Qeyri-mümkün təsəvvür
Əgər taleyin dəyişməsi və Allah tərəfindən qeyri-qəti olması deyəndə, Allahın elm və iradəsinin hansısa bir şeyi tələb etməsi, amma onun qarşısında qəzavü-qadərdən qaynaqlanmayan müstəqil bir amilin peyda olaraq onu Allahın istək, iradə və elminin tələbinin əksinə gerçəkləşdirməsi, ya həmin müstəqil kənar amilin Allahın elm və istəyini dəyişdirməsi nazərdə tutulursa, şübhəsiz, bu, qeyri-mümkündür. Həmçinin ümumi səbəbiyyət baxımından əgər məqsəd ümuni səbəbiyyət qanununun nayisə tələb etməsi, amma ümumi səbəbiyyət qarşısında bir amilin peyda olub onu təsirsiz etməsidirsə, bu da qeyri-mümkündür. Çünki varlıq aləmində olan bütün amillər Allahın elm və iradəsindən qaynaqlanır və aləmdə təzahür edən hər bir amil Onun elm və istəyinin təcəssümü, təzahürü, qəzavü-qədərinin həyata keçmə vasitəsidir. Habelə nəzərdə tutduğumuz hər bir amil səbəbiyyət qanununa tabe və ya onun təzahürlərindəndir. Allahın iradəsinin təcəssümü, istəyinin təzahürü və qəzavü-qədərinin həyata keçməsi vasitəsi olmayan, yaxud səbəbiyyət qanununun əhatə dairəsindən kənarda qalan və onun qarşısında cövlan edə bilən amil təsəvvür edilə bilməz.
Deməli, taleyin hər hansı bir amilin qəzavü qədərə və ya səbəbiyyət qanununa qarşı çıxması mənasında dəyişməsi qeyri-mümkündür.
Dostları ilə paylaş: |