İNKİŞaf – MƏQSƏDİMİZDİr on beşİNCİ Kİtab



Yüklə 2,85 Mb.
Pdf görüntüsü
səhifə42/106
tarix12.10.2018
ölçüsü2,85 Mb.
#73742
1   ...   38   39   40   41   42   43   44   45   ...   106

 
 
158 
Prezidentlər  ölkəmizdə  başlanan  «Rusiya  İli»  çərçivəsində 
açılmış  sərginin  ekspozisiyasına  baxdılar.  «Ümumrusiya  Sərgi 
Mərkəzi»  ASC-nin  Baş  direktoru  Məhəmməd  Musayev  dövlət 
başçılarına  Rusiya  müəssisələrinin  sərgidə  nümayiş  etdirilən 
məhsulları  barədə  ətraflı  məlumat  verdi.  O  bildirdi  ki,  istər 
sərginin,  istərsə  də  onun  işgüzar  proqramının  hazırlanması 
prosesində  Rusiya  biznesindən  ikitərəfli  münasibətlərin  inkişa-
fına,  Azərbaycanda  diler  əlaqələri  yaradılmasına  dair  bir  çox 
maraqlı  təkliflər  alınmışdır.  Təşkilatçıların  fikrincə,  sərgi 
danışıqlar aparılması və gələcək əməkdaşlığın perspektivlərinin 
müəyyənləşdirilməsi üçün yaxşı imkan olacaqdır.  
Rusiya  işgüzar  dairələrinin  sərgidə  iştirak  edən  nümayən-
dələri  arasında  həmvətənlərimiz  də  var.  Məsələn,  Ulyanovsk 
motor  zavodu  «Ticarət  Evi»  MMC-nin  məhsulunu  müəssisənin 
Baş  direktorunun  müavini,  Ulyanovskdakı  Azərbaycan 
diasporunun rəhbəri Şakir Göyüşov təqdim etdi.  
Prezidentlər  sərgidə  Moskva  hökuməti  tərəfindən  təqdim 
olunmuş  və  18  müəssisənin  məhsulunun  nümayiş  etdirildiyi ən 
böyük bölməyə də baxdılar. 
 
 


 
 
159 
 
 
 
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN 
ADINDAN RUSİYA PREZİDENTİ VLADİMİR 
PUTİNİN ŞƏRƏFİNƏ TƏŞKİL EDİLMİŞ 
QƏBULDA NİTQ 
 
Gülüstan sarayı 
 
21 fevral 2006-cı il 
 
Hörmətli Vladimir Vladimiroviç! 
Əziz dostlar, xanımlar və cənablar! 
Sizi Azərbaycanda bir daha səmimi-qəlbdən salamlamaq, 
hamınıza  firavanlıq,  sağlamlıq,  sizə  və  ailələrinizə  xoşbəxtlik 
arzulamaq istəyirəm.  
Bu  gün  Azərbaycanda  «Rusiya  İli»nin  açılışı  günüdür. 
Biz  onu  bir  qədər  əvvəl  təntənəli  şəraitdə  qeyd  etdik.  Bu, 
ölkələrimiz  arasında  bütün  istiqamətlərdə  gələcək  əməkdaşlıq 
üçün çox yaxşı perspektivlər açır. 
Biz  Rusiyanın  və  Azərbaycanın  əməkdaşlığına  çox  böyük 
əhəmiyyət  verir  və  onu  konkret  məzmunla  dolğunlaşdırmağa 
çalışırıq.  Azərbaycanın  müstəqillik  əldə  etdiyi  vaxtdan  bəri 
ölkələrimiz  arasında  münasibətlər  bir  neçə  dövrdən  keçmişdir. 
Onları 2000-ci ilədək olan dövrə və 2000-ci ildən sonrakı dövrə 
ayırmaq  olar.  Münasibətlərin  dinamikası,  konkret  işlər, 
razılaşmalar,  qarşılıqlı  fəaliyyətin  səviyyəsi  üzrə  izləsək, 
əlbəttə, böyük fərq olduğunu görərik.  
Rusiya  ilə  Azərbaycan  arasında  münasibətlər  məhz  2000-ci 
ildən  başlayaraq tamamilə  yeni  məzmun  kəsb  etmişdir.  Bunun 
əsasını  Rusiya  prezidenti  Vladimir  Putinin  2001-ci  ilin 
əvvəllərində  Azərbaycana rəsmi  səfəri  qoymuşdur.  Bu,  Rusiya 
prezidentinin  Azərbaycana  ilk  səfəri  idi.  Həmin  vaxtdan  bu 
günədək  biz  münasibətlərimizdə  ancaq  müsbət  hallar  görürük. 


 
 
160 
Gah  anlaşılmazlıq,  gah  da  hansısa  problemlər  doğuran  bütün 
məsələlər  tənzimlənmişdir.  Biz  regional  formatda  fəal 
əməkdaşlıq  edirik.  Xəzər  problemi,  regional  təhlükəsizlik 
barədə,  Qafqazda  təhlükəsizlik  barədə  baxışlarımız  tam  uyğun 
gəlir.  Bunun  əsasını  iki  prezident  –  Vladimir  Putin  və  Heydər 
Əliyev  qoymuşlar.  Onların  dostluğu,  münasibətləri,  müdrikliyi 
Rusiya  ilə  Azərbaycanın  strateji  tərəfdaşlar  olmasını  və 
əməkdaşlığımızın daha da dərinləşməsi üzərində fəal işləməsini 
öncədən müəyyənləşdirmişdir. 
Azərbaycanda  hamı  Heydər  Əliyev  ilə  Sizin  şəxsi  münasi-
bətlərinizi  xatırlayır.  Əsl  dost  kimi,  məhz  Siz  ən  ağır  vaxtda 
dostluq  əli  uzatdınız,  ağır  anda,  xəstəlik  anında  da  diqqət 
göstərdiniz.  İnanın,  Azərbaycanda  bunu  xatırlayır  və  yüksək 
qiymətləndirirlər. 
Münasibətlərimizin  indiki  mərhələsi  2000-ci  ildə  başlanmış 
mərhələnin  davamıdır.  Biz  əlaqələrimizə  yeni  formalar 
verilməsi  üzərində  fəal  işləyirik.  Həyat  bir  yerdə  dayanmır. 
Qarşımıza  yeni  vəzifələr,  yeni  tələblər  çıxır,  biz  onları  həll 
etməyə  hazır  olmalıyıq.  Biz  bunu  birlikdə  etdikdə,  bir  çox 
məsələlərdə  səylərimizi  əlaqələndirdikdə,  əlbəttə,  uğurlar 
qazanırıq.  Sülh  olmadan,  sabitlik  olmadan  inkişaf  mümkün 
deyildir.  Bu,  sübut  tələb  etməyən  aksiomadır.  Ona  görə  də 
Rusiya və Azərbaycan Qafqazda sülh, əmin-amanlıq olmasında, 
qan  tökülməməsində,  evlərdə  firavanlıq  və  rahatlıq  olmasında 
maraqlıdır.  
Azərbaycan  öz  tarixinin  ağır  məqamlarını  yaşamışdır, 
torpaqlarımızın  bir  hissəsinin  işğal  altında  olmasından  indiyə-
dək əziyyət çəkməkdədir. Ümidvarıq ki, qonşumuz kimi, böyük 
dövlət  kimi,  Ermənistan–Azərbaycan,  Dağlıq  Qarabağ 
münaqişəsinin  nizama  salınması  üzrə  ATƏT-in  Minsk 
qrupunun  həmsədri  kimi,  Rusiya  bu  münaqişənin  sülh  yolu  ilə 
həlli üçün bundan sonra da səy göstərəcəkdir.  
Biz  qeyri-adi  heç  nə,  beynəlxalq  hüququn,  yaxud  da  insan 
məntiqinin  normal  çərçivəsindən  kənara  çıxan  heç  nə  tələb 
etmirik.  Biz  yalnız  onu  tələb  edirik  ki,  torpaqlarımız  işğaldan 


 
 
161 
azad  olunsun,  Ermənistan–Azərbaycan,  Dağlıq  Qarabağ 
münaqişəsi  yalnız  və  yalnız  beynəlxalq  hüquq  prinsipləri 
əsasında  nizama  salınsın.  Onda  qaçqın-köçkünlərimiz  öz  ev-
lərinə qayıdarlar. Onda sülh olar, regionda sülh təmin edilər. 
Bu  gün  Azərbaycanda  «Rusiya  İli»nin  açılışı  çərçivəsində 
sərgi də açıldı, Rusiya istehsalçılarının potensialı bizə bir daha 
təqdim  olundu.  Rusiya–Azərbaycan  geniş  biznes  forumunun 
keçirilməsi  də  nəzərdə  tutulur.  Forumda  biznes  nümayəndələri 
iştirak  edəcəklər.  Ümid  edirik  ki,  bu  istiqamətdə  əlaqələrimiz 
fəal  surətdə  genişlənəcəkdir.  Bunu  demək  üçün  əsaslar  var. 
Ölkələrimiz arasında əmtəə dövriyyəsinin necə dinamik inkişaf 
etməsi  iqtisadi  əlaqələrimizin  uğurla  inkişaf  etdiyinə  ən  yaxşı 
sübutdur.  Başqa  sözlə  desək,  münasibətlərimiz,  onların  bütün 
istiqamətlərdə inkişafı, dərinləşməsi milli mənafelərimizə cavab 
verir,  düşüncələrimizə  cavab  verir,  əhval-ruhiyyəmizə  cavab 
verir.  
Mən  bu  badəni  Rusiya  ilə  Azərbaycan  arasında  münasi-
bətlərin daha da möhkəmlənməsi şərəfinə qaldırıram. Rusiyanın 
tərəqqisi,  Rusiya  xalqının  firavanlığı  şərəfinə  və  Rusiya 
prezidenti  Vladimir  Vladimiroviç  Putinin  sağlığına  badə 
qaldırıram. 
 
Rusiya prezidenti Vladimir Putinin nitqi 
 
Əziz dostlar! 
İlk  növbədə,  ölkənizə  gəlmək  və  Azərbaycanda  «Rusiya 
İli»nin  açılışında  iştirak  etmək  imkanına  görə  Azərbaycan 
prezidentinə  və  onun  xanımına  minnətdarlığımı  bildirmək 
istəyirəm.  Rusiya–Azərbaycan  münasibətləri  müharibədən 
sonrakı bütün illər ərzində görünməmiş yüksək səviyyədədir. 
Şübhəsiz,  bu,  ilk  növbədə,  Heydər  Əliyeviç  Əliyevin  xid-
mətidir.  Ona  görə  ki,  məhz  o,  Rusiya–Azərbaycan  münasi-
bətlərinin  əhəmiyyətini  dərindən  bildiyinə  görə,  Azərbaycan 
üçün  ən  ağır  illərdə  və  Rusiya–Azərbaycan  münasibətlərinin 
çox mürəkkəb dövründə həmin münasibətlərin normal məcraya 


Yüklə 2,85 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə