İNKİŞaf – MƏQSƏDİMİZDİr on beşİNCİ Kİtab



Yüklə 2,85 Mb.
Pdf görüntüsü
səhifə47/106
tarix12.10.2018
ölçüsü2,85 Mb.
#73742
1   ...   43   44   45   46   47   48   49   50   ...   106

 
 
175 
çünki  elektrik  enerjisi  axınını  operativ  tənzimləmək  imkanları 
vəsaitə qənaət etmək üçün böyük üstünlüklər verir. Ona görə də 
bu istiqamətdə əməkdaşlıq ənənəvi, etibarlı, uzunmüddətlidir ki, 
bu da vacibdir. 
Biz bütün istiqamətlərdə münasibətləri elə qurmağa çalışırıq 
ki,  bunun  uzunmüddətli  perspektivləri  olsun.  Bu  münasibətlər 
uzunmüddətli  olduqda,  sərmayədarlar  da,  həmin  layihələrin 
potensial  iştirakçıları  da  özlərini  daha  rahat  hiss  edirlər.  Bu 
bizim 
vəzifəmizdir. 
Biznesin 
ölkəyə 
gəlməsi 
üçün 
sərmayədarlarda  əminlik  olmalıdır  ki,  bu  biznes  müdafiə 
olunacaq, yaxşı fayda verəcəkdir. Belə olan halda hamı bundan 
qazanacaqdır.  
Bu  gün  biz  iqtisadi  əməkdaşlığın  çox  geniş  dairəsini 
müzakirə etdik. Əgər 5-6 il əvvəl iqtisadi əməkdaşlıqdan danı-
şanda  neft-qaz  sənayesi  nəzərdə  tutulurdusa,  hazırda  bu 
əməkdaşlığın dairəsi çox genişdir. Ona görə də şübhə etmirəm 
ki,  ölkələrimiz  arasında  iqtisadi  əməkdaşlığı  fəal  inkişaf 
etdirəcəyik.  Bu  gün  biz  ikiqat  artırılmış  əmtəə  dövriyyəsini 
yaxın  gələcəkdə  də  ikiqat  artırmaq  imkanlarını  yarızarafat-
yarıgerçək müzakirə etmişik. 
V  l  a  d  i  m  i  r      P  u  t  i  n:  Mən  iqtisadi  sahədə  qarşılıqlı 
fəaliyyətimizin  perspektivlərinə  verilən  qiymətlə  tam  razıyam. 
İlk  növbədə,  əlbəttə,  inkişaf  sürətinə,  dünyada  ən  yüksək 
sürətinə  görə,  ikincisi  isə  iqtisadiyyatının  bütün  potensialına 
görə  Azərbaycan  Rusiya  üçün  bu  sahədə  ən  öncül,  ən  maraqlı 
tərəfdaşlardan  biridir.  Artıq  dediyim  kimi,  biz  bir  sıra 
istiqamətlərdə əməkdaşlıq edirik. Əgər energetikadan başlasam, 
deyə bilərəm ki, biz Azərbaycana xeyli elektrik enerjisi satırıq, 
ancaq  ondan  da  elektrik  enerjisi  alırıq.  Çünki  bəzi  regionlarda 
bu  cür  mübadilə  iqtisadi  cəhətdən  ölkə  daxilindəki  istehlakdan 
daha səmərəlidir.  
Biz  üçtərəfli  formatda  İranla  bu  məsələləri  həll  edirik. 
Düşünürəm ki, burada yaxşı perspektivlər var. Energetika sahəsinə 
Rusiyanın  sərmayələri  baxımından  biz  iki  istiqamət  görürük. 
Birincisi,  Azərbaycandakı  mövcud  energetika  obyektlərinin 


 
 
176 
bərpası, ikincisi, yenilərinin – o cümlədən Sumqayıt rayonunda – 
tikintisi.  
Neft  və  qaza  gəldikdə  isə,  biz  Azərbaycana  xeyli  miqdarda 
qaz  satırıq.  Gələcəkdə  Azərbaycan  üçün  zəruri  olan 
karbohidrogen  məhsullarının  satışı  sahəsində  əməkdaşlığın 
davam  etdiriləcəyini  istisna  etmirik.  Biz  nəzərə  alırıq  ki,  birgə 
fəaliyyətimizi  davam  etdirəcəyik  və  bəzi  şirkətlərimiz  artıq 
Azərbaycan  bazarında  təmsil  olunmuşdur.  Mən  hazırda  iki 
yerdə  işləyən  «LUKoyl»u  nəzərdə  tuturam.  Əlbəttə  ki,  o  öz 
fəaliyyətini  genişləndirmək  istəyir  və  hiss  edirik  ki, 
azərbaycanlı 
tərəfdaşlar 
bizim 
sahibkarların 
biznes 
təşəbbüslərini dəstəkləyirlər. Biz gələcəkdə də bu dəstəyə ümid 
bəsləyirik.  Digər  şirkətlər  də  burada  baş  verənləri  diqqətlə 
izləyir.  Əlbəttə,  bizi  xeyli  dərəcədə  ölkədəki  iqtisadi,  siyasi 
sabitlik cəlb edir.  
Lakin energetika bizi maraqlandıran yeganə fəaliyyət sahəsi 
deyildir.  Siz  yəqin  ki,  «Rusal»  şirkətinin  burada  metallurgiya 
sahəsinə  iri  sərmayələr  qoymaq  cəhdlərindən  xəbərdarsınız. 
Əminəm  ki,  bu,  təkcə  ikitərəfli  əməkdaşlığın  inkişafına  deyil, 
həm də Azərbaycan iqtisadiyyatının yüksəlişinə kömək edəcək 
perspektivli,  maraqlı  və  miqyaslı  layihələrdən  biridir. 
Nəqliyyat,  kənd  təsərrüfatı,  ümumən  maşınqayırma  sahələri 
perspektivlidir.  Azərbaycanlı  tərəfdaşlar  bizim  bir  sıra 
gəmiqayırma müəssisələrinə yaxşı sifarişlər vermişlər. Əminəm 
ki, onlar kifayət qədər səmərəli olacaqdır. Lakin maşınqayırma 
ilə  bağlı  digər  istiqamətlərdə  də  çoxlu  perspektivli  məqsədlər 
var və biz təkbaşına deyil, birgə işləsək, bunlara daha səmərəli 
nail ola bilərik. 
Artıq  dediyim  kimi,  biz  maliyyə  sahəsində  əməkdaşlığı 
vacib  hesab  edirik.  Hazırda  bəzi  banklarımız  Azərbaycanda 
fəaliyyəti  genişləndirməklə  bağlı,  azərbaycanlı  tərəfdaşları  ilə 
danışıqlar  aparırlar.  Bütün  bunlar  strateji  tərəfdaşlıq 
adlandırdığımız  məsələləri  həyata  keçirmək  üçün  yaxşı  və 
möhkəm baza yaradacaqdır. 


 
 
177 
S  u  a  l:  Mənim  sualım  hər  iki  prezidentədir. 
Ölkələrimizdə  yaşayan  diasporlara  Azərbaycan–Rusiya 
münasibətlərinin daha da möhkəmlənməsi yolunda nə kimi 
rol  verilir  və  Siz  Azərbaycandakı  rusların  və  Rusiyadakı 
azərbaycanlıların vəziyyətini necə qiymətləndirirsiniz? 
İ l h a m   Ə l i y e v: Əlbəttə ki, bu məsələ danışıqlarımız 
çərçivəsində müzakirə olundu və məmnuniyyətlə qeyd etdik ki, 
bu  sahədəki  vəziyyət  bizi  sevindirir.  Diasporlar  da  ikitərəfli 
münasibətlərin  mühüm  amillərindən  biridir.  Əlbəttə  ki, 
dövlətlərarası  münasibətlərin  ümumi  fonu  Azərbaycanda 
rusların  və  Rusiyada  azərbaycanlıların  özlərini  nə  dərəcədə 
rahat  və  yaxşı  hiss  etməsindən  də  asılıdır.  Deməliyəm  ki,  bu 
istiqamətdə  bizim  aramızda  tam  qarşılıqlı  anlaşma  var.  Biz 
ölkələrimizin  ictimai-siyasi,  iqtisadi  həyatına  diasporların  fəal 
cəlb  edilməsini  Rusiya  ilə  Azərbaycan  arasında  daha  sıx 
inteqrasiyanın  mühüm  amili  kimi  qiymətləndiririk.  Rusiyada 
çoxlu azərbaycanlı yaşayır və hesab edirik ki, bu, normal haldır, 
çünki  dünyada  sərhədlərin  açıldığı,  hərəkət  sərbəstliyi  bizim 
hamımız  üçün  anlaşıqlı  və  ümumbəşəri  dəyərlərin,  insan 
hüquqlarının çox mühüm tərkib hissəsi olduğu indiki vaxtda bu 
amil, əlbəttə, çox mühüm rol oynayır. Mən həmişə deyirəm ki, 
Rusiyada  azərbaycanlıların  vəziyyəti  pis  olsaydı,  onlar  orada 
yaşamazdılar.  Əgər  onlar  orada  yaşayır,  işləyirlərsə,  deməli, 
vəziyyətləri yaxşıdır. Deməli, bu, indiki mərhələdə onları qane 
edir. 
Hələ 70-ci illərdə Azərbaycanın rəhbəri Heydər Əliyev hər il 
məqsədyönlü  şəkildə  min  nəfərədək  gənc  azərbaycanlını 
oxumaq  üçün  Sovet  İttifaqının  aparıcı  ali  məktəblərinə 
göndərirdi.  Əlbəttə,  bunlar  əsasən,  Moskvanın,  Sankt-
Peterburqun və digər Rusiya şəhərlərinin ali məktəbləri idi. İndi 
bu  adamlar  Azərbaycanın  inkişafı  naminə  çox  fəal  işləyirlər, 
yəni,  bu  biliklər,  təcrübə,  erudisiya,  əlbəttə  ki,  əlaqələr  çox 
işlərdə  kömək  edir.  Eyni  hal  bu  gün  də  baş  verir. 
Azərbaycandan  bir  çox  gənclər  Rusiya  ali  məktəblərinə  təhsil 
almağa  gedirlər,  çoxları  oraya  işləməyə  gedir.  Bu,  normal 


Yüklə 2,85 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə