İNKİŞaf – MƏQSƏDİMİZDİr on beşİNCİ Kİtab



Yüklə 2,85 Mb.
Pdf görüntüsü
səhifə33/106
tarix12.10.2018
ölçüsü2,85 Mb.
#73742
1   ...   29   30   31   32   33   34   35   36   ...   106

 
 
125 
insanlar  vahid  bir  ailə  kimi  yaşayırlar.  Bu  bizim  ən  böyük 
sərvətimizdir və xalqımızın gündəlik həyatıdır. 
Prezident  İlham  Əliyev  müstəqillik  əldə  etdikdən  sonra 
Azərbaycanın bir çox siyasi problemlərlə üzləşdiyini, torpaqla-
rımızın  Ermənistan  tərəfindən  işğal  olunduğunu  xatırlatdı. 
Bildirdi  ki,  bütün  bu  problemlərə  baxmayaraq,  Azərbaycan  öz 
dövlət  müstəqilliyini  qoruyub  saxlaya  bilmiş,  gələcək  üçün 
siyasi  və  iqtisadi  inkişafın  möhkəm  özülünü  yaratmışdır.  Biz 
fəxr edirik ki, Azərbaycanda müxtəlif millətlərdən olan insanlar 
arasında  qarşılıqlı  anlaşma  mövcuddur.  Başqa  dövlətlər 
Azərbaycanın  bu  təcrübəsindən  faydalana  bilərlər.  Ölkəmizdə 
Azərbaycan  xalqı  ilə  yəhudi  xalqı  arasında  münasibətlər  daim 
səmimi  və  dostcasına  olub,  hətta  sovetlər  dövründə  də, 
müstəqillik  dövründə  də  bu,  davam  etmiş  və  ölkəmizin  rəsmi 
siyasətinə  çevrilmişdir.  Yəhudilər  əsrlərlə  Azərbaycanın 
müxtəlif  rayonlarında,  o  cümlədən  Qubada  yaşamışlar.  Pre-
zident  İlham  Əliyev  hər  il  onlarla  görüşdüyünü  və  onların 
firavan  həyat  sürmələrindən  çox  məmnun  olduğunu  bildirdi. 
Ölkəmizdə yəhudi məktəbinin fəaliyyət göstərdiyi də vurğulandı. 
Nümayəndə  heyətinin  üzvü,  Avrasiya  Yəhudi  Komitəsinin 
sədri  Aleksandr  Maçkevir  Azərbaycanda  yəhudi  icması  üçün 
yaradılmış şəraitdən məmnun qaldığını bildirdi. O, bütün dünya 
yəhudiləri  adından  prezident  İlham  Əliyevə  təşəkkürünü  çat-
dırdı və Azərbaycan prezidentinə xatirə hədiyyəsi təqdim etdi. 
Digər çıxış edənlər də bu səfərdən, Azərbaycanda yəhudilər 
üçün  yaradılan  şəraitdən  məmnun  qaldıqlarını  bildirdilər, 
dostluq  münasibətlərinin  daha  da  inkişaf  edəcəyinə  əminlik-
lərini söylədilər. 
Qonaqlar  adından  prezident  İlham  Əliyevə  xatirə  hədiyyəsi 
təqdim edildi. Azərbaycan prezidenti qonaqları maraqlandıran 
suallara cavab verdi. 
Görüşdən sonra prezident İlham Əliyev Prezident sarayının 
qarşısında qonaqlarla xatirə şəkli çəkdirdi. 


 
 
126 
 
 
 
QARA DƏNİZ İQTİSADİ ƏMƏKDAŞLIQ 
TƏŞKİLATININ BAŞ KATİBİ  
TEDO CAPARİDZE İLƏ  
GÖRÜŞ 
 
Prezident sarayı 
 
14 fevral 2006-cı il 
 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fev-
ralın 14-də Prezident sarayında Qara Dəniz İqtisadi Əməkdaş-
lıq Təşkilatının Baş katibi Tedo Caparidzeni qəbul etmişdir. 
Görüşdə  Azərbaycan  və  Qara  Dəniz  İqtisadi  Əməkdaşlıq 
Təşkilatı arasında əlaqələrin hazırkı vəziyyəti və perspektivləri 
ilə bağlı fikir mübadiləsi aparılmışdır. 
 
 


 
 
127 
 
 
 
«UKRAYNA» FONDUNUN SƏDRİ  
LEONİD KUÇMA İLƏ GÖRÜŞ 
 
Prezident sarayı 
 
14 fevral 2006-cı il 
 
Fevralın 14-də Azərbaycan prezidenti İlham Əliyev Pre-
zident sarayında «Ukrayna» Fondunun sədri Leonid Kuçma ilə 
görüşmüşdür. 
Görüşdən  sonra  prezident  İlham  Əliyev  və  Leonid  Kuçma 
Heydər Əliyev Fonduna gəldilər.«Ukrayna» Fondunun sədrinə 
və  xanımına  Azərbaycan  xalqının  ümummilli  liderinin  xati-
rəsinə  hörmət  əlaməti  olaraq  yaradılmış  Fond  və    onun  məq-
sədləri haqqında da məlumat verildi. 
Ukraynalı  qonaqlar  Heydər  Əliyevin  şəxsi  arxivindən  gö-
türülmüş  və  onun  fəaliyyətinin  müxtəlif  dövrlərini  əhatə  edən 
eksponatlarla,  o  cümlədən  ulu  öndərin  həyatının  ayrı-ayrı  mə-
qamlarını  əks  etdirən və  Azərbaycan tarixinin  bütöv  bir  dövrü 
barədə  geniş  təsəvvür  yaradan  çoxsaylı  fotoşəkillərlə,  xalqı-
mızın  görkəmli    oğluna  həsr  edilmiş  kitablarla  tanış  oldular. 
Dahi  liderin  şəxsi  əşyaları  nadir  və  qiymətli  eksponatlar  kimi, 
qonaqlarda böyük maraq doğurdu. 
Fondun  ekspozisiyası  ilə  tanışlıqdan  sonra  Azərbaycan 
prezidenti  İlham  Əliyev,  Heydər  Əliyev  Fondunun  prezidenti, 
YUNESKO-nun  Xoşməramlı  səfiri,  Milli  Məclisin  deputatı 
Mehriban  Əliyeva,  «Ukrayna»  Fondunun  sədri  Leonid  Kuçma 
və xanımı xatirə şəkli çəkdirdilər. 
Leonid Kuçma Fondun Xatirə kitabına ürək sözlərini yazdı: 
«Bu  dahi  insanın,  Ukraynanın  böyük  dostunun  xatirəsinin 
qarşısında  baş  əyirəm.  Onun  məni  özünə  dost  saymasından 
həmişə  qürur  duymuşam,  Onun  işləri  gözəl  ölkədə  – 
Azərbaycanda davam etdirilir». 


 
 
128 
Heydər  Əliyev  Fondunun  prezidenti  Mehriban  Əliyeva 
Leonid Kuçmaya xatirə hədiyyəsi təqdim etdi. 
 
 


 
 
129 
 
KÜVEYT DÖVLƏTİNİN ƏMİRİ ƏLAHƏZRƏT  
ŞEYX SABAH ƏL-ƏHMƏD ƏL-CABİR  
ƏS-SABAHA 
 
Əlahəzrət! 
          Küveyt Dövlətinin milli bayramı – Milli gün münasibətilə 
Sizi  və  Sizin  simanızda  bütün  xalqınızı  şəxsən  öz  adımdan  və 
Azərbaycan xalqı adından təbrik edirəm. 
Əminəm  ki,  Azərbaycan  ilə  Küveyt  arasındakı  dostluq  və 
əməkdaşlıq  münasibətləri  xalqlarımızın  mənafelərinə  uyğun 
olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir. 
Sizə  möhkəm  cansağlığı,  işlərinizdə  uğurlar,  dost  Küveyt 
xalqına əmin-amanlıq və rifah arzulayıram. 
 
Hörmətlə, 
İLHAM ƏLİYEV 
Azərbaycan Respublikasının Prezidenti  
 
Bakı, 14 fevral 2006-cı il 
 


Yüklə 2,85 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə