İnsan və təbiət silsiləsindən



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə23/57
tarix26.09.2017
ölçüsü2,82 Kb.
#1663
1   ...   19   20   21   22   23   24   25   26   ...   57

70 
 
Qeyd:  soyuq  necə  hiss  olunur.  Soyuq  əslində  bədənin 
sıxlaşması  ilə  hiss  olunur.  Təzyiq  artır,  sıxlaşmış  hava 
dərini  sıxlaşdırır.  Bu  sıxlaşmadan  insanlar  soyuğu  hiss 
edirlər.  Bədənin bərkləşməsi soyuqdan əmələ gəlir.  
Mənfi enerji anlayışı müqayisə üçündür. Burada kəmiyyət, 
tərkib,  sürət  amili  müqayisə  kriteriyasıdır.  Enerji  ötürülmə 
zamanı  məkandakı  kəmiyyətini,  həcmini    itirir.  Ötürülən  axın 
aktiv  olur.  Mənbədə  toplanmış  enerji  kütləsi  axın  edir.  Bu  da 
sürəti artırır. Mənbə aktiv olanda çıxş da aktiv olur. Buna görə 
də  enerjili  insanlar  tez  enerji  ötürürlər  və  qəbul  edirlər.  Belə 
qəbul etmək olar ki, “bərkləşmiş” zərrəciklərdən yaranan enerji 
axını  sürət  anında  seyrəkləşib  aktiv  enerjiyə  çevrilə  bilər.  Bu 
baxımdan da belə qəbul etmək olar ki, soyuq su kütləsi, soyuq 
hava  axını  sürət  əsnasında  istiləşə  bilər.  Aktivləşmiş  küləyin 
seyrəkləşməsi isti küləyi əmələ gətirə bilər.     
Ümumiyyətlə,  belə  qəbul  edək  ki,  insanlar  arasında 
“mənfi” enerji ötürülmür. Ötürülən elə enerjinin özüdür. Enerji 
(insanlar  arasında  olan)    həmişə  müsbət  olur.  Düzdür,  biz 
insanlar azalan enerjini mənfi adlandırırıq. Mənfi enerji həm də 
nisbətən qeyri-aktiv olan passiv enerjidir. Ötürülən sürət artıb-
azala  bilər.    Bir  şəxs  digərinə  enerji  ötürəndə  mənbədə  enerji 
azalır,  qeyri-tarazlıq  yaranır.  Bu  qeyri-tarazlıq  narahatlıqları 
çatışmazlıqları meydana gətirir. İnsanlar mənbənin yeri dolana 
qədər özlərini zəif hiss edirlər, çatışmazlıq yaranır.  
Taraz  və  qeyri-taraz  enerji  ola  bilir.  Yəni,  müəyyən 
tutumda,  müəyyən  məkanda  enerjinin  tərkib  hissəcikləri 
arasında  olan  məsafə  taraz  və  qeyri-taraz  əsaslarla  formalaşır. 
Burada  enerji  potensialını  yaradan,  enerji  kütləsini,  tutumunu 
yaradan  zərrəciklər  arasında  düzülüş  də  sistemli  və  qeyri-
sistemli  olur.    Enerjinin  xassəsi  onun  sistemlilik  dərəcəsindən 
asılı olur.  
Ruhu  taraz  insanlar  daima  taraz  enerji  ötürürlər  və  bu  da 
əks  tərəfdə  -enerjisi  çatışmayan  tərəfdə-  məkanı  doldurur  və 
nəticə  etibarilə    rahatlıq  yaradır.    Təbii  ki,  hər  bir  ötürülən 


71 
 
kəmiyyət  enerjidir,  enerji  yığımıdır,  enerji  toplusudur.  Enerji 
bir məkanda çox aktiv, digərində isə nisbətən az aktiv ola bilər. 
Burada,  yəni məkanın özündə enerji artıqlığı və  azlığı  yaranır. 
Onu  da  nəzərə  almaq  lazımdır  ki,  hər  bir  insanda  bir  enerji 
məkan  tutumu  var.  Bu  da  enerji  kəmiyyətini  meydana  gətirir. 
Enerji  məkanı  tutumu  arta  və  azala  bilər.  İnsanlar  məlumatlar 
(enerji axınları)  yolu ilə bu məkanı artırıb azalda bilirlər. 
Hər  bir  enerji  tutumu  kənar  tutumla  bağlıdır.  Məsələn,  su 
bir  maddə  kimi  enerji  mənbəyidir.  Onun  halları  olan  buz  və 
buxar da enerji halıdır, enerji formasıdır. Bu hallar suyun kənar 
mühitlə,  digər  enerji  mühiti  ilə    əlaqəsindən  yaranır.  Kənar 
passiv  təsir  olanda,  yəni  temperatur  aşağı  düşəndə  su  da 
passivləşir.  Aktivlikdə  isə  buxara  (qaza)  çevrilir.    Təbii  ki, 
tərkibində  dəyişiklik  ola  bilir.  Təsir  edən  enerji  elementlərə 
təsir edir və quruluşu dəyişir.  
Qeyd:  su  müəyyən  məkanda  sıxlaşmış  qazdır.  Qazdan 
da  maye  əmələ  gəlir.  Sudan  ayrılmalar  da  enerji 
ayrılmalarıdır.  Qaynar  suda  yaranan  buxar  enerjidir.  Bu 
enerji 
mayenin, 
yəni 
passiv 
enerjinin 
aktivliyə 
çevrilməsidir. 
Enerji 
dəyişmələri 
keçidlər, 
forma 
dəyişmələri zamanı da dəyişir. Bərk kütlə ilə alov arasında 
olan    keçidlər  –qazlardan  (bərk  və  yumşaq  qazlardan), 
sudan,  jele  formasından-ərimiş  mayenin  bərkləşmiş 
formasından,  rezindən  və  digər  yumşaq  formalardan)  və 
bərk  kütlələrdən  ibarətdir.  Burada    aktiv  enerjinin 
sürətinin  azalması  alovu  bərk  materiyaya  keçirir.  Bu 
baxımdan  da  belə  qənaətə  gəlmək  olur  ki,  Yer  kürəsi 
soyumuş Günəşdir, efirdir, fəzadır.     
 
 
Enerji xassələri 
 
Enerji elementdir və onun  sürətidir. Enerji məkan uğrunda 
mübarizə aparan zərrəciklərin təsiridir, qüvvəsidir. Enerji kütlə 


72 
 
amilinə  görə    topa  halında,  dalğa  halında  olur.        Enerji 
istiləşən,  sürətinin  artıran    maddədir.  Aktiv  enerjinin  həcmi, 
miqdarı  məkanda  olan  enerji  kütləsinə  təsir  edən  kənar  aktiv 
enerjidən  artır.  Alov  alovu  gücləndirir.  Su  suyun  çəkisini  və 
təsirini  artırır.  Enerji  mənbələri  bir-birinə  təsir  edir.    Aktiv 
enerji sahəsinə passiv enerji də daxil ola bilir. Passiv enerji ilə 
aktiv enerjinin qarşılaşması sayəsində ortalıq vəziyyət  yaranır. 
Aktiv  enerji  passiv  enerji  məkanına  daxil  olanda  passiv 
vəziyyətdə olan elementlərin məkan dəyişməsinə təsir edir. Bu 
baxımdan da aktiv enerji yayıcı, dağıdıcı əhəmiyyət kəsb edir. 
Aktiv  enerji  passiv  məkanda  olan  elementləri  öz  sürətlərindən 
çıxarır.  Passiv  enerji  çox  olan  məkanda  aktiv  enerji  passivə 
qarışır  və  passivləşir.  Məsələn,  suyu  çox  olan  buzun  üzərinə 
tökdükdə  donur.    Passiv  enerjinin  çox  olması  baxımından  da 
hesab etmək olar ki, kainatda görünən qaranlıqlar daha çoxdur 
ki, aktivliyi, yəni Günəşi və ulduzları taraz vəziyyətdə saxlayır. 
Aktivlik passivliyi üstələyərsə onda planetlərin indiki vəziyyəti 
mövcud  ola  bilməz.  Qalaktikalar  indiki  kimi  ola  bilməz. 
Planetlərin  kosmik  fəzada  sərbəst  sürətlə  hərəkətləri  də  məhz 
passiv  enerji  sayəsində  stabil  qalır.  Əks  təqdirdə,  hər  bir  sahə 
aktiv  olsaydı,  ümumiyyətlə,  indiki  taraz  vəziyyətdən  söhbət 
gedə bilməzdi.  
Passiv enerji nədir. Passiv enerji aktiv enerjidən sürəti bir 
qədər  zəif  olan  və  kütləsi  çox  və  ya  da  az  olan,  “soyumuş”, 
hərəkətini  zəiflətmiş  enerjidir.  Kütlə  ona  görə  çox  olur  ki, 
burada müəyyən bir məkanda zərrəciklər topası çoxalmış  olur.  
Kənar enerji təsiri az olanda elementlər passivləşir və bu anda 
bir məkanda yığım çoxalır. Demək olar ki, soyuq suyun kütləsi 
isti  suyun  kütləsindən  çox  ola  bilir.  İsti  suda  enerji  aktivliyi 
tərkibi  məkandan  bir  qədər  kənara  çıxarır.  İsti  suyun  məkanı 
genişlənir,  böyüyür.      Aktiv  enerji  sahəsinə  passiv  (buna  bir 
qədər soyuq enerji də deyək) enerji də daxil olur. Məsələn, isti 
olan  bir  məkana  nisbətən  soyuq  olan  enerji  axını  daxil  olur. 
Burada  daxil  olan  enerji  kütləsi  çox  olur.  Kütləsi  çox  olan 


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə