İNKİŞaf – MƏQSƏDİMİZDİr on beşİNCİ Kİtab



Yüklə 2,85 Mb.
Pdf görüntüsü
səhifə43/106
tarix12.10.2018
ölçüsü2,85 Mb.
#73742
1   ...   39   40   41   42   43   44   45   46   ...   106

 
 
162 
qayıdışı  üçün  imkanı  qoruyub  saxladı.  Məhz  o  bizə  normal 
dövlətlərarası münasibətlərə qayıtmaq imkanı verdi. 
Mən  bu  gün  fəaliyyətdə  olan  prezidentə  demişəm,  biz  son 
illər  Heydər  Əliyevlə  tez-tez  ünsiyyətdə  olurduq.  Mən  onunla 
ünsiyyətə  alışmışdım.  O  çox  dərin  və  müdrik  insan  idi.  Mən 
hətta bu gün də onun yoxluğunu hiss edirəm. Tədbirə gedəndə 
həmişə təəssüflə fikirləşirəm ki, o bu tədbirlərdə olmayacaqdır. 
Lakin əsası ata tərəfindən qoyulan işləri oğul davam etdirir. Biz 
bunu  görürük,  Azərbaycanın  necə  və  hansı  sürətlə  inkişaf 
etdiyinə  sevinirik.  ÜDM-in  artım  sürəti  dünyada  ən  yüksək 
göstəricilərdəndir.  Bu,  Rusiya  üçün  də  həsəd  aparılmalı 
mövzudur.  Bu  onu  göstərir  ki,  Azərbaycan  rəhbərliyi  öz 
ölkəsinin  inkişafı  üçün  təkcə  xarici  siyasətdə  deyil,  həm  də 
iqtisadiyyatda düşünülmüş şəkildə doğru inkişaf yolu seçmişdir. 
Bu isə başlıca məsələdir, gələcək tərəqqinin əsasıdır. 
Bizim  mənəvi  əlaqələrimiz  həmişə  yüksək  səviyyədə  ol-
muşdur. Rusiyada ölkənizin çox böyük sayda vətəndaşı yaşayır. 
Mən 
hələ 
Rusiya 
Federasiyasının  Azərbaycan  əsilli 
vətəndaşlarını  demirəm.  Mən  Rusiya  Federasiyası  ərazisində 
müvəqqəti  yaşayıb-işləyən,  burada  qazandığı  vəsaitlə  ailələrini 
saxlayan  bir  milyondan  çox  Azərbaycan  vətəndaşını  nəzərdə 
tuturam. Hesab edirəm ki, bu, dövlətlərimiz arasında çox yaxşı 
qarşılıqlı  fəaliyyət,  qarşılıqlı  əlaqə  körpüsüdür.  Çünki  bu, 
adamlar arasında canlı qarşılıqlı əlaqədir. 
Biz  çox  şadıq  ki,  münasibətlərimiz  keyfiyyətcə  yeni  səviy-
yəyə  çıxır.  Prezidentin  dediyi  kimi,  ticarət  dövriyyəmiz  bir 
milyard  ABŞ  dollarına  çatmışdır.  Lakin  məsələ  hətta  bunda  da 
deyildir. Məsələ ondadır ki, əmtəə dövriyyəmizin keyfiyyəti bir 
çox  dövlətlərlə  olan  əmtəə  dövriyyəsinin  həcmlərindən  daha 
yaxşı,  sərfəli  olması  ilə  fərqlənir.  Hətta  bu  həcm  bəzən  daha 
böyük olsa da. Keyfiyyət isə ondan ibarətdir ki, sənayenin payı 
daim artır. O, ötən il gəmiqayırma üzrə iki dəfə, maşınqayırma 
üzrə 
bir 
dəfə 
yarım 
artmışdır. 
Bu, 
ölkələrimizin 
iqtisadiyyatlarının  bir-birini  tamamladığının  və  bir-biri  üçün 
gərəkli olduğunun çox yaxşı keyfiyyət göstəricisidir. Rusiya bu 


 
 
163 
qarşılıqlı  iqtisadi  əlaqələrin  inkişaf  sürətini  hər  vasitə  ilə 
dəstəkləyəcəkdir. 
Əlbəttə,  başa  düşürük  ki,  Azərbaycan  çox  mürəkkəb 
beynəlxalq  problemlər  qarşısında  durur,  onlardan  ən  başlıcası 
Qarabağ  münaqişəsinin  həlli  problemidir.  Bu,  Azərbaycan  və 
Ermənistan  xalqlarının  üzərinə  ağır  yük  kimi  düşür  və  əlbəttə, 
hər  iki  ölkənin  rəhbərliyi  qarşısında,  ilk  baxışdan,  sadəcə, 
həlledilməz  vəzifələr  qoyur.  Lakin  əminəm  ki,  xoş  məram 
olarsa, nizamasalma variantları tapıla bilər. Demək istəyirəm ki, 
hər iki tərəfin xoş məramı olarsa və Rusiya kimi dövlətlərin və 
nizamasalmada  iştirak  edən  digər  ölkələrin  vasitəçiliyi  olarsa, 
tapıla  bilər.  Biz  hər  iki  dövlət  üçün  bu  zəruri  qərarların 
axtarışına  dair  birgə  işə  şərait  yaradılmasına  bundan  sonra  da 
çalışacağıq.  
Çox  səmimi  və  həqiqətən  dostcasına  qəbula  görə  Sizə 
təşəkkür  etmək  istəyirəm.  Qorxuram  səhv  edəm,  lakin 
yadımdadırsa,  Azərbaycan  atalar  sözlərindən  biri  belədir  ki, 
özünüz yaxşı yaşamaq istəyirsinizsə, çalışın ki, qonşunuz yaxşı 
yaşasın.  Biz  hər  vasitə  ilə  çalışacağıq  ki,  strateji  tərəfdaşımız 
olan  Azərbaycan  son  illərdə  götürdüyü  belə  yüksək  sürətlə 
inkişaf etsin. 
Münasibətlərimizin  inkişafı  şərəfinə  badə  qaldırmağı  təklif 
edirəm.  
Prezidentin və onun xanımının sağlığına! 
 
 
 
 


 
 
164 
 
 
 
 
AZƏRBAYCAN PREZİDENTİ  
İLHAM ƏLİYEVİN VƏ RUSİYA PREZİDENTİ 
VLADİMİR PUTİNİN TƏKBƏTƏK GÖRÜŞÜ 
 
Prezident sarayı 
 
22 fevral 2006-cı il 
 
Fevralın 22-də Prezident sarayında Azərbaycan Respub-
likasının  Prezidenti  İlham  Əliyevin  və  Rusiya  Federasiyasının 
Prezidenti Vladimir Putinin təkbətək görüşü keçirilmişdir. 
Azərbaycan  prezidenti  İlham  Əliyev  ölkəmizdə  işgüzar 
səfərdə  olan  Rusiya  prezidenti  Vladimir  Putini  Prezident 
sarayında səmimiyyətlə qarşıladı.  
Sonra dövlət başçılarının təkbətək görüşü başladı. Prezident 
İlham  Əliyev  Azərbaycanda  «Rusiya  İli»nin  açılışının  uğurla 
keçdiyini və təqdim olunan qala-konsertin də yüksək səviyyədə 
təşkil edildiyini vurğuladı. Azərbaycanda Rusiya İlinin bütün il 
boyu  bu  cür  davam  edəcəyinə  ümidvar  olduğunu  bildirən 
dövlətimizin  başçısı  ölkələrimiz  arasında  dostluq,  mehriban 
qonşuluq,  səmərəli  əməkdaşlıq  münasibətlərinin  bundan  sonra 
daha da möhkəmlənəcəyinə əminliyini söylədi. 
Prezident  Vladimir  Putin  də  ölkəsinin  incəsənət  ustalarının 
Azərbaycanda  «Rusiya  İli»nin  açılışı  mərasimi  iştirakçılarına 
təqdim  etdikləri  rəngarəng  konsert  proqramının  sevinc  doğur-
duğunu söylədi. Ölkələrimiz arasında bütün sahələrdə əməkdaş-
lığın  bu  cür  yüksək  səviyyədə  davam  etməsi  üçün  potensial 
imkanların  olduğunu  vurğulayan  Rusiyanın  dövlət  başçısı 
uğurla  başlayan  İlin elə  bu  cür  də  başa çatacağına  əminliyini 
bildirdi.  


Yüklə 2,85 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə