İnsan və təbiət silsiləsindən



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə34/57
tarix26.09.2017
ölçüsü2,82 Kb.
#1663
1   ...   30   31   32   33   34   35   36   37   ...   57

103 
 
Orqanizm bir sistem kimi  
 
 
Kainat  (bütöv)    və  təbiət  (bütöv və  tərkib)   özü sistemdən 
ibarətdir.  Bu  sistemdə  müxtəlif  ölçülü  və  çəkili  elementlər 
sürət,  hərəkət    vəziyyətindədirlər.    Sürət  kainatın  tərkibində 
olan 
nahamarlıqların 
yaranmasından 
meydana 
gəlir. 
Elementlərin  yerdəyişməsi  və  kütlə  axını  sürəti,  qüvvəni 
yaradır.    Nahamarlıqların  yerini  doldurmaq  üçün  zərrəciklər 
axın  edir.  Nəticədə  həmin  yer  dolur  və  tarazlıq  yaranır. 
Kainatın  daxili  qeyri-tarazlıqların  tarazlıqlara  keçməsindən  və 
əksinə dönməsindən yaranan tarazlıqlardan ibarətdir. Bütün bu 
proseslər  sistemli  xarakter  kəsb  edir.  Nahamarlıqlar  müəyyən 
bir müstəvidə   azlığın və çoxluğun nisbətində, mübarizəsində 
meydana gəlir.  
Qeyd:  belə  bir  fikirdən  də  çıxış  etmək  olar  ki, 
nahamarlıqların 
yerində 
formalaşan 
ulduzlar 
qalaktikaların  tarazlıqlarını  yaradan  “dağlar”  rolunda 
çıxış  edirlər.  Kainatın  tarazlığı  və  qüvvəsi  onun  daxili 
elementlərinin  yerdəyişməsindən  meydana  gəlir.  Ulduzlar 
və  planetlər,  digər  bərk  kainat  cisimləri  hərəkət  edərkən 
kainatın müstəvisini də hərəkət vəziyyətində saxlayırlar. Bu 
hal tarazlığı yaradır.    
Kainatın  makro  strukturu  və  tərkibində  sonsuz  sayda 
strukturları  (ulduz  sistemləri)  mövcud  olur.  Nahamarlıqları, 
nisbət  fərqlərini  aradan  qaldırmaq  və  yenidən  fərqləri  üzərə 
çıxarmaq  üçün  hərəkət  mövcud  olur.  Bu  hərəkət  sayəsində 
qüvvə  və  enerji  yaranır.  Enerji  kütlədən  və  kütlənin  sürətinin 
zamanla  ölçüsündən  meydana  gəlir.  Bu  anda  qüvvə  amili 
ortaya  çıxır.  Kütlənin  qüvvəsi  də  sürəti  yaradır,  sürət  enerjini 
meydana  gətirir.  Beləcə  qarşılıqlı  proseslər  həyata  keçirilir. 
Kainatın  varlığı  onda olan vahid  qüvvənin  mövcudluğunu  əks 
etdirir. Bu vahid qüvvə də tərkibində olan qüvvələrdən yaranır. 
Yəni, ulduzlar və planetlər olmasa kainatın müstəvisi də olmaz. 
Bu halda isə  yoxluğa  gedib  çıxılar ki,  o da qeyri-mümkündür. 


104 
 
Yəni,  kainat  sərhəddi  yoxdur.  Kainat,  qalaktikalar,  ulduz 
sistemləri  əbədidir.  Bu  baxımdan  da  qüvvə  və  enerji  də 
əbədidir. 
İnsanlar  məlumdur  ki,  hüceyrələrdən,  toxumalardan, 
vəzlərdən, limfa sistemindən, qan və sinir damarlarından, əzələ 
və  sümüklərdən,  həmçinin  sinir  hüceyrə  və  toxumalarından  
ibarətdir.  İnsan    öz  orqanizmisi  ilə  vahid  təkmil      sistemdən 
ibarətdir.  İnsanın  sistemi  onun  tərkibini  təşkil  edən  müxtəlif 
orqanların  qarşılıqı  quruluşundan  və  fəaliyyətindən  ibarətdir. 
İnsanlarda  bütün  daxili  orqanlar,  bir-birilərindən  müəyyən 
qədər  fərqlənməklə,  əsasən  oxşar  tərkiblərdən  meydana  gəlir.  
Fərqlər də var. Bu fərqlər nisbətən  “acı” və “şirin dadları” olan  
orqanlardadır. Həmçinin,  fərqlər quruluşlardadır. Təbii ki, bir 
orqan bir az bərk, o biri orqan bir az ondan yumşaq olur. Bu da 
funksiyanı  təşkil  edir,  fərqli  birləşmələri  meydana  gətirir.   
Fərqli  funksiya  fərqli  quruluşdan  meydana  gəlir.  Məsələn, 
güman  edək  ki,  fərqli  xarici  görünüşə  malik  olan  insanlar  da 
fərqli  düşünə  bilirlər.  Düşüncə  fiziki  quruluşdan  və  bioloji 
amillərdən  çox  asılıdır.  Qan  təzyiqi  fərqli  olan    insanlar,  qan 
qrupları  fərqli  olan  insanlar  fərqli  düşünürlər.  Dəri  rəngləri 
fərqli  olan  insanlar  fərqli  düşünürlər.  Fərqli  xarakter 
mövcuddur.   Bu fərqlilik bioloji və fiziki fərqlilikdən meydana 
gəlir.  Universal  düşüncələr  də  mövcuddur.  Bu  universallıq  isə 
uyğunluqdan  yaranır.  Məsələn,  bütün  insanlar,  onların 
daxillərində  olan  bütün  kişilər,  qadınlar,  bütün  uşaqlar,  yaşlı 
insanlar  universal düşünə bilirlər. Buna görə də xarakter fərdi 
və universal əsaslı olur.  
Hamımza  məlumdur  ki,  qan  hər  bir  orqanı  təmin  edir. 
Orqanlar  arasında tələbləri yerinə yetirir. Beyin ürəklə birlikdə 
qanı orqanlara paylayır. Qan tərkibini yeməklərdən, sudan  və 
havadan  olan  çevrilmə  proseslərindən  götürür.  Qanın 
süzülməsi,  zəhərli  maddələrdən  təmizlənməsi  prosesləri  var. 
Zərərli  qida  qəbulundan,  çoxlu  yeməklərdən  və  yaxşı  tənəffüs 
prosesləri  olmayan  hallarda    qan  zəhərlənir.    Həmçinin  ifrazat 


105 
 
orqanları (mədə-bağırsaq) da yaxşı işləməyəndə qan zəhərlənir. 
Qanyaratma  orqanı  (dalaq,  sümükdən  ifraz)  da  yaxşı 
işləməyəndə qan problemləri əmələ gəlir. 
Orqanizm  ötürmə  prosesləri  və  vitaminlə  təminetmə 
prosesləri  baxımından  bir  sistemdir.  Burada  tələb-təklif 
(təminetmə) prosesi yaşanır. Sistemlilik funksiyası onu deməyə 
əsas  verir  ki,  bir  orqan  çatışmayanda  uyğun  orqan  həmin 
orqanın funksiyanı öz üzərinə götürür. Sistemlilik insanın ruhi 
aləm ilə fiziki-bioloji, anatomik aləmi arasında əlaqə yaradır və 
mentallıq formalaşır. İnsanın daxili sistemi onun xarici aləmlə 
sistemli  təmaslarını  təmin  edir.  İnsan  xarici  aləmə  münasibət 
bildirir.  Münasibət  məhz  qəbul  olunan  və  daxiuldən  gələn 
zərrəciklərin sintez və analiz yolu ilə aydınlaşdırılmasıdır.  
 
 
Qan haqqında  
 
Elm yazır ki, böyük adamın canında 5-litrə qədər qan olur. 
Qan  sümük  iliyindən  və  dalaqdan  meydana  gəlir.    Elm 
həmçinin qeyd edir ki, qanın əsas hissəsini plazma (sağlam və 
yetkin  adamın  qanının    55  faizini)    təşkil  edir.  45  faiz  isə 
hüceyrəvi  elementlərdən  ibarətdir.  Uşaqlarda  isə  hüceyrəvi 
elementlər  plazmaya  nisbətən  çoxdur.  Elm  onu  da  yazır  ki, 
plazmada  qan  hüceyrələri  eritrositlərdən  (qırmızı  qan 
hüceyrələrindən-oksigen və karbon qazını daşıyıcıdırlar. Dəmir 
(hem)  və  zülal  (qlobin)   olan  hemoqlobindən  ibarətdir.  Qazlar 
mübadiləsində  yaxından  iştirak  edir),  leykositlərdən(ağ  qan 
hüceyrələrindən  və  qan  lövhəcikləri  olan  trombositlərdən 
ibarətdir. Bunlar qırmızı sümük iliyi hüceyrələrindən meydana 
gəlir.  Plazmanın  əsas  hissəsi  sudan  ibarətdir.  90  faizini  su,  10 
faizini  isə  zülallar,  yağlar,  qlükoza,  mineral  duzlar  və  başqa 
maddələr təşkil edir.  Hər bir qan hüceyrəsinin yaşama müddəti 
var.    Qan  orqanizmdə  ehtiyat  halında  toplanır.  Elm  qeyd  edir 
ki, dalaqda 300 qrama qədər ehtiyat qan saxlanılır.  


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə