İNKİŞaf – MƏQSƏDİMİZDİr on beşİNCİ Kİtab



Yüklə 2,85 Mb.
Pdf görüntüsü
səhifə36/106
tarix12.10.2018
ölçüsü2,85 Mb.
#73742
1   ...   32   33   34   35   36   37   38   39   ...   106

 
 
138 
Bir sözlə, bütün bu iki il ərzində görülmüş işlər onu göstərir 
ki,  istiqamət  düzgün  seçilmişdir,  prioritetlər  düzgün  müəyyən 
edilmişdir  və  proqramın  icrasında  da  müsbət  meyllər  kifayət 
qədərdir. Amma problemlər də var, çatışmayan cəhətlər var və 
biz  bunları  vaxtlı-vaxtında  araşdırmalıyıq,  tədbirlər  görməliyik 
ki,  bu  proqram,  2008-ci  ilə  qədər  nəzərdə  tutulmuş  bütün 
tədbirlər həyata keçirilsin. 
YEKUN NİTQİ 
Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı artıq iki 
ildir ki, icra olunur və proqramın əhəmiyyəti də, onun vacibliyi 
də hamımız üçün aydındır. Bu, Dövlət Proqramıdır. O deməkdir 
ki,  dövlət  bu  proqramın  həyata  keçirilməsində  bütün 
məsuliyyəti öz üzərinə götürübdür. Eyni zamanda, sahibkarların 
da  bu  proqramda  fəal  iştirak  etməsi  üçün  dövlət  öz  tərəfindən 
onlara  lazımi  şəraiti  yaradır.  Bu,  ilk  növbədə,  kreditlərin 
verilməsi,  digər  tərəfdən,  sahibkarlara  olan  dəstək,  onlara  olan 
inam  və  ümumiyyətlə,  Azərbaycanda  sahibkarlığın  inkişafına 
göstərilən  diqqətdir.  Çünki  inkişaf  etmiş  ölkələrin  təcrübəsinə 
nəzər  salsaq  görərik  ki,  orada  iqtisadiyyat  daha  çox  özəl 
sektorun  hesabına,  ilk  növbədə,  kiçik  və  orta  sahibkarların 
fəaliyyəti  nəticəsində  inkişaf  edir.  Kiçik  və  orta  sahibkarlığın 
ümumi  daxili  məhsulda  olan  çəkisi  nə  qədər  yüksəkdirsə, 
deməli, ölkə iqtisadiyyatı da bir o qədər inkişaf edir. 
Təbii ki, Azərbaycanda buna nail olmaq üçün müəyyən vaxt, 
zaman  lazımdır.  Biz  15  il  bundan  əvvəl  tamamilə  başqa 
sistemdə  yaşamışıq.  Bildiyiniz  kimi,  Azərbaycan  öz  dövlət 
müstəqilliyini  bərpa  etdikdən  sonra  da  ölkədə  gedən  proseslər 
imkan  vermirdi  ki,  dərhal  ciddi  quruculuq  işləri  aparılsın. 
Sosial-iqtisadi  tənəzzül,  siyasi-hərbi  böhran  –  bütün  bunlar, 
əlbəttə ki, ölkəmizi çox çətin vəziyyətə salmışdı. Yalnız son 10 
il  ərzində,  vəziyyət  sabitləşəndən  sonra  davamlı  iqtisadi 
islahatlar aparılmağa başlandı və bu gün uğurla davam etdirilir. 


 
 
139 
Son iki ildə isə iqtisadi islahatların yeni dövrü başlandı. Bu 
dövr də çox əhəmiyyətlidir, bizim üçün çox vacibdir. Yenə də 
qeyd  etmək  istəyirəm  ki,  Azərbaycanın  uğurlu  inkişafı  üçün 
indi ölkədə və bölgədə çox gözəl şərait mövcuddur. Bu şəraitin 
yaranmasında,  əlbəttə  ki,  təbii  amillər  də  rol  oynayır,  ancaq 
Azərbaycanın  siyasəti,  ölkəmizin  dünyadakı,  bölgədəki 
möhkəmlənən  mövqeyi  də  böyük  rol  oynayır.  Azərbaycan 
bölgədə  gedən  önəmli  proseslərin  təşəbbüskarıdır,  icraçısıdır. 
Azərbaycanın  iştirakı  olmadan  bölgədə  heç  bir  layihə  –  nə 
siyasi,  nə  iqtisadi,  nə  də  nəqliyyat  layihəsi  həyata  keçirilə 
bilməz. Bu reallıqdır və getdikcə bizim önəmimiz artacaqdır. 
Mən  ölkəmizin  gələcəyinə  çox  nikbinliklə  baxıram.  Çünki 
güclü  Azərbaycan  yaratmaq  üçün  bütün  imkanlar  var.  Öl-
kəmizin  coğrafi  vəziyyəti,  təbii  sərvətlərlə  zəngin  olması, 
cəmiyyətdə dövlət siyasətinə olan dəstək, xalqla iqtidar arasında 
olan  birlik,  bizim  iqtisadi  islahatlarımız,  enerji  və  nəqliyyat 
dəhlizinin təmin olunmasında Azərbaycanın artan rolu – bütün 
bunlar müsbət amillərdir. Biz bundan istifadə etməliyik. 
Bu  gün  görülən  işlər  bir  neçə  ildən  sonra  öz  bəhrəsini 
verəcəkdir.  Necə  ki,  iki  il  bundan  əvvəl  sahibkarlara  verilmiş 
kreditlər  bu  gün  artıq  yeni  müəssisələrin  açılışına  gətirib 
çıxarıbdır. 
Biz iki il bundan əvvəl böyük həcmdə kredit verə bilməzdik. 
Çünki maliyyə imkanlarımız o qədər də yaxşı deyildi. Ancaq bu 
il 100 milyon dollar kredit veriləcəkdir. Bu kredit işləyəcək və 
bəlkə  də  bir-iki  ildən  sonra  yeni  infrastrukturun,  yeni  iş 
yerlərinin  yaradılmasına,  yeni inkişafa  öz  töhfəsini  verəcəkdir. 
İnkişaf  budur.  Əsas  odur  ki,  siyasət  düzgün  müəyyən  edilsin, 
proqram  tərtib  olunsun  və  proqram  şüara  çevrilməsin.  Reallığı 
əks etdirsin və real nəticələrə gətirib çıxarsın. Əlbəttə ki, bütün 
aidiyyəti  orqanlar  bu  proqramın  icrasında  çox  fəal  iştirak 
etməlidir. 
Yerli hakimiyyət orqanlarının üzərinə böyük vəzifələr düşür 
və bildiyiniz kimi, indi bölgələrdə kadr dəyişikliyi davam edir. 
Bu  da  təbii  prosesdir,  çünki  yeniləşmə  getməlidir.  Əsas  tələb 


 
 
140 
ondan ibarətdir ki, hər bir vəzifəli şəxs, hər bir məmur öz vəzifə 
borcunu  ləyaqətlə  yerinə  yetirsin,  öz  əməyi  ilə,  öz  zəhməti  ilə 
ümumi  işimizə  öz  töhfəsini  versin,  insanlara  diqqət,  qayğı 
göstərsin və beləliklə, öz məsuliyyətini dərk etsin. 
Sahibkarlığın  inkişafı  bu  baxımdan  da  proqramın  tərkib 
hissəsidir.  Baxmayaraq  ki,  proqramın  əsas  yükü  dövlətin, 
hökumətin  üzərinə  düşür.  Elektrik  stansiyalarının,  su  kəmər-
lərinin  tikintisi,  qazpaylayıcı  şəbəkənin  yeniləşməsi,  məktəb-
lərin,  xəstəxanaların  tikintisi,  yolların  –  həm  magistral, 
Azərbaycanı başqa ölkələrlə birləşdirən, həm də şəhərdaxili və 
kəndarası  yolların  tikintisi  –  bütün  bunlar  dövlət  hesabına 
həyata keçiriləcək və həyata keçirilən məsələlərdir. 
Sahibkarların  üzərinə  düşən  vəzifələr  də  aydındır.  Bu  da 
ondan  ibarətdir  ki,  bu  gözəl  sərmayə  mühitindən  istifadə  edib 
yeni  müəssisələrin  yaradılmasına,  iş  yerlərinin  açılmasına  nail 
olsunlar. Yeni fabriklər, zavodlar yaradılsın ki, ölkəmiz inkişaf 
etsin və sahibkarlar özləri də bundan faydalansınlar. 
Proqramın  əsas  məqsədi  işsizliyin  aradan  qaldırılmasından, 
yoxsulluğun  azaldılmasından  ibarətdir.  Hər  iki  istiqamətdə  – 
əlbəttə, bu iki istiqamət bir-biri ilə sıx bağlıdır–son iki il ərzində 
uğurlar  var.  340  min  yeni  iş  yerinin  açılması,  yoxsulluğun 
səviyyəsinin  49  faizdən  29  faizə  düşməsi  reallıqdır,  real 
nəticədir.  Minimum  əməkhaqqı  bir  neçə  dəfə  qalxıbdır. 
Düzdür,  bu  bizi  qane  edə  bilməz.  Çünki  indiki  səviyyə  bizi 
qane  etmir,  minimum  əməkhaqqı  gərək  insanın  minimum 
tələbatını  ödəsin.  Bu  hələ  ki,  belə  deyildir.  Amma  bu  da 
olacaqdır.  Bu  il  də  nəzərdə  tutulub,  gələn  il  də  nəzərdə 
tutulacaq  və  Azərbaycanda  minimum  əməkhaqqı  ildən-ilə 
qalxacaqdır.  Gördüyümüz  işlər,  gələcəkdə  bizi  gözləyən 
böyük  neft  gəlirləri,  əlbəttə,  bu  imkanı  bizə  yaradacaqdır. 
Ancaq biz gərək çox dəqiq olaq, çox diqqətli olaq, makroiqti-
sadi sabitliyi poza bilən amillərdən özümüzü qoruyaq. 
Çünki inflyasiyanın qalxması, qiymətlərin qalxması bizi çox 
ciddi  düşündürür.  Keçən  ilin  əvvəlində  bu,  ciddi  xarakter 
almışdı.  Görülən  tədbirlər  nəticəsində  onun  qarşısı  alındı.  İndi 


Yüklə 2,85 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə