İNKİŞaf – MƏQSƏDİMİZDİr on beşİNCİ Kİtab



Yüklə 2,85 Mb.
Pdf görüntüsü
səhifə44/106
tarix12.10.2018
ölçüsü2,85 Mb.
#73742
1   ...   40   41   42   43   44   45   46   47   ...   106

 
 
165 
Görüşdə  tərəfləri  maraqlandıran  məsələlər  ətrafında  fikir 
mübadiləsi aparıldı. 
* * * 
 
Fevralın  22-də  Prezident  sarayında  Azərbaycan  prezidenti 
İlham  Əliyev  ilə  Rusiya  prezidenti  Vladimir  Putin  arasında 
təkbətək  görüş  başa  çatdıqdan  sonra  dövlət  başçılarının 
nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü oldu. 
Görüşdə prezident İlham Əliyev çıxış etdi. 
 
İ l h a m Ə l i y e v: Hörmətli Vladimir Vladimiroviç!  
Sizi  Azərbaycanda  bir  daha  səmimi-qəlbdən  salamlayıram. 
Azərbaycanda  «Rusiya  İli»  çox  uğurla  başlandı.  Dünən  biz 
gözəl  bir  konsertdə  olduq  və  bu  gün  işimizi  davam  etdiririk. 
İkitərəfli  münasibətlərə  dair  məsələlər,  regional  məsələlər 
barədə geniş fikir mübadiləsi apardıq və mövqelərimizin uyğun 
gəlməsi,  əlbəttə,  bir  daha  sübut  edir  ki,  strateji  tərəfdaşlıq 
səviyyəsində olan münasibətlərimiz getdikcə möhkəmlənir. Biz 
buna  –  həm  siyasi  sahədə  əməkdaşlığa  və  məsləhətləşmələrə, 
həm  də  iqtisadiyyatda  fəal  əməkdaşlığa  çox  böyük  əhəmiyyət 
veririk.  
Məlum  olduğu  kimi,  bu  gün  Rusiya–Azərbaycan  biznes 
forumu  başlanmışdır.  Ümidvaram  ki,  bu  forum  çərçivəsində 
biznesmenlərimiz  bir-birini  daha  yaxşı  tanıyacaq,  getdikcə 
genişlənən imkanları qiymətləndirəcəklər.  
Rusiyanın da, Azərbaycanın da iqtisadiyyatları çox dinamik 
inkişaf  edir,  iqtisadi  sahədə  əməkdaşlığın  yeni  perspektiv 
istiqamətləri açılır. Əlbəttə ki, bu, bütün digər sahələrdə də daha 
fəal əməkdaşlığa kömək edəcəkdir.  
Əlbəttə,  biz  humanitar  sahədən  də  danışdıq.  Burada biz  bir 
müsbət  hal  görürük.  Başqa  sözlə,  mən  əsla  şübhə  etmirəm  ki, 
Sizin  səfərinizdən  sonra  münasibətlərimiz  daha  da  möhkəm-
lənəcəkdir, bu isə milli mənafelərimizə uyğundur.  
Bir daha «Xoş gəlmisiniz!» deyirəm. 


 
 
166 
V l a d i m i r   P u t i n: Dəvətə görə də, danışıqlarımızın 
keçdiyi çox xeyirxahlıq mühitinə görə də Sizə təşəkkür edirəm. 
Dünən axşam evinizə dəvətə görə çox sağ olun. Biz mürəkkəb 
beynəlxalq  məsələlərə  dair  danışıqlara,  əslində  artıq  dünən 
başladıq.  Dünən  neytral  şəraitdə  Qarabağ  barədə  də  danışa 
bildik.  Bu  gün  səhərki  söhbətimiz  də  çox  məzmunlu  oldu.  Biz 
gündəliyin 
əslində 
bütün 
məsələlərinə, 
ikitərəfli 
münasibətlərimizin bütün cəhətlərinə toxunduq.  
Sevindirici  haldır  ki,  iqtisadi  əməkdaşlıq  ardıcıl  surətdə 
inkişaf  edir.  Dünən  Hökumətlərarası  komissiya  işinə  başladı. 
Biz  iki  il  əvvəl  müəyyənləşdirdiyimiz  səviyyəyə  çıxmışıq  və 
bunu  gözlənildiyindən  daha  tez  etmişik.  Əmtəə  dövriyyəsinin 
həcmi  bir  milyard  dolları  keçmişdir,  inkişafın  sürətinin  40 
faizdən yuxarı olması göstərir ki, biz düzgün yoldayıq. 
 
 
 
 
* * * 
 
Fevralın 22-də Prezident sarayında geniş tərkibdə görüşdən 
sonra  Azərbaycan–Rusiya  sənədlərinin  imzalanması  mərasimi 
olmuşdur.  
Dövlət başçıları Rusiya Federasiyasının Prezidenti Vladimir 
Putinin  və  Azərbaycan  Respublikasının  Prezidenti  İlham 
Əliyevin birgə bəyanatını imzaladılar. 
Sverdlovsk  vilayəti  hökuməti  ilə  Azərbaycan  Respublikası 
hökuməti  arasında  ticarət-iqtisadi,  elmi-texniki  və  mədəni 
əməkdaşlıq haqqında saziş imzalandı. 
 
 
 


 
 
167 
 
 
 
SƏNƏDLƏRİN İMZALANMASI MƏRASİMİNDƏN 
SONRA AZƏRBAYCAN PREZİDENTİ İLHAM 
ƏLİYEVİN VƏ RUSİYA PREZİDENTİ VLADİMİR 
PUTİNİN BİRGƏ MƏTBUAT KONFRANSI VƏ 
JURNALİSTLƏRİN SUALLARINA CAVAB 
 
Prezident sarayı 
 
22 fevral 2006-cı il 
 
Azərbaycan prezidenti İlham Əliyevin bəyanatı 
 
Hörmətli Vladimir Vladimiroviç! 
Hörmətli qonaqlar! 
Əziz dostlar! 
Hörmətli  Vladimir  Vladimiroviç,  Sizin  Azərbaycana 
səfəriniz  başa  çatır.  Bu  vaxt  ərzində  biz  ikitərəfli,  regional 
əməkdaşlığa  dair  çox  geniş  məsələləri  müzakirə  edə  bildik. 
Rusiya  ilə  Azərbaycan  arasında  münasibətlərin  bugünkü 
inkişafını  səciyyələndirən  bir  çox  məsələlər  haqqında,  habelə 
regionun  və  dünya  siyasətinin  məsələləri  barədə  baxışlarımız 
uyğun gəlir.  
Dünən Azərbaycanda «Rusiya İli» uğurla açıldı. Əminik ki, 
bu  il  ərzində  ölkələrimiz  və  xalqlarımız  daha  da  yaxın  olacaq, 
siyasi  müstəvidə  də  fəal  əməkdaşlıq  edəcəyik,  ticarətin 
dövriyyəsini artıracaq və humanitar sahənin inkişafında bundan 
sonra da əməkdaşlıq edəcəyik.  
Başqa  sözlə,  biz  əməkdaşlığımızın  bütün  istiqamətlərində 
son 5-6 ildə formalaşmış müsbət meyllərin davam etdiriləcəyinə 
və möhkəmləndiriləcəyinə ümid bəsləyirik. 
Hesab  edirəm  ki,  bu  gün  Rusiya  ilə  Azərbaycan  arasında 
münasibətlər qonşular arasında münasibətlərə nümunə ola bilər. 


 
 
168 
Həqiqətən,  münasibətlərimiz  mehriban  qonşuluq,  səmimi 
dostluq  münasibətləridir.  Bu,  iqtisadiyyatlarımızı  fəal  inkişaf 
etdirməyə, bütün istiqamətlərdə fəal əməkdaşlıq etməyə imkan 
verir,  habelə  iri  sərmayə  layihələrindən  ötrü,  ölkələrimiz 
arasında iqtisadi münasibətlər üçün çox yaxşı zəmin yaradır.  
Bu  gün  çox  böyük  sayda  rusiyalı  sahibkarların  iştirakı  ilə 
Azərbaycan–Rusiya biznes forumu işinə başladı. 
Ümidvaram  ki,  bu  forumun  nəticələri  çox  tezliklə  özünü 
konkret layihələrdə, konkret qərarlarda göstərəcəkdir. Beləliklə, 
əmtəə  dövriyyəsinin  iki  ildə  nail  olduğumuz  ikiqat  artımı 
ölkələrimiz  arasında  uzunmüddətli  fəal  iqtisadi  əməkdaşlığın 
inkişafının, yəqin ki, yalnız bir mərhələsi olacaqdır. 
Bunun  üçün  potensial  var,  ölkələrimizin  iqtisadiyyatları 
dinamik inkişaf edir. Rusiya Azərbaycanın əmtəə dövriyyəsində 
birinci  yeri  tutur.  Ancaq  biz  əməkdaşlığın  daha  da 
genişlənməsinə  ümid  bəsləyirik.  Əlbəttə  ki,  Rusiya  prezidenti 
ilə  görüşlərimiz  və  danışıqlarımız  çərçivəsində  regional  məsə-
lələr,  regional  təhlükəsizlik,  Qafqazda  və  regionda  sabitlik 
məsələləri geniş səpkidə müzakirə olundu. 
Biz Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin 
nizama  salınması  məsələsini  və  bu  münaqişənin  həllinin 
mümkün  yollarını  çox  ətraflı  müzakirə  etdik.  Bu  münaqişənin 
beynəlxalq  hüquq  prinsipləri  və  normalarına  müvafiq  surətdə 
ədalətlə nizama salınması işində qonşumuz kimi, böyük dövlət 
kimi, ATƏT-in Minsk qrupunda həmsədr ölkə kimi, Rusiyanın 
fəal roluna bundan sonra da ümid bəsləyirik. 
Ümidvarıq  ki,  gələcəkdə  ölkələrimiz  arasında  əməkdaşlığın 
bütün istiqamətlərində daha böyük tərəqqiyə, səylərimizin daha 
çox  fəallaşmasına  nail  olacağıq.  Bunun  üçün  hər  cür  zəmin  – 
rəhbərlərin  siyasi  iradəsi,  hökumət  üzvlərinin  fəallığı  var. 
Hökumətlərarası  komissiyamız  çox  səmərəli  işləyir.  Bunu 
lazımınca  qiymətləndirmək  lazımdır.  İki  ildə  əmtəə 
dövriyyəsini iki dəfə artırmağa nail olmağımızda məhz bu çox 
böyük rol oynamışdır. 


Yüklə 2,85 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə