İnsan cəmiyyətinin inkişafı təbiətlə qarşılıqlı təmasda olmadan mümkün deyil



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə43/58
tarix17.01.2018
ölçüsü5,01 Kb.
#20990
1   ...   39   40   41   42   43   44   45   46   ...   58

96 
 
Azərbaycan  Respublikasının  "Qırmızı  Kitab"na  daxil  edilmiş  bitki  növlərindən 
təbii  formada  yalnız  Respublikamızda  təsadüf  edilən  Eldar  şamı  (Pinus  eldarica) 
Elləroyuğunda  özünəməxsus  arid  meşə  landşaftı  yaratmışdır.  Eldar  şamı 
ağaclarının  yaşı  100–120  il,  hündürlüyü  2–6  m,  diametri  10–28  sm,  boniteti  V, 
sıxlığı  0,32–dir.  Meşələr  üçün  qeyri–adi  hesab  edilən  şəraitdə  bitib  inkişaf  edən 
Eldar  şamı  quraq və az  münbit torpaqlı  ərazilərin  yaşıllaşdırılması  üçün  misilsiz, 
əvəzsiz ağac növüdür.  
Dəmirağac  (Parrotia  persica)  çox  nadir  növdür.  Əsasən,  Lənkəran  Astara,  və 
Masallı  rayonlarında  qaya  yarğanlarında,  dəniz  səviyyəsindən  500  metr 
yüksəklikdə yayılmışdır. 
Azərbaycan  Respublikasının  ekoloji  baxımdan  dayanıqlı  sosial–iqtisadi  inkişafa 
dair  Milli  Proqramında  bioloji  müxtəlifliyin  qorunması,  nadir  və  nəsli  kəsilmək 
təhlükəsi  olan  bitki  növlərinin  genofondunun  qorunmasının  təmin  edilməsi  və 
onları  xüsusi  mühafizə  olunan  ərazilərdə,  nəbatət  bağlarında  saxlanılması  üçün 
şəraitin yaradılması istiqamətində işlər aparılır. 
Nadir  heyvan  və  bitki  növlərinin  qeydiyyatının  aparılması  və  ölkə  təbiətində 
onların  dinamikasının  izlənilməsində  "Qırmızı  Kitab"  özünəməxsus  əhəmiyyətli 
rol  oynayır.  Mövcud  "Qırmızı  Kitab"da  Azərbaycan  faunasından  məməlilərin  14 
növü (99 növdən), quşların 36 növü (360 növ və yarımnövdən), balıqların 5 növü 
(123 növ və yarımnövdən), amfibi və reptililərin 13 növü (63 növ və yarımnövdən) 
əksini  tapmışdır.  Hazırda,  Milli  Elmlər  Akademiyasının  müvafiq  institutları  ilə 
birgə  Ekologiya  və  Təbii  Sərvətlər  Nazirliyi  tərəfindən  "Qırmızı  Kitab"ın  II 
nəşrinə  daxil  olacaq  növlərin  sayı  müəyyən  olunmuşdur,  beləliklə,  "Qırmızı 
Kitab"ın II nəşrinə 170 heyvan növünün daxil edilməsi nəzərdə tutulmuşdur.  
Azərbaycanın və bütün Qafqazın faunasına xas olan endemik növlər çoxdur (onlar 
arasında ixtiofauna 40 %, sürünənlər 13 % və məməlilər 15 %ni təşkil edir). 
Azərbaycan Respublikasının "Qırmızı Kitab"na daxil edilmiş məməlilərdən Bəbir, 
Ceyran,  Safsar,  Zolaqlı  kaftar  və  Vaşaqın  nəsli  kəsilmək  üzrədir  və  bu  növlərin 
qorunması zərurəti yaranmışdır. 
Bunlardan  Bəbir  Azərbaycanda  son  dərəcə  nadir  yarımnövlərdən  biridir.  Bəbirin 
keçmiş  arealı  (XIX  əsrin  sonu,  XX  əsrin  başlanğıcı)  Böyük  və  Kiçik  Qafqazın, 
Alazan çayı vadisinin, Talış və Araz çayının orta hissəsini (Naxçıvan MR)  əhatə 
edirdi.  XX  əsrin  50–60–cı  illərinə  yaxın  Azərbaycanda  Bəbirin  arealı  sürətlə 
kiçilməyə  başladı.  Hal–hazırda  Bəbirə  (10–15  fərd)  əsasən  Naxçıvan  MR–də  və 
Talış meşələrində rast gəlmək mümkündür. 
Ceyranın  (Gazella  subqutturoza)  Azərbaycanda  nəsli  kəsilmək  üzrədir.  Bu  növ 
XIX  əsrin  ortalarında  səhralarda, düzənliklərdə geniş  yayılmış  növ hesab  edilirdi. 
Daha  çox  Qarabağ  və  Muğan  düzlərində  təsadüf  edilirdi.  Bizim  əsrin  50–ci 
illərində Ceyranın arealı və sayı faciəli surətdə azalmışdır. Hazırda, əsas yayıldığı 


97 
 
ərazilər  Şirvan  və  Abşeron  Milli  Parkı,  Bəndovan  və  Korçay  Dövlət  Təbiət 
Yasaqlıqları (8000–dən çox) hesab olunur.   
                           
                          
Bioloji müxtəlifliyin  qorunub saxlanılması 
 
    1992-ci  ildə  Rio-de  Janeyro  şəhərində  təqdim  olunmuş  «Biomüxtəlifliyin 
qorunması»  Konvesiyasını  Azərbaycan  Respublikası  imzaladıqdan  sonra  bu 
konvensiyanın  tələblərini  həyata  keçirmək  üçün  bir  sıra  tədbirlər  həyata 
keçirilmişdir.    Belə  ki,  1995-ci  ildən  Azərbaycan  «Pan-Avropa  bioloji  landşaft 
müxtəlifliyinin 
qorunması»  strategiyasının  daimi  iştirakçısı  olmuşdur. 
Respublikada    bu  strategiyanın  ayrı-ayrı  bölmələrinə  dair,  o  cümlədən  xüsusi 
mühafizə  olunan  ərazilərin  inkişafı,  nadir  və  nəsli  kəsilmək  üzrə  olan  flora  və 
fauna  növlərinin  qorunması, su-bataqlıq  ərazilərinin  bərpası, dağ  ekosistemlərinin 
inkişafı  istiqamətində  fəaliyyət  proqramları  hazırlanmışdır.  Azərbaycan 
Respublikası BMT-nin «Biomüxtəlifliyin qorunması» Konvensiyasını 2000-ci ildə 
ratifikasiya  etmişdir.  Konvensiyadan  irəli  gələn  öhdəliklərin  yerinə  yetirilməsi 
üçün  respublika  prezidentinin  sərəncamı  ilə  2001-ci  ildə  bioloji  müxtəlifliyin 
genetik  ehtiyatları  üzrə  dövlət  komissiyası  yaradılmışdır.  Hazırlanmış  milli 
proqram  və  layihələr  2001-ci  ildə  Qlobal  Ekoloji  Fond  və  BMT    İnkişaf 
Proqramının  dəstəyi    ilə  «Biomüxtəlifliyin  qorunması»  üzrə  milli  məruzə    və 
fəaliyyət  planında  göstərilərək  Azərbaycan  hökuməti  tərəfindən  qəbul  olunub 
təsdiq edilmişdir.  
Respublikamız  2001-ci  ildə  Avropa  Şurasına  qəbul  olunmaq  ərəfəsində  təbii 
mühitin qorunması istiqamətində fəaliyyətini gücləndirmək işini fəallaşdıraraq bir 
neçə beynəlxalq konvensiyalara da qoşulmuşdur. Bunlar sərhədlərarası çayların, su 
hövzələrinin və beynəlxalq göllərin qorunması, Avropanın canlı təbiətinin və təbii 
mühitinin  qorunması  haqqında,  əsasən  su  quşlarının  yaşama  yerləri  kimi 
beynəlxalq  əhəmiyyəti  olan  sulu-bataqlıq  yerləri  haqqında,  mədəni  və  təbii  irsi 
abidələrin  mühafizəsi  üzrə  konvensiyalardan  ibarətdir.  İki  su-bataqlıq  ərazisi  – 
Ağgöl  və  Qızılağac  gölləri  Ramsar  Konvensiyası      çərçivəsində      siyahıya   
salınmışdır. 
Azərbaycan  Respublikası  Qafqaz  ölkələri  və  bütövlükdə  Avropa  üzrə  ən  zəngin 
biomüxtəlifliyə  malik  olan  ölkələrdən  biridir.  Azərbaycanda  bir  çox  bitki  və 
heyvan növləri endemikdir və bu ölkədən başqa dünyanın heç bir yerində mövcud 
deyil. Bu  zəngin  bioloji  müxtəliflik  bir  çox  təsirlər nəticəsində  təhlükə  altındadır. 
Tərtib olunmuş Qırmızı Kitaba görə, Azərbaycan Respublikasında yüzlərlə bitki və 
heyvan  növləri  təhlükə  altındadır  və  müxtəlif  qorunma  statusuna  malikdir. 
Azərbaycanda  biomüxtəlifliyin  qorunması  həm  milli  və  regional,  həm  də  qlobal 
əhəmiyyətə malikdir.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə