73
enerji az olan enerjini udur, tərkibinə qatır. Təzyiq əmələ gəlir.
Bu baxımdan da hesab etmək olar ki, okean suları öz
məkanında çay və göl sularından, dəniz sularından daha sıxdır,
təzyiqi çoxdur və enerjisi boldur.
Soyuq suyun içərisinə bir qədər isti su əlavə edəndə soyuq
suyun tərkibi bir qədər aktivləşir. İstilik zamanı seyrəkləşmə
əmələ gəlir. Seyrəkliyi hava (enerji) yaradır. “Qonşuda” olan
passiv enerji məkanının yeri, məkanı pozulur. Çünki
“qonşunun” müqaviməti azalır. Passiv aktivliyə qalib gəlir.
Aktivin seyrək məkanını passiv tutmağa başlayır. Məkana
doğru axın edir və həmin məkanı tutur. Məkanda passiv enerji
aktivləşməyə başlayır. Məsələn, isti hava məkanına ondan
nisbətən soyuq olan hava kütləsi daxil olur. Çünki, isti hava
qonşudakı soyuq havanın qarşısını ala bilmir. Seyrəkləşmiş
məkanın kütləsi azalır, bu baxımdan da müqaviməti aşağı
düşür. Enerji artdıqca müqavimət artır. Passiv enerji artanda
kənar aktiv enerjini öz tərəfinə çəkir. Passiv enerjinin
müqaviməti artır. Passiv enerjinin təsiri də dağıdıcı olur.
Məsələn, daş parçası başqa bir əşyaya toxunduqda, sürətlə
dəydikdə dağıdıcı effekt meydana gəlir. Aktiv enerji artanda
da kənar obyektə olan təsir parçalayıcı olur. Məsələn, alov
artanda ətrf obyektlər parçalanır.
Qeyd: belə güman edək ki, insanlar koklükdən arıqlığa
doğru gedəndə, -orqanik və funksional xəstəliklər zamanı,
- onlarda immunitet zəifləyir. Zəifləmədən də müəyyən
xəstəliklər, çatışmazlıqlar, qeyri-tarazlıqlar baş qaldırır.
Tarazlıq pozulur. Tarazlığın pozulmasının qarşısını almaq
üçün lazımi daxili minerallar və vitaminlər, zülallar,
ümumən enerji elementləri çatışmır. Proses ləngiyir və ya
da sürətlənir. Qan təzyiqinin dəyişməsi halları ortaya çıxır.
Bu anda orqanizmin ətraf mühitdən əlavə enerji qəbul
etmək tələbatı yaranır. Passiv enerji lazım olur ki, daxildə
aktivləşməni təmin etsin. Eyni zamanda aktiv enerji də
tələb olunur. İnsanlar isti və soyuq qidalara əl ətmağa
74
məcbur olurlar. Məsələn, belə təxmin etmək olar ki, diabet
və xərçəng xəstəlikləri zamanı, hamiləlik dövründə, eləcə də
fiziki və zehni əmək sərf edəndə insanlar enerji
çatışmazlığı ilə üzləşirlər. Aclıq hissləri ilə üzləşirlər.
Orqanizm öz daxili ehtiyyatından çatışmazlığı aradan
qaldırmaq üçün müəyyən müddətə səfərbər olunur. Ətraf
mühitə qarşı qıcıqlar baş qaldırır. İnsanlar aclıq və
susuzluq hissi yaşayırlar. Soyuq suya, bərk yeməklərə,
kalorili, vitaminli qiadalara qarşı istəklər artır. Bərpa
olunmadıqda isə orqanizmdə müəyyən pozğunluqlar baş
verir. Bədəndə enerji çatışmadıqda hansı hallar yaşana
bilir:
-maddələr mübadiləsi pozulur (enerji çatışmazlığı da
maddələr mübadiləsi pozğunluğundan meydana gəlir.
Maddələr mübadiləsi pozğunluğu elə orqanizmin sistemli
olaraq orqanlarının bir-birinin tələbatına normal hədlərdə
cavab verməməsindən və qan dövranının pozulmasından
meydana gəlir. Sintez və analiz proseləri pozulur. Qan
orqanlar üçün lazımi qida təminatını həyata keçirə bilmir.);
-fiziki aspektdə orqanların ölçüləri dəyişir, ona görə ki,
ya enerji çatmır, ölçülər kiçilir, ya da hansınasa daha çox
enerji gedir və böyüyür. Böyümə həm də orqanların kənar
hesabına qidalanmasından yaranır. Kiçik orqanizmlər öz
normal funksiyalarını itirirlər;
-ilk növbədə bədən temperaturu normadan aşağı
düşür. Çünki lazımi enerji çatmır. Temperatur yüksələ də
bilir, -ona görə ki, həzm dayanır, orqanizmə daxil olan
qidalar üçün lazımi həzm funksiyası təmin oluna bilmir.
(Bədən temperaturu həm həzm üçün lazmı olur, həm də
müəyyən yad cisimləri öldürməkdə faydalıdır. İnfeksiyalı,
diabetli, xərçəngli xəstələr, uzun müddətə ac qalan insanlar
bədən temperaturunun yüksəlməsi ilə qarşılaşa bilərlər.
Bədən temperaturu qanın yüksək səviyyədə dövranından
sonra da meydana gələ bilir);
75
-duyğu orqanları öz funksiyalarını poza bilər.
Dadbilmə, iyibilmə, görmə, eşitmə pozular, dəri və saç
problemləri, dırnaq problemləri yaşanar.
Tarazlıq pozulur. Axından sonra məkanda yenə də tarazlıq
yaranır. Yer üzündə enerji axınları fərqli kütlədən fərqli
qüvvədən, fərqli sürətdən meydana gəlir. Qeyri-tarazlıqlardan
tarazlıqlar, tarazlıqlardan da qeyri-tarazlıqlar yaranır.
Enerjinin xassəsini aktivlik dərəcəsi və onun kəmiyyəti
yaradır. Sürət, hərəkət enerjinin tərkibini formalaşdırır. Günəş
və onun planetləri enerji mənbələridir. Lakin xassələri fərqlidir.
Ona görə ki, kəmiyyətləri və bir-birilərindən olan məsafələri
fərqlidir. Bu fərqlilik aktivliyi, passivliyi, tərkib dəyişmələrini
meydana
gətirir.
Sıxlaşmış və seyrək qazlar enerji
mənbəyindən olan məsafədən asılıdır. Günəşə lap yaxın olan
planetin qaz halı ilə Günəşdən uzaq planetin qaz halı fərqlidir.
Qaranlıq və Kainatdakı Qara dəliklər haqqında
Qaranlıqlar mövcudluqlardır, məkanlardır. Nisbətən az
aktiv enerji mənbələridir. Günəş şüası ilə bərk materiya
arasında sürtünmənin azalmasından materik üzərində
qaranlıqlaşmalar yaranır. Sürtünmənin azalması da Gün
işığının azalmasından meydana gəlir. Qaranlıqları həm
elementlərin qaz halında olan “boşluqlar”ı (zərrəciklərin qaz
halı məkanı) kimi, həm də elementlərin müəyyən məkanlarda
həddən artıq sıxılmaları kimi qəbul etmək olar. Həddən artıq
sıxlaşma və qaranlıqlaşma sürtünməni artıra bilər və işıq əmələ
gətirə bilər. Qaranlıqların (passiv enerji mənbəyinin)
aktivləşməsi işığın əmələ gəlməsini təmin edə bilər.
Kainatda ulduzlar və bərk materiyalar kainatın qaz halına
(efirə) nisbətən işıqlıdırlar. Kainat müstəvisi özü qaranlıqdan
ibarətdir. Çünki, sürtünmələr ulduz mənbələrindən və
Dostları ilə paylaş: |