İNKİŞaf – MƏQSƏDİMİZDİr on beşİNCİ Kİtab



Yüklə 2,85 Mb.
Pdf görüntüsü
səhifə40/106
tarix12.10.2018
ölçüsü2,85 Mb.
#73742
1   ...   36   37   38   39   40   41   42   43   ...   106

 
 
151 
vermişdir.  Bakının  neft  universitetləri  isə  yüz  minlərlə  rusiyalı 
mütəxəssis hazırlamışdır və onlar indi də bu sahədə işləyirlər. 
Böyük  Vətən  müharibəsi  illərindəki  döyüş  qardaşlığımız 
xalqların  dünya  tarixində  görünməmiş  birliyinin  nümunəsi 
olmuşdur.  Fürsətdən  istifadə  edərək,  faşizm  üzərində  böyük 
qələbənin  60  illiyi  şərəfinə  genişmiqyaslı  tədbirlərin  hazır-
lanması  və  keçirilməsində  həmrəyliyə  görə  Azərbaycan 
Respublikasının Prezidentinə, Azərbaycanın bütün veteranlarına 
təşəkkürümü bildirmək istəyirəm. 
Əməkdaşlığın  belə  əsaslı,  zamanın  sınağından  çıxmış 
bünövrəsi,  ümumi  tarixə  hörmət  Rusiya  və  Azərbaycan 
xalqlarını  yeni  şəraitdə  də  birləşdirir.  Bu  gün  dövlətlərimizin 
quruculuq  sahəsində  nümayiş  etdirdikləri  uğurlar  isə  elə  bir 
perspektivli  bazadır  ki,  biz  müasir  tərəfdaşlığımızı  onun 
üzərində  qururuq.  Onu  da  unutmaq  olmaz  ki,  bizim  müna-
sibətlərimizin  müsbət  xarakteri  bütün  regionda  coğrafi-siyasi 
sabitlik  amilidir.  Burada  biz  kooperasiyanın  yeni,  səmərəli 
modellərini  hələ  axtarmalı  və  birlikdə  həyata  keçirməli,  təkcə 
ikitərəfli  imkanlardan  deyil,  həm  də  postsovet  məkanındakı 
inteqrasiya proseslərindən tam dolğunluğu ilə istifadə etməliyik. 
Əziz dostlar! 
Rusiya  və  Azərbaycanın  bir  çox  vətəndaşları  ümumi  işlə, 
möhkəm  ailə  və  dostluq  telləri  ilə  bağlıdırlar.  Odur  ki,  biz 
hamımız  vahid  humanitar  məkanın  qorunub  saxlanması  və 
möhkəmlənməsində,  mədəni  əlaqələrin,  gənclər  mübadiləsinin 
inkişafında,  elm  və  təhsil  sahəsində  təmaslarımızın  genişlən-
məsində  bilavasitə  maraqlıyıq.  MDB  dövlətlərinin  humanitar 
əməkdaşlıq haqqında Kazanda imzalanmış sazişi də məhz buna 
yönəlmişdir.  Əminəm  ki,  humanitar  əməkdaşlığın  çoxtərəfli 
formatı  bu  sahədə  ikitərəfli  əlaqələrin  imkanlarını  tamamlayır 
və genişləndirir. 
Bax, buna görə də həmin sazişin ideyasına tələbat olmuş və 
Birlik ölkələrinin yaradıcı və elmi ziyalıları onu dəstəkləmişlər. 
Onlar  artıq  bu  ilin  yazında  Moskvada  özlərinin  ilk  forumunu 
keçirməyi təklif etmişlər. Əminəm ki, belə qeyri-adi, məzmunlu 


 
 
152 
tədbir birgə humanitar layihələr üçün, MDB məkanında ümumi, 
təzələnmiş bazarlar – təhsil, elmi, mədəni xidmətlər bazarlarının 
açılması  üçün,  Birliyin  bütün  ölkələrində  insan  kapitalının 
inkişafı üçün çıxış nöqtəsi olacaqdır. 
Əziz dostlar! 
Azərbaycanda rus dilinin necə geniş yayıldığını, rus ədəbiy-
yatına  necə  böyük  maraq  olduğunu  yaxşı  bilirəm.  Düşünürəm 
ki,  Bakıda  tezliklə  keçiriləcək  Rus  kitabı  birinci  beynəlxalq 
festivalı  Azərbaycanda  «Rusiya  İli»nin  ən  əlamətdar 
hadisələrindən birinə çevriləcəkdir. Bununla əlaqədar görkəmli 
Rusiya filoloqu və maarifçisi, bu il 100 illiyini qeyd edəcəyimiz 
Dmitri  Sergeyeviç  Lixaçovun  sözlərini  misal  gətirmək  yerinə 
düşərdi.  O,  millətlərin  mənəvi  və  əxlaqi  əsaslarını 
möhkəmlədən  öz  keçmişinə  müraciətin  vacibliyindən 
danışarkən vurğulamışdır ki, «əgər keçmişə belə müraciət digər 
xalqlardan  və  onların  mədəni  təcrübəsindən  təcrid  olunmaq 
kimi  məhdud  niyyətdən  irəli  gəlibsə,  bu  müraciət  səmərə  verə 
bilməz».  Milli  mədəniyyətləri  zənginləşdirən  və  genişləndirən 
bu  açıqlıq  ideyası  Azərbaycanda  «Rusiya  İli»nin  ruhu  ilə  tam 
ahəngdar səslənir. 
Bu  gün  onun  başlandığını  təntənəli  surətdə  elan  edərək,  bu 
bayramın  bütün  rusiyalı  və  azərbaycanlı  iştirakçılarına  uğurlar 
diləmək və ən xoş arzularımı bildirmək istəyirəm. 
Diqqətinizə görə çox sağ olun. 
 
 
Azərbaycan prezidenti İlham Əliyevin nitqi 
 
Hörmətli Vladimir Vladimiroviç! 
Hörmətli qonaqlar! 
Əziz dostlar! 
Bu  gün  biz  Azərbaycanda  «Rusiya  İli»ni  açırıq.  Mən  bu 
əlamətdar hadisə münasibətilə hamımızı səmimi-qəlbdən təbrik 
etmək istəyirəm. Əminəm ki, Azərbaycanda «Rusiya İli» uğurla 
keçəcəkdir. 


 
 
153 
Bu  il  ərzində  ölkələrimiz  və  xalqlarımız  daha  da  ya-
xınlaşacaq,  bir-birimizi  daha  yaxşı  tanıyacaq,  müxtəlif  isti-
qamətlərdə  daha  fəal  əməkdaşlıq  edəcəyik.  Beləliklə,  çalışaca-
ğıq  ki,  həm  Rusiya,  həm  də  Azərbaycan  gələcəkdə  də  yaxşı 
qonşular,  xeyirxah  dostlar  və  tərəfdaşlar  olaraq  qalsınlar.  Bu 
bizim mənafelərimizə uyğundur. 
Ölkələrimizi  və  xalqlarımızı  ümumi  tarix  birləşdirir  və 
ənənəvi dostluq, mehriban qonşuluq və qardaşlıq münasibətləri 
indi  davam  edir,  inkişaf  edir  və  dərinləşir.  Siyasi  səpkidə 
ölkələrimiz  arasında  həm  regional  əməkdaşlıq  məsələlərində, 
həm  də  beynəlxalq  məsələlərdə  çox  aktiv  qarşılıqlı  fəaliyyət 
mövcuddur.  Biz  müxtəlif  beynəlxalq  təşkilatlarda  fəal 
əməkdaşlıq edir və bir-birimizi dəstəkləyirik. Əlbəttə, ikitərəfli 
əsasda da əməkdaşlığın çox möhkəm bazası var. 
Biz bu fəal siyasi dialoqun davam etdirilməsini istəyirik. Bu. 
birgə  səylərin  nəticəsidir  ki,  indi  biz  Rusiya  ilə  Azərbaycan 
arasında münasibətlərdən strateji tərəfdaşlıq münasibətləri kimi 
danışırıq. Bax, siyasi münasibətlərin belə möhkəm bazası bütün 
digər sahələrdə də əlaqələrin inkişafına təkan verir. 
Bu  gün  bu  salona  gəlməzdən  əvvəl  biz  Vladimir  Vladi-
miroviçlə  birlikdə  Rusiya  istehsalçılarının  Azərbaycanda 
açılmış  sərgisinə  getdik.  Səmərəli  iqtisadi  əməkdaşlığın  poten-
sialının nə qədər böyük olduğunu bir daha yəqin etdik. Sərgidə 
nümayiş  etdirilən  mallar  və  xidmətlər  Rusiya  istehsalçılarının 
potensialının səviyyəsini göstərir. Eyni zamanda göstərir ki, bu 
mallar və xidmətlərdən istifadə etmək üçün Azərbaycanda artıq 
möhkəm  iqtisadi  baza  mövcuddur.  Təsadüfi  deyil  ki,  indi 
ölkələrimiz  arasında  əmtəə  dövriyyəsi  çox  yüksək  sürətlə 
inkişaf edir. Hamımızın yadındadır, iki il əvvəl Rusiyaya rəsmi 
səfərim 
zamanı  biz  Vladimir  Vladimiroviçlə  əmtəə 
dövriyyəsinin iki dəfə artırılması proqramını müəyyənləşdirdik. 
Lakin  o  vaxt  biz  yəqin  güman  etməzdik  ki,  bu  belə  tez  baş 
verəcəkdir. Cəmi iki ildə ölkələrimiz arasında əmtəə dövriyyəsi 
iki  dəfə  artmış  və  indi  bir  milyard  dolları  keçmişdir.  Bu  gün 
ölkələrimizin  iqtisadi  imkanlarını,  iqtisadiyyatın  artım, 


Yüklə 2,85 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə