İNKİŞaf – MƏQSƏDİMİZDİr on beşİNCİ Kİtab



Yüklə 2,85 Mb.
Pdf görüntüsü
səhifə45/106
tarix12.10.2018
ölçüsü2,85 Mb.
#73742
1   ...   41   42   43   44   45   46   47   48   ...   106

 
 
169 
Ümidvarıq  ki,  bu  il  ərzində  Azərbaycana  Rusiyadan  çoxlu 
qonaq gələcəkdir. Biz qonaqların, xüsusən də Rusiyadan, bizim 
üçün  dost  ölkədən  qonaqların  gəlməsinə  çox  şadıq.  Yəqin  ki, 
olduqca  çox  yaradıcılıq  kollektivləri  gələcək,  köhnə,  səmimi 
dostların  görüşləri  çox  olacaqdır.  Əlbəttə  ki,  bütün  bunlar  bizi 
daha  da  yaxınlaşdıracaqdır.  Biz  buna  çox  ümid  bəsləyirik. 
Fürsətdən istifadə edərək ölkəmizə səfərinə görə, Azərbaycanda 
«Rusiya  İli»ni  açmağa  gəldiyinə  görə  Rusiya  prezidentinə  bir 
daha  təşəkkür  etmək,  qonaqlarımız  olan  Rusiya  respublikaları 
və vilayətlərinin bütün rəhbərlərinə təşəkkür etmək istəyirəm. 
Xoş gəlmisiniz! 
Diqqətinizə görə təşəkkür edirəm. 
 
Rusiya prezidenti Vladimir Putinin bəyanatı 
 
Öz tərəfimdən, ilk növbədə, dəvətə görə və danışıqlarımızın 
çox  səmimi  şəraitdə  keçdiyinə  görə  Azərbaycan  Respub-
likasının  Prezidentinə  təşəkkür  etmək  istəyirəm.  Danışıqlar 
həmişəki  kimi  çox  açıq  və  səmərəli  oldu.  Rusiya  nümayəndə 
heyəti  qeyd  edir  ki,  hazırda  Rusiya–Azərbaycan  münasibətləri 
çox  yüksək  səviyyədədir  və  özündə  ciddi  müsbət  inkişaf 
dinamikası  vardır.  Bu  həm  qarşılıqlı  fəaliyyətimizin  siyasi 
sahəsinə, həm iqtisadiyyata, həm də humanitar əlaqələr sahəsinə 
aiddir. Sonuncuya gəldikdə, dünən sizin çoxunuz Azərbaycanda 
«Rusiya  İli»nin  açılışını  gördünüz.  Əminəm  ki,  bu,  humanitar 
əlaqələr sahəsində münasibətlərimizin inkişafına daha bir ciddi 
təkan olacaqdır.  
Ümidvaram  ki,  Azərbaycanda  «Rusiya  İli»  çərçivəsində 
planlaşdırılmış  tədbirlər  böyük  maraqla,  diqqətlə  qarşılana-
caqdır  və  bilirəm,  Rusiya  incəsənətinə,  Rusiya  ifaçılarına, 
Rusiyanın teatr xadimlərinə böyük maraq göstərən Azərbaycan 
tamaşaçılarının  yəqin  etməyə  imkanı  olacaq  ki,  bu  baxımdan 
Rusiya  bir  yerdə  dayanmır,  Rusiya  inkişafdadır.  Azərbaycan 
tamaşaçıları və dinləyiciləri nəinki çoxdan məşhur olan şöhrətli 
kollektivlərimizi,  həm  də  yeni  ifaçıları  görəcək  və  Rusiya 


 
 
170 
incəsənətinin  nümayəndələri  ilə  ünsiyyətdən  böyük  zövq 
alacaqlar. 
O  ki  qaldı  siyasi  əlaqələrə,  qarşılıqlı  siyasi fəaliyyətə,  onlar 
həqiqətən,  çox  yüksək  səviyyədədir.  Biz  Azərbaycan  və 
Rusiyanın  xarici  işlər  nazirlikləri,  hökumətləri  səviyyəsində, 
mənim  də,  həmkarımın  da  müəyyən  etdiyi  bütün  istiqamətlər 
üzrə  qarşılıqlı  əlaqələri  həyata  keçirən  və  ya  bu  işə  rəhbərlik 
edən,  demək  olar,  bütün  idarələr  səviyyəsində  daim  ünsiyyət 
saxlayırıq.  
Elə  bir  sahə  var  ki,  o,  diqqətimizi  xüsusi  cəlb  edir  –  bu, 
iqtisadi  əməkdaşlıq  sahəsidir.  Biz  nəinki  qarşıya  qoyulmuş 
səviyyəyə  çıxmışıq,  həm  də  əməkdaşlığın  bizim  üçün  son 
dərəcə  mühüm  və  həssas  sahələrində  çox  yaxşı  inkişaf  sürəti 
götürmüşük.  Bu  həm  energetikadır,  həm  maşınqayırma, 
nəqliyyat, rabitə, kənd təsərrüfatı, metallurgiya sənayesidir, həm 
də  elə  bir  sahədir  ki,  onsuz  biznesi  inkişaf  etdirmək, 
ümumiyyətlə, mümkün deyildir. Mən maliyyə sahəsini nəzərdə 
tuturam. 
Çox  ümid  edirəm  ki,  biznes  nümayəndələri  və  regionların 
nümayəndələri arasında olan geniş əlaqələr lap yaxın vaxtda öz 
səmərəsini verəcəkdir. 
Əlbəttə,  həm  ikitərəfli  münasibətlər  üçün,  həm  də  bütün 
region  üçün  çox  mürəkkəb  və  mühüm  məsələni  –  Dağlıq 
Qarabağla bağlı məsələni də diqqətdən kənarda qoya bilmərəm. 
Mən  Azərbaycan  prezidentinin  belə  bir  fikri  ilə  razıyam  ki, 
məsələnin  bütün  mürəkkəbliyinə  baxmayaraq,  hər  iki  tərəf  – 
Azərbaycan  da,  Ermənistan  da  qarşılıqlı  surətdə  məqbul  qərar 
tapa  bilər.  Rusiya  özündən  asılı  olan  hər  şeyi  edəcək  ki, 
danışıqların  nəticələri  müsbət  olsun.  Mən  öz  tərəfimdən 
Azərbaycan  prezidentinə  söz  verdim  ki,  biz  ermənistanlı 
tərəfdaşlarımızla 
əlavə 
məsləhətləşmələr 
keçirilməsi 
təşəbbüsünü irəli sürəcək və bu məsləhətləşmələri aparacağıq.  
Yaxın  vaxtlarda  Ermənistan  prezidenti  ilə  əlaqə  saxlamaq, 
bu problem barəsində yeni məsləhətləşmələr aparmaq üçün onu 
Moskvaya  dəvət  etmək  niyyətindəyəm.  Rusiya  nümayəndə 


 
 
171 
heyəti  aparılmış  danışıqları  çox  səmərəli  danışıqlar  kimi 
qiymətləndirir və biz birgə işimizin təşkilinə görə azərbaycanlı 
tərəfdaşlarımızın hamısına təşəkkür edirik. 
Diqqətinizə görə çox sağ olun. 
 
S u a l: Mənim sualım Rusiya prezidentinədir. Bilmək is-
tərdim  ki,  Gürcüstan  ilə  münasibətlər  niyə  belə  kəskinləş-
mişdir?  İkincisi.  Dünən  Moskvada  İran  nümayəndə  heyəti 
ilə  danışıqlar  aparılmışdır.  Bu  barədə  informasiya,  demək 
olar, yoxdur. Bu danışıqların nəticələri necədir? 
V l a d i m i r   P u t i n: Mən sualınızın ikinci hissəsindən – 
iranlı tərəfdaşlarımızla danışıqlardan başlayacağam. Deməliyəm 
ki,  biz  bu  gün  azərbaycanlı  həmkarlarımızla  danışıqların 
gedişində də, əlbəttə, İranın nüvə probleminin nizama salınması 
mövzusuna,  ümumiyyətlə,  İranla  münasibətlərimizə  toxunduq. 
Çünki  bütün  bunların  bizim  üçün  praktiki  əhəmiyyəti  var.  Bu 
bizim 
regiondur. 
Üstəlik,  bizim  üçtərəfli  əməkdaşlıq 
istiqamətimiz  də  var.  Məsələn,  elektroenergetika  sahəsində  bir 
müddət  bundan  əvvəl  üçtərəfli  komissiya  yaradılmışdır. 
Komissiya  elektroenergetika  sahəsində  üçtərəfli  formatda 
münasibətlərin  sahmanlanması  ilə  məşğul  olur.  Ona  görə  də 
İran ətrafında baş verən bütün hadisələr bizim üçün son dərəcə 
mühümdür. 
Moskvada İranın nüvə probleminə dair danışıqlara gəldikdə, 
deyə  bilərəm  ki,  bu  danışıqlar  heç  də  asan  getmir.  Lakin  biz 
ümidvarıq  ki,  müsbət  nəticələrə  nail  ola  bilərik.  Biz 
nikbinliyimizi itirmirik. İran nümayəndələri öz siyasi rəhbərliyi 
ilə  məsləhətləşə  bilməsi  üçün  hazırda  danışıqlar  prosesində 
fasilə götürülmüşdür. Biz güman edirik ki, böhrandan çıxmağın 
Rusiya 
tərəfindən  təklif  olunmuş  variantı  –  uranın 
saflaşdırılması  üçün  Rusiya  ərazisində  müştərək  müəssisə 
yaradılması  ilə  bağlı  variant  iranlı  tərəfdaşlarımız  üçün 
tamamilə  məqbuldur  və  ondan  bu  problemin  həlli  üçün  bir 
vasitə kimi istifadə edilə bilər. 


Yüklə 2,85 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə