İnsan və təbiət silsiləsindən



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə20/57
tarix26.09.2017
ölçüsü2,82 Kb.
#1663
1   ...   16   17   18   19   20   21   22   23   ...   57

61 
 
Qar atmosferin soyumasında və hava ilə zənginləşməsində rol 
oynayır.  Atmosfer tozlarını Yer üzünə gətirir. Qar işıqlıq üçün 
önəm kəsb edir. Dünya buzlaqlarını zənginləşdirir. Yer üzünün 
işığını  artırır.  Qar  insan  nəfəsi  üçün  oksigeni  atmosferdə 
(xüsusilə, onun troposfer qatında)  çoxaldır.  
Dolu  çox sıxılmış, çox soyumuş buluddan əmələ gəlir. Bu, 
ola  bilər  ki,  atmosferin  nisbətən  yuxarı  hissəsində  sıxlaşmış 
buluddur.  Yayda  soyuq  hava  axını  ilə  rastlaşan  buludlar  çox 
sıxlaşa, soyuya bilər. Buna görə də dolu əmələ gələ bilər. Dolu 
cazibə qüvvəsinin təsirinə çox məruz qalan sudan ibarətdir.  
Şimşək  atmosferdə  olan  sürtünmənin  nəticəsidir. 
Sürtünmədən  enerji  ayrılır  ki,  bu  da  şimşəyin  əsasını  təşkil 
edir.  Şimşəkdən  ayrılan  enerji  atmosferdə  müəyyən 
parçalanmaları  yaradır.  Şimşəyin  əmələ  gəlməsi  ilə  Günəşin 
əmələ  gəlməsi  arasında  formal  əlaqə  mövcuddur.  Şimşəklər 
buludları  yumşaldır,  parçalayır,  isidir  və  yağışa  çevirir. 
Şimşəkdən  daxil  olan  böyük  həcmli  enerji  buludların  sürətlə 
boşalmasını təmin edir.  
 
 
Canlı aləm haqqında 
 
Kainatda, qalaktikada, təbiətdə hər şey canlı vəziyyətdədir. 
Canlılıq  olmasa  mövcudluq  da  ola  bilməz.  Aktiv  və  canlı 
varlıqlar  mövcudluğu  təmin  edir.  Passiv  canlılar  aktiv 
canlıların  mövcudluğunu  təmin  edir.  Canlılığın  xassəsini 
hərəkət  meydana  gətirir.  Hər  bir  maddə  canlılıqdan  meydana 
gəlir.  Qaz,  su,  maye  və  bərk  hal  canlılığın  aktiv  və  passiv 
təsnifatıdır. Bu canlanma fərqi hərəkətdən, kütlədən, qüvvə və 
sürətdən, həmçinin birləşmədən asılıdır. Birləşmə  də  sürətdən, 
qüvvədən, enerjidən meydana gəlir. Canlanma həm formanı və 
məzmunu  dəyişir,  həm  də  məkanı,  yeri  dəyişir.  Bu  baxımdan 
da kainatın bütün cisimləri hərəkətdədirlər və canlıdırlar. Aktiv 
və  passiv  canlıdırlar.  Canlıların  sürəti  onlara  təsir  edən  daxili 


62 
 
və  xarici  təsirlərdən  asıldır.  Burada  kəmiyyət,  kəmiyyəti 
yaradan tərkib elementlər və onların birləşmələri də önəmli rol 
oynayır.   
Canlı  aləm  forma  və  məzmununu  dəyişən  aləmdir.  Bu 
dəyişmə  fərqi  də  müxtəlif  ola  bilir.  Bu  da  özlüyündə  tətbiq 
olunan  enerjidən  asılıdır.  Aktiv  enerji  olan  yerdə,  yəni  çox 
enerji  olan  yerdə  canlanma,  birləmə  və  çevrilmə  də  çox  olur. 
Həm  də  proseslər  sürətlə  həyata  keçirilir.  Belə  deyək  ki,  zəif 
aləm  tez  aktivləşir  və  dəyişilir.  Məsələn,  çiçəklər,  güllər  zəif 
canlıdırlar,  az  sıxlığa  malik  olan  elementlər  birləşmələridir. 
Ona  görə  də  tez  aktivləşirlər  və  solurlar.  Bərk  materiya  isə 
formasını  çox  gec  bir  zamanda  dəyişə  bilir.  Çünki,    burada 
enerji  çoxdur,  kəmiyyət  çoxdur,  lakin  hərəkət  passiv 
vəziyyətdədir. Başlanğıc və son arasında məsafə çox uzun olur. 
Bu  prinsip  planetlərin  və  onların  peyklərinin  yaranma  tarixi 
haqqında,    geoloji  dəyişmələr  haqqında  müəyyən  məlumatlar 
verir.  Bizdən  asılı  olmayaraq,  hiss  olunmaz  dərəcədə 
planetlərdə  dəyişikliklər  gedir.  Bu  dəyişiklikər  ardıcıl 
təkrarlanan  proseslərdən  ibarət  olur.    Lakin  zaman  çox  uzun 
olur. Planetlərin müxtəlif kütlələri və tərkib fərqləri, Günəşdən 
olan  məsafələrindəki  fərqlər  də  planetlərin  yaranma  tarixinin 
fərqli  olmasını  deyir.  (Qeyd:  əgər  planetlərin  başlanğıc,  yəni, 
yaranma tarixləri varsa,  məntiqi  fikirlər düz ola bilər). Hər bir 
planetin peyklərin öz zamanları var. Günəşdən uzaq planetlərdə 
canlı aləm  (fauna və flora aləmi)   yavaş  yetişir.  Bu baxımdan 
da  canlı  aləm  olarsa,  onların  uzaq  planetlərdə  ömürləri  çox 
uzun  olar.  Çünki,  Yer  kürəsinə  nisbətən  həmin  planetlərdə  
enerji fərqi var. Bu fərqi də kütlə və məsafə yaradır. Canlı aləm 
dəyişikliyə  uğrayır.  Bu  gedişatla  belə  güman  edək  edək  ki, 
planetlər və Günəşin mövcudluğu  nə vaxtsa sona   yetə  bilər. 
Lakin  bir  prinsip  bu  fikrin  ziddiyyətliliyini  ortaya  qoyur.  Belə 
ki,  təxmin  etmək  olar  ki,  Günəş  və  planetlər  qarşılıqlı  asılı 
vəziyyətdədirlər.  Bu  asılılıq  hər  birinin  forma  və  tərkibini 
müəyyən edir. Əgər planetlər Günəşdən yaranıbsa, onda Günəş 


63 
 
necə  olub  ki,  planetlərdən  qabaq  mövcud  olub.  Sistemlilik 
prinsipi  ümumiyyətlə,    onu  deyir  ki,  istənilən    sistemlilik 
xaosdan  yaranır.  Bir  məkanda  toplaşma  gedir.  Mexanizm 
formalaşır.  Elementlər  arasında  taraz  məkanlar  və  məsafələr 
meydana  gəlir.    Onda  belə  qəbul  edək  ki,  xaosdan,  başqa  bir 
sistemin  dağınıq  vəziyətindən  Günəş  sistemi  yaranıb.  Bu 
barədə  təxminləri  düşüncələrdə  bildirmək    olar.  Lakin  tam 
həqiqət bilinə bilməz. 
Aktiv canlı aləm passiv canlı aləmə çevrilir. Çünki yetişmə 
gedir  və  tükənmə  prosesləri  baş  verir.  Tükənmə  odur  ki, 
mövcudluq  dağılır  və  kənar  və  daxili  təsirlərdən  dəyişikliyə 
məruz  qalır.  Tükənmə  forma  və  məzmun  dəyişməsidir.  Tam 
yoxluq demək deyil.        
 
 
Enerji haqqında   
 
Kainatda nə varsa, hamısı enerji ünsürüdür, enerji yaradan 
varlıqdır.    Çünki,    kainat  hərəkətdədir.  Hərəkət  zamanı 
müqayisədə aktivlik və passivlik yaranır. Aktivlik və passivlik 
məkan və onun səthindən formalaşır. Enerji isə hərəkətdə olan 
kütlənin,  topanın  digər  elementlərə  olan  təsiridir.  Enerjiyə,  
enerji yaradan ünsürə  elementin tərkibi, maddənin, cismin özü, 
ümumiyyətlə, istənilən tərkibin özü aid olur. Hər bir zərrəciyin 
qüvvəsi  var,  çünki  sürəti  var.  Enerji  mütləqdir,  çünki  varlığın 
əsasıdır. Enerji əsasən elementlərin qarşılıqlı əlaqələrində artır. 
Kəmiyyət elə enerjinin kəmiyyətini yaradır. Kəmiyyəti olan hər 
bir varlıq hərəkətdədir. Kəmiyyətsiz, ölçüsüz varlıq da yoxdur.  
Deməli,  enerji  mütləqdir.  Enerji  varlığın  hərəkətinin  təsir 
nəticəsidir.  
Kərə  yağını  əritdikdən  sonra  onu  təkrar  olaraq  geri 
vəziyyətinə  qaytarmaq  çətin  olar.  Çünki  əridərkən  yağa  enerji 
verilir  və  enerji  onun  tərkibini,  strukturunu  dağıdır.  Ondan 
qoparır.  Burada  özünəxas  dəyişmə  gedir.  Dəyişmənin  öz 


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə