İNKİŞaf – MƏQSƏDİMİZDİr on beşİNCİ Kİtab



Yüklə 2,85 Mb.
Pdf görüntüsü
səhifə38/106
tarix12.10.2018
ölçüsü2,85 Mb.
#73742
1   ...   34   35   36   37   38   39   40   41   ...   106

 
 
144 
xarici ölkə vətəndaşlarının axını müşahidə olunur, Azərbaycana 
iş  görmək,  pul  qazanmaq  üçün,  müəyyən  iqtisadi  layihələri 
həyata  keçirmək  üçün  gəlirlər. Vaxtilə  ölkədən  gedirdilər,  indi 
ölkəyə  qayıdırlar.  Bu  proses  davam  edəcəkdir.  Çünki 
Azərbaycan gözəl ölkədir. Gözəl insanlar, çox əlverişli iqtisadi 
şərait,  investisiya  axını,  neft  kəmərlərinin  istismara  verilməsi, 
gözəl ictimai-siyasi ab-hava, Azərbaycanda bütün xalqların bir 
ailə kimi yaşaması – bu, nadir bir mənzərədir. 
İndi  gəlin  başqa  ölkələrə  baxaq.  Mən  heç  misal  gətirmək 
istəmirəm.  Amma  bəzi  ölkələrdə  proseslər  çox  ciddidir,  başqa 
istiqamətdə  inkişaf  edir,  cəmiyyətdə  gərginlik  var,  müəyyən 
ziddiyyətlər  var,  müxtəlif  zəmində  olan  ziddiyyətlər  var, 
təhlükələr  var,  ədavət  var.  Bunların  heç  biri  Azərbaycanda 
yoxdur.  Azərbaycanda  indiki  bu  gözəl  şərait  bizə  imkan  verir 
ki, ölkəmizi daha da sürətlə inkişaf etdirək. Biz bunu bilməliyik, 
qiymətləndirməliyik.  Azərbaycanın  önəmi  məhz  ona  görə  də 
artır ki, burada vətəndaş cəmiyyəti möhkəmlənir, burada bütün 
xalqlar, bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayırlar. 
İndi  dünyada  gedən  proseslər  çox  təhlükəlidir.  Sivilizasi-
yalar  arasında  dialoqdan  danışılır,  amma  əslində  bu,  dialoq 
deyil, bu ziddiyyətdir. Bu çox təhlükəli meyllərdir. Ölkəmiz bu 
baxımdan nadir əhəmiyyət kəsb edir və biz bu vəziyyəti burada 
qorumalıyıq. İmkan verə bilmərik ki, bu gözəl şərait pozulsun. 
Baxmayaraq, yəqin elə qüvvələr var ki, bunu pozmaq istəyirlər. 
Amma onların cəhdləri keçmişdə də baş tutmamışdır, son aylar 
ərzində  də  baş  tutmamışdır  və  bundan  sonra  da  baş 
tutmayacaqdır. 
Mən  sizin  hamınızı  gərgin  işə  dəvət  edirəm.  Hökumət 
üzvlərini  dəvət  edirəm  desəm,  yaxşı  çıxmaz,  onlardan  tələb 
edirəm, iş adamlarını dəvət edirəm, bütün cəmiyyəti buna dəvət 
edirəm  ki,  biz  ölkəmizi  daha  da  gücləndirək  və  güclü  dövlət 
yaradaq. Bu işdə hamınıza uğurlar arzulayıram. Sağ olun! 
 
 


 
 
145 
 
 
 
DAHİ BƏSTƏKAR DMİTRİ ŞOSTAKOVİÇİN  
100 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ 
BEYNƏLXALQ FESTİVALIN TƏNTƏNƏLİ 
AÇILIŞ MƏRASİMİ 
 
20 fevral 2006-cı il 
 
Heydər  Əliyev  Fondunun,  Mədəniyyət  və  Turizm  Nazir-
liyinin birgə təşkilatçılığı ilə dahi bəstəkar Dmitri Şostakoviçin 
100  illik  yubileyinə  həsr  edilmiş  beynəlxalq  festivalın  təntənəli 
açılışı olmuşdur. 
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmo-
niyasının  salonuna  toplaşanlar  Azərbaycan  prezidenti  İlham 
Əliyevi,  xanımı  Mehriban Əliyevanı və  ailə  üzvlərini  hərarətlə 
qarşıladılar. 
Festivalın  prezidenti,  dünya  söhrətli  musiqiçi,  həmyerlimiz 
Mstislav  Rostropoviç  səhnəyə  dəvət  olundu.  Maestro  musiqi-
sevərlərə  müraciətlə  dedi:  «Çox  xoşbəxtəm  ki,  sevimli  şəhərim 
Bakıda  dahi  bəstəkar  Dmitri  Şostakoviçin  100  illiyinə  həsr 
edilmiş  festival  keçirilir.  Onun  Bakını    və  bakılı  şagirdlərini 
necə sevdiyini çox yaxşı bilirəm. Əminəm ki, onun bu festivalda 
səslənəcək  musiqisi  musiqiçiləri  və  dinləyiciləri  gözəlliyə 
məhəbbətdə  birləşdirəcəkdir.  Ümumiyyətlə,  onun  yüksək 
yaradıcılığı və musiqi sahəsindəki xidmətləri Azərbaycanda çox 
yüksək  qiymətləndirilmiş  və  ona  Azərbaycanın  Xalq  artisti  adı 
verilmişdir. O həm də Azərbaycanın görkəmli bəstəkarları Qara 
Qarayevin və Cövdət Hacıyevin sevimli müəllimi olmuşdur. Bu 
mötəbər festivalın Azərbaycan kimi gözəl, sabit və inkişaf edən 
bir  ölkədə  keçirilməsinin  böyük  əhəmiyyəti  vardır.  Heydər 
Əliyev Fondunun prezidenti, YUNESKO-nun Xoşməramlı səfiri 
Mehriban  xanım  Əliyevanın  təşəbbüsü  ilə  belə  mühüm 
tədbirlərin təşkili dünyada mədəniyyətlərarası dialoqun inkişafı 


 
 
146 
baxımından  çox  dəyərlidir.  Mən  Azərbaycan  xalqına  bir  daha 
minnətdaram». 
Sonra maestro Mstislav Rostropoviçin dirijorluğu ilə  Rusiya 
Dövlət  Akademik  Simfonik  Orkestri  D.D.Şostakoviçin  1-ci 
simfoniyasını  və  «Katerina  İzmaylova»  operasından  beş 
antraktı ifa etdi. 
Ukrayna  müğənnisi,  beynəlxalq  müsabiqələr  laureatı  
Oksana Dikanın (soprano) ifasında Şostakoviçin ötən əsrin hələ 
30-cu  illərində  bəstələdiyi  «Mtsensk  qəzasının  ledi  Makbeti» 
operasından iki ariya səsləndi. 
Böyük    müvəffəqiyyətlə  keçən  konsert  dəfələrlə  gurultulu 
alqışlarla qarşılandı. 
Maestro  Mstislav  Rostropoviç  səhnəyə  qayıdaraq  tama-
şaçılara  dərin  təşəkkürünü  bildirdi,  Dmitri  Şostakoviçin  «İki 
nəfər  üçün  çay»  simfoniyasının  yaranma  tarixindən  danışdı  və 
əsəri simfonik orkestrin ifasında dinləyicilərə təqdim etdi. 
Azərbaycan  prezidenti  İlham  Əliyev  konsertdən  sonra 
filarmoniyanın  foyesində  maestro  Mstislav  Rostropoviçlə 
səmimi görüşdü, onu uğurlu çıxışına görə təbrik etdi. 
Mstislav  Rostropoviç  dövlətimizin  başçısına  dərin  minnət-
darlığını  bildirdi,  Azərbaycanda  mədəniyyətin  və  incəsənətin 
inkişafına  göstərilən  diqqət  və  qayğının  dünyada  yüksək 
qiymətləndirildiyini  söylədi.  O,  prezidentin  ailə  üzvləri  ilə  də 
görüşdü. 


Yüklə 2,85 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə