İNKİŞaf – MƏQSƏDİMİZDİr on beşİNCİ Kİtab



Yüklə 2,85 Mb.
Pdf görüntüsü
səhifə46/106
tarix12.10.2018
ölçüsü2,85 Mb.
#73742
1   ...   42   43   44   45   46   47   48   49   ...   106

 
 
172 
Təkrar  edirəm,  biz  İran  nümayəndələrinin  son  reaksiyasını 
gözləyirik  və  müsbət  nəticə  olacağına  ümid  bəsləyirik.  Biz  bu 
prosesin  bütün  iştirakçıları  ilə  daim  əlaqə  saxlayırıq. Mən həm 
avropalı, həm də amerikalı həmkarlarımızı nəzərdə tuturam. Bu 
məsələ barədə daha heç nə əlavə edə bilmərəm. 
Rusiya–Gürcüstan  münasibətlərinə  gəldikdə,  gürcülərin 
halına çox acıyıram, çox. Onlar çox gözəl və bizə yaxın xalqdır, 
indi  ağır  vəziyyətdədir,  çünki  Gürcüstan  böyük  iqtisadi 
çətinliklər keçirir. Sosial sahədə olduqca böyük problemlər var, 
əhalinin  həyat  səviyyəsi  çox  aşağıdır.  Halbuki  Sovet  İttifaqı 
dövründə  Gürcüstanda  yaşayanların  maddi  rifah  halı  ölkə  üzrə 
olduğundan,  orta  hesabla,  yüksək  idi.  Əlbəttə,  bu  gün  belə 
tənəzzül,  şübhəsiz,  çətinliklə  yaşanır,  həm  də  sadəcə,  adamlar 
əziyyət  çəkirlər,  əhalinin  böyük  hissəsi  ciddi  çətinliklər 
içindədir.  Əlbəttə,  bu,  təkcə  ölkənin  özündə  deyil,  ümumən 
regionda da vəziyyətin sabitliyini pozur. Əgər kimsə düşünürsə 
ki,  bu  cür  məsələləri  öz  xalqının  diqqətini  ancaq  xarici 
düşmənlər  axtarmağa  yönəltməklə  həll  etmək  olar,  zənnimcə, 
bu, səhv yoldur. Əlbəttə, diqqəti bir müddətə yayındırmaq olar, 
amma  iqtisadi,  sosial  xarakterli  problemləri  həll  etmək  lazım 
gələcəkdir.  Əlbəttə,  bunu  öz  qonşuları  ilə  təkcə  dialoqun 
gedişində  deyil,  həm  də  məsələn,  Rusiya–Azərbaycan 
timsalında  baş  verdiyi  kimi,  müsbət  əməkdaşlığın  gedişində 
etmək daha yaxşıdır.  
Bütün mürəkkəbliklərə baxmayaraq, biz tamamilə nikbinik, 
güman  edirik  ki,  keçmiş  Sovet  İttifaqından  miras  qalan 
problemlər çətin olsa da, onları həll etmək mümkündür. Biz bu 
birgə işdə iştirak etməyə hazırıq. Lakin keçmiş Sovet İttifaqını 
onda nə vaxtsa baş vermiş hadisələrə görə tənqid edərkən, bəlkə 
də  haqlı  tənqid  edərkən,  gərək  özün  də  belə  səhvlərə  yol 
verməyəsən.  Bir  vaxtlar  Rusiyanı  xalqların  həbsxanası 
adlandırırdılar.  Postsovet  məkanında  yaradılmış  dövlət 
qurumları,  dövlətlər  gərək  Sovet  İttifaqının  taleyini  təkrar 
etməsinlər və vaxtilə Sovet İttifaqının yaşadığı mənfi təcrübəni 
təkrarlamağa çalışmasınlar. Razılığa gəlməyi və kompromisləri 


 
 
173 
axtarmağı  bacarmaq  lazımdır.  Bu,  mürəkkəb  prosesdir,  lakin 
problemlərin həllinin başqa yolu yoxdur.  
O  ki  qaldı  Rusiya–Gürcüstan  münasibətlərinə,  son  dövrün 
bütün  çətinliklərinə  baxmayaraq,  müsbət  meyllər  çoxdur.  Biz 
görürük  ki,  Gürcüstanda,  o  cümlədən  Gürcüstan  rəhbərliyində 
Rusiya  ilə  münasibətləri  inkişaf  etdirmək  istəyən  qüvvələr  var. 
Mən  prezident  Mixeil  Nikolozoviç  Saakaşvilini  də  nəzərdə 
tuturam. Ümid edirik ki, bu müsbət meyllər üstün gələcəkdir. 
S u a lMənim sualım Rusiya prezidentinədir. Ermənistan–
Azərbaycan,  Dağlıq  Qarabağ  münaqişəsi  həm  Azərbaycan, 
həm  də  bütün  region  üçün  ən  ağrılı  məsələ  olaraq  qalır. 
Cənubi  Qafqazda  sülh  və  sabitlik  yaranması  Rusiyanın  da 
xeyrinədir.  Rusiya  bu  münaqişənin  həllini  necə  tezləşdirə 
bilər? 
V l a d i m i r   P u t i n: Mən bu suala Gürcüstanla münasi-
bətlərimiz  baxımından  cavab  verməyə  çalışdım.  Yenə  də  deyə 
bilərəm,  Rusiya,  həqiqətən  çox  istəyir  ki,  postsovet 
məkanındakı bütün münaqişələr həll edilsin. Əgər kimsə deyirsə 
ki, bu belə deyil, o ya yanılır, yaxud da xalqlarımızı aldatmağa 
çalışır.  Bizim  Azərbaycanla  əmtəə  dövriyyəmiz  iki  il  ərzində 
ikiqat  artaraq,  1  milyard  dollara  çatmışdır.  Dağlıq  Qarabağ 
münaqişəsi  olmasaydı,  yəqin  ki,    bu  rəqəm  5  milyard  dollara 
çatardı.  Postsovet  məkanındakı  münaqişələr  bunun  qarşısını 
alır.  Bizim  əməkdaşlıq  istiqamətlərimiz  saysız-hesabsızdır  – 
energetika,  özü  də  təkcə  qaz  və  neft,  elektroenergetika  deyil, 
həm  də  nəqliyyat,  rabitə,  maşınqayırma,  kənd  təsərrüfatı, 
təhlükəsizlik  sahəsində  məsələlərin  birgə  həlli.  Qarşılıqlı 
əlaqələrin  bizim  üçün  olduqca  vacib  və  zəruri  olan  çox 
istiqamətləri var. Münaqişələr qarşımızı kəsir, buna görə də çox 
istəyirik  ki,  onlar  həll  olunsun.  Lakin  biz  razılığa  gəlməyə 
çalışan tərəflərdən kiməsə hər hansı təzyiq göstərməyi özümüz 
üçün  tamamilə  istisna  edirik.  Biz  yalnız  vasitəçi  və  əldə 
olunmuş razılaşmaların təminatçısı rolunu yerinə yetirə bilərik. 
Biz bu gün Azərbaycan prezidenti ilə və dünən onun evində bu 
problem  barədə  kifayət  qədər  çox  və  ətraflı  danışdıq.  Bir  daha 


 
 
174 
təkrar  etmək  istəyirəm  ki,  zənnimcə,  o  haqlıdır  –  bütün 
çətinliklərə baxmayaraq, bu problemi həll etmək imkanları var. 
Biz hər cür kömək göstərəcəyik ki, bu münaqişə həll olunsun və 
keçmişdə qalsın. Deyəsən, mümkün olan hər şeyi dedim, çünki 
təfərrüata varmaq hələ tezdir. 
S  u  a  l:  Mənim  sualım  hər  iki  liderədir.  Ticarət-iqtisadi 
münasibətlərin, 
ilk 
növbədə, 
energetika 
sahəsində 
əməkdaşlığın perspektivlərini necə qiymətləndirirsiniz? 
İ l h a m   Ə l i y e v: Bütövlükdə iqtisadi müstəvidə əlaqə-
lərimiz  çox  dinamik  inkişaf  edir  və  bu  rəqəm  dəfələrlə 
səslənmişdir.  Biz  iki  il  ərzində  əmtəə  dövriyyəsini  ikiqat 
artırmağa  nail  olmuşuq.  Ölkələrimiz  arasında  iqtisadi  müna-
sibətlərin  indiki  vəziyyəti  göstərir  ki,  əlbəttə  bu,  son  hədd 
deyildir. Bu, yalnız başlanğıcdır, birinci mərhələdir. 
Zənnimcə,  bu  gün  işə  başlayan  Rusiya–Azərbaycan  biznes 
forumu əməkdaşlıq üçün yeni perspektivlər açacaqdır. Əminəm 
ki,  bu  əməkdaşlıq  çoxplanlı  olacaqdır.  Rusiya  şirkətlərinin 
sərmayə  layihələrinin  perspektivlərini  böyük  ümidlə  izləyirik. 
Eyni  zamanda,  hazırda  dünyada  yaxşı  nüfuzu  olan  və 
rəqabətədavamlı  məhsul  istehsal  edən  Rusiya  şirkətləri,  yəqin 
ki,  Azərbaycanda  öz  məhsullarını  satacaq  tərəfdaşlar,  şirkətlər 
kimi  daha  geniş  təmsil  olunacaqdır.  Artıq  deyildiyi  kimi, 
ölkələrimizin iqtisadi potensialı çox sürətlə artır. Azərbaycanın 
ödəniş qabiliyyəti bu gün heç kimdə şübhə doğurmur. Əlbəttə, 
gələcəkdə  iqtisadi  islahatlarımız  dərinləşdikcə,  Azərbaycan 
Rusiya istehsalı olan yüksək keyfiyyətli məhsulları daha böyük 
həcmdə alacaqdır. 
Energetika  sahəsində  əməkdaşlığımız  ənənəvi  xarakter 
daşıyır. Yəqin ki, əməkdaşlığımız elə bu sahədən başlanmışdır. 
Hazırda  Azərbaycan  Rusiyadan  4,5  milyard  kubmetr  qaz  alır, 
Rusiya  ərazisi  ilə  ildə  3  milyon  tondan  çox  neft  nəql  edir. 
Rusiya  prezidentinin  dediyi  kimi,  enerji  sistemlərimiz  paralel 
rejimdə  işləyir  və  elektrik  enerjisinin  qarşılıqlı  nəqli  bu  gün 
təsərrüfat  məsələlərini  çox  operativ  həll  etməyə  kömək  edir. 
Gələcəkdə bu sahəyə daha böyük diqqət yetirmək planlaşdırılır, 


Yüklə 2,85 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə