İnsan və təbiət silsiləsindən



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə33/57
tarix26.09.2017
ölçüsü2,82 Kb.
#1663
1   ...   29   30   31   32   33   34   35   36   ...   57

100 
 
müstəvidə çox aşkar olunması elə hissiyyatları daha çox üzərə 
çıxarır.  
Bir  istiqamət  üzrə  ardıcıl  düşüncə  prosesləri  obyekti  daha 
çox  aşkarlayır.  Bu,    sanki  uzaqda  yerləşən  obyektə  teleskop 
vasitəsilə  baxmaq  deməkdir.  Düşüncələr  özü  siqnalların 
axınından  yaranan  prosesli  nəticələrdir.  Bu  nəticələr  çox  əldə 
olunduqca  uzaqda  yerləşən  və  aydın  olmayan  obyekt  insana 
daha çox yaxınlaşmağa başlayır. Düşüncə onun obrazını gətirir. 
Yaxınlaşan  obyektin  tərkibi  düşüncələrin  ardıcıllığından 
açılmağa  başlayır.  Bu  baxımdan  da  ardıcıl  ixtiralar,  ardıcıl 
kəşflər,  təkmilləşdirilmələr  ardıcıl  düşüncələr  konstruktiv 
düşüncələr    sayəsində  meydana  gəlir.  İnsan  bir  şeyi  çox 
düşünəndə  onun  konstruksiyasını  meydana  gətirir.  Çoxları 
üçün  qəribə  olan  belə    bir  fikir  də  bildirmək  olar  ki,  insan 
məntiqlə  ardıcıl  düşünüb  təyyarənin  (eləcə  də  digər  texniki 
vasitələrin)   içinə bələd  olmadan,    təyyarə  düzəldə  bilər, onun 
sxemini  çəkə  bilər.  İlkin  fikirlərdən  əldə  edilən  nəticələr 
sonrakı  fikirlər  üçün  əsas  ola  bilər.    Hər  hansı  bir  texnikanın 
təkmil  forması  elə  insanın  ardıcıl  düşüncələrindən  meydana 
gəlib.  Başqa  bir  sözlə  də  belə  izah  edə  bilərik  ki,  insan  nəyi 
kəşf  edəcəksə,  nəyi  qurub  yaradacaqsa,  həmin  şey  əvvəlcədən 
insanın  öz  içində  qərarlaşıb.  Fəaliyyətə  başlamaq  həmin 
qərarların  icrasını  yerinə  yetirir.  İnsan  daxilində  olmayan  şeyi 
düşünə bilməz. Xəyal edə bilməz.  Sadəcə düşüncə istiqamətini  
götürmək  lazımdır.        Bu  baxımdan  istənilən  təkmil  düşüncəli 
bir insan ardıcıl olaraq və uzun zaman düşünərək heç kəsə bəlli 
olmayan  nəisə  düzəldə  bilər,  ya  da  təsvirini  qələmə  ala  bilər. 
Xəyal özü bir düşüncə məhsuludur. Xəyal elə insanın təkmil və 
uzaq  düşüncələrinin  obrazıdır.  Xəyal  insan  düşüncələrinin 
gələcək obrazıdır, formasıdır.  
Elm  də  ardıcıl  düşüncələrdən  meydana  gəlir.  Sahələr  üzrə 
düşünən şəxslər başqalarının düşüncələrini oxuyurlar, sonra da 
təkmilləşdirərək  öz  düşüncələrini  yazırlar.  Düşüncələri  obyekt 
edirlər. Düşüncələr bu şəkildə bir-birini tamamlayır.  


101 
 
İnsanlar arasında fərq odur ki, kimin üçün bir obyekt daha 
çox  düşünülür  və  az  aşkar  olunur.  Başqaları  üçün  isə  əksinə 
olaraq obyekt nisbətən tez aşkar olunur.  Bu anda artıq beyinin 
bioloji tutumu əsas rol oynayır. Eləcə də düşüncə kəmiyyətinin 
rolu  da  böyük  olur.  Çox  düşünmüş  insanın  aşkarlaması  tez 
olur.  Çünki  hüceyrələr  daha  aktiv  olur.  Ardıcıl  düşüncə  beyin 
hüceyrələrini  aktivləşdirir.  Ardıcıl  düşüncə  beyin  üçün  daxili 
orqanların  təminatını  artırır.  Çox  düşünmək  sayəsində  daxili 
orqanların  fəaliyyəti  aktivləşir və onlar beyini siqnal  ilə  təmin 
etmək  üçün  aktivləşirlər.  Ardıcıl  düşünmək  qan  təzyiqini 
sürətləndirə  bilər  ki,  dövriyyə  orqanizmi  təmin  edə  bilsin.  
Ardıcıl  düşüncə orqanizmdə vitamin qıtlığını  yarada bilər.  Bu 
baxımdan da dərinə düşünmə kalorili, vitaminli yeməkləri tələb 
edir.  
Ardıcıl düşüncə insanın kimliyini də müəyyən edə bilər. 
İnsan  düşündükcə  onun  daxilində  olan  hüceyrələr 
aktivləşir  və  bu  aktivləşmə  sayəsində  onlar  məlumat 
“ixrac”  edirlər.  Bu  baxımdan  da  beyinə  informasiya 
verirlər.  Məlumat  hüceyrələrin  hərəkətindən  meydana 
gəlir.  Hüceyrələr  aktivləşir,  sürətlənir  və  sürtünmə 
sayəsində  aydınlıq  yaranır.  Güman  edək  ki,  beyində  kiçik 
hissələrə  parçalanır.  Bu  parçalanma  məhz  aydınlığın 
əsasını 
ortaya 
qoyur. 
Məlumat 
zərrəciklərin 
sürtünməsindən  meydana  gələn  aşkarlıqdır.  Sürtünmə  çox 
olarsa məlumat da çox olar.  
Bir  insan  iti  düşünür,  şərti  deyək  ki,  müəyyən  bir 
piramidanın  başını  tez  görür  və  əvvəlcədən  onu  deyir.  Digər 
insan  isə  bu  pik  zirvəni  görmək  üçün  çox  düşünməli  olur.  Bu 
anda  düşüncələr  fərqi  yaranır.  Aktiv  düşüncəli  insan  uzağı  və 
hər  kəsin  görmədiklərini  daha  tez  görür.    Düşüncələr  zamana 
və kəmiyyətə, məkana  görə fərqlənir. Düşüncələrin sürəti çox 
olduqda,      hədəfi  daha  tez  aşkar  edir.  Aktiv  düşünən  insanlar, 
düşüncə  “sahibləri”  digərlərinə  nisbətən  daha  iti  görürlər, 
duyurlar.  Buradan  da  nəticələrin  tez  çıxarılması  baş  verir. 


102 
 
Düşüncələr  gücləndikcə  obyekt  və  subyekt  arasında  enerji 
ötürülmələri daha sürətlə  baş verir. Nəticələr tez əldə olunanda 
insan  da  ağıllı  və  iti  məntiqli  düşünən  hesab  olunur.  Bir  çox 
hallarda  qabağı  düşünən  insanın  fikirləri  digərləri  üçün 
annormal hesab olunur.  Ona görə ki, aşkarlanmış obyekt hələ 
digərlərinə  çatmır.  Qavrama  prosesləri  çətin  olur.  Onların  baş 
beyinlərində 
oyadıcı 
təsir 
göstərmir. 
Öncəgörməlik, 
uzaqgörənlik  də  bu  məsələdə  formalaşır.  İti  ağıl,  yüksək 
dərrakə  məntiqli,  sistemli  və  ardıcıl  düşünmədən  meydana 
gəlir.  Düşüncə  prosesləri  uzun  olduqda  sistemin  tərkib 
elementləri  daha  da  aydınlaşmış  olur.  Düşüncə  adətləri  də 
mövcud  olur.  Məsələn,  hər  gün  düşünən  insan  sanki  gündəlik 
məşq  edən    idmançıya  bənzəyir.  Düşüncə  məşğuliyyətinə 
mübtəla olur. Düşüncələri ilə özünü gücləndirir. Düşüncələrini 
məşq  etdirir  və  hüceyrələri  aktiv  vəziyyətdə  saxlayır.  Bir 
məkanda  olan  aktiv  hüceyrə  digərini  də  aktivləşdirir.  Silsilə 
şəkilində oyanma baş verir.  Bu baxımdan da ardıcıl düşünən, 
vərdişli  düşünən  insanların  orqanizmləri  sağlam  olur.  Digər 
tərəfdən  də  enerji  sərfiyyatı  baş  verir.  İnsanlar  itkilərlə 
üzləşirlər.  Bu  baxımdan        düşüncə  fiziki  fəaliyyəti  də  ardıcıl 
əvəzləməlidir.  Çox  düşünmək,  normanı  keçmək  isə 
gücədüşmədir,  problemlərin  əsasıdır.  Ona  görə  də  normada 
düşünüb,  normada  fiziki  hərəkətdə  olmaq  lazımdır.  Çox 
düşünən  insan  daxili  aləminə      çox  qapanır.  Çünki,    siqnal 
emalı ilə məşğul olur.    
Bu əsərdə mən öz düşüncələrimi özümə  yönəldirəm.  
İnsanın  fiziki  quruluşu  özünün  obyektidir.  Hər  kəs 
özünün  həkimi  olaraq,  özünü  tapa  bilər.  Xəstəliklərinin 
səbəblərini  müəyyən  qədər  aşkarlaya  bilər.  Mən  bu  əsərdə 
özümü özümə obyekt edərək düşüncələrimi qələmə alıram.  
 
 


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə