Innovasiya menecmenti


Təşkilati biliyin idarə olunması



Yüklə 1,46 Mb.
səhifə51/69
tarix13.01.2023
ölçüsü1,46 Mb.
#98536
1   ...   47   48   49   50   51   52   53   54   ...   69
innovasiya-menecmenti-muhazire

Təşkilati biliyin idarə olunması
Texniki imkanları müəyyənləşdirmək və onları istismar etmək- uğurlu müəssisələri digərlərindən fərqləndirən əsas xüsusiyyətdir. Lakin, yalnız texnologiyanın olması özlüyündə uğur qazanmaqçün kifayət deyil. Firmalar sahib olduqları intellekti, biliyi və texnologiyanı insanların tələb etdiyi məhsullara çevirməyi bacarmalıdırlar. Bu aktivlərdən istifadə etmək firmanın özünə xas olan kompetensiyasının inkişafına gətirib çıxarır. Bu kompetensiyalarsa öz növbəsində müəssisənin texnoloji aktivlərindən mənfəət yaratmaq qabiliyyətini təmin edir. Bu bölmə müəssisənin kompetensiyasının rolundan və onun müəssisələrin innovativ fəaliyyətinin inkişafına necə təsir etməsindən danışır.
Trafalgar döyüşü.
1805ci ildə baş vermiş Trafalgar döyüşü strategiya ilə texniki inkişaf arasındakı əlaqənin ən maraqlı tarixi nümunələrindən biridir. Xatırlamayanlarçün qeyd edək ki, bu döyüşdə Nelson- Fransız və Ispan donanmasını məğlub etmişdi. Döyüş İspaniyanın cənub-qərb sahillərində baş vermiş və rəqiblərin əsas məqsədi toplardan istifadə edərək digər tərəfin gəmilərində deşik açaraq onları batırmaq idi. Nelsonun donanmasının gəmilərinin sayının az olmasına baxmayaraq onun stateji üstünlüyü var idi. Belə ki o, sadə, amma əhəmiyyətli texnologiyaya sahib idi və bəlkə də bu, qalibiyyətin əsas elementi idi. Ispaniya və Fransız orduları da toplardan istifadə edirdi, lakin balaca filtirin alışaraq barıtı yandırması uzun proses idi. Birincisi, filtir həmişə yanmaya da bilərdi, bundan əlavə yansa belə topun partlamasını gözləmək vaxt aparırdı. Nelson isə, yeni sistemdən istifadə edərək bu problemin öhdəsindən gəlmişdi. Yeni kəşf və ondan düzgün istifadə nəticəsində düşmən qüvvələr topun partlamasını gözlədiyi vaxtda, Nelsonun ordusu bir neçə dəfə atəş aça bilirdi. Və bununla da Nelson döyüşdə qalib gəlmişdi.
Texnoloji trayektoriyalar və müəssisənin dinamik qabiliyyətləri
Trafalgar döyüşü rəqabətdə texnologiyanın necə əhəmiyyətli olduğunu sübut etdi. Bugünki dövrdə dünya biznesində də texnologiyanın əhəmiyyətinə aid sübutlar göstərmək olar. Müəssisələrin sahib olduqları texnologiya onları maliyyə cəhətdən uğura aparır: İntel şirkətinin mikroprosessorları, Nokia mobil telefonları və s. Lakin 1-ci bölmədə də gördüyümüz kimi texnologiyanın təkbaşına uğur qazanması kifayət deyil. Texnologiya ilə birlikdə imkanlar, vacib təşkilatı bacarıqlar da məhsulun bazarda uğurlu olmasına əhəmiyyətli dərəcədə təsir edir. Bugün böyük firmalar və böyümək istəyən kiçik firmalar bəzən bu imkanlardan istifadə zamanı çaşırlar. Çünki, liderlər müəssisənin bazarda birinci olmaq üçün istiqamətlərini planlaşdırarkən, bəzən müəssisənin texniki potensialını nəzərə almırlar. Buna görə də, uğur qazanmaq yolunda müəyyən çətinliklərlə qarşılaşırlar. Bir sözlə firmanın imkanları onun hazırkı vəziyyəti, bilik bazası və bacarıqlarıyla məhdudlaşdırılır. Texnoloji trayektoriya anlayışı ilk dəfə 1982-ci ildə Nelson və Winter tərəfindən irəli sürülmüş və Dosi tərəfindən daha da inkişaf etdirilmişdir. Məsələn, eyni pozisiyada olan bir neçə şirkətdən, sadəcə kiçik bir hissəsi yüksək gəlir yarada bilir, çünki onların həmin sahəylə əlaqədər çoxlu sayda, araşdırmalara əsasən ilkin texnoloji bilikləri vardır. Texnologiya haqqında bilik əldə etmək çox vaxt aparan, çoxlu sayda insanları, təcrübələri və bilikləri tələb edən bir prosesdir. Biz növbəti mövzularda görəcəyik ki, bir bilik istiqamətindən digərinə keçmək müəssisələr üçün asan proses deyil. David Teece və Gary Pisano (1994)-un fikirlərinə uyğun olaraq, müəssisələrin gələcək istiqamətlərinin seçilməsi onun potensialından, texnologiyanın səviyyəsindən, inkişaf bacarıqlarından, intellektual mülkiyyətindən və prosesləri idarəetmək qabiliyyətindən asılıdır. Və eyni zamanda onlar qeyd edirlər ki, bu seçimlər texnologi səviyyənin, bazar vəziyyətinin, istehlakçı tələblərinin dəyişməsi ilə xarakterizə olunan dəyişən mühitdə baş verir. Bu isə Teece və Pisanonun fikrincə müəssisənin dinamik qabiliyyətlərinə aid olunur.
Biliklər və onun əldə olunması insanlar tərəfindən hələ də müzakirə olunur. Lakin bu hansısa tələb olunan bilik yox, müəssisələr üçün çox vacib olan onun xüsusi biliyidir. Ümumiyyətlə hansı biliyə ehtiyac olduğunun müəyyənləşdirilməsi və onun nə vaxt əldə olunması məsələsi müəssisələr üçün açar rolunu oynayır. Bu firmanın biliyi əldə edərək ondan istifadə edə bilmək qabiliyyətlərinə aid olunur və bu fikir R&D(tədqiqat və inkişaf) bölməsində geniş şəkildə izah olunacaq.

Yüklə 1,46 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə