İnsan və təbiət silsiləsindən



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə24/57
tarix26.09.2017
ölçüsü2,82 Kb.
#1663
1   ...   20   21   22   23   24   25   26   27   ...   57

73 
 
enerji az olan enerjini udur, tərkibinə qatır. Təzyiq əmələ gəlir. 
Bu  baxımdan  da  hesab  etmək  olar  ki,  okean  suları  öz 
məkanında çay və göl sularından, dəniz sularından  daha sıxdır, 
təzyiqi çoxdur və enerjisi boldur.   
Soyuq suyun içərisinə bir qədər isti su əlavə edəndə soyuq 
suyun  tərkibi  bir  qədər  aktivləşir.  İstilik  zamanı  seyrəkləşmə 
əmələ  gəlir.  Seyrəkliyi  hava  (enerji)  yaradır.  “Qonşuda”  olan 
passiv  enerji  məkanının  yeri,  məkanı  pozulur.  Çünki 
“qonşunun”  müqaviməti  azalır.  Passiv  aktivliyə  qalib  gəlir. 
Aktivin  seyrək  məkanını  passiv  tutmağa  başlayır.  Məkana 
doğru axın edir və həmin məkanı tutur. Məkanda passiv enerji 
aktivləşməyə  başlayır.  Məsələn,  isti  hava  məkanına  ondan  
nisbətən  soyuq  olan  hava  kütləsi  daxil  olur.  Çünki,    isti  hava 
qonşudakı  soyuq  havanın  qarşısını  ala  bilmir.  Seyrəkləşmiş 
məkanın  kütləsi  azalır,  bu  baxımdan  da  müqaviməti  aşağı 
düşür.  Enerji  artdıqca    müqavimət  artır.  Passiv  enerji  artanda 
kənar  aktiv  enerjini  öz  tərəfinə  çəkir.  Passiv  enerjinin 
müqaviməti  artır.  Passiv  enerjinin  təsiri  də  dağıdıcı  olur. 
Məsələn,  daş  parçası  başqa  bir  əşyaya  toxunduqda,  sürətlə 
dəydikdə  dağıdıcı  effekt  meydana  gəlir.    Aktiv  enerji  artanda 
da    kənar  obyektə  olan  təsir  parçalayıcı  olur.  Məsələn,  alov 
artanda ətrf obyektlər parçalanır.  
Qeyd: belə güman edək ki, insanlar koklükdən arıqlığa 
doğru  gedəndə,  -orqanik  və  funksional  xəstəliklər  zamanı,  
-  onlarda  immunitet  zəifləyir.  Zəifləmədən  də  müəyyən 
xəstəliklər,  çatışmazlıqlar,  qeyri-tarazlıqlar  baş  qaldırır. 
Tarazlıq pozulur. Tarazlığın pozulmasının qarşısını almaq 
üçün  lazımi  daxili  minerallar  və  vitaminlər,  zülallar, 
ümumən enerji elementləri   çatışmır.  Proses ləngiyir və  ya 
da sürətlənir. Qan təzyiqinin dəyişməsi halları ortaya çıxır. 
Bu  anda  orqanizmin  ətraf  mühitdən  əlavə  enerji  qəbul 
etmək  tələbatı  yaranır.  Passiv  enerji  lazım  olur  ki,  daxildə 
aktivləşməni  təmin  etsin.  Eyni  zamanda  aktiv  enerji  də 
tələb  olunur.  İnsanlar  isti  və  soyuq  qidalara  əl  ətmağa 


74 
 
məcbur olurlar. Məsələn, belə təxmin etmək olar ki, diabet 
və xərçəng xəstəlikləri zamanı, hamiləlik dövründə, eləcə də 
fiziki  və  zehni  əmək  sərf  edəndə    insanlar  enerji 
çatışmazlığı  ilə  üzləşirlər.  Aclıq  hissləri  ilə  üzləşirlər. 
Orqanizm  öz  daxili  ehtiyyatından  çatışmazlığı  aradan 
qaldırmaq  üçün  müəyyən  müddətə  səfərbər  olunur.  Ətraf 
mühitə  qarşı  qıcıqlar  baş  qaldırır.  İnsanlar  aclıq  və 
susuzluq  hissi  yaşayırlar.  Soyuq  suya,  bərk  yeməklərə, 
kalorili,      vitaminli  qiadalara  qarşı  istəklər  artır.  Bərpa 
olunmadıqda  isə  orqanizmdə  müəyyən  pozğunluqlar  baş 
verir.  Bədəndə  enerji  çatışmadıqda  hansı  hallar  yaşana 
bilir:  
-maddələr  mübadiləsi  pozulur  (enerji  çatışmazlığı  da 
maddələr  mübadiləsi  pozğunluğundan  meydana  gəlir. 
Maddələr  mübadiləsi  pozğunluğu  elə  orqanizmin  sistemli 
olaraq  orqanlarının  bir-birinin  tələbatına  normal  hədlərdə 
cavab  verməməsindən  və  qan  dövranının  pozulmasından 
meydana  gəlir.  Sintez  və  analiz  proseləri  pozulur.  Qan 
orqanlar üçün lazımi qida təminatını həyata keçirə bilmir.); 
-fiziki aspektdə orqanların ölçüləri dəyişir, ona görə ki, 
ya  enerji  çatmır,  ölçülər  kiçilir,  ya  da  hansınasa  daha  çox 
enerji gedir və böyüyür. Böyümə həm də orqanların kənar 
hesabına    qidalanmasından  yaranır.  Kiçik  orqanizmlər  öz 
normal funksiyalarını itirirlər; 
-ilk  növbədə  bədən  temperaturu  normadan  aşağı 
düşür. Çünki lazımi enerji çatmır. Temperatur yüksələ  də 
bilir,  -ona  görə  ki,  həzm  dayanır,  orqanizmə  daxil  olan 
qidalar  üçün  lazımi  həzm  funksiyası  təmin  oluna  bilmir. 
(Bədən  temperaturu  həm  həzm  üçün  lazmı  olur,  həm  də 
müəyyən  yad  cisimləri  öldürməkdə  faydalıdır.  İnfeksiyalı, 
diabetli, xərçəngli xəstələr, uzun müddətə ac qalan insanlar  
bədən  temperaturunun  yüksəlməsi  ilə  qarşılaşa  bilərlər. 
Bədən  temperaturu  qanın  yüksək  səviyyədə  dövranından 
sonra da meydana gələ bilir); 


75 
 
-duyğu  orqanları  öz  funksiyalarını  poza  bilər. 
Dadbilmə,  iyibilmə,  görmə,  eşitmə  pozular,  dəri  və  saç 
problemləri, dırnaq problemləri yaşanar.     
 
Tarazlıq pozulur. Axından sonra məkanda yenə də tarazlıq 
yaranır.  Yer  üzündə  enerji  axınları  fərqli  kütlədən  fərqli 
qüvvədən,  fərqli  sürətdən  meydana  gəlir.  Qeyri-tarazlıqlardan 
tarazlıqlar, tarazlıqlardan da qeyri-tarazlıqlar yaranır.   
Enerjinin  xassəsini  aktivlik  dərəcəsi  və  onun  kəmiyyəti 
yaradır. Sürət,  hərəkət  enerjinin tərkibini formalaşdırır. Günəş 
və onun planetləri enerji mənbələridir. Lakin xassələri fərqlidir. 
Ona  görə  ki,  kəmiyyətləri  və  bir-birilərindən  olan  məsafələri 
fərqlidir.  Bu  fərqlilik  aktivliyi,  passivliyi,  tərkib  dəyişmələrini 
meydana 
gətirir. 
Sıxlaşmış  və  seyrək  qazlar  enerji 
mənbəyindən  olan  məsafədən  asılıdır.  Günəşə  lap  yaxın  olan 
planetin qaz halı ilə Günəşdən uzaq planetin qaz halı fərqlidir.  
 
 
Qaranlıq və Kainatdakı Qara dəliklər haqqında 
 
Qaranlıqlar  mövcudluqlardır,  məkanlardır.  Nisbətən  az 
aktiv  enerji  mənbələridir.  Günəş  şüası  ilə  bərk  materiya 
arasında  sürtünmənin  azalmasından  materik  üzərində 
qaranlıqlaşmalar  yaranır.  Sürtünmənin  azalması  da  Gün 
işığının  azalmasından  meydana  gəlir.  Qaranlıqları  həm 
elementlərin  qaz  halında  olan  “boşluqlar”ı  (zərrəciklərin  qaz 
halı məkanı)  kimi, həm də elementlərin müəyyən məkanlarda 
həddən  artıq  sıxılmaları  kimi  qəbul  etmək  olar.  Həddən  artıq 
sıxlaşma və qaranlıqlaşma sürtünməni artıra bilər və işıq əmələ 
gətirə  bilər.  Qaranlıqların  (passiv  enerji  mənbəyinin) 
aktivləşməsi işığın əmələ gəlməsini təmin edə bilər.  
Kainatda  ulduzlar  və  bərk  materiyalar  kainatın  qaz  halına 
(efirə)    nisbətən  işıqlıdırlar.  Kainat  müstəvisi  özü  qaranlıqdan 
ibarətdir.  Çünki,  sürtünmələr  ulduz  mənbələrindən  və 


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə