla  məşğul  olanların  sayı  xeyli  dərəcədə  artıbdır. 
Bunu  təmin  etmək  üçün  həm  dövlətin  qayğısı  var,  dəstək  var, 
eyni  zamanda,  əməli-praktiki  tədbirlər  də  var.  Bilirsiniz  ki, 
sahibkarlara  kömək  üçün,  onların  gözəl  nəticələr  əldə  etməsi 
üçün  dövlət  büdcədən  güzəştli  şərtlərlə  kreditlər  ayırır  və 
bunların həcmi ildən-ilə artır. Bu il təxminən 100 milyon dollar 
səviyyəsindədir.  Bu  vəsait  sahibkarlara  veriləcək  və  onun 
müqabilində  yeni  iş  yerləri,  müəssisələr,  fabriklər  və  s. 
yaradılacaqdır.  Eyni  zamanda,  regionları  hərtərəfli  inkişaf 
etdirmək üçün güclü infrastruktur olmalıdır ki, onu da sahibkar 
yarada bilməz. Sahibkar yol çəkə bilməz, elektrik stansiyası tikə 
bilməz,  aeroport  tikə  bilməz.  Tikə  bilər,  amma  bu  onun 
bilavasitə  vəzifəsi  deyildir.  Bu  vəzifəni  dövlət  öz  üzərinə 
götürübdür. 
Ona  görə  indi  Azərbaycanda  müxtəlif  yerlərdə  yeni 
aeroportlar tikilir, yeni yollar salınır, məktəblər tikilir. Keçən il 
400-ə  yaxın  məktəb  tikilib,  təmir  edilib  və  əlavə  sinif  otaqları 


 
 
137 
tikilibdir.  Xəstəxanaların  tikintisinə  başlamışıq.  Uzun  illər  idi 
ki, bu, çox geridə qalmış bir sahə idi. 2005-ci ildən başlayaraq, 
Azərbaycanın  müxtəlif  bölgələrində  ən  müasir  standartlara 
cavab verən yeni diaqnostika-müalicə mərkəzlərinin təməl daşı 
qoyulubdur.  Bir  il  ərzində,  demək  olar  ki,  Azərbaycanın  bütün 
bölgələrində  ən  müasir  avadanlıqla  təchiz  edilmiş  yeni  tibb 
ocaqları  yaradılacaqdır.  Bütün  bunlar  regionların  inkişafı 
deməkdir.  Bütün  bunlar  xalqın  daha  da  yaxşı  yaşaması 
deməkdir.  Bütün  bunlar  ölkəmizin  möhkəmlənməsi  deməkdir. 
Bizim də vəzifəmiz budur. 
Bütün  bu  planların  təməlində  bir  məqsəd  dayanır:  ölkəmiz 
daha  da  möhkəmlənsin,  daha  da  zənginləşsin,  Azərbaycan 
hərtərəfli inkişaf etsin, Azərbaycan xalqı daha da yaxşı yaşasın, 
daha da yaxşı maaş alsın, pensiya alsın və Azərbaycan bölgədə 
öz  mövqelərini  daha  da  möhkəmləndirsin.  Bunu  etmək  üçün 
indi şərait də bizim üçün çox əlverişlidir. 
Azərbaycan artıq öz neft-qaz potensialını işə salır. Son aylar 
ərzində  bölgədə  yaşanan  enerji  böhranı  onu  göstərdi  ki, 
Azərbaycanın önəmi artıbdır. Biz bundan istifadə etməliyik. Öz 
enerji  potensialımızdan  istifadə  etməliyik.  Eyni  zamanda, 
Azərbaycan  artıq  Asiyadan  və  başqa  ölkələrdən  Avropaya 
gedən  enerji  dəhlizini  təmin  edən  bir  ölkədir,  yəni  biz  artıq 
tranzit  ölkəyə  çevrilmişik.  Təkcə  nəqliyyat  baxımından  yox, 
eyni  zamanda  enerji  daşıyıcılarını  Asiyadan,  başqa  ölkələrdən 
Avropaya  çatdırmaq  üçün.  Bu  istiqamətdə  bizim  fəaliyyətimiz 
düşünülmüşdür və uzunmüddətlidir. 
Kənd  təsərrüfatının  inkişafı  regional  inkişaf  proqramının, 
demək  olar  ki,  əsasını  təşkil  edir.  Çünki  regionlarda  əhalinin 
böyük əksəriyyəti kəndlərdə yaşayır, kənd təsərrüfatı ilə məşğul 
olur.  Biz  bu  sahəyə  də  çalışırıq  ki,  kömək  göstərək. 
«Aqrolizinq» Səhmdar Cəmiyyətinin yaradılması bu istiqamət-
də atılmış çox mühüm addımdır. Onun vasitəsilə artıq kəndlərə 
texnika  gətirilib,  gübrə  alınıb  paylanılır.  Bir  sözlə,  fermerlər 
üçün  ilkin  şərait  yaradılır.  Onlara  kreditlər  verilir,  texnika 
verilir, gübrə verilir ki, onlar daha da yaxşı işləyə bilsinlər. 


Yüklə 2,85 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə