İNKİŞaf – MƏQSƏDİMİZDİr on beşİNCİ Kİtab



Yüklə 2,85 Mb.
Pdf görüntüsü
səhifə39/106
tarix12.10.2018
ölçüsü2,85 Mb.
#73742
1   ...   35   36   37   38   39   40   41   42   ...   106

 
 
147 
 
 
 
DAĞISTAN RESPUBLİKASININ PREZİDENTİ  
CƏNAB MUXU ƏLİYEVƏ 
 
Hörmətli Muxu Gimbatoviç! 
Sizi  Dağıstan  Respublikasının  Prezidenti  vəzifəsinə 
seçilməyiniz münasibətilə ürəkdən təbrik edirəm. 
Əminəm  ki,  xalqlarımız  arasında  sıx  dostluq  və  mehriban 
qonşuluq  telləri,  Azərbaycan  Respublikası  ilə  Rusiya  Fede-
rasiyası  arasında  hərtərəfli  əməkdaşlıq  Qafqazda  sülh,  sabitlik 
və  tərəqqi  naminə  bundan  sonra  da  inkişaf  edəcək  və 
möhkəmlənəcəkdir. 
Sizə  möhkəm  cansağlığı,  xoşbəxtlik  və  dövləti  fəaliy-
yətinizdə uğurlar arzulayıram. 
 
Hörmətlə, 
İLHAM ƏLİYEV 
Azərbaycan Respublikasının Prezidenti 
 
Bakı, 21 fevral 2006-cı il 


 
 
148 
 
 
 
RUSİYA FEDERASİYASININ PREZİDENTİ 
VLADİMİR PUTİNİN AZƏRBAYCANA SƏFƏRİ 
  
21 fevral 2006-cı il 
 
Azərbaycanda Rusiya İlinin təntənəli açılış mərasimində 
iştirak etmək üçün Rusiya Federasiyasının Prezidenti Vladimir 
Putin fevralın 21-də Bakıya işgüzar səfərə gəlmişdir. 
Azərbaycanın və Rusiyanın dövlət bayraqları ilə bəzədilmiş 
Heydər  Əliyev  adına  Beynəlxalq  hava  limanında  ali  qonağın 
şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.  
Rusiya  Federasiyasının  Prezidenti  Vladimir  Putini  Azər-
baycanın  Baş  naziri  Artur  Rasizadə,  Xarici  İşlər  naziri  Elmar 
Məmmədyarov və digər rəsmi şəxslər qarşıladılar. 
Rusiya  prezidenti  avtomobil  karvanının  müşayiəti  ilə  hava 
limanından Fəxri xiyabana yola düşdü. 
  
Rusiya  Federasiyasının  Prezidenti  Vladimir  Putin  fevralın 
21-də hava limanından Fəxri xiyabana gəlmişdir. 
Burada ali qonağı və onu müşayiət edən şəxsləri Bakı Şəhər 
İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov və Xarici İşlər 
nazirinin müavini Xələf Xələfov qarşıladılar. 
Prezident  Vladimir  Putin  görkəmli  dövlət  xadimi  Heydər 
Əliyevin məzarını ziyarət etdi, ümummilli liderimizin xatirəsini 
ehtiramla anaraq abidəsi önünə əklil qoydu. 
Rusiya  rəhbəri  görkəmli  oftalmoloq  alim,  akademik  Zərifə 
xanım Əliyevanın məzarı üzərinə də gül-çiçək düzdü. 
 


 
 
149 
 
 
 
 
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN 
VƏ RUSİYA PREZİDENTİ VLADİMİR PUTİNİN 
GÖRÜŞÜ 
 
Heydər Əliyev adına saray 
 
21 fevral 2006-cı il 
 
Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev  və 
Rusiya  Federasiyasının  Prezidenti  Vladimir  Putin  fevralın  21-
də  Heydər  Əliyev  adına  sarayda  ölkəmizdə  «Rusiya  İli»nin 
açılışı mərasimindən əvvəl təkbətək görüş keçirmişlər. 
Dövlət  başçıları  Rusiyada  «Azərbaycan  İli»nin  uğurla 
keçdiyini,  çoxlu  tədbirlər  və  hadisələrlə  əlamətdar  olduğunu 
vurğuladılar  və  Azərbaycanda  «Rusiya  İli»nin  də  eyni  müvəf-
fəqiyyətlə başa çatacağına əminliklərini ifadə etdilər. Bildirildi 
ki,  belə  tədbirlərin  keçirilməsi  siyasi,  iqtisadi  və  humanitar 
sahələrdə  əlaqələrin  inkişafına  təkan  verəcək,  ölkələrimizi, 
xalqlarımızı daha da yaxınlaşdıracaqdır. 
 
 
 
 
* * * 
 
Fevralın 21-də Heydər Əliyev adına sarayda Azərbaycanda 
«Rusiya İli»nin təntənəli açılış mərasimi olmuşdur. Mərasimdə 
Azərbaycan  prezidenti  İlham  Əliyev  və  Rusiya  prezidenti  Vla-
dimir  Putin  iştirak  etmişlər.  Salona  toplaşanlar  dövlət 
başçılarını  hərarətlə  qarşıladılar.  Rusiyanın  və  Azərbaycanın 
dövlət  himnləri  səsləndi.  Prezidentlər  mərasimdə  nitq  söylə-
dilər. 
 
 


 
 
150 
 
Rusiya prezidenti Vladimir Putinin nitqi  
 
Hörmətli İlham Heydəroviç! 
Hörmətli xanımlar və cənablar! 
Əziz dostlar! 
Biz  dövlətlərarası  münasibətlərin,  Azərbaycan  və  Rusiya 
Federasiyası  arasında  münasibətlərin  inkişafının  müasir 
mərhələsi  üçün  həqiqətən,  əlamətdar  və  çox  mühüm  olan 
hadisənin  iştirakçılarıyıq.  Bu  gün  biz  Azərbaycan  Respub-
likasında «Rusiyanın milli İli»nə start veririk. 
O,  Rusiyanın  müasir,  ən  yeni  nailiyyətlərinə  sadəcə  baxış 
olmayıb, tarixən yaxın dövlətlərin və xalqların bərabərhüquqlu 
və  qarşılıqlı  surətdə  faydalı  əməkdaşlığına  yeni  təkan 
verməlidir. Elə xalqların ki, onlar əsrlər boyu münasibətlərində 
olan  yaxşı  varisliyi  qayğı  ilə  qoruyub  saxlayaraq,  bu  ənənələri 
nəsildən-nəslə ötürmüşlər.  
Şübhəsiz, ilin proqramı Rusiya Federasiyasında «Azərbaycan 
İli»ndən heç də az populyar və önəmsiz olmayacaqdır. Rusiyada 
«Azərbaycan  İli»  isə  göstərmişdir  ki,  xalqlarımızın  taleləri  nə 
dərəcədə  sıx  tellərlə  bağlanmış  və  onların  sülh,  əmin-amanlıq 
şəraitində  yaşamağa,  əlbir  qarşılıqlı  inkişafa,  bir-birini 
zənginləşdirməyə kömək etmək əzmi nə qədər güclüdür. Burada 
təəccüblü  heç  nə  yoxdur.  Axı  epoxalar  boyu  ruslar  və 
azərbaycanlılar  bir-birini  anlamaq  üçün  böyük  qabiliyyətə,  bu 
dərəcədə özgür  mədəniyyətlərin mənəvi dəyərlərini əxz etməyə, 
milli  və  konfessiyalararası  münasibətlərdə  misilsiz  qarşılıqlı 
hörmət  və  dözümlülük  təcrübəsini  qoruyub  saxlamağa  qadir 
olduqlarını göstərmişlər. 
Biz  vüsətli  iqtisadi  vəzifələrin  birlikdə  həllində  də  çox 
nailiyyətlər əldə etmişik. Bu həm də Xəzərdə neft mədənlərinin 
yaradılması və Sibir yataqlarının işlənilməsidir. Vaxtilə Rusiya 
geoloqu 
İvan  Mixayloviç  Qubkinin  elmi  axtarışları 
Azərbaycanda  yeni  «qara  qızıl»  yataqları  kəşf  etməyə  imkan 


Yüklə 2,85 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə