İNKİŞaf – MƏQSƏDİMİZDİr on beşİNCİ Kİtab



Yüklə 2,85 Mb.
Pdf görüntüsü
səhifə37/106
tarix12.10.2018
ölçüsü2,85 Mb.
#73742
1   ...   33   34   35   36   37   38   39   40   ...   106

 
 
141 
də  inflyasiyanın  səviyyəsi  birrəqəmli  həddə  olmalıdır.  Nəzərə 
alsaq  ki,  əhalinin  pul  gəlirləri  inflyasiya  səviyyəsini  bir  neçə 
dəfə üstələyir, real artım çox yüksək səviyyədədir. 
İndi iqtisadi sahədə Azərbaycanın qarşısında bir neçə önəmli 
məsələ  durur.  Onlardan  biri  qeyri-neft  sektorunun,  kənd 
təsərrüfatının, 
infrastrukturun 
inkişafı 
və 
nəqliyyat 
infrastrukturunun  inkişafıdır.  Bütün  istiqamətlərdə  işlər  yaxşı 
gedir,  yeni  yollar  salınır,  qaz  xətləri,  aeroportlar,  elektrik 
stansiyaları, tikilir və əlbəttə ki, bu, insanların gündəlik həyatına 
öz təsirini göstərməlidir. Hər bir insan bunu hiss etməlidir. Ona 
görə  həm  böyük  layihələr,  infrastruktur  layihələr  həyata 
keçirilir, həm də hər bir rayonun, hər bir kəndin də öz proqramı 
olmalıdır. 
Mən  həmişə  deyirəm,  əgər  hər  bir  kəndin  problemi  həll 
edilərsə, deməli, ölkədə bütün problemlər həll olunar. Ona görə 
biz  gərək  buna  çox  həssaslıqla,  çox  dəqiqliklə  yanaşaq.  İki  il 
bundan  əvvəl  qəbul  edilmiş  proqramda  əsas  istiqamətlər 
müəyyən edilibdir, bununla yanaşı, orada konkret tədbirlər planı 
da  var.  Yenə  deyirəm,  eyni  zamanda,  hər  bir  rayonun,  hər  bir 
kəndin  öz  proqramı,  öz  tədbirlər  planı  olmalıdır.  Buradan, 
Bakıdan  bütün  bunları  görmək,  bunların  hamısını  idarə  etmək 
mümkün  deyildir.  Biz  proqramı  qəbul  edirik,  ondan  sonra 
mənim rayonlara səfərlərim nəticəsində şəxsən özüm vəziyyətlə 
tanış  oluram,  görürəm.  Ancaq,  əlbəttə  ki,  yerli  icra 
orqanlarından, onların fəaliyyətindən çox şey asılıdır. Mənim də 
tələbim  dəyişməz  olaraq  qalır:  yaxşı  işləmək,  can  yandırmaq, 
ürəklə işləmək. Belə olsa, bizim problemlərimiz öz həllini tapar. 
Əgər  biz  öz  maliyyə  sistemimizdə  şəffaflığı  tam  şəkildə 
təmin  etsək,  istənilən  məsələ  öz  həllini  tapa  bilər.  İndi  ayrılan 
vəsaitlə çox işlər görmək  olar. Sadəcə olaraq, gərək  bu vəsait-
dən düzgün istifadə edilsin. Ona görə biz gərək şəffaflığı təmin 
edək, daha da möhkəmləndirək, xərclərə nəzarət daha da güclü 
olmalıdır  və  əlbəttə,  bütün  vəsaitlərdən  məqsədyönlü  şəkildə 
istifadə olunmalıdır. 


 
 
142 
Nəzərə alsaq ki, Azərbaycanın büdcəsi ildən-ilə artacaq – bu 
il 4 milyard dollardır, gələn il xeyli artacaq – deməli, nəzarət də 
artmalıdır.  Artan  büdcəmiz  həyatda  –  yeni  iş  yerlərinin 
açılmasında,  yeni  müəssisələrin,  fabriklərin,  zavodların, 
səhiyyə,  təhsil,  sosial  infrastrukturun  yaradılmasında  öz  əksini 
tapmalıdır. 
Mən  ümid  edirəm  ki,  2006-cı  il  də  bizim  üçün  uğurlu 
olacaqdır.  Çünki  2006-cı  ildə  ölkəmizin  gələcəyini  müəyyən 
edən iki nəhəng enerji layihəsi tamamlanacaqdır: Bakı–Tbilisi–
Ceyhan  neft  və  Bakı–Tbilisi–Ərzurum  qaz  kəmərləri.  Bu 
kəmərlər  uzun  illər  Azərbaycana  xidmət  edəcək,  ölkəmizi 
zənginləşdirəcək, çox güclü maliyyə resursu bazası yaradacaq-
dır.  Bizdən  isə  tələb  olunan  odur  ki,  bu  imkanlardan  səmərəli 
istifadə  edək,  vicdanla  istifadə  edək  və  bu  böyük  sərvət  bizə 
nəsib olub, gərək o, Azərbaycanın inkişafına xidmət etsin. 
Bütün  imkanlar  var  ki,  Azərbaycan  ən  müasir  ölkəyə  çev-
rilsin.  Mən  bunu  artıq  demişəm,  hər  bir  imkan  var  –    istər 
iqtisadi,  istər  siyasi,  istərsə  də  bölgədə  gedən  proseslər.  Biz 
bundan  istifadə  etməliyik.  Əgər  istifadə  etməsək,  biz  bu  şansı 
itirə  bilərik.  İndi  vəziyyət  çox  əlverişlidir  və  hər  bir  vəzifəli 
şəxsdən, hər bir icra hakimiyyəti başçısından, hər bir məmurdan 
tələb  edirəm  və  sahibkarlardan,  iş  adamlarından  xahiş  edirəm 
ki,  ölkəmizin  inkişafı  üçün  öz  səylərini  əsirgəməsinlər.  Bu 
bizim  vətənimizdir,  xalq  bizim  xalqımızdır.  Biz  elə  etməliyik 
ki,  ən  yüksək  səviyyədə  olaq,  həm  Azərbaycanın  imici 
yüksəlsin,  mövqeləri  möhkəmlənsin,  həm  də  Azərbaycan 
xalqının rifah halı daha da yaxşılaşsın. 
İndi  bizdə  orta  aylıq  əməkhaqqı  140  dollara  qalxıbdır.  Bu, 
böyük  göstəricidir.  Amma  bizi  qane  edə  bilməz.  Tərəqqi  var, 
irəliləyiş  var,  inkişaf  sürətlə  gedir.  Mən  istəyirəm  ki,  daha  da 
sürətlə  getsin,  bilirəm  ki,  daha  da  sürətlə  gedə  bilər.  Əgər 
bilsəydim  ki,  bu,  maksimum  sürətdir,  deyərdim,  elə  bu  sürətlə 
də  davam  edək.  Sürət  yüksəkdir,  amma  maksimum  sürət 
deyildir.  Biz  işlərimizi  daha  da  sürətləndirməliyik,  bütün 


 
 
143 
imkanlarımızı  daha  da  səfərbər  etməliyik  və  onda  qarşımızda 
duran çox ciddi məsələlər tezliklə öz həllini tapa bilər. 
Mən  buna  çalışıram,  istəyirəm  ki,  qarşımıza  qoyduğumuz 
proqramlar daha da sürətlə öz həllini tapsın. Çünki Azərbaycan 
xalqı buna layiqdir. Biz hamımız – hökumət, dövlət, cəmiyyət, 
biznes  strukturları  bunu  etməliyik.  Bu  bizdən  asılıdır  və  mən 
ümid edirəm ki, hamımız bu böyük məsuliyyəti dərk edirik. 
İndi  yerlərdə,  rayonlarda  hesabat  toplantıları  keçirilir, 
görülən  işlər  təhlil  olunur.  Eyni  zamanda,  son  iki  il  ərzində 
görülən  işlər  İqtisadi  İnkişaf  Nazirliyinin  xətti  ilə  daha 
dəqiqliklə təhlil  olunacaqdır.  Ən  önəmlisi  –  bu  gün  burada  bu 
barədə bir az danışıldı və mən ümid edirəm ki, biz buna daha da 
çox  diqqət  göstərəcəyik  –  mövcud  olan  problemlər  və  onların 
həlli  yollarıdır.  Əsas  problemi  müəyyən  etmək,  onun  həll 
yolunu  araşdırmaq  və  buna  nail  olmaq.  Bunu    etmək  üçün  də 
hər  şey  var.  Bundan  sonra  da  bizim  maliyyə  imkanlarımız 
artdıqca qarşımızda duran bütün vəzifələr öz həllini tapacaqdır. 
Məhz  buna  görə  iki  il  bundan  əvvəl  bütün  başqa  vacib 
məsələlərlə  yanaşı,  mən  əsas  diqqəti,  ağırlığı  məhz  iqtisadi 
islahatlara  yönəltdim.  Çünki  hər  şey  buna  bağlıdır.  Əgər 
iqtisadiyyat  inkişaf  etmirsə,  heç  bir  layihə  öz  həllini  tapa 
bilməz. Nə qədər yaxşı yazsan da, heç bir gözəl niyyət, yaxud 
da  təklif,  proqram  bunsuz  həll  edilə  bilməz,  kağız  üzərində 
qalacaqdır.  Hər  şey  iqtisadiyyatla  bağlıdır.  Biz  də  onu 
möhkəmləndiririk 
və 
bundan 
sonra 
daha 
da 
möhkəmləndirəcəyik. 
Mən  ümid  edirəm  ki,  2006-cı  il  Azərbaycanda  iqtisadi 
islahatların davam etdirilməsi üçün uğurlu il olacaqdır. Yenə də 
deyirəm,  dövlətin  üzərinə  düşən  vəzifələr  icra  olunacaqdır. 
Əminəm  ki,  sahibkarlar  da,  iş  adamları  da  ümumi  işimizə  öz 
töhfəsini  verəcəklər.  Əgər  bu  gün  başqa  ölkələrdən  gəlib 
Azərbaycanda iş görmək istəyənlərin sayı artırsa, deməli, yerli 
iş  adamları  da  bu  gözəl  imkanlardan  istifadə  etməlidirlər. 
Vaxtilə  Azərbaycandan  getmiş,  başqa  ölkələrdə  yaşayan 
vətəndaşlar  indi  Azərbaycana  qayıdırlar.  Bu  gün  ölkəmizə 


Yüklə 2,85 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə