İNKİŞaf – MƏQSƏDİMİZDİr on beşİNCİ Kİtab



Yüklə 2,85 Mb.
Pdf görüntüsü
səhifə41/106
tarix12.10.2018
ölçüsü2,85 Mb.
#73742
1   ...   37   38   39   40   41   42   43   44   ...   106

 
 
154 
sənayenin inkişaf sürətini qiymətləndirərkən inamla demək olar 
ki,  bu,  son  hədd  deyildir.  Ona  görə  də  iqtisadi  münasibətlərin 
daha da artmasına çalışacağıq.  
Bütün bunlar əməkdaşlıq üçün gözəl şərait yaradır. Vladimir 
Vladimiroviçin bir az öncə dediyi humanitar sahədə əməkdaşlıq 
bizim  üçün  həmişə  çox  mühüm  və  yaxın  olmuşdur.  Bu 
əməkdaşlıq  səmimi  tələbatdan  irəli  gəlmişdir,  yuxarıdan 
göndərilməmişdir,  bu,  yerinə  yetirilməli  olan  direktiv  deyil, 
cəmiyyətin 
normal 
vəziyyətidir. 
Azərbaycanda 
rus 
mədəniyyətinə  və  dilinə  böyük  məhəbbət  və  hörmətlə 
yanaşırlar. Demək istəyirəm ki, Azərbaycanda rus dilində təhsil 
elə  Sovet  İttifaqı  dövründəki  həcmdə  həyata  keçirilir.  Burada 
bir məktəb belə bağlanmamış, ölkəmizin, əslində, bütün dövlət 
ali  təhsil  müəssisələrində  rus  dilində  tədris  mövcuddur.  Başqa 
sözlə,  bu,  Azərbaycan  dövlətinin  prinsipial  və  ardıcıl  siyasəti 
olmaqla yanaşı, həm də sosial və ictimai sifarişdir. Ona görə də 
ölkəmizdə bu siyasəti həyata keçirmək çox asandır.  
Azərbaycan  həmişə  dözümlülüyü  ilə  fərqlənmişdir.  Rusiya 
kimi,  Azərbaycan  da  çoxmillətli  ölkədir.  Burada  bir  çox 
xalqların nümayəndələri bir ailə kimi yaşayırlar. Bu, dini etiqad 
azadlığı  baxımından  da  belədir.  Azərbaycan  bir  çox  dinlərin 
nümayəndələrinin  sülh,  qardaşlıq  və  həmrəylik  şəraitində 
yaşamasına  yaxşı  nümunədir.  Hazırda  dünyada  təhlükəli 
meylləri  gördüyümüz  bir  zamanda  bu,  xüsusilə  vacibdir.  Bir 
tərəfdən,  sivilizasiyalararası  dialoqdan  danışılır,  digər  tərəfdən, 
dini  zəmində  yaradılan  ziddiyyətlər  bəzən  süni  surətdə 
qızışdırılır.  Biz  qəti  mübarizəmizi,  habelə  fəaliyyətimizi  buna 
qarşı  qoymalıyıq.  Öz  nümunəmizlə  göstərməliyik  ki,  dünya 
tamamilə  başqa  istiqamətdə  inkişaf  etməlidir.  Azərbaycanda 
çoxlu rus, Rusiyada isə olduqca çox azərbaycanlı yaşayır. Bu da 
dövlətlərimiz  arasındakı  münasibətlərdə  mühüm  amillərdəndir. 
Əminəm  ki,  Azərbaycanda  «Rusiya  İli»  ilə  başladığımız  bu  il 
çox uğurlu olacaq, bizə daha fəal əməkdaşlıq imkanı verəcək və 
biz daha da yaxınlaşacağıq. Biz qonşularıq və Rusiya ilə Azər-
baycan  arasında  mehriban  qonşuluq  münasibətləri  çox 


 
 
155 
möhkəmdir.  Onlar  məhz  mehriban  qonşuluğun  fundamental 
prinsiplərinə  –  səmimiliyə,  etibarlılığa  və  dostluğa  əsaslanır. 
Zənnimcə,  razılaşarsınız  ki,  bütün  bu  amillər  ölkələrimiz  ara-
sındakı münasibətləri şərtləndirir.  
Bu  imkandan  istifadə  edib,  ölkəmizə  gəldiyi  və  Azər-
baycanda  «Rusiya  İli»nin  açılışında  şəxsən  iştirak  etdiyi  üçün 
Rusiya  prezidentinə  təşəkkür  etmək  istəyirəm.  Bu  kürsüdən 
iqtisadi sahədə çox fəal əməkdaşlıq etdiyimiz Rusiya regionları 
rəhbərlərini  salamlamaq  istəyirəm.  Rusiya  regionlarının 
nümayəndə heyətləri ölkəmizə tez-tez səfər edirlər və bu gün də 
onlarla görüşdük. 
Rusiyadan  gəlmiş  bütün  qonaqları  salamlamaq  istəyirəm. 
Azərbaycana  xoş  gəlmisiniz,  Azərbaycanda  «Rusiya  İli»nə 
uğurlar arzulayıram. 
Diqqətinizə görə təşəkkür edirəm. 
 
 
 
 
 
 
* * * 
Sonra  Rusiya  Federasiyası  incəsənət  ustalarının  böyük 
konserti  oldu.  Azərbaycan  tamaşaçıları  Rusiyanın  Əməkdar  in-
sənət xadimi, professor Aleksandra Permyakovanın rəhbərliyi ilə 
Pyatnitski  adına  Dövlət  Akademik  Rus  Xalq  Xorunun, 
P.İ.Çaykovski  adına  XI  Beynəlxalq  müsabiqənin  qalibi  pianoçu 
Denis  Matsuyevin,  «Terem-Kvartet»in  və  Sergey  Jilinin  rəh-
bərliyi ilə «Fonoqraf–Caz–Bənd» musiqi kollektivlərinin, estrada 
müğənnisi Nikolay Noskovun çıxışlarını alqışlarla qarşıladılar. 
 
 * * * 
Heydər Əliyev adına sarayın foyesində «Azərbaycan: 100 il 
İTAR–TASS-ın  obyektivində»  fotosərgisi  təşkil  edilmişdi. 
Sərgiyə  Rusiyanın  qocaman  informasiya  agentliyinin  ən  yaxşı 
fotoustalarının 100-ədək işi təqdim olunmuşdu. Fotoşəkillər XX 
əsrin  əvvəllərində  neft  sahəsində  ilk  böyük  canlanmadan 
başlayaraq,  Azərbaycanın  indiki  reallıqlarınadək  ölkəmizin 
tarixinin bir əsrdən artıq dövrünü əks etdirir. 


 
 
156 
Şəkillərdə həm sovet dövründə, həm də müstəqillik illərində 
Azərbaycan–Rusiya  münasibətlərinin  mühüm  mərhələləri  öz 
əksini tapmışdır. 
Ekspozisiyada  Rusiyada  başa  çatmış  «Azərbaycan  İli»nə, 
hər  iki  ölkənin  faşist  Almaniyası  üzərində  Qələbəyə  töhfəsinə 
həsr olunmuş fotoşəkillər  geniş yer tutur. 
Heydər  Əliyev  Fondunun  prezidenti,  YUNESKO-nun 
Xoşməramlı  səfiri,  Milli  Məclisin  deputatı  Mehriban  Əliyeva 
İTAR–TASS  agentliyinin  Baş  direktoru  Vitali  İqnatenkonun 
müşayiəti ilə sərginin ekspozisiyasına baxmışdır. 


 
 
157 
 
 
 
 
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV VƏ 
RUSİYA PREZİDENTİ VLADİMİR PUTİN 
RUSİYA MİLLİ SƏRGİSİNDƏ 
 
Heydər Əliyev adına İdman–Sərgi kompleksi 
 
21 fevral 2006-cı il 
 
Fevralın  21-də  Azərbaycan  prezidenti  İlham  Əliyev  və  Ru-
siya prezidenti Vladimir Putin Heydər Əliyev adına İdman–Sər-
gi  Kompleksində  «Rusiya  və  Azərbaycan:  strateji  tərəfdaşlıq» 
devizi ilə keçirilən Rusiya milli sərgisində olmuşlar. 
Azərbaycan  dövlətinin  başçısı  İlham  Əliyev  Rusiya  pre-
zidenti  Vladimir  Putini  kompleksin  girişində  səmimiyyətlə  və 
mehribanlıqla qarşıladı.  
Milli  geyimli  qızlar  dövlət  başçılarına  tatar  milli  şirniyyatı  -–
çakçak təqdim etdilər.  RF İqtisadi İnkişaf və  Ticarət Nazirliyi və 
Ticarət  və  Sənaye  Palatası  tərəfindən  təşkil  olunmuş  sərgidə 
ölkənin regionlarının, o cümlədən Moskva, Sankt-Peterburq, Tata-
rıstan  Respublikası,  Kabarda-Balkariya  Respublikası,  Mordoviya 
Respublikası,  Stavropol  diyarı,  Omsk,  Ulyanovsk,  Sverdlovsk, 
Həştərxan,  Kurqan,  Penza,  Saratov  və  Çelyabinsk  vilayətlərinin, 
digər regionların 12 kollektiv ekspozisiyası nümayiş etdirilir. Ru-
siya Fövqəladə Hallar Nazirliyi ayrıca stenddə təmsil olunmuşdur. 
Ekspozisiyada neft-mədən avadanlığı və texnoloji avadanlıq, qara 
metallar prokatı və armaturlar, borular, elektrotexnika avadanlığı, 
kimya  və  meşə  sənayesi  məhsulları,  tikinti  avadanlığı,  tibb 
texnikası,  yeyinti  sənayesi  məhsulları,  nəqliyyat  (minik  avto-
mobilləri,  maşın  və  mexanizmlər),  aqrar-sənaye  texnologiyaları 
göstərilir. 


Yüklə 2,85 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə